İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
84
(məsələn, miqrantlara, qazanc üçün cinsi xidmətlər göstərən şəxslərə, qadınlara, kişilərə qarşı
mənfi rəylər);
• Qurbanı onun utanmalı olacaxı üçün heç nə etmədiyinə inandırmaq bacarığı;
• Mədəni baxımdan səriştəlilik: müxtəlif mənşəli şəxslərlə iş aparmaq üçün mədəni baxımdan
hazırlıqlı / səriştəli olmaq istəyi və bacarığı;
• Yüksək dərəcədə ağrılı əməllərlə bağlı iş aparmaq üçün psixoloji hazırlıqlılıq;
• Peşəkarlığın qorunub saxlanılması və sorğu-sual aparılarkən danışıq tonunda və tərzində təəssüf
hissinin olması arasında tarazlığı saxlamaq bacarığı;
• Mürəkkəb və qurban tərəfindən başa düşülən müvafiq sahə üçün səciyyəvi olan jarqon
ifadələrin işlədilməməsinə yol verməmək bacarığı
• Fiziki təmasa
yol verməmək, lakin xoşməramlı olmaq bacarığı.
UNODC 2014
Mərkəzi Asiyanın hüquq-mühafizə heyətləri üçün insan alveri və miqrant qaçaqmalçılığı
ilə bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 64.
4.4.1 Müsahibənin planlaşdırılması
İnsan alveri qurbanı ilə hər hansı müsahibə aparmazdan əvvəl effektiv şəkildə planlaşdırma və
müsahibə aparacaq şəxsin yaxşı hazırlaşmazı vacibdir. Bütün müsahibələr ayrı-ayrılıqda
dəyərləndirilməlidir və müsahibə aparma metodologiyası insan alveri qurbanının arzusu ilə
müəyyənləşdirilməlidir. Qurbanın sualları cavablandırma və ehtiyac duyulan informasiyanı vermə
imkanlarını artıra bilən riayət edilməli qabaqcıl təcrübə prosedurları vardır.
Bu prosedurlara aşağıdakılar aiddir:
(i) Müsahibənin aparılma yeri: vəzifə təhlükəsiz mühiti yaratmaq və insan alveri qurbanının
müdafiəsini və təhlükəsizliyini təmin etməkdir. Seçilən yer toxunulmazlığı təmin etməli və mümkün
olduqda, maneələrin olmadığı qapalı özəl məkan olmalıdır.
(ii) Müsahibədə iştirakçılar: mümkün olduqda, müsahibə aparanlar qurbanla eyni cinsdən olmalıdır.
Qurban deyilənləri başa düşmədikdə və ya fərqli dildə danışdıqda, zərurət olarsa, təsdiq edilmiş
tərcüməçi (həmin icmanın üzvü və ya bu dildə danışan tanış olmamaq şərtilə) iştirak etməlidir.
Qurbana dəstək göstərmək üçün də bir şəxs olmalıdır. Bu QHT, hüquqi nümayəndə və ya vəkil ola
bilər.
(iii) Giriş: qurbanın sağlamlığına, maddi vəziyyətinə və rahatlığına əmin olmaq lazımdır. Zərurət
olduqda, tibbi qayğı və ya dərmanla təmin edilməlidir. Qurbanın qida və / və ya içkinin aid edilə
biləcəyi rahatlıqla bağlı ehtiyacları təmin edilməlidir. Müsahibə aparan şəxslər və iştirak edən
digərləri özlərini təqdim etməli və kim olduqlarını, öz mövqelərini və nə üçün müsahibədə iştirak
etdiklərini izah etməlidirlər.
(iv) Müsahibənin izah edilməsi; qurbana müsahibənin məqsədi və onlarla müsahibənin nə üçün
aparıldığı, onun formatı və nə qədər çəkəcəyi barədə məlumat verilməlidir. Müsahibə aparan şəxs
veriləcək sualların növlərini və onların nə üçün verildiyini izah etməli və qurbanın özünün də suallar
soruşa biləcəyini ona bildirməlidir. Qurbana məlumat verilməlidir ki, müsahibə konfidensialdır və
müsahibə aparmaq üçün onun razılığı alınmalıdır.
(v) Hörmət: Müsahibədə qurbanla xoş münasibətin qurulması və onda inam yaratma vacibdir.
Müsahibə aparan şəxs həmişə qurbana hörmətlə yanaşmalı və onu mühakimə etməməlidir. Onlar
qurbanı sakitləşdirməli və onları günahlandırmamalıdırlar.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
85
4.4.2 Uşaq qurbanlarla müsahibə aparma
Belə bir əməl olduqda, məhkəmə orqanları uşağın vəziyyətinə və uşağı qorumaq üçün məhkəmə
orqanlarının rolunu və səlahiyyətlərini nəzərə alaraq, nələrin edilə bilinəcəyini nəzər salmalıdırlar.
Belə olan halda uşaq, çox güman ki, hələ də gərginlikdən əziyyət çəkir və məhkəməyə dəlillər təqdim
etmək fikri onu narahat edir. Yəqin ki, bunların hamısını eyni vaxtda aradan qaldırmaq mümkün
deyildir, lakin prokurorlar bunu minimum endirmək üçün mümkün olan addımları atmalıdırlar.
Yaşlı insanlarla müsahibələr uşaqlarla müsahibədən çox fərqlənir və bu müsahibələr yalnız təlim
keçmiş hüquq-mühafizə əməkdaşları tərəfindən aparılmalıdır. Həmişə müsahibə aparılan uşağın
yaşını, cinsini və mədəni keçmişini nəzərdə saxlamaq lazımdır. Bu məqamlar, soruşulacaq sualları,
onların soruşulma üsulunu və müsahibənin kim tərəfindən aparılacağını
müəyyənləşdirərkən xüsusilə
vacib olacaqdır.
154
Uşaq qurban yaxud onların valideyni və ya qəyyumu müsahibəyə əvvəlcədən məlumatlı razılıq
verməlidirlər və razılıq olmadan müsahibəyə başlamaq olmaz. Mümkün olduqda, müsahibədə uşağa
dəstək olan şəxs və uşaq müvafiq dildə başa düşmədikdə və ya danışmadıqda tərcüməçi də iştirak
etməlidir. Müsahibəni aparan şəxsin və tərcüməçinin uşaqla eyni cinsdən olması ən ideal haldır və
onların hər ikici mülki geyimdə olmalıdır.
2011/36/EU nömrəli Direktivin “Cinayət araşdırmarında və proseslərində insan alverinin uşaq
qurbanlarının müdafiəsi” başlıqlı 15-ci maddəsində nəzərdə tutulur:
“15.1.Üzv-dövlətlər milli qanunvericiliklə, valideynlik öhdəliyi daşıyanlar və uşaq qurban
arasında münaqişə nəticəsində onların usağı təmsil etmələri istisna edildiyi halda, cinayət
araşdırmalarında və proseslərində, qurbanın müvafiq ədalət mühakiməsi sistemində oynadığı
rola uyğun olaraq, uşaq qurban üçün səlahiyyətli orqanlar tərəfindən nümayəndənin təyin
olunmasını təmin etmək üçün zəruri tədbirlər görməlidirlər”.
Müsahibələrin mürəkkəbliyinə yol verilməməlidir və mümkün olduqda, bütün müvafiq orqanları
planlaşdırmaya cəlb etmək üçün vaxt tələb edərək, müsahibələr növbə ilə təşkil olunmalıdır. Uşağın
qorxmasına yol verməmək və uşaqla təkrarən müsahibənin aparılmamasını və onun yenidən
istismara məruz qalmamasını təmin etmək üçün qayğı göstərilməlidir. Yaş, uşağın yetkinlik və
intellektual inkişafı nəzərə alınmaqla, müsahibədə istifadə edilən dil sadə olmalıdır.
155
15-ci maddədə,
həmçinin, nəzərdə tutulur:
“15.3. Müdafiə hüquqlarına xələl gətirmədə, üzv-dövlətlər 2-ci və 3-cü maddələrdə qeyd
olunan əməllərdən hər hansı biri ilə bağlı cinayət araşdırmalarında və proseslərində
aşağıdakıları təmin etmək üçün zəruri tədbirləri görməlidirlər:
(a) faktlar barədə səlahiyyətli orqanlara məlumat verildikdən sonra əsassız ləngiməyə yol
verilmədən uşaq qurbanla müsahibələrin aparılması;
(b) zərurət olduqda, uşaq qurbanla müsahibələrin bu məqsəd üçün nəzərdə tutulmuş və ya
uyğunlaşdırılmış məkanlarda aparılması;
(c) zərurət olduqda, uşaq qurbanla müsahibələrin bu məqsəd üçün təlim keçmiş peşəkarlar
tərəfindən və ya onların vasitəsilə aparılması;
154
BMqT 2006,
İnsan alveri əleyhinə təlim modulları, Qurbanların müəyyənləşdirilməsi və müsahibə üsulları,
səh.29.
155
UNODC 2014
Mərkəzi Asiyanın hüquq-mühafizə heyətləri üçün insan alveri və miqrant qaçaqmalçılığı ilə
bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 16.