İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
98
etmək üçün bir sıra təminatlardır.
Müdafiəsiz və qorxudulmuş şahidlər üçün mövcud olan xüsusi tədbirlərə məhkəmənin razılığı ilə
aşağıdakılar aid edilir:
qoruyucu qat (müdafiəsiz və qorxudulmuş vəziyyətdə olan şahidlər üçün mövcuddur): qoruyucu
qat şahidi müttəhimdən qorumaq
üçün mövcud ola bilər;
canlı əlaqə (müdafiəsiz və
qorxudulmuş
vəziyyətdə şahidlər üçün mövcuddur): canlı əlaqə,
şahidə, təhqıqat, istintaq, məhkəmə gedərkən məhkəmədən kənarda məhkəmə otağı ilə tele-
əlaqə vasitəsilə ifadə vermək imkanını verir. Şahid ya məhkəmə binasında, ya da məhkəmədən
kənarda münasib bir yerdə yerləşdirilmiş ola bilər;
Təklikdə verilən ifadə (bəzi müdafiəsiz və qorxudulmuş vəziyyətdə olan şahidlər üçün
mövcuddur): cinsi zəmində törədilən əməllər və ya təqsirləndirilən şəxsdən başqa kiminsə
tərəfindən qorxudulma halları olduqda məhkəmənin mülki üzvlərindən və mətbuatdan
(mətbuatı təmsil etmək üçün bir adı bəlli olan şəxs istisna olmaqla)
təcrid olunma;
Videolentə almaaqla müsahibə (müdafiəsiz və qorxudulmuş vəziyyətdə olan şahidlər üçün
mövcuddur): şahidin əsas dindirilmədə alınmış ifadəsi kimi məhkəmə tərəfindən qəbul edilə
bilən məkəməyə qədər müdafiəsiz və ya qorxudulmuş vəziyyətdə olan şahidlə videoyazısı olan
müsahibə. Kral (Dövlət) Məhkəməsində cinsi zəmində törədilən cinayətlərə görə mühakimələrdə
yaşlı şikayətçilərlə videoyazısı olan müsahibə, ədalət mühakiməsinin maraqlarına zidd olmadıqda
və şikayətçinin ifadəsinin keyfiyyətini artırdıqda, müraciət əsasında avtomatik olaraq məqbul
hesab ediləcəkdir;
vasitəçinin köməyi ilə şahidin dindirilməsi (müdafiəsiz vəziyyətdə olan şahidlər üçün mövcuddur):
məhkəmədə ifadə verərkən şahidə yardım etmək üçün məhkəmə tərəfindən vasitəçi təyin oluna
bilər. Onlar həmçinin araşdırma mərhələsində ünsiyyətə yardım edə bilərlər, bu cür dəlillərin
qəbul edilməsi üçün əvvəlcədən müraciət olunur. Vasitəçiyə, şahid və dindirən şəxs tərəfindən
başa düşülməsi zəruri olan sualları və cavabları, ifadənin mahiyyətini dəyişməmək şərtilə, izah
etmək imkanı verilir;
ünsiyyət üçün köməkçi vasitələr (müdafiəsiz şahidlər üçün mövcuddur): ünsiyyətin məhkəmə
tərəfindən müstəqil şəkildə yoxlanılmasının və başa düşülməsinin mümkün olması şərtilə, şahidə
ötürücü və ya tərcüməçi vasitəsilə yaxud ünsiyyətə yardım və ya digər üsullar vasitəsilə ifadə
vermək imkanının yaradılmasında ünsiyyət üçün köməkçi vasitələrə icazə verə bilər.
Cinayət Təqibi Xidməti (Birləşmiş Krallıq)
http://www.cps.gov.uk/publications/research/cps_research_on_special_measures.pdf
Məhkəmədən sonra
Məhkəmə prosesləri başa çatdıqdan sonra hələ də qurbanlara münasibətdə
müəyyən vəzifələr ola və
davamlı müdafiə tədbirləri tələb oluna bilər. Qurbanlar hələ də cinayətkarların ailə üzvləri və ya
bəraət aldıqda cinayətkarın özü tərəfindən risk altında ola bilər. Bu risk onların tibbi, maliyyə və
hüquqi yardımı da əhatə etməklə reinteqrasiyasına, ya da öz ölkələrinə repatriasiya olunmasınadək
davam edə bilər.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
99
5.6 Uşaq qurbanların müdafiəsi
Aİ Komissiyası Şurasının 2012/29/EU nörməli yeni Çərçivə Qərarına əsasən, uşaqlar həmişə
müdafiəsiz hesab edilirlər və terrorçuluq, mütəşəkkil cinayətkarlıq, insan alveri, gender zəminində
zorakılıq kimi bəzi kateqoriya qurbanlara ayrıca diqqət yetirilir. Uşaq qurbanlar bu Direktivdə
müəyyən edilən hüquqlara tam malik olan şəxslər hesab edilməli və onlarla bu cür rəftar olunmalı və
onlar bu hüquqlarından öz fikirlərini formalaşdırma imkanları nəzərə alınan şəkildə yararlana bilərlər.
Cinayət prosesində əməkdaşlıq edən uşaq qurbanların müdafiəyə ehtiyacları var. Xüsusilə müdafiəsiz
vəziyyətdə olanlar üçün onların vəziyyətinə uyğunlaşdırılmış xüsusi rəftardan yararlanmağa imkan
yaradılmalıdır. Bu hallarda uşaq qurbanlar xüsusilə müdafiəsiz vəziyyətdə olan şəxslər hesab
edilməlidir.
170
AŞ Konvensiyasının “İnsan alveri qurbanlarının, şahidlərin və ədalət mühakiməsi orqanları ilə
əməkdaşlıq edən şəxslərin müdafiəsi” başlıqlı 28-ci maddəsində deyilir:
“3. Uşaq alveri qurbanı xüsusi mühafizə tədbirləri ilə onun mənafeyi nəzərə alınmaqla təmin
olunmalıdır”.
Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakültativ Protokolun 8-ci maddəsində
deyilir:
“1. İştirakçı
-
dövlətlər cinayət mühakiməsinin bütün mərhələlərində, bu Protokolla qadağan
edilmiş təcrübələrin qurbanı olan uşaqların hüquq və maraqlarının müdafiə edilməsi üçün
xüsusilə aşağıdakı yollarla lazımi tədbirlər görəcəklər:
(a) zərər çəkmiş uşaqların həssas olmasının tanınması və onların xüsusi ehtiyaclarının, o
cümlədən onların şahid kimi xüsusi ehtiyaclarının tanınması prosedurlarının uyğunlaşdırılması;
(b) zərər çəkmiş uşaqların onların hüquqları, onların rolu, işləri üzrə mühakimənin məzmunu,
müddəti və gedişi barədə məlumatlandırılması;
(c) şəxsi maraqlarına toxunulan hallarda, zərər çəkmiş uşaqların fikirləri, ehtiyacları və
problemləri mühakimə zamanı milli qanunvericiliyin prosessual normalarına uyğun olaraq
təmsil edilməsi və baxılmasının təmin edilməsi;
(d) zərər çəkmiş uşaqlara mühakimənin bütün mərhələlərində lazımi dəstəyin verilməsi üçün
xidmət göstərilməsi;
(e) lazımi hallarda, zərər çəkmiş uşaqların şəxsi həyatının qorunması və milli qanunvericiliyə
müvafiq olaraq, zərər çəkmiş uşağın şəxsiyyətinin müəyyən edilməsinə gətirib çıxara biləcək
məlumatın arzuedilməz yayılmasının qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi;
(f) lazımi hallarda zərər çəkmiş uşaqların və eləcə də, onların ailələrinin və onların adından çıxış
edən şahidlərin hədə-qorxu və qisasdan müdafiəsinin təmin edilməsi;
(g) lazımi hallarda zərər çəkmiş uşaqlara təzminat verilməsini nəzərdə tutan işlərə dair
qərarların çıxarılması, sərəncam və qətnamələrin icrası ilə əlaqədar həddən artıq
yubadılmaların yol verilməzliyi;
170
FRA 2009
Avropa İttifaqında uşaq alveri. Problemlər, perspektivlər və qabaqcıl təcrübələr, səh.73