Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə64/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
130
 
18.2. İnsan alverindən zərər çəkmiş şəxslər barəsində tətbiq olunan təhlükəsizlik tədbirləri insan 
alveri ilə bağlı cinayətlərə dair ibtidai araşdırma, məhkəmə baxışı, habelə məhkəmənin yekun 
qərarı  çıxarıldıqdan  sonrakı  dövr  də  daxil  olmaqla,  təhlükə  tam  aradan  qalxanadək  davam 
etdirilir. 
18.3.  İnsan  alverindən  zərər  çəkmiş  şəxslərin  şəxsiyyətinin  anonimliyinin  təmin  edilməsi 
məqsədi ilə uydurma adlardan istifadə edilə bilər. 
Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə haqqında 2014 – 2018-ci illər üçün Milli 
Fəaliyyət Planında tədbirlərdən biri kimi aşağıdakılar nəzərdə tutulur.  
“5. İnsan alveri cinayətlərinə qarşı cinayət təqibi:    
[…]  5.3.  İnsan  alverinə  qarşı  mübarizə  üzrə  şahidlərin  və  cinayət  təqibini  həyata  keçirən 
orqanlarla  əməkdaşlıq  edən  şəхslərin  müdafiəsi  işini  təkmilləşdirmək  və  istintaq  üçün  faydalı 
olan informasiyanın verilməsini stimullaşdırmaq üçün tədbirlər görülməsi nəzərdə tutulur”. 
İnsan  alveri  ilə  mübarizə  haqqında  Azərbaycan  Respublikasının  Qanununun  4.0.2-ci  maddəsində 
deyilir ki, insan alveri ilə mübarizədə əsas prinsiplərdən biri aşağıdakıdır:  
“İnsan alveri qurbanlarının təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi”.  
İnsan  alveri  ilə  mübarizə  haqqında  Azərbaycan  Respublikasının  Qanununun  17-ci  maddəsi  “İnsan 
alveri qurbanlarına yardım göstərilməsi və onların müdafiəsi üzrə tədbirləri”ni müəyyən edir. Həmin 
qanunun  “İnsan  alverindən  zərər  çəkmiş  şəxslərin  təhlükəsizliyinin  təmin  edilməsi”  başlıqlı  18-ci 
maddəsində  cinayət  mühakimə  prosesi  zamanı  şahidlərin  müdafiəsi  ilə  bağlı  tədbirlər  nəzərdə 
tutulur.
 211
  
Cinayət  prosesində  iştirak  edən  şəxslərin  dövlət  müdafiəsi  haqqında  Azərbaycan  Respublikasının 
Qanununda da qurbanların müdafiəsi nəzərdə tutulur. 
“Qanunun təyinatı” adlı 1-ci maddədə deyilir:  
“Bu Qanun cinayət işi üzrə zərər çəkən şəxslərin, şahidlərin və cinayət prosesində iştirak edən digər 
şəxslərin təhlükəsizliyinin təmin edilməsini və sosial müdafiəsini nəzərdə tutan tədbirlər sistemini 
müəyyənləşdirir. Bu Qanunla müəyyənləşdirilmiş təhlükəsizlik tədbirləri o halda tətbiq edilir ki, 
yuxarıda göstərilən şəxslərin təhlükəsizliyinin başqa vasitələrlə təmin edilməsi mümkün deyildir”. 
 
 
6.12.2 Uşaq alverinə görə məhkumetmə 
Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinin  144(1.2.3)-cü  maddəsində  yetkinlik  yaşına 
çatmayan  şəxsə  qarşı  insan  alveri  əməlinin  törədilməsi  nəzərdə  tutulur.  Cinayət  Məcəlləsinin 
144(1.3)-cü maddəsində “on ildən on beş ilədək” artırılmış cəza müəyyən olunur.
 
 
 
                                                            
211
 Bax, 5-ci Əlavə. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
131
 
6.13 Hüquqi yardım  
2009  –  2013-cü  illər  üçün  Azərbaycanın  Milli  Fəaliyyət  Planının  “insan  alverinə  qarşı  təqiblərin 
gücləndirilməsi”  başlıqlı  6-cı  fəslinə  “vəkilləri  məhkəmə  proseslərində  insan  alveri  qurbanlarının 
müdafiəsinə  cəlb  etmək”  üçün  müddəa  daxil  edilmişdir.  Əlavə  olaraq,  MFP-də,  Hökumətdən 
qurbanlara  göstərilən  hüquqi  yardımın  səmərəli,  uzunmüddətli  və  dayanıqlı  olmasını  təmin  etmək 
tələb olunurdu.
 212
 
İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydalarının “Qurbanların 
hüquqlarının müdafiəsi” başlıqlı 3-cü maddəsində deyilir:  
“3.1. Qurbanlar pulsuz hüquqi yardım almaq hüququna malikdirlər. Qurbanlar pulsuz hüquqi yardım 
və bu yardımı göstərən təşkilatlar barədə xüsusi polis qurumu və qeyri-hökumət təşkilatlarından 
məlumat alırlar”. 
 
6.13.1 Qurbanların cəzadan azad olunması 
 
İnsan  alveri  ilə  mübarizə  haqqında  Azərbaycan  Respublikasının  Qanununun  “İnsan  alveri 
qurbanlarına  yardım  göstərilməsi  və  onların  müdafiəsi  üzrə  tədbirlər”  başlıqlı  17.7-ci  maddəsində 
deyilir:   
“İnsan alverindən zərər çəkmiş şəxslər bilavasitə insan alverinin qurbanı vəziyyətində olmasının 
nəticəsində  məcburetmə  və  ya  təhdid  altında  törətdikləri  əməllərə  görə  Azərbaycan 
Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  və  hallarda  mülki,  inzibati  və 
cinayət məsuliyyətindən azad edilirlər”. 
 
6.14 Azərbaycan Respublikasında kompensasiya 
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (14 iyul 2000-ci ildə qəbul edilmişdir) XX 
Fəslində  “Qurbanlara  kompensasiyanın  ödənilməsi”  nəzərdə  tutulur.  189-cu  maddədə  qurbanın 
kompensasiya  almaq  hüququ  nəzərdə  tutulur,  190-cı  maddədə  qurbanlara  ödəniləcək 
kompensasiyanın  məbləği  müəyyən  edilir  və  191-ci  maddəyə  əsasən  qurbanlar,  cinayət  əməli 
nəticəsində, cinayət məhkəmələri qarşısında onlara kompensasiyanın ödənilməsini tələb edə bilərlər. 
“Qurbanlara  dövlət  hesabına  kompensasiya  verilməsi  məsələsinin  həlli  qaydası”na  dair  191-ci 
maddədə deyilir: 
“191.1. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət 
qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini 
zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. 
191.2.  Zərər  çəkmiş  şəxsə  Azərbaycan  Respublikasının  dövlət  büdcəsinin  vəsaiti  hesabına 
kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin 
kompensasiya  qismində  ayrılan  pul  məbləğinin  məhkum  edilmiş  şəxsdən  tutulub  dövlət 
büdcəsinə qaytarılmasını hökmdə göstərir”. 
                                                            
212
 ATƏT  Ehtiyacların  Qiymətləndirilməsinə  dair  Hesabat.  Azərbaycan  Respublikasında  insan  alveri  əleyhinə 
tədbirlər. 2010-cu il, səh. 22. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə