Microsoft Word Kitab June 06 2017



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə63/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
128
 
6.11 Araşdırma üzrə qabaqcıl təcrübələr  
6.11.1 Maliyyə araşdırmaları 
İnsan  alveri  ilə  mübarizə  haqqında  Azərbaycan  Respublikasının  Qanununun  “İnsan  alverindən  əldə 
edilmiş əmlakın  müsadirə edilməsi və istifadə olunması” başlıqlı 22-ci maddəsində deyilir:  
“22.1.  İnsan  alverindən  əldə  edilmiş  bütün  əmlak  (daşınmaz  əmlak,  pul  vəsaitləri,  qiymətli 
kağızlar  və  sair  əmlak)  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  məhkəmənin  qərarı  ilə 
müsadirə olunur və xüsusi yaradılmış insan alveri qurbanlarına kömək fonduna keçirilir. 
22.2. İnsan alveri qurbanlarına kömək fondunda toplanmış vəsaitlər insan alveri qurbanlarına 
kompensasiyaların  ödənilməsinə,  onların  sosial  reabilitasiyasına,  tibbi  və  digər  zəruri 
xərclərinin ödənilməsinə yönəldilir. 
22.3.  İnsan  alveri  qurbanlarına  kömək  fondunun  vəsaitlərinin  idarə  edilməsində  və 
xərclənməsində  şəffaflıq  təmin  edilir.  İnsan  alveri  qurbanlarına  kömək  fondunun  fəaliyyətinin 
hüquqi  əsasları  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 
müəyyən edilir. 
 
6.11.2 Birgə istintaq qrupları 
İnsan  alveri  ilə  mübarizə  haqqında  Azərbaycan  Respublikasının  Qanununun  “İnsan  alverinə  qarşı 
mübarizə sahəsində beynəlxalq əməkdaşlıq” başlıqlı 26-cı maddəsində deyilir:  
“Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən insan alverinə qarşı 
mübarizə  sahəsində  digər  dövlətlərlə,  onların  hüquq-mühafizə  orqanları  ilə,  habelə  insan 
alverinə qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir”. 
 
6.12 Azərbaycan Respublikasında müdafiə tədbirləri 
Cinayət  prosesində  iştirak  edən  şəxslərin  dövlət  müdafiəsi  haqqında  Azərbaycan  Respublikasının 
Qanununun  7-ci  maddəsində  Azərbaycan  Respublikasında  mövcud  olan  təhlükəsizlik  tədbirlərinin 
növü müəyyən edilir.  
“Təhlükəsizlik tədbirlərinin aşağıdakı növləri vardır: 
1) müdafiə olunan şəxsi, onun mənzilini və əmlakını mühafizəetmə; 
2)  müdafiə  olunan  şəxsə  xüsusi  fərdi  müdafiə  vasitələri  vermə,  onu  mövcud  təhlükə  barədə 
xəbərdaretmə; 
3) müdafiə olunan şəxsi müvəqqəti olaraq təhlükəsiz yerdə yerləşdirmə
4) müdafiə olunan şəxs barəsində olan məlumatların məxfiliyini qoruma; 
5)  müdafiə  olunan  şəxsi  başqa  işə  keçirmə,  onun  iş  və  ya  təhsil  yerini  dəyişdirmə,  onu  başqa 
yaşayış yerinə köçürmə


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
129
 
6) müdafiə olunan şəxsin sənədlərini və onun xarici görkəmini dəyişdirmə
7)  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  müdafiə  olunan  şəxsin  iştirak  etdiyi  hallarda 
məhkəmə baxışının qapalı keçirilməsi; 
Təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi qaydaları bu Qanunla və Azərbaycan Respublikasının 
digər qanunvericilik aktları ilə müəyyən edilir. 
 “Müdafiə  olunan  şəxsin  iştirak  etdiyi  hallarda  qanunvericiliklə  müəyyən  edilmiş  prosedura  əsasən 
məhkəmə baxışının qapalı keçirilməsi” başlıqlı 14-cü maddədə deyilir:  
“Müdafiə olunan şəxslərin təhlükəsizliyi tələb etdiyi hallarda məhkəmənin (hakimin) qərarı ilə 
Azərbaycan  Respublikasının  cinayət-prosessual  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  qaydada 
qapalı məhkəmə baxışına yol verilir. Müttəhimin iştirakı olmadan həmin şəxslərin dindirilməsi 
üçün  məhkəmə  (hakim)  bu  barədə  əsaslandırılmış  qərar  qəbul  edir.  Həmin  əsaslar  ilə  bir 
müttəhimin digərindən ayrı dindirilməsinə yol verilir. 
İnsan  alveri  ilə  mübarizə  haqqında  Azərbaycan  Respublikasının  Qanununun  “İnsan  alveri  ilə  bağlı 
işlərə baxılmasının xüsusiyyətləri” başlıqlı 24-cü maddəsində deyilir:  
“24.1.  İnsan  alveri  ilə  bağlı  cinayət  işlərinə,  habelə  insan  alveri  nəticəsində  dəyən  ziyanın 
ödənilməsi  üzrə  işlərə  insan  alveri  qurbanının  müraciəti  əsasında  Azərbaycan  Respublikasının 
qanunvericiliyinə uyğun olaraq məhkəmənin qərarı ilə qapalı məhkəmə iclasında baxıla bilər. 
24.2.  İnsan  alveri  qurbanlarının  təhlükəsizliyinin  təmin  edilməsi,  insan  alverçiləri  tərəfindən 
onlara  təsir  göstərilməsinin  qarşısının  alınması  məqsədi  ilə,  habelə  insan  alveri  qurbanlarının 
fiziki  və  psixoloji  vəziyyəti  nəzərə  alınaraq  məhkəmə  baxışı  zamanı  insan  alveri  qurbanlarına 
texniki vasitələrdən (telekörpü, videoyazı və s.) istifadə etməklə ifadə vermək imkanı yaradıla 
bilər”. 
İnsan  alveri  ilə  mübarizə  haqqında  Azərbaycan  Respublikasının  Qanununun  18.2-ci  maddəsində 
deyilir:  
“İnsan alverindən zərər çəkmiş şəxslər barəsində tətbiq olunan təhlükəsizlik tədbirləri insan alveri ilə 
bağlı cinayətlərə dair ibtidai araşdırma, məhkəmə baxışı, habelə məhkəmənin yekun qərarı 
çıxarıldıqdan sonrakı dövr də daxil olmaqla, təhlükə tam aradan qalxanadək davam etdirilir”. 
 
 
6.12.1. Azərbaycan Respublikasında qurbanların müdafiəsi 
İnsan alveri ilə mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən, 
Azərbaycan Respublikasında da qurbanlar müdafiə ilə təmin olunmalıdırlar. Bu sənəddə aşağıdakılar 
nəzərdə tutulur: 
 “18.1  İnsan  alverindən  zərər  çəkmiş  şəxslərin  təhlükəsizliyinin  təmin  edilməsi  «Cinayət 
prosesində  iştirak  edən  şəxslərin  dövlət  müdafiəsi  haqqında»  Azərbaycan  Respublikasının 
Qanununa  uyğun  həyata  keçirilir.  Cinayət  prosesini  həyata  keçirən  orqanın  əməkdaşı 
təhlükəsizliyin  təmin  edilməsi  imkanları  və  tətbiq  edilən  müdafiə  tədbirləri  barədə  insan 
alverindən zərər çəkmiş şəxsi xəbərdar etməlidir. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə