Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə57/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
116
 
Azərbaycanın  Cinayət  Məcəlləsi  və  İnsan  alveri  ilə  mübarizə  haqqında  Azərbaycan  Respublikasının 
Qanunu çərçivəsində insan alveri ilə mübarizəyə dair xüsusi qanunvericilik və bundan əlavə Nazirlər 
Kabinetinin qərar və aktları da qəbul edilmişdir.
195
  
AZE004 (102)-207-2009 nömrəli işdə (bax, aşağıda) Azərbaycanın Ali Məhkəməsinin hakimləri qərar 
verərkən,  həm  insan  alveri  prosesini,  həm  də  insan  alverçisi  qurbanları  cəlb  etdikdən  sonra  onları 
istismar  etmək  niyyətinin  olub-olmadığını  nəzərdən  keçirməli  idilər.  Əgər  qurbanlar  vasitələrdən 
birindən istifadə edilməklə, məsələn, istismar məqsədi üçün məcburetmə və ya aldatma yolu ilə cəlb 
edilmişlərsə, əməli törədən insan alveri əməlində təqsirli bilinməlidir. 
AZE004 İş nr. (102)-207-2009 Azərbaycan (Azərbaycan Respublikasının Ali Məhkəməsi, nr.  1(102-
207/2009, 29 aprel 2009-cu il)   
 
Müttəhimlər  qurbanları  Rusiyada,  Moskvada  fahişəlik  üçün  cəlb  etmişdilər.  Onların  Moskvaya 
getmək  üçün  nəqliyyat  xərcləri  qurbanları  Moskvada  cinsi  istismar  etmiş  şəxs  tərəfindən 
ödənilmişdi. Bu şəxs Moskvada təqsirli bilinə və ya həbs edilə bilməzdi.  
Ali  Məhkəmə  belə  qərara  gəlmişdir  ki,  müttəhimin  insan  alverində  təqsirli  bilinməsini  sübuta 
yetirmək  üçün  kifayət  qədər  dəlil  yoxdur.  Müttəhim  tərəfindən  qurbanların  başqa  ölkəyə 
aparılmasının təşkil edildiyinə dair dəlil yox idi. Müttəhimin xarici ölkədə fahişəliklə məşğul olmaq 
niyyətilə  qurbanlarla  Azərbaycan  Respublikasının  sərhədini  keçməsi  faktı  o  demək  deyildir  ki, 
müttəhim  insan  alveri  cinayətini  törətmişdir.  Müttəhim  və  qurbanlar  başqa  bir  şəxs  tərəfindən 
istismar olunmuşdu. 
 
 
6.3 İstismar 
Azərbaycanın Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsində deyilir ki, insan alveri istismar məqsədilə 
olmalıdır və Məcəllədə istismarın formaları da nəzərdə tutulur. 
 “Qeyd.  1.  Bu  maddədə  «insanın  istismarı»  dedikdə,  məcburi  əmək  (xidmət),  cinsi  istismar, 
köləlik,  köləliyə  bənzər  adətlər  və  onlardan  irəli  gələn  asılılıq  vəziyyəti,  insan  orqanlarının  və 
toxumalarının qanunsuz köçürülməsi, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, 
qadının  surroqat  ana  kimi  istifadə  edilməsi,  qanunsuz,  o  cümlədən  cinayətkar  fəaliyyətə 
cəlbetmə başa düşülür”. 
Məcburi əmək  
Azərbaycanın  Cinayət  Məcəlləsinin  144-1-ci  maddəsində  deyilir  ki,  istismar  məcburi  əmək  (kölə 
vəziyyətinə  salma)  deməkdir  və  o,  insan  alveri  cinayəti  kimi  müəyyən  olunur.  144-2-ci  maddədə 
məcburi əmək cinayət əməli kimi təsbit olunur və ona anlayış verilir. Burada deyilir: 
 “Hədə-qorxu,  zor  tətbiq  etməklə  və  ya  zor  tətbiq  etmək  hədəsi  ilə,  habelə  qanunvericiliklə 
müəyyən  edilmiş  xüsusi  hallardan  başqa  şəxsin  azadlığını  məhdudlaşdırılmaqla  müəyyən  işin 
yerinə  yetirilməsinə  (xidmətin  göstərilməsinə)  məcburetmə  dörd  ildən  səkkiz  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. 
Əmək Məcəlləsinin “Məcburi əməyin qadağan edilməsi” adlı 17-ci maddəsində deyilir ki, “Hər hansı 
qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini 
                                                            
195
 Bax, 5-ci Əlavə. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
117
 
əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır” və orada 
nəzərdə tutulur ki, bu əməli törədənlər “qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb 
edilirlər”.
 196
 
        25 fevral 2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi, Azərbaycan vətəndaşını Cinayət 
Məcəlləsinin  144-1-ci  maddəsində  nəzərdə  tutulan  insan  alveri  və  144-2-ci  maddəsində  nəzərdə 
tutulan məcburi əməklə bağlı əməllərin ağırlaşdırıcı hallarda törədilməsinə görə məhkum etmişdir.
Qurbanlar  Azərbaycanda  bu  əməli  törədən  şəxs  tərəfindən  cəlb  edilmiş  və  donuz  fermasında 
işləmək  üçün  Rusiya  Federasiyasına,  Samara  şəhərinə  göndərilmiş  digər  azərbaycanlı  kişilər 
olmuşdur.  Qurbanlar  aldadılmışdır,  belə  ki,  onlara  deyilmişdir  ki,  onlar  tikinti  sahəsində 
işləyəcəklər.Onlar güc tətbiq etmək hədəsi ilə işləməyə məcbur edilmişlər, fermada ağır şəraitdə 
yaşamalı olmuşlar və onların pasportları işəgötürən tərəfindən əllərindən alınmışdır. 
Məhkəmə, müttəhimi, Cinayət Məcəlləsinin 144-1-ci və 144-2-ci maddələrinə əsasən, səkkiz il altı 
ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir və 11 fəhlə
y
ə kompensasiya 
ödənilmişdir. 
 
AŞ Konvensiyasının Azərbaycan tərəfindən yerinə yetirilməsinə dair GRETA-nın 2014-cü il üçün 
Hesabatı, Birinci Qiymətləndirmə Mərhələsi, səh.44. 
 
Cinsi istismar 
Azərbaycan  Respublikasında  yalnız  Cinayət  Məcəlləsinin  144-1-ci  maddəsində  “cinsi  istismara” 
istinad edilir. Lakin İnsan alveri ilə mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 1.0.4-cü 
maddəsində cinsi istismara aşağıdakı kimi anlayış verilir:  
 “şəxsin  fahişəlikdə,  seksual  köləlikdə  və  ya  pornoqrafik  materialların  istehsalında  istifadə 
edilməsi, digər şəxslərin cinsi istismarından mənfəət əldə edilməsi” 
AZE003 İş nr. (102)-267-2010 Azərbaycan 
Qərarın verildiyi tarix: 2010-05-05 – Məhkum olunma tarixi: 2010-05-05 
 
Müttəhim  qurbanı  aldadaraq  onu  inandırmışdır  ki,  o,  Bəhreyndə  zinət  əşyaları  mağazasında 
işləyəcəkdir.  Qurban  Bəhreynə  vizanın  alınmasını  gözləmək  üçün  Türkiyəyə  aparıldıqdan  sonra, 
Türkiyədə onu qəbul edən insanlar bir ay müddətində onu cinsi istismar etmişlər. Bundan sonra, 
onlar  ona  viza  almamış,  onu  Dubaya,  BƏƏ-yə  göndərmiş  və  onu  yenə  də  cinsi  istismar  etmişlər. 
Müttəhim ikinci qurbanı da Dubaya, BƏƏ-yə göndərmiş və onu fahişəliyə məcbur etmişdir. 
 
Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı, nr. 1(102)-267/2010, 5 may 2010-cu il 
 
Köləlik 
İnsan  alveri  ilə  mübarizə  haqqında  Azərbaycan  Respublikasının  Qanununun  1.0.6-cı  maddəsində 
köləliyə  bənzər  adətlərin  anlayışı  verilir;  “1956-cı  il  30  aprel  tarixli  “Köləliyin,  qul  ticarətinin  və 
köləliyə  oxşar  institutların  və  adətlərin  ləğv  olunması  haqqında  Əlavə  Konvensiya”nın  1-ci 
maddəsində göstərilmiş institut və adətlər”. İstismarın bu formalarının anlayışı onların BMT-nin İnsan 
Alverinə dair Protokolunda istifadəsinə tətbiq edilə bilər.  
Azərbaycanın Cinayət Məcəlləsinin 106-cı maddəsində köləliyin də anlayışı verilir: 
                                                            
196
AŞ  Konvensiyasının  Azərbaycan  tərəfindən  yerinə  yetirilməsinə  dair  GRETA-nın  2014-cü  il  üçün  Hesabatı, 
Birinci Qiymətləndirmə Mərhələsi, səh. 41.   


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə