Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə53/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
108
 
qalmış şəxslərə münasibətdə öz vəzifələrini yerinə yetirmələrinə kömək edir. 
   Bu  qərarda  Məhkəmə  belə  bir  fikirdə  olmuşdur  ki,  insan  alveri  İnsan  Hüquqları  haqqında  Avropa 
Konvensiyasının  4-cü  maddəsindəki  danılmaz  hüquqların  müdafiə  dairəsi  çərçivəsinə  düşür  və 
dövlətlərin  üzərinə  düşən  insan  alverini  araşdırmaq  öhdəliyi  şəxsin  insan  alverinə  məruz  qalmasına 
dair  inandırıcı  şübhə  olduğu  hallarda  yaranır  və  yaranmalıdır.  Belə  olan  halda,  insan  alverçisi 
barəsində  heç  bir  araşdırma  aparılmır,  lakin  qurban  cinayət  məsuliyyətinə  cəlb  olunur,  bu,  həmin 
şəxsin dövlətin və Aİ qanunvericiliyindən irəli gələn öhdəliklərinin çox ciddi pozuntusu olacaqdır”.  
 
2011/36/EU  nömrəli  Direktivin  8-ci  maddəsində  insan  alveri  qurbanları  üçün  cəzadan  azad 
olunmanın və cəzaların tətbiq olunmamasının vacibliyi qeyd olunur. Burada nəzərdə tutulur: 
 “Üzv  dövlətlər…səlahiyyətli  orqanların    insan  alveri  qurbanlarını,  törətməyə  vadar  edildikləri 
cinayətkar  əməllərdə  iştiraka  görə  təqib  etməmək  və  ya  onlara  cəza  təyin  etməmək 
səlahiyyətinə malik olmalarını təmin etmək üçün zəruri tədbirlər görməlidirlər (…)”. 
Bu Direktivdə həmçinin uşaqların ən ümdə maraqlarının direktivin tətbiqində başlıca məsələ hesab 
edilməli olduğu təsdiq edilir.  
 
5.13 Kompensasiya 
Kompensasiya cinayətkar əməl nəticəsində hər hansı bir şəxsi zərər, itki və ya ziyana görə ödəniş və 
insan  alveri  qurbanının  məruz  qaldığı  hüquq  pozuntularının  bərpa  vasitəsidir.  Beynəlxalq  hüquqi 
sənədlərə  əsasən  zərərçəkmiş  şəxsin  kompensasiya  tələb  etmək  hüququ  vardır  və  bu,  ya  insan 
alverçisindən,  ya  da  dövlətdən  tələb  oluna  bilər.  Əksər  dövlətlərdə  cinayət  proseslərində  mülki 
iddialar irəli sürülə bilindiyinə görə, o, cinayət və / və ya mülki proseslərdə tələb oluna bilər. Əlavə 
olaraq,  müəyyən  dövlətlər  insan  alveri  qurbanları  üçün  xüsusi  kompensasiya  fonduna  malikdirlər. 
İnsan alveri qurbanları kompensasiya tələb etdikdə onların hüquqi yardım almaq hüququ olmalıdır. 
Prokurorlar onların insan alveri qurbanlarının kompensasiya hüquqları barədə məlumatlı olmalarını 
və zərurət olanda müraciət etmələrini təmin etməlidirlər. Hakimlər ya beynəlxalq hüquqi sənədlərin 
tətbiqindən  və  ya  da  milli  qanunvericilikdən  irəli  gələrək  hüquqi  baxımdan  belə  etməli  olduqları 
halda qurbanlara kompensasiya ödənilməsinə dair qərar verməlidirlər. Prokurorlar və hakimlər həm 
də  bilməlidirlər  ki,  beynəlxalq  əmək  standartları  da  hüquq  bərpa  vasitələrinə  olan  hüququ,  o 
cümlədən  məcburi  əmək  və  fəhlələrin  hüquqlarından  və  miqrantların  hüquqlarından  sui-istifadə 
edilmiş olduğu hallarda kompensasiya almaq hüququnu müdafiə edirlər.
 179
 
Sierra işi: Bolqarıstanlı insan alverçilərinin məhkum olunması, o cümlədən qurbanlara kompensasiya: 
Ölkə: Niderland.  
Məhkəmə: Alkmaar Rayon Cinayət Məhkəməsi: Məhkum olunma tarixi: 3 fevral 2012-ci il. 
İstismarın məqsədi: Fahişəliyin istismarı 
Bolqarıstanlı  cinayətkar  digər  cinayətkarlarla  birgə  Alkmaar  Rayon  Cinayət  Məhkəməsi  tərəfindən 
məhkum olunmuşdur. Bu məhkumluq Bolqarıstandan olan yeddi qurbanla bağlı insan alverinə görə 
olmuşdur.  O,  onları  Niderlandda  müxtəlif  şəhərlərdə  yeddi  il  qazanc  məqsədilə  cinsi  xidmətlər 
                                                            
179
 ATƏT / DTİHO, 2008 ATƏT Regionunda İnsan alverinə məruz qalan və istismar edilən şəxslər üçün 
kompensasiya.səh 20. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
109
 
göstərməyə məcbur etmişdir. Bu zorakılıq və zorakılıq etmə hədəsi ilə edilmişdir. Qurbanlar hər gün 
minimum  500  avro  qazanmağa  məcbur  edilmişlər.  Bundan  əlavə,  onlar  gün  ərzində  uzun  çəkən  iş 
saatlarında  və  ardıcıl  hər  gün,  hətta  xəstə  olduqda  da  işləməyə  məcbur  edilmişlər.  Bütün  gəlirlər 
cinayətkarların şəxsi gəliri kimi onların əlindən alınırdı. 
Məhkəmə  qərar  vermişdir  ki,  cinayətkar  cinayət  prosesinə  əsasən  qurbanlardan  dördünə 
kompensasiya ödəməli olduğuna qərar vermişdir.  Qeyd olunan kompensasiya maddi və qeyri-maddi 
ziyana görədir, onlar ümumilikdə 150,800 avro məbləğində ziyana məruz qalmışlar.  
https://ec.europa.eu/anti-trafficking/legislation-and-case-law-case-law/sierra-case-bulgarian-
traffickers-conviction-including_en
 
Tas Belçikaya qarşı 
12 may 2009-cu il (məqbul hesab edilmə haqqında qərar)  
Bu iş insan alveri və müdafiəsiz vəziyyətdə olan xarici vətəndaşların istismarı ilə əlaqədar olan əməllə 
bağlı istifadə edilmiş məkanların müsadirəsi barədə olmuşdur. Ərizəçi, xüsusilə, İnsan Hüquqları 
haqqında Avropa Konvensiyasına 1 nömrəli Protokolun 1-ci maddəsinə (əmlakın qorunması) 
əsaslanmışdır. 
  Məhkəmə ərizəni qəbuledilməz (aşkar şəkildə əsassız) elan etmişdir.  Xüsusilə də cinayətkar 
fəaliyyətlə mübarizə məqsədini daşıyan siyasət baxımından, “əmlakdan ümumi marağa uyğun 
istifadə olunmasına” nəzarətin həyata keçirilməsində dövlətə verilən qiymətləndirmə hüdudlarını 
nəzərə alaraq, o, belə müəyyən etmişdir ki, ərizəçinin öz əmlaklarından dinc məqsədlə istifadə 
hüququnun pozulması gözlənilən legitim məqsədə yəni, təhlükəli vəziyyətdə xarici vətəndaşların insan 
alveri  və istismarı ilə mübarizə aparmaq kimi ümumi marağa uyğun olmamışdır.
 
 
UNTOC-un  “Qurbanlara  yardım  və  onların  müdafiəsi”  başlıqlı  25.2-ci  maddəsində  deyilir  ki,  “Hər 
bir   iştirakçı
-
dövlət  bu  Konvensiya  ilə   əhatə   olunan  cinayətlərin  qurbanlarına  zərərin  ödənilməsi 
və onlar  tərəfindən  kompensasiyanın  alınmasını  təmin  etmək  üçün  müvafiq  prosedurlar  müəyyən 
edir”. Buna görə də, UNTOC və BMT-nin İnsan Alverinə dair Protokoluna əsasən, Tərəflər insan alveri 
qurbanları  üçün  kompensasiyaya  çıxış  üzrə  hüquqi  prosedurun  ən  azı  bir  növünün  olmasını  və 
qurbanlara bu imkan barədə məlumat verilməsini təmin etməlidirlər.
 180
  
Bu  kompensasiya  almaq  hüququ  AŞ  Konvensiyasında  aşağıdakıların  deyildiyi  “Kompensasiya  və 
məhkəmə təzminatı” başlıqlı 15-ci maddəsində təsbit olunmuşdur:   
“3.  Hər  bir  Tərəf  öz  daxili  qanunvericiliyində  insan  alveri  qurbanlarının  cinayəti  törətmiş 
şəxslərdən kompensasiya almaq hüququnu təmin etməlidir. 
4.  Hər  bir  Tərəf  öz  daxili  qanunvericiliyinə  uyğun  olaraq  insan  alveri  qurbanlarına  23-cü 
maddədə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən əldə olunmuş vəsaitlər hesabına 
maliyyələşdirilə bilən, insan alveri qurbanlarına kompensasiya ödənilməsi üçün fondların və ya 
onların  sosial  müdafiəsinə  və  sosial  inteqrasiyasına  yönəldilmiş  proqram  və  tədbirlərin  təşkil 
olunması vasitəsilə kompensasiya ödənilməsini təmin etmək üçün vacib olan qanunvericilik və 
digər tədbirləri həyata keçirməlidir”. 
                                                            
180
 ATƏT  /  DTİHO,  2008  ATƏT  Regionunda  İnsan  alverinə  məruz  qalan  və  istismar  edilən  şəxslər  üçün 
kompensasiya, səh.19.  


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə