İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
94
Məmurların korrupsiyaya cəlb olunmaqla insan alverində iştirak etmə yolları
a. Birbaşa yollar.
I. İnsan alveri əməliyyatını idarəetmə.
II. Cinayətkar dəstə tərəfindən idarə olunan insan alveri əməliyyatında şüurlu şəkildə iştirak etmə.
Əlbir olma hallarında cinayətkar dəstəyə keçiriləcək reydlər barədə xəbər vermə, sərhəd keçidləri
zamanı göz yumma, vizalar kimi müvafiq dövlət sənədlərini qanunsuz vermə və ya insan alverçilərinə
onların əlindən yayınmış qurbanları yenidən nəzarət altına almaqda kömək etmə halları aiddir.
III. İnsan alverinin olduğu hərəkətləri (məsələn, fahişəlik,
məcburi əmək, dilənçilik) yönləndirmə.
IV. İnsan alverinin baş verdiyi cinayətkar dəstə tərəfindən idarə olunan hərəkətlərdə (məsələn,
fahişəlik, məcburi əmək, dilənçilik) şüurlu şəkildə iştirak etmə. Bura cinayətkar dəstəyə keçiriləcək
reydlər barədə xəbər vermə və ya işləmək üçün icazələr kimi müvafiq dövlət sənədlərini qanunsuz
vermə aid edilə bilər.
b. Dolayı yollar
I. İnsan alverinə məruz qalan və ya qaldığı şübhə edilən şəxslərdən istifadə etmə (məsələn,
fahişəlikdə, ev işlərində).
II. İnsan alverinin baş verməsi ilə bağlı məlumatları araşdırmaqdan imtina etmə.
III. İnsan alverinə şərait yaradan qanunvericiliyin qəbul edilməsində bunu
dəstəkləyən tərəf qismində
iştirak etmə.
IV. İnsan alverinin qarşısını almaq üçün nəzərdə tutulan qanunvericiliyin qəbul edilməsindən imtina
olunmasında bunu dəstəkləyən tərəf qismində iştirak etmə.
Holmes, L. 2009
İnsan alveri və korrupsiya: üçqat qurbana çevrilmə? red. Friesendorf, C. İnsan alveri
əleyhinə strategiyalar:
təhlükəsizlik sektorunun rolu, səh.87.
5.5 Araşdırma və ittiham irəli sürülərkən qurbanların müdafiəsi
Qurbanların müdafiəsi və onlara yardım insan alveri ilə bağlı bütün hallarda başlıca məsələdir.
Hakimlərə və prokurorlara təminatla bağlı xidmətlərin göstərilməsi həvalə olunmasa da, təcrübə
göstərir ki, qurbanların psixoloji ehtiyacları həll edildikdə, onların əməkdaşlıq səviyyəsi artır. Onlar
insan alveri qurbanları üçün mövcud olan xidmətlərlə tanış olmalı və araşdırmanın və təqibin bütün
mərhələlərində insan alveri qurbanının xüsusi ehtiyaclarını nəzərə almalıdırlar.
169
Qurban cinayət prosesində dəlilləri təqdim etməyə razılıq verdiyi halda, onun prosesin əvvəlindən və
o, başa çatdıqdan sonra müdafiə olunmaq hüququ vardır.
2011/36/EU nömrəli Direktivin 12-ci maddəsində deyilir:
“1. Üzv-dövlətlər, qurbanlara, 2001/220/JHA nömrəli Direktivdə və bu Direktivdə nəzərdə
tutulmuş hüquqlarını həyata keçirmək imkanı yaratmaq məqsədilə, cinayət prosesindən əvvəl,
169
İAQİƏQ və ABŞ BİA İnsan alveri halları üzrə hüquq-mühafizə fəaliyyəti və təqibin aparılmasına
dair əyani
vəsait, səh.16.