İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
90
3. Bu maddənin 2-ci bəndində göstərilən sazişlər və ya razılaşmalar mövcud olmadığı təqdir-
də, bu cür xüsusi istintaq üsullarının beynəlxalq səviyyədə istifadə edilməsi haqqında qərarlar
hər bir xüsusi halda qəbul edilir və lazım gəldikdə maraqlı İştirakçı dövlətlər tərəfindən yuris-
diksiyanın həyata keçirilməsinə dair maliyyə razılaşmaları və qarşılıqlı anlaşmalar nəzər-
də tuta bilər.
4. Nəzarət qaydasında mal alınmasından beynəlxalq səviyyədə istifadə haqqında qərarlarda
maraqlı İştirakçı dövlətlərin icazəsi ilə yüklərin tutulması və onların toxunulmamış vəziyyət-
də saxlanılması və ya yüklərin tam və ya qismən dəyişdirilməsi və ya götürülməsi kimi üsullar
nəzərdə tutula bilər.
Xüsusi araşdırma üsulları qabaqlayıcı araşdırmaların mühüm komponentidir və onlardan qurbanları,
cinayəti törədənləri və cinayətin törədilmə üsulunu və istismarın yerini müəyyənləşdirərkən istifadə
edilə bilən keyfiyyətli dəlillərin əldə olunması üçün istifadə edilir. Xüsusi araşdırma üsulları hər bir
dövlətin qanunvericiliyinə, tənzimləyici qaydalarına və prosedurlarına ciddi şəkildə riayət olunmaqla
tətbiq edilməlidir. Onlar müdaxilə xarakterlidir və yalnız zərurət və uyğun olduqda həyata keçirilmə-
lidir. Onlar yalnız təlim keçmiş hüquq-mühafizə əməkdaşları tərəfindən həyata keçirilməlidir. Onlar-
dan, araşdırmanın məqsədindən asılı olaraq, ayrı-ayrılıqda və ya birgə şəkildə istifadə edilə bilər.
160
AŞ Konvensiyasının 27(1)-ci maddəsində və Aİ-nin Çərçivə Sənədinin 9(1)-ci maddəsində deyilir ki,
araşdırmalar və təqiblər qurbanın verdiyi məlumatdan və ya irəli sürülən ittihamdan asılı olmamalıdır
və cinayət prosesi, hətta qurban öz ifadəsini geri götürdüyü halda da davam etməlidir. Bu, qurbanın
verdiyi ifadəyə arxalanmayan araşdırma üsullarından istifadə və onların inkişaf etdirilməsi vəzifəsini
qoyur. Xüsusi araşdırma üsulları qurban işin davam etdirilməsi üçün ifadə vermək istəyində və ya
iqtidarında olmadığı halda, təsdiqləndikdə istifadə edilə bilən dəlilləri təmin edə bilər. Eyni zamanda,
yeni araşdırma üsullarının inkişaf etdirilməsi və mövcud üsullardan dəlilləri toplamaq üçün birgə və
ya daha innovativ şəkildə istifadə edilməsi tələb olunur.
5.3 Qabaqcıl təhqiqat təcrübələri
5.3.1 Maliyyə təhqiqatları
UNODC-nin məlumatlarına əsasən, insan alverindən gələn illik gəlirlər 32 milyard ABŞ dolları təşkil
edir və bütün insan alverçilərinin əsas amalı qurbanların istimarı nəticəsində öz cinayətkar işlərindən
çox gəlir əldə etməkdən ibarətdir. Buna görə də, cinayət və mülki prosedurlar vasitəsilə insan
alverçilərinin qanunsuz əldə etdikləri vəsaitləri müsadirə etmək üçün effektiv maliyyə araşdırmaları
olmalıdır. Maliyyə təhqiqatları zamanı əldə edilən dəlillər cinayət prosesində toplanan dəlilləri təsdiq
edə bilər. İnsan alveri hallarında maliyyə araşdırması, qanunvericiliklə icazə verildiyi təqdirdə, cinayət
təhqiqatının başlanması ilə eyni vaxtda başlamalıdır.
Maliyyə təhqiqatında insan alverinə dəstək göstərən vəsaitlər və ondan əldə olunan gəlirlər izlənilir
və bu təhqiqat həmin vəsaitlərin cinayətdən gələn gəlirlər kimi götürülməsinə, müsadirə edilməsinə,
alınmasına, saxlanılmasına və ya dondurulmasına imkan yaradır. Bu təhqiqatlar insan alverçiləri
tərəfindən əldə edilmiş maliyyə gəlirləri hədəf seçə və bir sıra həll yolları vasitəsilə həmin gəlirlərin
müsadirəsi üçün effektiv bərpa vasitələrini təmin edə bilər.
