İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
86
(d) mümkün olduqda və zərurət yarandıqda, uşaq qurbanla müsahibələrin eyni şəxslər
tərəfindən aparılması;
(e) müsahibələrin sayının mümkün qədər məhdudlaşdırılması və müsahibələrin yalnız cinayət
araşdırmalarının və proseslərinin məqsədləri üçün kəskin şəkildə zəruri olduqda aparılması;
(f) həmin şəxslə bağlı bunun əksinə əsaslandırılmış qərar qəbul edilmədiyi təqdirdə, uşaq
qurbanın nümayəndə və zərurət yarandıqda, uşağın seçimi ilə yaşlı insan tərəfindən müşayiət
oluna bilməsi”.
Cinayət proseslərində ən yaxşı dəlilləri əldə etməyə nail olma: qurbanlarla və şahidlərlə müsa-
hibələrin aparılması üzrə təlimat və xüsusi tədbirlərdən yararlanma üzrə təlimat.
Cinayət proseslərində ən yaxşı dəlilləri əldə etməyə nail olma uşaq şahidlərlə müsahibənin
aparılması üçün təfsilatlı şəkildə tövsiyə edilən proseduru təmin edir. Təlimat şahidlə ilkin əlaqə,
uşaqla əlavə olaraq nə vaxt müsahibənin aparıla bilinməsi üçün razılığa dair praktiki məsələləri və
azyaşlı uşaqlarla, əlil uşaqlarla və psixoloji pozğunluğu olan uşaqlarla bağlı nəzərdən keçirilməli
məsələləri əhatə edir.
• Yalnız uşaqların xüsusi ehtiyacları və hüquqları üzrə təlim keçmiş heyət üzvləri potensial
qurbanları dindirməlidirlər. Mümkün və zəruri olduqda, uşaqlar onlarla eyni cinsdən olan heyət
üzvləri tərəfindən dindirilməlidir.
• Yaşa uyğun, mümkün olduqda oyuncaqların, kitabların və ya oyunların olduğu mühiti yaradın.
• İnsan alverinə məruz qalma ilə bağlı olmayan şeyləri etməklə və onlar barəsində danışmaqla xoş
münasibətlər qurun (uşağa məlum olan şeylər haqqında danışın; oyunlar oynayın).
• Atmosferi sadə və qeyri-formal şəkildə saxlayın (dindirmə abı-havası yaratmayın və ya cavablara
görə təzyiq etməyin). Uşaqlar oynayarkən onların yanında döşəmədə oturmağa çalışın;
uşaqlarla
onların gözünə baxaraq ünsiyyət qurun.
• Müvafiq və uşaqlara uyğun dildən istifadə edin (uşağın işlətdiyi ifadələri bilin).
• Hər şeyi uşaqların asanlıqla başa düşəcəyi tərzdə izah edin (əyani vəsaitlərdən istifadəni
nəzərdən keçirin). Suallar uşağın yaşına və onun əqli imkanlarına uyğunlaşdırılmalıdır.
• Müsahibəni açıq suallarla başlayaraq uşağa öz fikrini bildirməyə imkan yaradın. “Həmin şəxs
səninlə pis rəftar edirdi?” kimi yönəldici suallar verməyin və “Həmin şəxs nə edirdi?” kimi daha
çox açıq suallardan istifadə edin.
• Uşağın bildiyi hər şeyi söylədiyi güman edildikdə, təfsilatları soruşmayın və təzyiq göstərməyin.
Yaddan çıxarmayın ki, uşaqlar unuda bilərlər və ya müsahibə aparan şəxsə onun eşitmək istədiyi
cavabı verə bilərlər.
• Müsahibələr, mümkün olduqda, valideynin iştirakı ilə aparılmalıdır. Bu, mümkün
olmadıqda,təlim keçmiş psixolo və ya sosial işçi kimi hüquqi qəyyum iştirak edə bilər.
• Müsahibəni uşağı onun hər şeyi düz etdiyinə və o nə vaxtsa
nəyisə demək istəsə, bunu
müsahibə aparan şəxsə deyə biləcəyinə əmin edən şəkildə bitirin.
Ədliyyə Nazirliyi (Birləşmiş Krallıq) 2011
Cinayət proseslərində ən yaxşı dəlilləri əldə etməyə nail
olma: qurbanlarla və şahidlərlə müsahibələrin aparılması üzrə təlimat və xüsusi tədbirlərdən
yararlanma üzrə təlimat.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
87
5. İnsan alveri ilə bağlı ittihamlar
5.1 Prokurorların və hakimlərin rolu
Prokurorlar insan alveri hallarının mürəkkəbliyini başa düşməli və insan alveri qurbanlarının insan
hüquqlarına və ləyaqətinə hörmətlə yanaşmalıdırlar. Onlar qanunvericiliyin mürəkkəbliyini nəzərə
alaraq, hansı ittihamları irəli sürmək məsələsi ilə üzləşirlər və məhkəmələrə insan alverinə dair
qanunvericiliyə xas olan anlayışlarla bağlı problemləri izah etməli olurlar. Onlar şahidlərin mühafizə
olunması və fiziki və ya psixoloji problemlərdən əziyyət çəkən şahidlərin ifadə verə bilmək iqtidarında
olmaları üçün işin effektiv şəkildə idarə olunmasını təmin edərək, işi qurur və məhkəmə qarşısına
çıxarır.
Prokuror, cinayət prosesində qurbanın roluna dair məlumat verərək və işə dair onu yeniliklər barədə
mütəmadi məlumatlandıraraq, bütün proses boyu qurbanı cəlb etməlidir. Prokuror həmçinin
şahidlərin ümumi hüquq sistemində dəlilləri vermək üçün məhkəmədə iştirak etməli olmasına və ya
mülki hüquq sistemində ilkin dinləmələrdə ifadə vermək üçün dəlilləri təqdim etməli olmasına
baxmayaraq, insan alveri faktını müəyyənləşdirmək üçün mümkün qədər inandırıcı dəlilləri təmin
etməlidir.
Hakimlər isə hüquq sistemindən asılı olaraq fərqli vəzifələr daşıyırlar. Mülki hüquq sistemi olan
dövlətdə inkvizitor sistem tətbiq olunur və hakimlər iş üzrə faktları müəyyənləşdirmək üçün onların
qarşısında işin araşdırırlmasında aktiv şəkildə iştirak edirlər. Ümumi hüquq sistemli dövlətlərdə
çəkişmə sistemindən istifadə olunur və hakim, ümumiyyətlə, müvafiq tərəflər arasında hakim və ya
qərəzsiz arbitr kimi çıxış edərək, proseslərin, qanuna uyğun ədalətli və düzgün tərzdə aparılmasını
təmin etmək üçün iştirak edir.
5.2 Təhqiqat
İnsan alveri hallarının təhqiqatında xeyli mürəkkəbliklər, o cümlədən çox vaxtı əməkdaşlıq etmək
iqtidarında olmayan və ya istəməyən qurbanlarla bağlı müxtəlif məsələlər vardır. Təhqiqat
yanaşmalarının uyğunlaşdırılmasını zəruri edən ayrı-ayrı problemlərin və yeni çətinliklərin olduğu
dəyişkən mühit vardır. Bütün təhqiqatlarda həmişə qurbanın insan hüquqlarına hörmətlə
yanaşmaqla qurbana önəm verilməsi tələb olunur. Qurbanın müdafiəsi başlıca məsələ olmalıdır və
insan alverinin qurbanını risk altına qoyan heç bir yanaşma tətbiq olunmamalıdır. Qurbanın
müdafiəsinin kifayət qədər olmaması və ya məhdud olması və qurbanın öz təhlükəsizliyinin məhdud
olmasından və ya olmamasından çəkinməsi onların davranışında öz əksini tapa bilər və sonrakı
cinayət təqibi prosesində onların dəlilləri verib-verməməsinə və ya necə verməsinə təsir edə bilər.
156
Bütün təhqiqatlar müvafiq dövlətin qanunvericiliyindəki hüquqi tələblərə uyğun şəkildə həyata
keçirilməlidir.
157
Onlar davamlı şəkildə nəzərdən keçirilməli və təhqiqatın və / və ya cinayət təqibinin
bütün mərhələlərinin nəticələrinin qurban üçün hər hansı mənfi nəticələr və ya risklər yaradıb-
yaratmayacağını müəyyən etmək üçün risk dəyərləndirmələri aparılmalıdır. Qurbanın təhlükəsizliyini
və sağlamlığını təhlükə altına alan risk mövcud olduqda, bunun aradan qaldırılması üçün zəruri
tədbirləri müəyyənləşdirməklə və irəli sürməklə həmin riski yüngülləşdirməyə çalışmaq kimi hüquqi
vəzifə mövcuddur.
156
NGO ASTRA 2012
Serbiyada məhkəmə mühakimələrinə dair araşdırma.
157
UNODC 2014
Mərkəzi Asiyanın hüquq-mühafizə heyətləri üçün insan alveri və miqrant qaçaqmalçılığı ilə
bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 51