İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
80
Hakimiyyət orqanlarına xəbərvermə
İnsan alverçiləri qurbanları hədələyirlər ki, onlar deyiləni etməsələr, müvafiq orqanlara onlar barədə
məlumat veriləcək və onlar həbs ediləcəklər. Qurbanlar inanırlar ki, onların etdikləri qanunsuz və ya
cinayətdir və ya onlar ölkədə qanunsuz qalırlar. İnsan alverçiləri qurbanlara
hətta ölkə və ya regionda
qanuni olduqları və ya onların gördükləri iş qanuni olduqda, məsələn, Niderlandda fahişəliklə məşğul
olduqları və ya Şengen dövləti ərazisinə işləməyə icazə verildiyi halda belə onların həbs ediləcəyini
deyirlər.
Zərərli maddələr qəbul etməyə sövq edilmə.
Qurbanlar aludəçilik yaranana qədər ilk əvvəl narkotik və ya alkohol və ya onların hər ikisini qəbul
etməyə məcbur edilirlər. İnsan alverçiləri qurbanların bu maddələrlə təchiz olunmasını davam etdirir
və beləliklə də, onlara nəzarət edirlər.
4.2 İnsan alverinin qurbanlara təsiri
İnsan alveri qurbanlara fiziki və ya
psixoloji təsir göstərə bilər, onlar zorakılığa və zərərli maddələrdən
sui-istifadəyə məruz qalmış və ya təcrid edilmiş ola bilərlər. Fiziki əlamətlərə travma və sağlamlıqla
bağlı əlamətlər, o cümlədən HİV/QİÇS, cinsi yoll keçən xəstəliklər, zorakılıq, yorğunluq və çəki
itkisinin səbəb olduğu fiziki zədələr aid edilə bilər.Zorakılıq həm istismara qədər, həm də istismar
vəziyyətində baş verə bilər. Bura fiziki zorakılıq (hücumlar və hədə-qorxular və ya silahla xəsarət
yetirmələr); cinsi zorakılıq (öz iradəsi əleyhinə hansısa seksual xarakterli hərəkətləri etməyə məcbur
edilmə və ya bunun üçün qorxudulma), habelə hədələmələr və azadlığın və / və ya nəzarətin
itirilməsi aid edilə bilər.
Bu zorakılığın təsiri yorğunluqdan və çəki itkisindən tutmuş nevroloji əlamətlərə qədər sağlamlıqla
bağlı davam edən problemlərə, habelə psixi sağlamlıqla bağlı problemlərə gətirib çıxara bilər. Bu,
həmçinin qurbanın geri qayıtmasına, onların təcrid olunmasının gücləndirilməsinə və onların insan
alverçilərindən daha çox asılı vəziyyətə düşmələrinə səbəb ola bilər.
Qurbanlar, səciyyəvi olaraq, istismar vəziyyətində məruz qaldıqları cinsi zorakılıq və məcbur edilmə
nəticəsində arzu edilməyən cinsi və reproduktiv sağlamlıqla bağlı problemlərdən əziyyət çəkə
bilərlər. Bura onların qazanc məqsədilə cinsi xidmətlər göstərmələri, cinsi zorakılıq, cinsi əlaqəyə
məcbur edilmə halları və qorunmadan cinsi əlaqə səbəbindən cinsi yolla keçən xəstəliklərə və / və ya
HİV / QİÇS-ə yoluxma riski də aiddir.
147
Psixoloji əlamətlər özünü ruhi sağlamlıqla bağlı problemlər kimi, o cümlədən depressiya, narahatlıq,
özünü təcavüzkarcasına aparma və travmadan sonrakı gərginlik, habelə emosional istismarın təsirləri
kimi büruzə verir. Travmanın təsirinə şüur üzərində nəzarəti müvəqqəti itirmə və özünü
dərketməninin psixopatoloji pozğunluğu, dəyişmiş vaxt hissi, yaddaşın zəifləməsi, kəskin laqeydlik və
ağırlıq, qavrayış, hissiyyat, şüur və yaddaşın pozulması, gözlənilməz hallyusinasiya halları aiddir.
Travmanın əsas cəhəti odur ki, o, qurbanın psixoloji və bioloji uyğunlaşma mexanizmlərini pozur. Bu,
daxili və kənar resurslar kənar hədələri dəf etmək üçün kifayət qədər olmadıqda baş verir.
148
147
Oğurlanmış təbəssümlər: 2006-cı il,
Avropada insan alverinə məruz qalmış qadınlar və yeniyetmələr üçün
fiziki və psixoloji sağlamlıqla bağlı fəsadlar, səh.15.
148
UNODC
Cinayət mühakimə sahəsində çalışan təcrübi işçilər üçün insan alveri əleyhinə əyani vəsait, Modul 3,
səh.2
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
81
Depressiv əlamətlərə özünü çox kədərli, dəyərsiz hiss etmə və gələcək barədə ümidsizliyə qapanma
və hər şeyə marağı itirmə aid edilə bilər. Özünü təcavüzkarcasına aparma əlamətlərinə özünü
narahat hiss etmə və ya tez əsəbiləşmə, özündən çıxma və tez məyus olma aid edilə bilər. İnsan
alverinin qurbanlarında, həmçinin təkrar baş verə bilən travmadan sonrakı gərginlik, çox gərgin,
qorxuducu və kədərləndirici hadisələr səbəbindən baş verən narahatlıq halları müşahidə edilir.
Travmadan sonrakı gərginlik özünü aşağıdakılarla büruzə verə bilər
(i) travmatik hadisələrə yenidən məruz qalma; bura qorxuducu hadisələr barədə fikirlərin və ya
yaddaşın yenidən qayıtması, ağrılı və ya travmatik hadisəni xatırladıqda qarabasmanın və ya kəskin
emosional və ya fiziki reaksiyaların yenidən baş verməsi.
149
(ii) fiziki oyanış; bura tez özündən çıxma və yuxu pozğunluğu ilə tez qorxma, fikrini cəmləməkdə
çətinlik və əsəbi olma və qızışma aiddir.
(iii) çəkinmə və hissiyatsızlıq; bura gələcəyin olmadığını hiss etmə, özünü təcrid olunmuş / tənha hiss
etmə, emosiyanın olmaması və ya ən travmatik və ya ağrılı hadisələrin hissələrini yadda saxlamaq
imkanının olmaması.
150
Özünü təcavüzkarcasına aparma, özünüidarəetmənin itməsi, sosial reinteqrasiyaya qədər bərpa və
xatırlama da daxil olmaqla, bərpanın bir neçə mərhələsi ola bilər. Qurbanlar məcburetmə
münasibətlərdə üstünlük təşkil edən cəhət kimi sistematik şəkildə istismara cavab olaraq bir sıra
sağqalma strategiyalarını qəbul edə və davanışlarını istismarı azaltmaq üçün uyğunlaşdıra bilərlər. Üç
əsas sağqalma strategiyasına çəkinmə, insan alverçisi ilə eyniləşdirmə (“Stokholm sindromu”) və
hissiyatsızlıq aiddir.
Cinayət mühakimə sahəsində təcrübi işçilər üçün fəsadlar
Qurbanın davranışına aşağıdakılar aid edilə bilər:
Araşdırma aparan şəxsə və ya prokurora qarşı təcavüzkarcasına davranma. Qurban öyrənmiş ola
bilər ki, insan alveçilərinin hökmranlığını təhlükə altına alan hər hansı bir məqam birbaşa
zorakılığa gətirib çıxara bilər. O, buna görə də, hüquq-mühafizə orqanları və ya məhkəmə
orqanları ilə hər hansı bir əməkdaşlıqdan yayına bilər;
İstintaq və ya ittiham qurumu ilə əməkdaşlıq etməmə;
Yaddaşın itməsi aşağıdakılarla nəticələnən xətalar və fikir ayrılıqları:
-
Müxtəlif vaxtlarda dəyərləndirmədə dəyişikliklər
- Təfsilatları xatırlaya bilməmə
- Travmatik hadisənin əsas təfsilatlarını xatırlama, amma geyim, otaqla və ya nəqliyyat vasitələrinin
təsviri kimi əlavə təfsilatları xatırlamama
- Həyat üçün ən əsas hədələr olan hadisələr haqqında düşünə bilməmə (məsələn, şüur üzərində
nəzarəti itirmə)
Düşüncəsizlik kimi görünən qızışma halları;
149
Oğurlanmış təbəssümlər: 2006-cı il,
Avropada insan alverinə məruz qalmış qadınlar və yeniyetmələr üçün
fiziki və psixoloji sağlamlıqla bağlı fəsadlar, səh.20.
150
Oğurlanmış təbəssümlər: 2006-cı il,
Avropada insan alverinə məruz qalmış qadınlar və yeniyetmələr üçün
fiziki və psixoloji sağlamlıqla bağlı fəsadlar, səh.2