160
Bax, 8-ci Əlavə.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
91
Maliyyə təhqiqatlarında da pul vəsaitinin qurbanların istismarı yolu ilə qanunsuz şəkildə əldə
edildiyini subuta yetirmək üçün cinayət təhqiqatlarında istifadə edilən eyni təhqiqat üsullarından və
mütəxəssislərin tətbiq etdiyi üsullardan istifadə olunur. Cinayəti törədənlərin malik olduqları
vəsaitlərin cinayətkar fəaliyyət nəticəsində əldə edildiyi müəyyənləşdirildikdən sonra müvafiq
maliyyə bərpa vasitələri üçün müraciət edilə bilər.
161
BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasının (UNTOC) 6-cı maddəsində
“Cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılmasının cinayət əməli kimi təsbit edilməsi” və
UNTOC-un 8-ci maddəsində “Qanunsuz vəsaitlərin leqallaşdırılmasına qarşı mübarizə tədbirləri”
nəzərdə tutulur.
5.3.2 Birgə istintaq qrupları
Birgə istintaq qrupu (BİQ), müvafiq dövlətlərdən birində və ya bir neçəsində cinayət təhqiqatlarının
aparılması üçün həmin dövlətlər arasında yazılı saziş yolu ilə müəyyən müddət və ya xüsusi məqsəd
üçün təsis edilərərk hakimlərdən, prokurorlardan və hüquq-mühafizə əməkdaşlarından ibarət bir
qrupdur. Üzv-dövlətlər arasında BİQ-lərin yaradılmasının mümkünlüyü 2000-ci il Qarşılıqlı hüquqi
yardım haqqında Konvensiyanın 13-cü maddəsində Aİ-nin BİQ-lər üzrə Çərçivə Qərarında nəzərdə
tutulur.
162
UNTOC-un “Birgə istintaqlar” başlıqlı 19-cu maddəsində deyilir:
“İştirakçı dövlətlər bir və ya bir neçə dövlətdə istintaqın, cinayət təqibinin və ya
məhkəmə baxışının
predmeti
olan
işlərlə əlaqədar
maraqlı
səlahiyyətli
orqanlara
birgə istintaqların aparılması üzrə orqanların yaradılmasına səlahiyyət vermək üçün əsas olan
ikitərəfli və ya çoxtərəfli sazişlər və ya razılaşmaların bağlanılması mümkünlüyünü
müzakirə edirlər. Bu cür sazişlərin və ya razılaşmaların olmadığı təqdirdə, birgə istintaqlar hər
bir xüsusi halda razılaşma əsasında həyata keçirilir. Müvafiq İştirakçı dövlətlər ərazisində bu
cür istintaqın aparılacağı İştirakçı dövlətin suverenliyinə tam hörmət bəsləyir”.
Avropa İttifaqına üzv-dövlətlər arasında 29 may 2000-ci il tarixli Cinayət işləri üzrə qarşılıqlı hüquqi
yardım haqqında Konvensiyanın “Birgə istintaq qrupları” başlıqlı 13-cü maddəsində nəzərdə tutulur:
“1. Qarşılıqlı razılaşma yolu ilə, iki və ya daha çox üzv-dövlətin səlahiyyətli orqanları, onu təsis
edən bir və ya daha çox üzv-dövlətdə cinayət təhqiqatlarını aparmaq üçün qarşılıqlı razılıq
əsasında müddəti üzadıla bilən, xüsusi məqsəd və məhdud müddət üçün birgə istintaq qrupunu
təsis edə bilərlər. Qrupun tərkibi sazişdə müəyyən olunur”.
Birgə istintaq qruplarına dair Şuranın 13 iyun 2002-ci il tarixli Çərçivə Qərarında “Birgə
istintaq
qruplarının” təsis olunması nəzərdə tutulur:
“1. Qarşılıqlı razılaşma yolu ilə, iki və ya daha çox üzv-dövlətin səlahiyyətli orqanları, onu təsis
edən bir və ya daha çox üzv-dövlətdə cinayət təhqiqatlarını aparmaq üçün qarşılıqlı razılıq
əsasında müddəti üzadıla bilən, xüsusi məqsəd və məhdud müddət üçün birgə istintaq qrupunu
təsis edə bilərlər. Qrupun tərkibi sazişdə müəyyən olunur”.
161
Bax, 9-cu Əlavə.
162
Avrocast (Avropa Ədliyyə Şəbəkəsi). https://www.eurojust.europa.eu/Practitioners/JITs/.../historical-
background.aspx.