Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə47/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
96
 
•  ”Risk altında olan” şahidlər üçün dinləmədən əvvəl, onun gedişatında və ondan sonra müdafiə 
tədbirləri; 
•  İfadə verərkən şahidin təhlükəsizliyini təmin etmək üçün məhkəmə prosedurları; 
•  Gizli şahid müdafiə proqramı. 
UNTOC-un  24-cü  və  25-ci  maddələrinə  əsasən,  iştirakçı  dövlətlər,  öz  imkanları  daxilində,  cinayətin 
qurbanlarının və şahidlərinin effektiv müdafiəsini, habelə onlara yardımı təmin etmək üçün müvafiq 
tədbirlər görməlidirlər. Belə tədbirlərə, digərləri ilə yanaşı, cinayət prosesində ifadə verən şəxslərin 
fiziki  toxunulmazlığını  onların  həyatlarına  qarşı  təhlükələrdən  və  qorxudulma  hallarından  qorumaq 
üçün  prosedurların  müəyyənləşdirilməsi  də  aiddir.  Şahidlər  təhlükələrdən,  qorxudulma,  korrupsiya 
hallarından  və  ya  bədən  xəsarətlərindən  müdafiə  edilməlidir  və  dövlətlər  bununla  bağlı  beynəlxalq 
əməkdaşlığı gücləndirmək vəzifəsini daşıyırlar. 
 www.unodc.org/unodc/en/organized-crime/witness-protection.html 
 
Avropa  Komissiyası,  prioritet  məsələ  kimi,  cinayətin  qurbanlarına  dəstək  göstərmişdir  və  onların 
ehtiyaclarını  təmin  etmək  üçün  addımlar  atmaqdadır.  O,  deyir  ki,  bizim  ədliyyə  sistemlərimizin 
keyfiyyətinin  ən  böyük  sınaqlarından  biri  bizim  qurbanlarla  nə  qədər  yaxşı  rəftar  etməyimizdir. 
Müvafiq  rəftar  bizim  cəmiyyətlərimizin  hər  bir  qurbanla  həmrəyliyinin  nümayiş  etdirilməsi  və  belə 
rəftarın vacib məqam olduğunun etiraf edilməsidir.  
2012/29/EU  nömrəli  Direktiv  cinayətin  qurbanlarının  hüquqları,  onlara  dəstək  və  onların  müdafiəsi 
üzrə  minimum  standartları  müəyyənləşdirir  və  o,  15  noyabr  2012-ci  il  tarixdə  qüvvəyə  minmişdir. 
Direktiv,  cinayət  proseslərində  informasiyaya,  dəstəyə,  müdafiəyə  çıxış  hüquqları  və  əsas  prosedur 
hüquqlar üzrə müəyyənləşdirilmiş minimum standartları özündə əks etdirir və orada qurbanlar üçün 
daha konkret və geniş hüquqlar və üzv-dövlətlər üçün daha aydın vəzifələr toplanır. Aşağıdakılar da 
daxil olmaqla yeni hüquqlar və vəzifələr də vardır: 
 “Bütün  qurbanların  müdafiəsi  gücləndirilir  –  qurbanların  və  onların  ailə  üzvlərinin 
toxunulmazlığına  hörmətlə  yanaşılmalı  və  əməli  törədən  şəxslə  təmasa  yol  verilməməlidir 
(bütün yeni məhkəmə binalarının ayrıca gözləmə otaqları olmalıdır)”. 
“Xüsusi müdafiə ehtiyaclarını müəyyənləşdirmək üçün qurbanların fərdi qiymətləndirilməsi” başlıqlı 
22-ci maddədə deyilir:  
 “1.  Üzv-dövlətlər,  xüsusilə  əlavə  və  təkrar  qurbana  çevrilmə,  qorxudulma  və  qisas  hallarına 
qarşı  müdafiəsiz  olduqlarına  görə,  qurbanların  xüsusi  ehtiyaclarını  müəyyənləşdirmək  və 
onların  cinayət  proseslərinin  gedişatında  23-cü    və  24-cü  maddələrdə  nəzərdə    xüsusi 
tədbirlərdən  yararlana  bilib-bilməyəcəklərini  və  hansı  həcmdə  yararlana  biləcəklərini 
müəyyənləşdirmək  üçün,  milli  prosedurlara  uyğun  olaraq,  onlara  vaxtında  və  fərdi  yardımın 
göstərilməsini təmin etməlidirlər. 
2. Xüsusilə də fərdi qiymətləndirmədə aşağıdakılar nəzərə alınmalıdır:  
 (a) qurbanın şəxsi xüsusiyyətləri;  
(b) cinayətin növü və ya xüsusiyyətləri;  
(c) cinayətin törədilmə şəraiti.  


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
97
 
3.  Fərdi  qiymətləndirmə  aparılarkən,  cinayətin  ağırlığı  üzündən  əhəmiyyətli  dərəcədə  zərərə 
məruz qalmış qurbanlara; xüsusilə, şəxsi xüsusiyyətlərlə bağlı ola bilən meyllilik və ayrı-seçkilik 
məqsədilə törədilən cinayətdən əziyyət çəkmiş qurbanlara; cinayəti törətmiş şəxslə münasibət 
və  ya  ondan  asılılığın  onları  xüsusilə  müdafiəsiz  vəziyyətdə  qoyan  qurbanlara  ayrıca  diqqət 
yetirilməlidir. Bununla bağlı terrorçuluğun, mütəşəkkil cinayətkarlığın, insan  alverinin, gender 
zəminində  zorakılığın,  sıx  münasibətlərdə  zorakılığın,  cinsi  zorakılığın,  istismarın  və  ya  nifaq 
zəminində törədilən cinayətin qurbanlarına və əlil qurbanlara lazımi diqqət yetirilməlidir”. 
Cinayət  prosesinin  müxtəlif  mərhələlərində  aşağıdakı  müdafiə  tədbirləri  nəzərdən  keçirilməlidir. 
Qurbanların davamlı şəkildə müdafiə olunmasını və onların məhkəmə proseslərində ifadə verməklə 
bağlı  potensial  risklər  barədə  məlumatlandırılmasını  təmin  etmək  prokurorların  və  hakimlərin 
vəzifəsidir.  
Məhkəməyə qədər 
Qurban  araşdırmada  və  sonra  məhkəmə  prosesində  iştirak  etməyə  razılıq  verdikdən  sonra,  onların 
təhlükəsizliyini  və  ifadə  verməklə  bağlı  bəzi  qorxuların  necə  effektiv  şəkildə  aradan  qaldırılmasını 
nəzərdən  keçirmək  vacibdir.  Müdafiəsi  təmin  edilməklə  nəzarət  altında  olan  və  ya  Milli 
İstiqamətləndirmə  Mexanizminə  (MİM)  əsasən  “təhlükəsiz  məkanda”  sığınacaq  verilmiş  qurbanlar 
digər  müdafiə  tədbirlərinə  də  ehtiyac  duya  bilərlər.  Bura,  hüquq-mühafizə  orqanı  ilə  qoşulmuş 
birbaşa telefon əlaqəsi və ya həyəcan düyməsi aid edilə bilər. 
Məhkəmə  qarşısına  çıxmazdan  əvvəl,  qurbanın  ifadə  vermək  seçimlərinə  diqqət  yetirilməlidir.  Bəzi 
dövlətlərdə,  həmin  dövlətlərin  vətəndaşı  olmayan  qurbanlara  öz  dövlətlərinə  qayıtmağa  icazə 
verilmişdir.  Onlar  ya  video  vasitəsilə  ifadə  verirlər,  ya  da  hüquq-mühafizə  orqanının  əməkdaşı 
qurbanın  yaşadığı  ölkəyə  gedir  və  orada  könüllü  əsaslarla  onun  ifadəsini  alır  və  ya  bu,  qarşılıqlı 
hüquqi yardım üçün müraciət etməklə həyata keçirilir.  
Əlavə  ifadəvermə  seçimlərinə  məhkəmə  tərəfindən  şahidin  ifadəsi  kimi  qəbul  edilə  bilən  videoyazı 
şəklində  müsahibə  verən  qurbanlar  da  daxildir.  Məhkəmə  prosesində  ifadə  verən  insan  alveri 
qurbanları  məhkəmədən  əvvəl  oraya  gələ  bilərlər.  Bu,  qurbana  məhkəmə  günü  nəyin  gözlənildiyni 
bilmələri  üçün  məhkəməni  görmək  imkanını  verəcəkdir.  Məhkəmədən  qabaq  və  məhkəmə 
proseslərində qurbanlara QHT-lər də dəstək göstərə bilərlər. 
Məhkəmə 
İnsan  alveri  qurbanlarına  onların  necə  ifadə  vermələri  ilə  bağlı  bir  neçə  seçim  verilə  bilər.  Bunlara 
məhkəmədə qoruyucu qat (şüşə, örtük) arxasından ifadə vermək də aiddir. Müttəhimi görmə və ya 
müttəhimin onu görməsinə yol verməmək üçün öz vətənlərinə qayıtmış qurbanlar həmin dövlətdən 
videoəlaqə vasitəsilə ifadə verə bilərlər. 
Mümkün  olduqda,  insan  alveri  qurbanlarına  ayrıca  gözləmə  otağı  verilməli  və  o,  məhkəmədə 
müttəhimin  ailəsindən  kənarda  əyləşməlidir.  Əgər  ayrıca  yer  olmadıqda,  məhkəmə  qurbanın 
təhlükəsizliyini qorumaq üçün başqa tədbirlər görməlidir. 
 
Qabaqcıl təcrübə Birləşmiş Krallıq – Xüsusi tədbirlər 
“Xüsusi  tədbirlər”  müdafiəsiz  və  ya  qorxudulmuş  vəziyyətdə  olan  şahidlərə  məhkəmədə  ifadə 
verməyə kömək etmək və ifadəvermə ilə bağlı gərginliyi müəyyən qədər aradan qaldırmağa kömək 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə