Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə50/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
102
 
iştirakçılar  məhkəmənin  göstərişlərinə  riayət  etməlidirlər.  İşlərin  idarə  olunmasında  məqsəd  işlərə 
təxirəsalınmadan  və  ədalətli  şəkildə  baxılmasını  təmin  etməkdən,  şahidlərin,  qurbanların  və 
andlıların  (münsiflər  heyətinin)  maraqlarına  hörmətlə  yanaşmaqdan  və  onlara  işin  gedişatı  barədə 
məlumat verməkdən ibarətdir. 
 
      İşlərin idarə olunması - məhkəmənin vəzifəsi. 
 
(1) Məhkəmə işi aktiv şəkildə idarə etməklə ümumi məqsədə kömək etməlidir. 
(2) İşin aktiv idarə olunmasına aşağıdakılar aiddir: 
a)  real məsələlərin erkən müəyyənləşdirilməsi
b)  şahidlərin ehtiyaclarının erkən müəyyənləşdirilməsi;  
c)  xüsusilə də işin gedişatı üçün vaxt cədvəlini əvvəldən müəyyənləşdirməklə nəyin ediləcəyini, 
kim tərəfdən ediləcəyini və nə vaxt ediləcəyini yəqinləşdirmə
d)  işin gedişatına nəzarətetmə və təlimatlara riayətetmə; 
e)  mübahisəli  olub-olmamasından  asılı  olmayaraq  dəlillərin  ən  qısa  müddətdə  və  ən  aydın 
şəkildə təqdim edilməsini təminetmə
f)  ləngimələrə  yol  verilməməsinə  çalışma,  eyni  imkanla  işin  mümkün  qədər  çox  aspektini 
nəzərdənkeçirmə və zəruri olmayan dinləmələrə yol verməmə; 
g)  işin gedişatında əməkdaşlıq etmək üçün iştirakçıları həvəsləndirmə;  
h)  texnologiyadan istifadə olunması. 
 
(3) Məhkəmə mümkün qədər erkən vaxtda həmin işin tələblərinə uyğun olan hər hansı bir təlimat 
verməklə işi aktiv şəkildə idarə etməlidir. 
Cinayət Prosesual Qaydalar (İngiltərə və Uels) 2014, 6 oktyabr 2014-cü il tarixdə qüvvəyə minmişdir 
(S.I. 2014/1610).  
Onlayn qaydalar: http://www.justice.gov.uk/courts/procedure-rules/criminal/rulesmenu 
 
 
5.9 Məhkumetmə 
  İnsan  alveri  insan  hüquqlarının  ciddi  pozuntusudur  və  AŞ  Konvensiyasında  tərəflərdən  “effektiv, 
uyğun  və  çəkindirici”  sanksiyalar  qəbul  etmək  tələb  olunur.
 173
 Prokurorlar  və  hakimlər  insan  alveri 
hallarının  ağırlığını  başa  düşməli  və  insan  alverçilərinə  onların  əməllərinin  ağırlığını  əks  etdirən 
cəzaların  təyin  olunmasını  təmin  etməlidirlər.Niderlandlı  Məruzəçi  əməlin  xüsusiyyətlərinin  və 
ağırlığının məhkəmələr tərəfindən kifayət qədər başa düşülüb-düşülmədiyinə maraq göstərmişdir.
 174
 
 
AŞ Konvensiyasının “Sanksiyalar və tədbirlər” başlıqlı 23-cü maddəsində deyilir:  
  
“1.  Hər  bir  Tərəf  18-21-ci  maddələrə  müvafiq  olaraq  cinayət  kimi  qəbul  olunmuş  əməllərin 
səmərəli, mütənasib və islahedici sanksiyalarla cəzalandırılması üçün zəruri olan qanunvericilik 
və  digər  tədbirləri  həyata  keçirməlidir.  18-ci  maddəyə  müvafiq  olaraq  cinayət  kimi  qəbul 
olunmuş  və  fiziki  şəxs  tərəfindən  törədilmiş  əməllərə  görə  tətbiq  olunan  bu  cür  sanksiyalara 
azadlıqdan məhrumetmə cəzası da daxil edilir və ekstradisiya ilə nəticələnə bilər”. 
 
                                                            
173
 Cernov,  A.  İnsan  alveri,  prokurorlar  və  hakimlər.  red.  Friesendorf,  C.  İnsan  alveri  əleyhinə  strategiyalar: 
təhlükəsizlik sektorunun rolu, səh.350. 
174
 Cernov,  A.  İnsan  alveri,  prokurorlar  və  hakimlər.  modelləri    red.  Friesendorf,  C.  İnsan  alveri  əleyhinə 
strategiyalar: təhlükəsizlik sektorunun rolu, səh.351. 
 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
103
 
5.9.1 Uşaq alverinə görə məhkumetmə 
     2011/36/EU nömrəli Direktivin 4-cü maddəsində deyilir:  
 
“2. Üzv-dövlətlər, 2-ci maddədə qeyd olunan əməl,  
(a)   xüsusilə müdafiəsiz vəziyyətdə olan, bu Direktivlə əlaqədar, ən azı insan alverinin qurbanı 
olmuş uşaqları əhatə edən qurbana qarşı törədildiyi halda; 
… 
 ona  görə  maksimum  10  il  müddətinə  azadlıqdan  məhrumetmə  ilə  cəzalandırılmanı  təmin 
etmək üçün bütün zəruri tədbirləri görməlidirlər”. 
 
 
5.10 Cinayət təqibi zamanı
 
qurbanların hüquqları  
     Araşdırmaya  kömək  etməyə  və  ya  cinayət  prosesində  ifadə  verməyə  razılıq  vermiş  qurbanların 
onlarla  ədalətli,  peşəkarcasına  və  ləyaqətlə  və  hörmətlə  davranılmaq,  məlumalandırılmaq  və  ya 
müvafiq  informasiyanı  almaq,  kompensasiya  və  zərərin  ödənilməsi  üçün  müraciət  etmək  və 
barələrində  olan  məlumatlarla  şəxsi  həyatın  toxunulmazlığı  və  konfidensiallıq  tələbinə  riayət 
edilməklə davranılmaq hüquqları vardır.  
 
    İnsan  alveri  qurbanlarının  ehtiyacları  və  hüquqları  cinayət  prosesi  boyu  nəzərdən  keçirilməlidir. 
Prokurorlar və hakimlər insan alverinin qarşısının alınması və onunla mübarizə üzrə tədbirlərin, hətta 
qurbanlar cinayət proseslərində şahid olmadıqları və ya kifayət qədər ifadə vermədikləri halda belə, 
insan  alveri  qurbanlarının  hüquqlarına  və  ləyaqətinə  mənfi  təsir  göstərməməsini  təmin  etmək 
öhdəliyini daşıyırlar.  
 
5.10.1 Hüquqi məsləhətlərin verilməsi 
“Cinayət araşdırmasında və proseslərində insan alveri qurbanlarının müdafiəsi” haqqında Aİ-nin 
2011/36/EU nömrəli Direktivində deyilir:  
“2.  Üzv-dövlətlər  insan  alveri  qurbanlarının,  ləngiməyə  yol  verilmədən  hüquqi  məsləhətlərin 
alınmasına və müvafiq ədalət mühakiməsi sistemində qurbanların oynadığı rola uyğun olaraq, 
hüquqi təmsilçiliyə çıxış imkanını, o cümlədən kompensasiya tələb etmə məqsədilə buna malik 
olmalarını  təmin  etməlidirlər.  Hüquqi  məsləhətlərin  verilməsi  və  hüquqi  təmsilçilik  ödənişsiz 
olmalıdır”. 
5.10.2 Konfidensiallıq  
Qurbanların cinayət araşdırmalarında və proseslərində konfidensiallıq və şəxsi həyatın toxunulmazlığı 
hüququ vardır. Bura qurbanlar barədə onların adlarının ailələlərinə və dostlarına bildirilməməsini; və 
hər hansı bir qurumdan hər hansı bir yazışmanın birbaşa olaraq onların müəyyənləşdirilməsinə səbəb 
ola  biləcək  ünvana  göndərilməməsini  təmin  etmək  üçün  tədbirlər  aiddir.İnsan  alveri  qurbanları, 
hüquqi baxımdan mümkün olduqda, cinayət proseslərində və kütləvi informasiya vasitələrinə verilən 
məlumatlarda adları ilə göstərilmir. Həmçinin yenə də hüquqi məsələləri nəzərə almaqla, məhkəmə 
proseslərində qurbanların dedikləri təkrarlanmamalıdır. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə