Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə59/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
120
 
mədəniyyətindən,  dilindən,  etnik  mənsubiyyətindən,  milli  və  ya  sosial  mənşəyindən, 
vətəndaşlığından,  cinsindən,  cinsi  mənsubiyyətindən,  siyasi  və  ya  digər  fikirlərindən,  əlilliyindən, 
əmlak,  doğum,  immiqrasiya  vəziyyətindən,  uşağın  insan  alverinə  məruz  qalması  və  ya  qazanc  üçün 
cinsi  xidmətlərin  göstərilməsinə  cəlb  edilməsi  faktından  və  hər  hansı  bir  digər  vəziyyətdən  asılı 
olmayaraq, ədalətli və bərabər şəkildə davranılmalıdır.
 200
  
Milli Fəaliyyət Planları   
2008 - 2013-cü illər üçün Milli Fəaliyyət Planındakı (MFP) əsas tədbirlərə, milli qanunvericiliyə uyğun 
olaraq,  insan  alverinin  uşaq  qurbanlarının  hüquqlarının  və  qanuni  maraqlarının  müdafiəsi  üçün 
görülməli  olan  tədbirləri  nəzərdə  tutan  “İnsan  alverinin  uşaq  qurbanlarına  göstərilən  yardımın 
təkmilləşdirilməsi” də daxil idi.  
2014  –  2018-ci  illərin  əhatə  edən  MFP  uşaq  alveri  ilə  mübarizə  aparmaq  üçün  tədbirləri  müəyyən 
edir.  Bura  Avropa  Şurasının  Uşaqların  cinsi  istismardan  və  cinsi  zorakılıqdan  müdafiəsi  haqqında 
Konvensiyasının  ratifikasiya  olunması  (3.3)  kimi  qanunvericiliklə  bağlı  tədbirlər  də  aiddir.  İnsan 
alverinə, o cümlədən uşaq alverinə qarşı cinayət qaydasında təqiblər intensivləşdirilməlidir (5.6). 
“İnsan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqlara göstərilən yardımın və onların 
müdafiəsinin  təkmilləşdirilməsi”  (7)  üçün  tədbirlər  nəzərdə  tutulur  və  bu  tədbirlərə  aşağıdakılar 
aiddir: 
 “7.1.  İnsan  alverinin  qurbanı  olmuş  və  ya  potensial  qurbanı  olan  uşağa  yardım  göstərilərkən 
onun mənafeləri üstün tutulmalı, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Uşaq hüquqları 
haqqında”  Azərbaycan  Respublikasının  qanunlarına,  “Uşaq  hüquqları  haqqında”  BMT-nin 
Konvensiyasına,  habelə  Azərbaycan  Respublikasının  digər  qanunlarına  və  tərəfdar  çıxdığı 
beynəlxalq müqavilələrə uyğun olaraq, uşağın hüquqlarının və qanuni maraqlarının qorunması 
üçün  müvafiq  tədbirlər  görülməlidir.  Bu  normativ  hüquqi  aktlarla  yanaşı,  yetkinlik  yaşına 
çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında qanunvericiliyin 
müddəaları  rəhbər  tutulmaqla,  insan  alverinin  qurbanı  olmuş  uşaqların  sosial  reabilitasiyası 
xüsusi tərtib edilmiş proqramlar əsasında həyata keçiriləcək”.  
2013-cü ildə Prezident insan alverinin qurbanı ola bilən uşaqların müdafiəsini gücləndirmək və insan 
alverində  iştirak  edənlərə  qarşı  cəzaları  artırmaq  üçün  Cinayət  Məcəlləsinə  və  İnsan  alverinə  qarşı 
mübarizə haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra düzəlişləri imzalamışdır.Əmək və 
Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də Uşaq 
Əməyinin  İstismarının  Aradan  Qaldırılması  üzrə  Birgə  Fəaliyyət  Planını  (2013-2015-ci  illər) 
imzalamışlar.  
Yaşın müəyyənləşdirilməsi 
 
Uşağın  yaşı  qeyri-müəyyən  olduqda  və  qurbanın  uşaq  olduğunu  güman  etmək  üçün  səbəblər 
olduqda  ehtimal  edilməlidir  ki,  qurban  uşaqdır.  Qurbanın  yaşını  müəyyənləşdirənədək,  qurbanla 
uşaq kimi davranılacaqdır və uşağın hüququ olduğu bütün müdafiə tədbirləri görüləcəkdir.
 201
 
İnsan  alveri  ilə  mübarizə  haqqında  Azərbaycan  Respublikasının  Qanununun  16.3-cü  maddəsində 
deyilir:  
                                                            
200
 ATƏT  2011-ci  il.  İnsan  alveri:  potensial  və  təxmin  edilən  qurbanların  müəyyənləşdirilməsi.  İcma  siyasət 
yanaşması. səh.13 
201
 UNICEF 2006 İnsan alverinin uşaq qurbanlarının müdafiəsi üzrə tövsiyələr, səh.15. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
121
 
 “Şəxs sığınacağa qəbul edilərkən onun yaşını dəqiq müəyyən etmək mümkün olmadıqda, lakin 
həmin  şəxsin  18  yaşına  çatmadığı  ehtimal  edildikdə,  o,  uşaq  hesab  edilir.  Uşaqların 
sığınacaqda  qalma  müddəti  60  gündür.  Sığınacaq  verilmə  müddəti  xüsusi  polis  qurumunun, 
qəyyumluq  və  himayə  orqanının  və  ya  Yetkinlik  yaşına  çatmayanların  işləri  və  hüquqlarının 
müdafiəsi  üzrə  komissiyanın  vəsatəti  ilə  uzadıla  bilər.  Uşaqlar  sığınacağa  yerləşdirilərkən  və 
burada saxlama müddəti uzadılarkən, 10 yaşından böyük uşaqların məsələyə dair münasibəti 
öyrənilir və nəzərə alınır. 
Qurbanların müəyyənləşdirilməsi
 
Azərbaycan  Respublikasının  MFP-də  “Milli  Fəaliyyət  Planının  Yerinə  Yetirilməsinin  Məqsədləri  və 
Prinispləri” adlı başlıqda deyilir: 
 “2.1.  Milli  Fəaliyyət  Planının  məqsədi  aşağıdakı  istiqamətlərdə  görülən  tədbirlərin 
davamlılığını təmin etməkdən ibarətdir:  
2.1.4.  insan  alverinin  bütün  formalarının  müəyyənləşdirilməsi  və  onların  qarşısının  alınması, 
habelə onların nəticələrinin qarşısının alınması”.  
İnsan  alveri  ilə  mübarizə  haqqında  Azərbaycan  Respublikasının  Qanununun  “İnsan  alverinə  qarşı 
mübarizə üzrə xüsusi polis qurumu” adlı 8-ci maddəsində deyilir:  
“insan alverinin qurbanlarının müəyyənləşdirilməsi İnsan Alverinə Qarşı Mübarizə İdarəsi olan 
xüsusi polis orqanının vəzifəsidir”. 
Ümumi  müddəalarla  “İnsan  alveri  qurbanlarının  müəyyən  edilməsi  Qaydaları  (indikatorları)”nın 
təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 131 nömrəli qərarında (2009-cu il) deyilir: 
 “1.2. Qurbanların müəyyənləşdirilməsi insan alverindən zərər çəkmiş şəxslərin müdafiəsi üzrə 
tədbirlər sisteminin vacib  elementlərindən olmaqla, onların  zəruri yardım almaq hüquqlarının 
həyata  keçirilməsinə  təminat  verən,  o  cümlədən  onların  cəmiyyətə  reinteqrasiyasına,  normal 
həyat tərzinə qayıtmasına şərait yaradan, habelə yenidən qurbana çevrilmələri riskini azaldan 
başlıca amillərdəndir. 
1.3.  Bu  Qaydaların  məqsədi  qurbanların  daha  asanlıqla  aşkarlanması  və  hüquqlarının 
müdafiəsi  üzrə  təxirəsalınmaz  tədbirlərin  həyata  keçirilməsindən,  həmçinin  aidiyyəti 
qurumların  əməkdaşlarının  insan  alverindən  zərər  çəkmiş  şəxslərin  müəyyənləşdirilməsi  ilə 
bağlı zəruri biliklərə yiyələnmələrini təmin etməkdən ibarətdir”. 
İnsan  alveri  qurbanlarının  müəyyənləşdirilməsi  üçün  “İndikatorlara  dair  Qaydalar”da  qurbanın 
müəyyənləşdirilməsinin hüquqi aspektlərinin anlayışları, istismarın müəyyən formaları üçün səciyyəvi  
qurban  olma  indikatorları  (ümumi  indikatorlar),  qurbanların  müəyyənləşdirilməsi  metodları, 
müəyyənləşdirmə  üçün  sorğu,  qiymətləndirmə  üçün  suallar,  təsdiqedici  əlavə  materiallar  və  insan 
alveri qurbanının sorğu-sual edilməsi ilə bağlı əlavə tövsiyələr verilir.  
“İndikatorlara dair Qaydalar”da vurğulanır ki, bəzən qurbanlar məruz qaldıqları psixoloji travma 
üzündən özlərini qurban kimi görmürlər. “İndikatorlara dair Qaydalar”da insan alverinin potensial 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə