İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
88
5.2.1 Təhqiqatla bağlı yanaşmalar
Təhqiqat ilə bağlı qəbul edilmiş üç yanaşma vardır:
(i) Reaktiv təhqiqatlar; Bu cür təhqiqatlar, ya cinayət törədildiyi və ya qurbanın xilas edilmə tələbi
olduğu və təxirəsalınmadan tədbir görülməsi tələb edildiyi barədə məlumat alındıqdan və risk
dəyərləndirməsindən sonra aparılmalıdır. Bunlar “qurbanın yönləndirdiyi” təhqiqatlardır, belə ki,
onlar, qurbanın şikayətindən sonra başlana bilər.
Bu hallarda, xüsusən də potensial qurban uşaq olduqda, dövlətlərin üzərinə bəlli bir hüquqi vəzifə
düşür. Törədilmiş əməllərə görə təhqiqatlar təsdiqedici dəlillərin əldə edilməsi, qurbanların və
şübhəli şəxslərin dindirilməsi, ifadələrin alınması, aşkar edilən materialların təhlili və işi məhkəmə
üçün hazırlamaya aid edilə bilər.
(ii) Qabaqlayıcı təhqiqatlar; uğurlu qabaqlayıcı təhqiqatlar əsas məqam məlumatdır, o, insan
alverçiləri barədə təhqiqatın başlanılmasına gətirib çıxaran məlumatı təmin edə bilər. Təhqiatın
vəzifəsi qurbanları xilas etməkdən və / və ya insan alveri əməlinə görə məsuliyyət daşıyan şəxsləri
həbs etməyə və onlara qarşı ittiham irəli sürməyə imkan verən dəlilləri əldə etməkdən ibarətdir.
Qabaqlayıcı üsullardan istifadə insan alveri, xüsusilə də istismar üçün insan alveri hallarının təhqiqatı
üçün ən yaxşı metoddur. Onlar polis müstəntiqlərə diqqəti insan alveri əməllərini törədən
cinayətkarlara yönəltmək imkanını verdiyi üçün effektivdir. O, həm də ona görə görünən cinayətdir
ki, burada qurbanlar, əməli törədənlər və istismarın yeri müəyyənləşdirilə bilər.
Onlar təhqiqatı yekunlaşdırmanın ən effektiv yolu olduqda, araşdırmada istifadə olunan
strategiyalara və üsullara mütəxəssis tərəfindən təhqiqat üsulları da aid edilə bilər. Bütün hüquqi
tələblərə riayət olunmasını və dəlillərin məhkəmədə məqbul hesab edilməsini təmin etmək üçün
müstəntiqlər, prokurorlar və hakimlər arasında sıx əməkdaşlığın olması vacibdir.
(iii) Dayandırma; məqsəd cinayətkar əməlləri dayandırmaqdır və törədilmiş əməllərə görə və
qabaqlayıcı araşdırmalar ya mümkün olmadıqda, ya da onlara üstünlük verilmədikdə tətbiq edilə
bilər. Təhqiqat üçün kifayət qədər dəlillərin olmadığı və həmişə məlumat almaq imkanlarının yaradıla
bilinəcəyi hallarda mühüm bir üsuldur.
Aparılmalı təhqiqat ümumiyyətlə törədilmiş əməllərə görə təhqiqat olmadıqda, hər hansı bir
təhqiqatı başlamazdan əvvəl planlaşdırma və prioritetləşdirmə tələb olunur və hansı təhqiqat
yanaşmasından istifadə edilməli olduğuna və bunun nə üçün edildiyinə dair qərar verilməlidir.
Qabaqlayıcı təhqiqata başlamağa şərait yarada bilən məlumatın alınıb-alınmadığına və ya
dayandırma yanaşmasından istifadə edilməli olub-olmadığına əmin olmaq lazımdır. Təhqiqat
yanaşmaları qarşılıqlı şəkildə bir-birini istisna etmir və yanaşmaların birləşməsi də tələb oluna bilər.
Reaktiv təhqiqat qabaqlayıcı təhqiqata və ya bunun əksinə gətirib çıxara bilər.
Dayandırıcı təhqiqata gətirib çıxaran hallar
1. Qurbanlara qarşı risk səviyyəsi qabaqlayıcı yanaşmanın aparılmasına imkan vermədikdə, lakin bu
halda dərhal müdaxilə və dayanıdırlma
tələb olunduqda;
2. Coğrafi və / və ya topoqrafik cəhətlərin hədəf seçilən məkanlara nəzarəti praktiki baxımdan
mümkün etməsi kimi əməliyyat xarakterli səbəblərə görə qabaqlayıcı yanaşma mümkün olmadıqda
və ya şəbəkənin kök saldığı yeri aşkar etmək mümkünsüz olduqda;
3. Qanunvericilik, prosedurlar və ya resurslarla bağlı fəsadlar qabaqlayıcı yanaşmanın tətbiqinə
imkan vermədikdə; və
4. Dayandırıcı yanaşma yerli sakinlərdən və ya təsirə məruz qalmış digər qruplardan daxil olmuş
şikayətlərlə bağlı daha sürətli şəkildə tədbirlərin görülməsini təmin etdikdə.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
89
UNODC 2014
Mərkəzi Asiyanın hüquq-mühafizə heyətləri üçün insan alveri və miqrant qaçaqmalçılığı
ilə bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 55
5.2.2 Kəşfiyyat
Kəşfiyyat metodologiyası insan alverçilərinə və onların necə fəaliyyət göstərmələrinə dair məlumat
və bilik toplamaq üçün istifadə edilir. Kəşfiyyat toplanan, müqayisə edilən, təhlil olunan və
qiymətləndirilən informasiya kimi təsvir olunur. O, müəyyənləşdirmə və məlumatlı şəkildə fəaliyyətlə
bağlı qərarlar və qabaqlayıcı araşdırma üçün ən yaxşı subyektləri seçmək üçün bilik və anlaşılmanı
təmin edir. Kəşfiyyat Əsaslanan Polis Xidməti “məlumatların təhlili və cinayətə dair məlumatlar
cinayətin və problemin azaldılmasına, ciddi və “məhsuldar” cinayətkarları hədəf seçən strateji
idarəçilik və effektiv tətbiqetmə strategiyaları vasitəsilə dayandırma və qarşısını alma işinə şərait
yaradan obyektiv, qərar qəbul etmə çərçivəsi üçün zəruri olduğu halda iş modeli və idarəçilik
fəlsəfəsi” müəyyən edilə bilər”.
158
Kəşfiyyat məlumatlarını toplamanın ən effektiv növləri strateji məlumatları və taktiki məlumatları
əldə etmədir.
Strateji məlumatların məqsədi, insan alverinin mövcudluğuna dəstək göstərən müxtəlif strateji
amillərin ümumi məlumat dəyərləndirməsini aparmaqdır.
Taktiki məlumatlar əməli törədənləri müəyyənləşdirməklə və onların hərəkəti barədə əvvəlcədən
informasiyanı təmin etməklə davam edən araşdırmalara birbaşa və vaxtında dəstək göstərmək
imkanını verir. O, xüsusi tədbirlərə, o cümlədən həbslərə, əlavə araşdırmalara və ittihamın irəli
sürülməsinə gətirib çıxarır.
159
5.2.3 Xüsusi təhqiqat üsulları
BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasının (UNTOC) “İstintaqın xüsusi
üsulları” başlıqlı 20-ci maddəsində deyilir:
“1. Əgər buna onun daxili hüquqi sisteminin başlıca prinsipləri icazə verirsə, hər bir İştirakçı
dövlət öz imkanları çərçivəsində və onun daxili qanunvericiliyinin müəyyən etdiyi şərtlərlə öz
ərazisində mütəşəkkil cinayətkarlıqla səmərəli mübarizə aparmaq məqsədi ilə öz səlahiyyətli
orqanlarına nəzarət qaydasında mal alınmasının istifadə edilməsinə və məqsədəmüvafiq hesab
etdiyi hallarda, elektron müşahidə və ya digər müşahidə formaları, habelə agentlik
əməliyyatları kimi digər xüsusi istintaq üsullarının istifadə edilməsinə icazə vermək üçün
lazımi tədbirlər görür.
2. Bu Konvensiya ilə əhatə olunan cinayətlərin istintaqı məqsədi ilə İştirakçı dövlətlər, beynəl-
xalq səviyyədə əməkdaşlıq kontekstində bu kimi xüsusi istintaq üsullarının istifa-
də edilməsinə dair, lazım gəldikdə, müvafiq ikitərəfli və ya çoxtərəfli sazişlərin və ya razılaşma-
ların bağlanmasına təşviq edilməlidirlər. Bu cür sazişlər və ya razılaşmalar dövlətlərin su-
verenlik, bərabərlik prinsipinə tam şəkildə riayət etməklə bağlanır və yerinə yetirilir və bu saziş-
lərin və ya razılaşmaların şərtlərinə uyğun şəkildə dəqiqliklə həyata keçirilir.
158
Skrier, F.2009 İnsan alveri, mütəşəkkil cinayətkarlıq və məlumatlar, red. Friesendorf, C. İnsan alveri əleyhinə
strategiyalar: təhlükəsizlik
sektorunun rolu, səh.220.
159
UNODC 2014
Mərkəzi Asiyanın hüquq-mühafizə heyətləri üçün insan alveri və miqrant qaçaqmalçılığı ilə
bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 56