Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə58/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
118
 
“106.1.  Köləlik,  yəni  şəxs  üzərində  mülkiyyət  hüququna  xas  olan  səlahiyyətləri  tam  və  ya 
qismən həyata keçirmə beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
106.2. Eyni əməllər yetkinlik yaşına çatmayana qarşı və ya şəxsi xarici ölkəyə daşımaq məqsədi 
ilə törədildikdə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
106.3. Kölə ticarəti, yəni şəxsi köləliyə yönəltmək və ya kölə kimi istifadə etmək, satmaq və ya 
dəyişdirmək  məqsədi  ilə  saxlama,  onun  barəsində  sərəncam  vermə,  habelə  kölə  ticarəti  və 
kölələrin daşınması ilə bağlı hər hansı bir əməl, eləcə də cinsi köləlik və ya köləlik əsasında cinsi 
azadlığa  qəsd  edən  əməl  beş  ildən  on  ilədək  müddətə  azadlıqdan  məhrumetmə  ilə 
cəzalandırılır”. 
 
İnsan  alveri  ilə  mübarizə  haqqında  Azərbaycan  Respublikasının  Qanununun  1.0.5-ci  maddəsində 
köləliyə aşağıdakı kimi anlayış verilir:  
“şəxs üzərində mülkiyyət hüququna  xas olan səlahiyyətlərin tam və ya qismən həyata 
keçirilməsi”. 
 
  Orqanların çıxarılması 
 Azərbaycan Respublikasının milli qanunvericiliyinə, Cinayət Məcəlləsinin 144-1-ci maddəsi və İnsan 
alveri  ilə  mübarizə  haqqında  Qanunun  1.0.2-ci  maddəsinə  əsasən,  “insan  orqanlarının  və 
toxumalarının  qanunsuz  çıxarılması”  kimi  istismar  kimi  təfsir  olunur.
197
 Lakin  Azərbaycan 
Respublikasında belə hallar qeydə alınmamışdır.  
Ev köləliyi 
Azərbaycanda  ev  köləliyi  ilə  bağlı  heç  bir  hal  qeydə  alınmasa  da,  insan  alverinin  bu  növü  nəzərdə 
tutulmalıdır. 
 
Şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması 
Azərbaycanın  Cinayət  Məcəlləsinin  144-1-ci  maddəsində  və  İnsan  alveri  ilə  mübarizə  haqqında 
Azərbaycan  Respublikasının  Qanununun  1.0.2-ci  maddəsində  deyilir  ki,  “Şəxs  üzərində  qanunsuz 
biotibbi tədqiqatların aparılması” istismarın bir formasıdır, lakin onun dəqiq mənasını verən heç bir 
anlayış yoxdur.  
 
Qadının surroqat ana kimi istifadə edilməsi 
Azərbaycanın  Cinayət  Məcəlləsinin  144-1-ci  maddəsində  və  İnsan  alveri  ilə  mübarizə  haqqında 
Azərbaycan  Respublikasının  Qanununun  1.0.2-ci  maddəsində  deyilir  ki,  “qadının  surroqat  ana  kimi 
istifadə  edilməsi”  istismarın  bir  formasıdır,  lakin  onun  mənasını  müəyyənləşdirən  heç  bir  izah 
verilmir.  
Cinayətkar fəaliyyətə cəlbetmə 
Azərbaycanın  Cinayət  Məcəlləsinin  144-1-ci  maddəsində  və  İnsan  alveri  ilə  mübarizə  haqqında 
Azərbaycan  Respublikasının  Qanununun  1.0.2-ci  maddəsi  “cinayətkar  fəaliyyətə  cəlbetməni” 
istismarın  bir  forması  kimi  nəzərdə  tutur.  Nə  BMT-nin  İnsan  Alverinə  dair  Protokolunda,  nə  də  AŞ 
                                                            
197
 Vilayət  Eyvazov  -  İnsan  Alverinə  qarşı  Mübarizə  üzrə  Milli  Əlaqələndirici  2  noyabr  2012-ci  il  tarixli 
hesabatında  bildirmişdir  ki,  “Orqan  və  toxumaların  köçürülməsinin  qaydaları  və  şərtləri,  belə  əməliyyatları 
həyata  keçirən  ixtisaslaşdırılmış  tibbi  müəssisələrin  siyahıları,  köçürmə  məqsədilə  orqanların  çıxarılması, 
hazırlanması və saxlanılması qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq olunmuşdur”. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
119
 
Konvensiyasında “cinayətkar fəaliyyətlə” bağlı heç bir qeyd yoxdur. Lakin Aİ-nin 2011/36/ EU nömrəli 
Direktivinin  2-ci  maddəsində  “cinayətkar  fəaliyyətin  istismarı”  istismarın  bir  forması  kimi  nəzərdə 
tutulur və deyilir: 
 “şəxsin  cibgirlik,  mağazalarda  oğurluq,  narkotik  alveri  və  cəzaların  nəzərdə  tutulduğu  və 
maliyyə  gəlirini  ehtiva  edən  digər  oxşar  hərəkətləri  törətmək  üçün  şəxsin  istismarı  kimi  başa 
düşülür”. 
Azərbaycan Respublikasında “cinayətkar fəaliyyətə cəlb etməklə” istismar halları qeydə alınmamışdır. 
Lakin digər ölkələrdə belə hallar qeydə alınmışdır.
198
 
Sosial  problemlərin  nəticəsi  kimi,  Niderlandda  da  cinayətkar  fəaliyyətə  cəlb  olunmuş  azyaşlılar 
barədə məlumatlar
199
 qeydə alınmışdır (bax, aşağıda). 
 
Dilənçilik  
Azərbaycanın  Cinayət  Məcəlləsində  və  İnsan  alveri  ilə  mübarizə  haqqında  Azərbaycan 
Respublikasının Qanununda istismarın bir forması kimi “dilənçilik” haqqında heç bir qeyd olmasa da, 
belə deyilə bilər ki, Azərbaycan Respublikasının milli qanunvericiliyində “cinayətkar fəaliyyət” anlayışı 
beynəlxalq hüquqi sənədlərdə nəzərdə tutulan “dilənçiliyi” də əhatə edəcək qədər genişdir.  
6.4 Ölkə hüdudlarında insan alveri  
9 may 2013-cü il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddələrinə sərhədi keçməklə daşıma 
zərurətini aradan qaldıran düzəlişlər prokurorlara və hakimlərə ölkə hüdudlarında mümkün halları 
müəyyənləşdirmək imkanını verir. 
 
6.5 Uşaqlar 
6.5.1. Uşaq alverinin milli anlayışı 
İnsan alveri ilə mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində deyilir:  
“yetkinlik  yaşına  çatmayan  şəxsin  istismar  məqsədi  ilə  cəlb  edilməsi,  əldə  edilməsi, 
saxlanılması,  gizlədilməsi,  daşınması,  verilməsi  və  ya  qəbul  edilməsi  bu  maddədə  göstərilən 
üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir”. 
Azərbaycan qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmayan şəxs 18 yaşadək olan şəxsdir. 
Azərbaycanın  Konstitusiyasının  151-ci  maddəsində  nəzərdə  tutulur  ki,  beynəlxalq  müqavilələr,  o 
cümlədən  Uşaq  hüquqları  haqqında  Konvensiya  milli  qanunvericilik  üzərində  üstünlüyə  malikdir. 
Azərbaycan  Respublikası  ratifikasiya  olunmuş  beynəlxalq  müqavilələrə  hüquqi  prioritetlik  verir  və 
məhkəmələr Uşaq hüquqları haqqında Konvensiyanı tətbiq etməlidirlər.  
Həm sərhədi keçməklə, həm də ölkə hüdudlarında insan alveri hallarında, uşaq qurbanlarla, onların 
özlərinin,  valideynlərinin  və  ya  qəyyumlarının  irqindən,  dinindən,  yaşından,  ailə  vəziyyətindən, 
                                                            
198
 Belə görünür ki, insan alverçiləri və cinayətkar dəstələr yaşlılara nisbətən uşaqlara üstünlük verirlər, belə ki, 
uşaqlara nəzarət etmək daha asandır və onların nisbətən kiçik bədən quruluşları oğurluq və mağazalarda 
oğurluq kimi cinayətlərin törədilməsində onlara üstünlük verir. Azyaşlılarla bağlı belə hallar qeydə alınmışdır, 
məsələn, İtaliyanın şimalında insan alveri ilə məşğul olan dəstə 13 yaşlı qızı istismar etmiş və onu mağazalarda 
oğurluq etməyə məcbur etmişdir. (Basko, F. et al. 2009 İnsan alveri modelləri  red. Friesendorf, C. İnsan alveri 
əleyhinə strategiyalar: təhlükəsizlik sektorunun rolu, səh.50.) 
199
 RACE 2015 Avropada cinayətkar fəaliyyətə və dilənçiliyə cəlb etmə üçün insan alveri 2015-ci il, səh.58. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə