Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə51/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
104
 
    Məhkəmə  proseslərində  insan  alveri  qurbanlarının  şəxsiyyəti  qorunmalı  olduqda,  konfidensiallıq 
tətbiq edilir. İfadə verməli olan insan alveri qurbanı barədə hər hansı məlumatlar və ya informasiya 
onun razılığı olmadan, hər hansı bir şəxsə, o cümlədən onun ailəsinə bildirilə bilməz. Bu, insan alveri 
hallarında  qurbanların  şəxsiyyətini  qorumaq  üçün  şəxsi  informasiya  və  konfidensiallığın 
tənzimlənməsi haqqında müəyyənləşdirilmiş standartlara riayət etməli olan Milli İstiqamətləndirmə 
Mexanizmində iştirak edən bütün qurumlara aid edilməlidir. 
BMT-nin İnsan Alverinə dair Protokolunun 6-cı maddəsində deyilir:  
“1.  Hər  bir  İştirakçı  dövlət  lazım  gəldikdə  və  onun  öz  daxili  qanunvericiliyinin  imkan  verdiyi 
həcmdə, o cümlədən bundan savayı, bu cür alverə aid olan icraatın məxfiliyini təmin etməklə 
insan alveri qurbanlarının şəxsi həyatının və şəxsiyyətinin müdafiəsini təmin edir”. 
     AŞ Konvensiyasının 30-cu maddəsində deyilir: 
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya və xüsusilə onun 6-
cı  maddəsinə  müvafiq  olaraq,  hər  bir  Tərəf  öz  daxili  qanunvericiliyinin  müddəalarına  uyğun 
olaraq  məhkəmə  prosesi  zamanı:  a)  zərərçəkmişlərin  şəxsi  həyatlarının  və  lazım  gəldikdə, 
şəxsiyyətlərinin qorunmasının; 
     İnsan alveri qurbanlarının konfidensiallığına və şəxsi  həyatın  toxunulmazlığına araşdırma ərzində 
və  hər  hansı  hüquqi  və  ya  məhkəmə  prosesləri  zamanı  və  onlardan  sonra  hörmət  və  riayət 
edilməlidir.  Bundan  əlavə,  Azərbaycan  hökuməti  şəxsi  həyatın  toxunulmazlığının  qorunması  və 
konfidensiallıq  məsələsinə  xüsusi  diqqət  yetirir.  “İnsan  alveri  ilə  mübarizə  haqqında”  Azərbaycan 
Respublikasının  Qanununun  tələbinə  əsasən,  insan  alverinin  qurbanı  haqqında  şəxsi  məlumatların 
açıqlanmasına  yalnız  prokurorun  və  ya  məhkəmənin  qərarı  ilə  icazə  verilə  bilər.  Hüquq-mühafizə 
orqanı  ilə  əməkdaşlıq  edən  qurban  barədə  informasiyanın  açıqlanmasına  görə  Azərbaycan 
Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət nəzərdə tutulur. 
 
5.10.3 Məlumatların mühafizəsi 
AŞ Konvensiyasının “Şəxsi həyatın mühafizəsi” başlıqlı 11-ci maddəsində deyilir:  
“1. Hər bir Tərəf insan alveri qurbanının şəxsiyyətini və şəxsi həyatını mühafizə etməlidir. Onlar 
barəsində  olan  şəxsi  məlumatlar 
f
ərdi  məlumatların  avtomatlaşdırılmış  qaydada  işlənməsi  ilə 
əlaqədar şəxslərin qorunması haqqında Konvensiyanın (AMS № 108) şərtlərinə uyğun qaydada 
saxlanılmalı və istifadə edilməlidir”. 
İnsan  alveri  qurbanları  ilə  işləyən  bütün  orqanlar  və  təşkilatlar  qurbanların  şəxsi  həyatına  və 
şəxsiyyətinə hörmətlə yanaşmalıdırlar. Qurbanların şəxsi məlumatları müvafiq beynəlxalq sənədlərdə 
müəyyən  edilmiş  şərtlərə  uyğun  olaraq  saxlanılmalı  və  istifadə  edilməlidir.  Xüsusən  də  digər 
iştirakçılara paylandığı halda, polis məlumatlarında konfidensiallıq nəzərə alınmalıdır.
175
 
                                                            
175
 ATƏT  2011-ci  il.  İnsan  alveri:  potensial  və  təxmin  edilən  qurbanların  müəyyənləşdirilməsi.  İcma  siyasət 
yanaşması. səh.26. 
 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
105
 
5.10.4 Hüquqi yardım 
     İnsan  alveri  qurbanları  hüquqi  xidmətlərdən  yararlanmaq,  o  cümlədən  öz  hüquqları,  onlar  üçün 
mövcud  hüquq  müdafiə  vasitələri  və  seçimlər  barədə  informasiya  almaq  hüququna  malik 
olmalıdırlar. Hüquqi yardım QHT-lərdən, vətəndaş cəmiyyətindən və ya özəl sektordan olan müstəqil 
vəkillər  tərəfindən  göstərilə  bilər.Hüquqi  yardım  qurbanlara,  onların  öz  hüquqları  haqqında 
məlumatlı olmalarını və bu hüquqları həm dil, həm də hüquqi baxımdan başa düşmələrini və əlavə 
məlumat  vermək  və  proseslərdə  iştirak  etmək  imkanına  malik  olmalarını  təmin  etmək  üçün  ədalət 
mühakiməsinə (məhkəməyə) çıxış imkanı verir. 
BMT-nin  İnsan  Alverinə  dair  Protokolunun  “İnsan  alveri  qurbanlarının  müdafiəsi”  başlıqlı  6.3-cü 
maddəsində deyilir:  
“3. Hər bir İştirakçı dövlət insan alveri qurbanlarının fiziki, psixoloji və sosial reabilitasiyasının 
təmin  edilməsi  üçün  tədbirlərin  həyata  keçirilməsi  mümkünlüyünü,  o  cümlədən,  lazım 
gəldikdə,qeyri-hökumət  təşkilatları,  digər  müvafiq  təşkilatlar  və  vətəndaş  cəmiyyətinin  digər 
elementləri ilə əməkdaşlıq edərək və xüsusilə də: 
b)  insan  alveri  qurbanlarına  aydın  olan  dildə  konsultativ  yardımın  və  məlumatın,  xüsusən  də 
onların hüquqlarına dair yardımın və məlumatın təqdim edilməsini”. 
AŞ  Konvensiyasının  15.2-ci  maddəsi  iştirakçı-dövlətin  üzərinə,  insan  alveri  qurbanları  üçün  nəzərə 
tutulan şərtlər altında, hüquqi yardım və ödənişsiz hüquqi kömək almaq hüququnu nəzərdə tutmaq 
öhdəliyini qoyur. 
Direktivin 12.2-ci maddəsində deyilir:  
“Üzv  dövlətlər  insan  alveri  qurbanlarının,  ləngiməyə  yol  verilmədən  hüquqi  məsləhətlərin 
alınmasına və müvafiq ədalət mühakiməsi sistemində qurbanların oynadığı rola uyğun olaraq, 
hüquqi təmsilçiliyə çıxış imkanını, o cümlədən kompensasiya tələbetmə məqsədilə buna malik 
olmalarını təmin etməlidirlər. Qurban kifayət qədər maliyyə resursuna malik olmadıqa, hüquqi 
məsləhətlərin verilməsi və hüquqi təmsilçilik ödənişsiz olmalıdır”. 
 
5.10.5 İnformasiya təminatı 
     Qurbanları  informasiya  və  öz  fikirlərini  və  maraqlarını  bildirmək  imkanı  ilə  təmin  etmək  öhdəliyi 
məcburi  xarakter  daşıyır.  Lakin  qanunvericilik  orqanları,  hakimlərin

müdafiə  hüquqlarına  xələl 
gətirməkdən başqa əsaslarla informasiyanı rədd edə və iştirakı istisna edə bilməmələrini təmin edən 
müddəaları nəzərdən keçirə bilərlər.
176
 
BMT-nin  İnsan  Alverinə  dair  Protokolunun  ““İnsan  alveri  qurbanlarının  müdafiəsi”  başlıqlı  6.2-ci 
maddəsində deyilir:  
 “2. Hər bir İştirakçı dövlət təmin edir ki, onun daxili hüquqi və ya inzibati sistemi insan alveri 
qurbanlarına lazım gəldikdə: 
a) müvafiq məhkəmə və inzibati araşdırma haqqında məlumatın təqdim edilməsinə; 
                                                            
176
 UNODC 2004 UNTOC və onun Protokollarının tətbiqi üçün qanunvericiliklə bağlı tövsiyələr, səh.284. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə