İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
79
İş: Bosniya və Herseqovinadan olan fəhlələr
Fəhlələr Azərbaycanda istismar olunmuşlar, belə ki, onların çoxu, onları bu işə cəlb edən şəxsə viza
üçün əlavə 250ABŞ dolları ödəmişdilər. Onlar ölkəyə gəldikdən sonra yenə də turist vizasına görə
ödəniş (40 ABŞ dolları) etməli oldular və onların əksəriyyətinə heç vaxt verilməyən iş vizaları vəd
olunmuşdu.
ABŞ BİA 2010
Avropa və Avrasiya regionunda yaşlı kişilərin alveri, səh. 19.
Bu ödənişlər istismarın başlanğıcıdır, belə ki, bir çox araşdırmalar onu göstərir ki, istismarçılar
fəhlələrə nəzarət etmək üçün məcburi asılılıqlar sistemini yaradırlar. Miqrantlara qarşı ən çox edilən
hədə şikayət etdikləri təqdirdə onlara pulun ödənilməyəcəyi ilə hədələmədir. Ödəmək vədi çox vaxtı
istismarçı iş yerlərində qalmaq üçün səbəb kimi göstərilir və saxlanılan məvaciblərin
ödənilməyəcəyindən qorxma ən çox narahatlıq doğuran məqam olur.
143
Məvaciblərin ödənilməməsi
Miqrantların məcburi əməyinin istismarı hallarına, milli orqanlar tərəfindən əsasən qaçaqmalçılıq və
ya milli immiqrasiya və ya əmək qanununun pozulması kimi baxılır. Bu, qurbanları cinayətkar
vəziyyətinə qoyan yanlış yanaşmadır. Burada diqqət yanlış hədəfə yönəlir və insan alverçiləri və insan
alveri ilə mübarizədə maneəyə çevrilir.
144
İstismarçılar qurbanlara onların məvaciblərini ödəməyərək onların getmək imkanlarını
məhdudlaşdırır və onlarda gedəcəkləri təqdirdə onlara verilməli olan pulların ödənməyəcəyi ilə bağlı
qorxu yaradırlar. İnsan alverçiləri həmçinin cərimələr və məvaciblərdən qida, qalmaq üçün yer və
nəqliyyata görə pul tululması ilə maliyyə cəzalarını təyin edə bilərlər. Bu, qurbanların aldıqları
məvacibin çox az olması səbəbindən onların istismar vəziyyətindən çıxa bilməmələrini təmin edir.
BƏT-in araşdırmaları onu üzə çıxarmışdır ki, məcburi əməyə cəlb edilmiş əməkçi miqranların 88.7
faizinin məvacibləri əlindən alınmışdır və bir çox hallarda məvaciblər ümumiyyətlə ödənilməmişdir və
ya təsadüfi cərimə haqlarına görə pul tutulmaları
o qədər çox olmuşdur ki, yekunda fəhlələrə çox cüzi
ödənişlər edilmişdir. Fəhlələr əvvəldə bu barədə məlumatsız olduqları üçün belə görünür ki,
işəgötürənlərin onlara razılaşdırılmış məvacibi ödəmək niyyəti olmamamışdır, bu da onların
aldadılması, BMT-nin İnsan Alverinə dair Protokoldakı şərtlərə uyğun gəlmə deməkdir.
145
Azadlığın itirilməsi
Bu, hərəkət azadlığının verilməsindən imtina və ya onun məhdudlaşdırılması və ya qurbanların
müvafiq məkanlarda saxlama bölmələrinə saxlanılmasına gətirib çıxarır. Ukraynadan insan alveri ilə
bağlı gətirilən kişilərin 92 faizində hərəkət azadlığının verilməsindən, ümumiyyətlə, imtina edilmişdir
və ya buna yalnız müşayiət edildikləri halda icazə verilmişdir və onlara silahlı mühafizəçilər nəzarət
edirdilər və onlar olduqları məkanı tərk etmək üçün yazılı icazə almalı idilər. BƏT-in ölkə üzrə
araşdırmalarında aşkar edilmişdir ki, məcburi əməyə cəlb edilmiş əməkçi miqrantların 92.1 faizinin
hərəkət azadlığı olmamışdır.
146
143
ABŞ BİA 2010
Avropa və Avrasiya regionunda yaşlı kişilərin alveri, səh. 19.
144
Avropa Şurasının Parlament Assambleyası, Hesabat, Sən.13086. 04 yanvar 2013-cü il.
145
ABŞ BİA 2010
Avropa və Avrasiya regionunda yaşlı kişilərin alveri, səh. 19.
146
ABŞ BİA 2010
Avropa və Avrasiya regionunda yaşlı kişilərin alveri, səh. 18.