İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
82
Davam edən travma və nəzarət olma vəziyyətindən çıxdıqdan sonra yanılmalar;
Açıq-aşkar “təhlükəsiz”
vəziyyətdə olsa da, narahatlığın davam etməsi;
Gözlənilə
biləndən daha çox fasilələrə, istirahətə və yuxuya ehtiyac duyma;
Bərpa və xatırlama. Bir çox qurbanlar üçün bərpa müddəti olur, belə ki, onlar başlarına gələnləri
nəzərdən keçirirlər. Qurbanlar hadisələri bir daha fikirləşirlər və başlarına gələnlərlə barışmağa,
baş verənlərə izah tapmağa və ya hadisəni izah etməyə çalışırlar.
UNODC
Cinayət mühakimə sahəsində çalışan təcrübi işçilər üçün insan alveri əleyhinə əyani vəsait,
Modul 3, səh.10
İnsan alveri vəziyyətinin təsiri qurbanın emosional və intellektual imkanlarını azaldır. Bu, onların
hüquqi proseslərdə effektiv şəkildə iştirak etmək imkanına təsir göstərərək, onun ifadə vermək
imkanının qarşısını ala və ya hüquqi proseslərdə şahid kimi onların etibarlılığına və ya inamına təsir
göstərə bilər. İnsan alveri qurbanlar arasında şüurlu şəkildə hərəkət etmə imkanlarına xələl gətirərək
onların cinayət barəsində təfsilatlı dəlillər vermə dərəcəsinə və təqib prosesində əməkdaşlığa dair
necə qərar vermələrinə təsir göstərə bilər.
151
4.2.1 Mədəniyyət
Qurbanın öz mədəni çərçivəsini müəyyənləşdirmək və başa düşmək vacibdir. Əsas meyar
mədəniyyətin individualist və ya kollektivist olmasıdır. Müxtəlif mədəniyyətlər onun üçün səviyyəvi
olan dəyərləri təcəssüm etdirir və bu dəyərlər mədəniyyətin individualist və ya kollektivist olmasını
müəyyənləşdirir. Qərbi Avropa kimi individualist mədəniyyətlərdə fərdin hüquqlarına və mustəqil
hərəkətlərinə diqqət yetirilir və şəxsin loyallığı ilk növbədə onun özü ilə bağlıdır.
Qarşılıqlı asılılığın vurğulandığı və qrupun rifahına və yaşayışa fərdin rifahından və yaşayışından üstün
dəyər verildiyi Afrika, Asiya, Orta Şərq və bəzi Şərqi Avropa ölkələri kimi kollektivist mədəniyyətlərdə
şəxsin inkişafına eyni tərzdə baxılır. Əsasən qrupun və ya ailənin nüfuzuna diqqət yetirilir və fərd
kollektivə aid edilir və loyallıq ilk növbədə qrupla bağlı olur. Fərdin utanc
doğuran hərəkəti ailənin və
qrupun utancı hesab olunur.
Travma anlamına qurbanın mədəniyyətində onun düşdüyü hallara necə baxıldığı əhəmiyyətli
dərəcədə təsir göstərir. İnsan alverinə məruz qalan qadınlar öz ailələri və ya icmaları tərəfindən rədd
edilməkdən və qınanmaqdan çəkinir. Özünü günahlandırma heç də bütün mədəniyyətlərdə birbaşa
psixoloji cavab deyildir. Bəzi mədəniyyətlər qadının özünün günahlandırmasını dəstəkləyir və bunu
gücləndirir.
4.3 İnsan alverinin uşaqlara təsiri
İnsan alverinin qurbanı olmuş uşaqlar insan alverçiləri tərəfindən insan alveri prosesinin bütün
mərhələlərində baş verən zorakılıqla asılı vəziyyətə salınır və fiziki istismar olunur. Onlar cinsi
istismara məruz qalmış, təcrid edilmiş və ailədən uzaqlaşdırılmış və azadlığı məhdudlaşdırılmış və
məcburi əməyə cəlb edilmiş ola bilərlər. Onlar təhsildən məhrum edilmiş, uşaqlığı əlindən alınmış və
pis qidalanmış ola və tibbi qayğıya ehtiyac duya bilərlər.
151
Oğurlanmış təbəssümlər: 2006-cı il,
Avropada insan alverinə məruz qalmış qadınlar və yeniyetmələr üçün
fiziki və psixoloji sağlamlıqla bağlı fəsadlar, səh.22.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
83
İnsan alverinin qurbanı olmuş uşaqlar yaşadıqları hadisələr, habelə fiziki xəsarətlər nəticəsində
travmaya məruz qala bilərlər. Uşaq qurbanların təxirəsalınmaz və uzun-müddətli fiziki və psixoloji
ehtiyaclarını təmin üçün onlara xüsusi qayğının göstərilməsi vacibdir.
4.4 Qurbanlarla müsahibə aparma
İnsan alveri qurbanları ilə müsahibə aparma araşdırmanın mühüm bir hissəsidir və bu müsahibəni
aparanlar qurbanın hüquqlarına, seçimlərinə və müstəqilliyinə hörmətlə yanaşmalıdırlar. İnsan alveri
qurbanları iştirakdan imtina edə bildiyi və onların qərar vermə imkanları məhdud olduğu üçün ardıcıl
və uyğun dəyərləndirmədə çətinlik səbəbindən insan alveri qurbanları ilə müsahibə aparma çətin ola
bilər. Bu, mümkün müdaxilə və dəlillərdə ziddiyyətlərin olması riskini yaradır. Müsahibənin idarə
olunması və ifadələrin diqqətlə idarə olunması vacibdir. Müsahibənin məqsədi insan alveri qurbanı
ilə həqiqətdə nəyin baş verdiyinə dair məlumat əldə etməkdən ibarətdir.
İnsan alverinə məruz qalmış şəxslə müsahibə aparma bir sıra etik suallar və təhlükəsizlik məsələlərini
qaldırır. Müdahibə üçün “Zərər Verməmə” prinsipi qəbul edilməli və müsahibə aparanlar qurbanı
tanımalı, ona hər hansı vədlər verməməli və qurbanın müstəqilliyinə və konfidensiallığına hörmətlə
yanaşmalıdırlar.
152
Bu prinsip, əlaqədar riskləri nəzərə aldıqda insan alveri baxımından xüsusilə
vacibdir. İnsan alveri qurbanı üçün vəziyyəti daha təhlükəli edən heç bir addımın atılmaması çox
vacibdir. Müsahibə aparanlar qurbanı dinləməli, ona hörmət göstərməli və əldə olunan
informasiyadan düzgün məqsədlə istifadə etməlidir.
İnsan alverinin qurbanları risklərə məruz qalmış olurlar və onlar müsahibə aparılarkən hələ də risk
altında ola bilərlər. Qurbanların müdafiəsi müsahibə aparan şəxsi narahat edən başlıca məqamlardan
biri olmalıdır və qurbanın müdafiəsi üçün riayət edilməli mühüm prinsiplər vardır.
153
İnsan alveri qurbanları ilə müsahibələr insan alveri halları ilə bağlı işlər üzrə təcrübəsi olan xüsusi
təlim keçmiş şəxslər (müsahibə aparan şəxslər) tərəfindən aparılmalıdır. Müsahibə aparan şəxsin
qurbanların vəziyyətini və onların nə hissə etmələrini başa düşməsi və qurbanın əməkdaşlıq
etməsinə nəyin və nə üçün mane olduğunu bilməsi vacibdir.
İnsan alveri qurbanları ilə müsahibələrin aparılması mürəkkəb və çətin ola bilər, belə ki, onlar travma
almış, çaşqın, ədavətli ola bilər və müsahibəni aparanlara inanmaya bilərlər. Onlar müsahibənin,
insan alverçiləri tərəfindən qurbana və ya onun ailəsinə qarşı qisas hallarını da əhatə edə bilən
fəsadlarından qorxa bilərlər. Qurbanlar ölkədən çıxarılacaqlarını, həbs ediləcəklərini və ya təqib
olunacaqlarını düşünə bilərlər və ya onlar şübhəli şəxs və ya qurban ola bilən digər şəxsləri qorumaq
üçün həqiqəti deməyə bilərlər.
Qurban-şahidlərlə müsahibə aparmaq üçün əlavə vərdişlər
• Sorğu-sual etmə vərdişləri (xüsusilə müdafiəsiz vəziyyətdə olan qurban-şahidlərin “dindirmə”
vərdişlərindən fərqli şəkildə sorğu-sual edilməsinə dair hər hansı dəlillər);
• Müşahidə bacarığı: gərginlik, narahatlıq, qorxu və sairəni görmək və bunu aradan qaldırmaq
bacarığı;
• Peşəkar kimi qalmaqla qurbanla yaxşı münasibətləri inkişaf etdirmək bacarığı (məsələn, şəfqət
göstərmə, zərəri qəbul etmə, təmkinli olma və s.);
• Qeyri-mühakimə, qeyri-günahlandırma möqveyini qəbul etmə bacarığı
152
Bax, Əlavə 6.
153
Eyni mənbə.