Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə49/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
100
 
Uşaq qurbanların toxunulmazlığı başlıca əhəmiyyətli məsələ kimi qorunmalıdır. Onlar ifadə verərkən, 
dövlət  onların  öz  ifadələrini  təhlükəsiz  şəkildə  vermələrini  təmin  etməli  və  qurbanların  çox  vaxt 
məhkəmə  zalında  üzləşdikləri  təkrar  travma  alma  ehtimalını  azaltmaq  üçün  səylər  göstərməlidir. 
Hüquq-mühafizə orqanları, prokurorlar və hakimlər uşaqlara uyğun təcrübələri, o cümlədən uşaqlar 
üçün  nəzərdə  tutulmuş  müsahibələri,  uyğunlaşıdrılmış  məhkəmə  mühitlərini,  uşağın  yaşına  və 
yetkinlik  dərəcəsinə  uyğun  olan  vaxta  planlaşdırılmış  dinləmələr  və  uşağın  yalnız  zərurət  olduqda 
məhkəməyə getməsi üçün çağırış sistemini tətbiq etməlidirlər.
 171
  
"Cinayət proseslərində ən yaxşı dəlilləri əldə etməyə nailolma: qurbanlarla və şahidlərlə 
müsahibələrin aparılması üzrə təlimat” 
Uşaqlar müdafiəsiz vəziyyətdə olan şahiddirlər və onların ifadələri videoçəkiliş vasitəsilə də alına 
bilər.  
  videoyazı  şəklində  müsahibə  (müdafiəsiz  və  qorxudulmuş  vəziyyətdə  olan  şahidlər  üçün 
mövcuddur):  şahidin  əsas  dindirilmədə  alınmış  ifadəsi  kimi  məhkəmə  tərəfindən  qəbul  edilə 
bilən  məkəməyə  qədər  müdafiəsiz  və  ya  qorxudulmuş  vəziyyətdə  olan  şahidlə  videoyazısı  olan 
müsahibə. Kral (Dövlət) Məhkəməsində cinsi zəmində törədilən cinayətlərə görə mühakimələrdə 
yaşlı şikayətçilərlə videoyazısı olan müsahibə, ədalət mühakiməsinin maraqlarına zidd olmadıqda 
və  şikayətçinin  ifadəsinin  keyfiyyətini  artırdıqda,  müraciət  əsasında  avtomatik  olaraq  məqbul 
hesab ediləcəkdir;  
Ədliyyə Nazirliyi (Birləşmiş Krallıq) 2011 Cinayət proseslərində ən yaxşı dəlilləri əldə etməyə nail olma: 
qurbanlarla  və  şahidlərlə  müsahibələrin  aparılması  üzrə  təlimat  və  xüsusi  tədbirlərdən  yararlanma 
üzrə təlimat.  
 
 
5.7 Şahidlərin müdafiəsi 
İnsan alverinə adətən beynəlxalq mütəşəkkil cinayətkar şəbəkələr tərəfindən nəzarət olunur və buna 
görə  də,  insan  alveri  qurbanlarının  və  insan  alveri  qurbanları  ilə  qarşılıqlı  əlaqədə  olmaqla  xidmət 
göstərən  heyətin  məruz  qaldıqları  mümkün  risk  dərəcəsinin  böyük  olduğu  etiraf  edilməlidir.  Risk 
dərəcəsini  artırmadan  belə  vəziyyətlərin  idarə  olunmasında  əsas  məqam  hər  bir  işdə  mövcud  olan 
təhlükəsizlik  riskini  diqqətli  şəkildə  qiymətləndirmək  və  əsas  ən  qabaqcıl  təcrübə  hesab  edilən 
təhlükəsizlik prosedurlarına daima riayət etməkdir.
172
 
Şahidlərin  müdafiəsi  cinayət  araşdırmasında  və  proseslərində  iştirak  edərək  özünü  bu  iştirak 
nəticəsində ciddi şəxsi zərər riski altında hesab edən qurbanlar üçün müdafiə tədbirlərini təminetmə 
vasitəsidir.  Şahidlərin  müdafiəsi,  ümumiyyətlə,  mühüm  dəlillər  verən  qurbanlara  və  onlara  qarşı 
böyük təhlükənin olduğu şəxslərə yönəldilir.  
        Şahid Müdafiə Proqramları 
2005-ci ildə  Rumıniyada SECI Regional  Mərkəzinin  (indi SELEC Cənub-Şərqi Avropa Hüquq-
Mühafizə  Mərkəzi)  mənzil-qərargahı  vasitəsilə  ünvanlanan  ümumilikdə  851  müraciətin  28 
faizi insan alveri və tənzimlənməyən miqrasiya ilə bağlı olmuşdur. SECI Mərkəzi unikal şahid 
                                                            
171
 UNICEF 2006 İnsan alverinin uşaq qurbanlarının müdafiəsi üzrə tövsiyələr, səh.32 
172
 BMqT 2007 İnsan alveri qurbanlarına birbaşa yardım haqqında əyani vəsait, səh.3  


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
101
 
müdafiə proqramına malikdir. 2004 – 2005-ci illərdə tək Moldovadan on səkkiz insan alveri 
qurbanına  proqram  vasitəsilə  yardım  göstərilmişdir  və  onlar  ifadə  vermək  üçün 
Makedoniya, Serbiya və Monteneqroya getmişlər. 
Məhkəmələrin  keçirildiyi  ölkələrə  səfər  zamanı  qurbanların  bütün  gün  ərzində  xüsusi 
müdafiəsi təmin edilmişdir.  
Arsokova, C.  və Canssens, S. 2009 İnsan alveri və polis: qabaqcıl və zəif təcrübələr. red. 
Friesendorf, C. İnsan alveri əleyhinə strategiyalar: təhlükəsizlik sektorunun rolu, səh.193. 
Məhkəmə  proseslərinin  açıq  keçirilməsi  İnsan  hüquqları  haqqında  Avropa  Konvensiyasının  6(1)-ci 
maddəsində təsbi
t
 edilmiş əsas prinsipdir (ədalətli məhkəmə araşdırması hüququ). Bu prinsip bəzən 
uğurlu təqiblər üçün bir maneə də ola bilər və qurbanlar onların şəxsiyyətinin cinayətkara, onun əlbir 
olduğu  şəxslərə  və  ya  ümumiyyətlə,  əhaliyə  bəlli  olacağı  təqdirdə,  özlərinin  və  ya  dostlarının  və 
ailələrinin ciddi zərər riski altında olacağından çəkinirlər. 
 
5.8 İşlərin idarə olunması   
İşlərin  idarə  olunması  ilkin  ittihamın  irəli  sürülməsindən  yekunlaşmaya  qədər  işlərin  ən  effektiv  və 
səmərəli  şəkildə  necə  idarə  oluna  bilinəcəyinə  dair  istiqamətləndirməni  təmin  edən  bir  çərçivədir. 
Burada  prosedurlara  və  ittihamın  irəli  sürülməsinə  görə  cavabdehlik  daşıyanların  rolları  və 
öhdəlikləri,  müdafiə  tərəfinin  vəzifələri  və  məhkəmədən  gözləntilər  təfsilatlı  şəkildə  verilir. 
Ümumiyyətlə  proses  cinayətin  törədilməsi  barədə  hüquq-mühafizə  orqanına  məlumat  daxil  olduğu 
andan  başlayır.  Bundan  sonra  həqiqətən  nəyin  baş  verdiyini  və  kimin  iştirak  etdiyini 
müəyyənləşdirmək üçün dəlillər toplanır və onları təsdiq etmək üçün şahidlərdən ifadə alınır. 
İşlərin  idarə  olunması  məhkəmə  sistemi  və  məhkəməyə  çıxış  vasitəsilə  işlərin  səmərəli  şəkildə 
aparılmasını  təmin  edən  xüsusi  proseslərdən  və  ya  strukturlardan  ibarətdir.  İşlərin  effektiv  şəkildə 
idarə olunması bir çox problemlərin həllinə kömək edə bilər.  
     İşlərin idarə olunması üzrə qabaqcıl sistemin mühüm ünsürləri:    
  Hüquq-mühafizə  orqanları  və  qurbanlara  xidmət  göstərən  qurumlar  və  işləri  əlaqələndirmə 
mexanizmləri kimi digər ixtisaslaşdırılmış xidmətlər arasında əməkdaşlıq; 
  Bütün müvafiq iştirakçılarla birgə işlənib hazırlanmalı olan təhlükəsizlik tədbirləri; 
  Vahid prosedurlar və siyasətlər
  Xüsusi təqvimlər; 
  Cinayət proseslərində iştirak edən polis, prokurorlar, vəkillər və digər iştirakçılar arasında izah 
edilməli olan xüsusi son tarixlər və ciddi vaxt cədvəlləri;  
  Heyətin təlimi;  
  İnsan alveri və miqrant qaçaqmalçılığı ilə bağlı işlərdə iştirak etmək ehtimalı olan hüquq-
mühafizə heyəti üçün xüsusi təlim; 
  Gender məsələlərinə həssaslıqla yanaşma; 
  Uşaqların xüsusi ehtiyaclarının nəzərə alınması. 
 
UNODC  2014  Mərkəzi  Asiyanın  hüquq-mühafizə  heyətləri  üçün  insan  alveri  və  miqrant 
qaçaqmalçılığı ilə bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 83 
Bütün  işlərə  ədalətli  şəkildə  baxılmasını  və  məhkəmə  qarşısına  çıxanların  hüquqlarının  və 
təminatlarının qəbul edilməsini və onlara hörmətlə yanaşılmasını təmin etmək üçün prokurorlar və 
hakimlər işlərin idarə olunmasını həyata keçirməlidirlər. Hakimlər işlərin aktiv şəkildə idarə olunması 
üçün  qaydaları müəyyənləşdirmək vəzifəsini  daşıyırlar və prokurorlar və məhkəmə qarşısında digər 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə