Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə55/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
112
 
6.1 Milli qanunvericilik 
Azərbaycan  Respublikası  beynəlxalq  hüquqda  insan  alveri  ilə  bağlı  vacib  olan  beynəlxalq  sənədlərə 
qoşulmuşdur
190
 və  Azərbaycan  Respublikası  tərəfindən  imzalanmış  və  ratifikasiya  olunmuş 
konvensiyalar  və  müqavilələr  aydın  şəkildə  qəbul  olunmuşdur.  Buna  görə  də,  Azərbaycan 
Respublikası  öz  milli  qanunvericiliyinin,  siyasətlərinin  və  ya  təcrübələrinin  bu  müqavilələrin 
tələblərinə  cavab  verməsini  və  onun  standartlarına  uyğun  olmasını  təmin  etmək  kimi  beynəlxalq 
hüquqi  öhdəlik  daşıyır.  Bu  öhdəliklərin  Beynəlxalq  Ədalət  Məhkəməsi,  Beynəlxalq  Cinayət 
Məhkəməsi  və  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  kimi  müvafiq  yurisdiksiyaya  malik  beynəlxalq 
məhkəmələrdə  və  tribunallarda  və  daxili  qanunvericilikdən  asılı  olaraq,  milli  məhkəmələrdə 
məhkəmə qaydasında məcburi şəkildə yerinə yetirilməsi təmin oluna bilər.
 191
 
Azərbaycan Respublikası insan hüquqları, məcburi əmək və insan alveri ilə bağlı beynəlxalq sənədlərə 
qoşulduğuna  görə,  beynəlxalq  və  milli  hüququ  tətbiq  edərkən,  hakimlər  və  prokurorlar  bunları 
nəzərə  almalıdırlar.  Azərbaycanın  Konstitusiyasının  151-ci  maddəsində
192
 deyilir  ki,  nə  vaxtsa 
Azərbaycan  Respublikasının  qanunvericilik  sistemindəki  normativ-hüquqi  aktlar  (Azərbaycan 
Respublikasının  Konstitusiyası  və  referendum  yolu  ilə  qəbul  edilmiş  aktlar  istisna  olmaqla)  və 
Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sazişlər arasında ziddiyyət yarandıqda, beynəlxalq 
sazişlərin  müddəaları  üstünlüyə  malik  olur  və  Cinayət  Məcəlləsinin  müddəaları  birmənalı  şəkildə 
tətbiq edilir.
193
 
Qanunvericilik 
2015-ci  ilin  iyun  ayında  Azərbaycanın  Cinayət  Məcəlləsinin  144-1-ci  və  144-2-ci  maddələrinə  insan 
alverini  və  məcburi  əməyi  əlavə  etməklə  İnsan  alveri  ilə  mübarizə  haqqında  Azərbaycan 
Respublikasının Qanunu (2004-cü il) qəbul edilmişdir.  
144-1-ci  maddəyə  2013-cü  ildə  düzəliş  edilmişdir  və  indi  o,  İnsan  alveri  ilə  mübarizə  haqqında 
Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsindəki anlayışa oxşardır.  
İnsan alverinə dair 144-1-ci maddəsində deyilir:  
“144-1.1. İnsan alveri, yəni istismarla bağlı məqsədlər üçün,  güc tətbiq etmək hədəsi ilə və ya 
güc  tətbiq  etməklə,  qorxutma  və  ya  digər  formalarda  oğurlama,  dələduzluq,  aldatma, 
səlahiyyətdən  və  ya  müdafiəsizlik  vəziyyətindən  sui-istifadə  yolu  ilə,  yaxud  da  digər  şəxsə 
nəzarət  edən  şəxsin  razılığına  nail  olmaq  üçün  ödəniş  və  ya  mənfəət,  imtiyaz  və  ya  güzəştlər 
verməklə  və  ya  almaqla  şəxsin  cəlb  edilməsi,  əldə  edilməsi,  saxlanılması,  gizlədilməsi, 
daşınması,  verilməsi  və  ya  qəbul  edilməsi—beş  ildən  on  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
                                                            
190
 Bax 1-ci Əlavə. 
191
 Birləşmiş  Millətlər  Təşkilatının  İnsan  Hüquqları  üzrə  Ali  Komissarlığı.  2014-cü  il  İnsan  hüquqları  və  insan 
alverinə dair məlumat bülleteni Nr.26, səh.9.  
192
 Azərbaycan:Məhkəmədə söz azadlığı, aprel 2014-cü il, Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları 
İnstitutunun hesabatı (BVAİHİ), səh.13. 
193
 Azərbaycan Konstitusiyasının 151-ci maddəsində beynəlxalq hüquqi sazişlərin ölkənin milli normativ hüquqi 
aktları üzərində primatlığı aydın şəkildə təsbit olunmuşdur. Həmin maddədə bu kateqoriya altına düşməyən iki 
gözlənilən  halla  bağlı  mühüm  qeyd  də  vardır.  Bunlar,  Azərbaycan  Respublikası  Konstitusiyasının  özü  və 
referendum yolu ilə qəbul edilmiş aktlardır. Əlavə olaraq, bununla bağlı 12-ci maddədə nəzərdə tutulur ki, “bu 
Konstitusiyada  sadalanan  insan  və  vətəndaş  hüquqları  və  azadlıqları”  Azərbaycanın  beynəlxalq  öhdəliklərinə 
uyğun şəkildə yerinə yetirilməlidir. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
113
 
Qeyd: 
1.  Bu  maddədə  «insanın  istismarı»  dedikdə,  məcburi  əmək  (xidmət),  cinsi  istismar,  köləlik, 
köləliyə  bənzər  adətlər  və  onlardan  irəli  gələn  asılılıq  vəziyyəti,  insan  orqanlarının  və 
toxumalarının qanunsuz köçürülməsi, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, 
qadının  surroqat  ana  kimi  istifadə  edilməsi,  qanunsuz,  o  cümlədən  cinayətkar  fəaliyyətə  cəlb 
etmə başa düşülür. 
2.  İnsan  alverindən  zərərçəkmiş  şəxsin  istismar  olunmasına  dair  razılığı,  həyat  tərzi,  və  ya 
əxlaqsız  davranışı  insan  alverində  şübhəli  bilinən  şəxsin  cəzasını  yüngülləşdirən  hal  qismində 
nəzərə alına bilməz. 
3.  Azyaşlının  istismarla  bağlı  məqsədlər  üçün  cəlb  edilməsi,  əldə  edilməsi,  saxlanılması, 
gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi, 144-1.1-ci maddədə nəzərdə tutulmuş 
vasitələrdən istifadə olunmadığı halda belə, insan alveri hesab edilir.  
Məcburi Əməyə dair 144-2-ci maddədə deyilir: 
"144-2.1.  Şəxsi  hədə-qorxu,  zor  tətbiq  etməklə  və  ya  zor  tətbiq  etmək  hədəsi  ilə,  habelə 
qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla 
müəyyən  işin  yerinə  yetirilməsinə  (xidmətin  göstərilməsinə)  məcburetmə  -  dörd  ildən  səkkiz 
ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
Milli  qanunvericiliyi  beynəlxalq  qanunvericiliyə  uyğunlaşdırmaq  üçün  9  may  2013-cü  il  tarixdə 
Cinayət Məcəlləsinə düzəlişlər edilmişdir. Cinayətin zəruri ünsürü kimi sərhədi keçməklə, daşınmanı 
çıxarmaqla, məcburi əməyə görə cəzanı artırmaqla, uşaqların cinsi istismarı ilə bağlı cinayəti sübuta 
yetirmək  üçün  güc,  dələduzluq  və  ya  məcburetmə  vasitələrinin  nümayiş  etdirilməsinə  ehtiyac 
duyulmadığına aydınlıq gətirməklə və insan alveri məqsədilə törədildiyi halda şəxsiyyəti təsdiq edən 
sənədlə  dələduzluğa  görə  cinayət  məsuliyyətini  müəyyənləşdirməklə  Cinayət  Məcəlləsinə  düzəliş 
edilmişdir. 
Cinayət Məcəlləsinə düzəlişlər insan alverinin anlayışının insan alverinin həm milli, həm də transmilli 
formalarının əhatə olunmasını və bu anlayışın beynəlxalq hüquqa uyğun olmasını təmin edir. Yenə də 
beynəlxalq  hüquqa  uyğunluğu  təmin  etmək  üçün  Cinayət  Məcəlləsinin  144-1.1-ci  maddəsinə 
vasitələrin siyahısı da əlavə edilmişdir.  
 
6.2 Milli hüquq sistemi 
6.2.1 Məhkəmələr 
Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinin  hakimlərinin  fəaliyyəti  və  statusu 
Azərbaycan  Respublikasının  milli  qanunvericiliyi  ilə  müəyyən  edilir.  Bakıda,  Gəncədə,  Şəkidə, 
Lənkəranda  və  Naxçıvan  MR-də  yerləşən  Ağır  Cinayətlər
 
Məhkəmələri,  müvafiq  yurisdiksiya 
çərçivəsində,  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinə  uyğun  olaraq,  ağır  cinayət  işlərinə 
baxır və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan cinayətləri törətmiş şəxslərin 
təhvil  verilməsi  (ekstradisiyası)  məsələsinə  dair  qərar  verir.  Azərbaycan  Respublikasının  Ağır 
Cinayətlər  Məhkəmələri  cinayətlərə  öz  hüquqi  səlahiyyətləri  çərçivəsində  birinci  instansiya 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə