Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə52/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
106
 
b)  müdafiənin  hüquqlarına  xələl  gətirməyən,  müvafiq  cinayət  icraatı  mərhələlərində  cinayəti 
törətmiş  şəxslər  barəsində  onların  fikir  və  qorxularının  izah  edilməsinə  və  baxılmasına  imkan 
verən yardımın göstərilməsinə imkan verən tədbirləri nəzərdə tutsun”. 
 
5.11 Uşaq qurbanların hüquqları 
BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının “Söz azadlığı” başlıqlı 13-cü maddəsində deyilir:  
“Uşağın öz fikrini sərbəst ifadə etmək və qanunvericilik çərçivəsində istənilən növ informasiyanı 
axtarmaq və almaq hüququ vardır”. 
İnsan alverinin yaşlı qurbanları kimi, uşaqların da onların hüquqları, vəziyyəti, müdafiə tədbirləri və 
ailənin  birləşməsi  və  repatriasiya  prosesləri  barədə  əlçatan  informasiya  ilə  təmin  olunmaq  hüququ 
vardır.
 177
  
 
5.12 Qurbanların cəzalandırılmaması 
Qurbanlar insan alverinə və istismara məruz qalma nəticəsində cinayətkar əməllər törətməyə vadar 
edilə bilər. Qurbanların cəzadan azad edilməsi prinsipi bir sıra beynəlxalq hüquqi sənədlərdə təsbit 
olunmuşdur.  BMT-nin  İnsan  Alverinə  dair  Protokolunda  qurbanların  cəzadan  azad  olunmasına  dair 
hər hansı bir dəqiq müddəa yoxdur. Lakin bu prinsip AŞ Konvensiyasında və Direktivdə aydın şəkildə 
təsbit  olunur.  Beynəlxalq  standarlara  əməl  etmək  üçün  dövlətlər,  öz  milli  qanunvericiliklərində 
“cəzadan azad olunma müddəasını” təmin etmək öhdəliyini daşıyırlar. 
AŞ Konvensiyasının “Cəzadan azad olunma haqqında qeyd-şərt” başlıqlı 26-cı maddəsində deyilir:  
“Hər bir Tərəf öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, insan alveri qurbanlarının 
qanunsuz fəaliyyətlərə məcburən cəlb olunduqlarına görə cəzalandırılmamasının 
mümkünlüyünü təmin etməlidir”. 
Direktivdə  deyilir  ki,  insan  alveri  qurbanları,  müvafiq  üzv-dövlətlərin  hüquq  sistemlərinin  əsas 
prinsiplərinə  uyğun  olaraq,  insan  alverinə  məruz  qalmanın  birbaşa  fəsadı  kimi  cinayət  törətməyə 
vadar edildiklərinə görə, sənədlərdən istifadə və ya fahişəliklə mübarizə və ya immiqrasiya haqqında 
qanunvericilikdə  nəzərdə  tutulan  əməllər  kimi  cinayətkar  fəaliyyətə  görə  təqibdən  və  ya  cəzadan 
azad edilməlidirlər. 
Direktivin  “Qurbanın  təqibdən  azad  edilməsi  və  ya  ona  cəzaların  tətbiq  edilməməsi”  başlıqlı  8-ci 
maddədə deyilir:  
“Üzv-dövlətlər  öz  hüquq  sistemlərinin  əsas  prinsiplərinə  uyğun  olaraq,  səlahiyyətli  milli 
orqanların, insan alveri qurbanlarını, 2-ci maddədə qeyd olunan hərəkətlərdən hər hansı birinə 
məruz  qalmanın  birbaşa  nəticəsi  kimi  törətməyə  vadar  edildikləri  cinayətkar  fəaliyyətdə 
iştiraka  görə  təqib  etməmək  və  ya  onlara  cəza  təyin  etməmək  səlahiyyətinə  malik  olmalarını 
təmin etmək üçün zəruri tədbirlər görməlidirlər”. 
İnsan  alverinin  qurbanları  onların  insan  alveri  qurbanı  olması  faktı  ilə  birbaşa  bağlı  olan  cinayət 
əməllərini  törətməyə  məcbur  edilə  bilərlər.  Bu  əməllərə  şəxsiyyəti  təsdiq  edən  saxta  sənədlərdən 
                                                            
177
 UNICEF 2006 İnsan alverinin uşaq qurbanlarının müdafiəsi üzrə tövsiyələr, səh.11. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
107
 
istifadəetmə,  dövlət  sərhədini  qanunsuz  keçmə,  fahişəlik,  oğurluq,  dələduzluq  və  digər  əməllər  aid 
edilə  bilər.İnsan  alverçilərinin  qurbanların  cinayət  törətmə  riskinə  məruz  qoymaq  və  cinayətkar 
fəaliyyətə görə onları idarə etmək və istismar etmək üçün ayrıca strategiyası ola bilər. 
Cəzadan  azadedilmə  konsepsiyası  ondan  ibarətdir  ki,  cinayətin  törədilməsinə  baxmayaraq,  insan 
alverinin  qurbanı  ya  insan  alverçiləri  tərəfindən  həyata  keçirilən  nəzarət  səviyyəsinə,  ya  da  onlar 
tərəfindən  istifadə  edilən  üsullara  görə  həqiqətən  müstəqil  şəkildə  hərəkət  etməmişdir.  Cəzadan 
azad  edilmə  prinsipi,  insan  alveri  qurbanının  insan  alveri  çərçivəsində  və  ya  bu  prosesin  nəticəsi 
olaraq törədilən əməllərə görə cəzalandırılmayacağına dövlətin zəmanət verməsindən ibarətdir.
 178
  
L, HVN, THN, T v. R Ce- Apelyasiya Məhkəməsi (Cinayət İşləri Bölməsi). 
21 İYUN 2013-cü il (İngiltərə və Uels) 
“Bu  müraciətlərdə  biz,  cinayətkarlar  tərəfindən  onların  öz  məqsədləri  üçün  insan  alverinə  məruz 
qalmış üç uşağın və bir yaşlı insanın ittiham və məhkum edildikləri bir-birilə əlaqəsi olmayan dörd iş 
üzrə qaldırılan problemlərə diqqət yetirəcəyik.Təəssüf ki, onları istismar edən şəxslər mühakimədən 
yayınmışlar. 
Lakin  belə  bir  iddia  irəli  sürülməmişdir  və  sürülmüş  də  ola  bilməz  ki,  insan  alveri  qurbanları 
cinayətkar əməllərdə iştirak etdikdə və ya ona cəlb edildikdə, insan alverinə məruz qalmış bu şəxs tək 
insan  alveri  qurbanı  üçün  irəli  sürülmüş  ittihama  qarşı  müdafiənin  mövcud  olması  səbəbinə  görə 
deyil,  məhz  onun  insan  alverinə  məruz  qalmasına  görə  hər  hansı  bir  şəkildə  təqibdən  azad 
edilməlidir.  
Lakin  aydın  şəkildə  müəyyən  olunan  odur  ki  və  bir  sıra  müxtəlif  sənədlər,  məlumatlar  və  qərar 
verilmiş işlər onu nümayiş etdirmişdir ki, insan alveri qurbanının cinayətkar əməllərdə iştirakına dair 
dəlillər  olduğu  halda,  araşdırma  və  təqibin  olub-olmamasına  dair  qərar  və  belə  olduqda  hər  hansı 
sonrakı proseslər onlara ən böyük həssaslıqla yanaşılmasını tələb edir” 
https://www.judiciary.gov.uk/court/court-of-appeal/page/7/. 
 
İttiham  qərarı  baxımından  nəzərdən  keçirilməli  məsələ  cinayət  əməllərini  törətməyə  vadar  edilmiş 
insan alveri qurbanları üçün təqibdən və ya cəzadan müdafiənin səviyyəsidir
.
 Bu tədbirlərdə hüquq  
sistemi  çərçivəsində  “əsas  prinsiplərə”  riayət  edilməlidir  və  belə  müdafiə  “prosesdən  sui-istifadə” 
yurisdiksiyasının həyata keçirilməsi ilə təmin olunmalıdır”. 
ATƏT-in  Xüsusi  Nümayəndəsinin  siyasəti  və  qanunvericilik.  İnsan  alveri  qurbanları  ilə  bağlı  cəzadan 
azad olunma müddəasının effektiv şəkildə tətbiqi ilə bağlı tövsiyələr, aprel 2013-cü il. 
 “[81]  İnsan  alverinin  qurbanları  ağır  cinayətlərin  və  insan  hüquqlarının  pozulmasının  qurbanlarıdır. 
Beynəlxalq  hüquqa  əsasən,  dövlətlər  qurbanların  hüquqlarının,  o  cümlədən  insan  alverinə  məruz 
qalmış yaşlı insanlar və uşaqlar qismində dəqiq şəkildə müəyyən olunmaq hüququnun qorunmasını 
təmin etmək öhdəliyini daşıyırlar və bu müəyyənləşmə onların müdafiəsinə yol açır.  Cəzadan azad 
olunma  tək  insan  hüquqlarına,  o  cümlədən  saxlanma  hallarından  və  ədalətsiz  proseslərdən 
azadolma,  yenidən  qurbana  çevrilmə  və  yenidən  travma  alma  hallarına  qarşı  müdafiə  edilmə  və 
təhlükəsizlik və bərpaya yardım təklifi alma hüququna hörmətlə yanaşılan və onların müdafiə edildiyi 
prinsip  deyildir,  bu  hüquqi  prinsipə  hörmətlə  yanaşma,  eyni  zamanda,  Avropa  İnsan  Hüquqları 
Məhkəməsinin  Rantsevin  işində  çıxardığı  qərara  uyğun  olaraq,  dövlətlərin  insan  alverinə  məruz 
                                                            
178
 Bərabər İmkanlar üzrə və İrqçilik Əleyhinə Mərkəz 2012, İnsan alveri və miqrant qaçaqmalıçılığı, səh.11.  


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə