80
103
tədbirlər görülməsi, tikinti-abadlıq işlərinin genişləndirilməsi
və s. Turizmin inkişafı isə həmin tədbirlər proqramında
İsmayıllı rayonunun sabahı üçün əsas şərt kimi dəyərləndirilir.
Rayon ərazisində yerləşən Baş Qafqaz sıra dağları,
Niyaldağ, Fitdağ, Acınohur dağı və s. dağlar, VII əsrin canlı
yadigarı olan Lahıc qəsəbəsi, Cavanşir qalası, Qız qalası və
digər tarixi mədəniyyət abidələri, şəlalələr, təbii, süni göllər,
zəngin bitki və heyvanat aləmi turizmin inkişafına böyük
imkanlar açır.
Azərbaycan Respublikası prezidentinin 27 avqust 2002-ci il
tarixli sərəncamı ilə
təsdiq edilmiş "Azərbaycan
Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair
Dövlət Proqramı"nın həyata keçirilməsi məqsədilə hazırlanmış
tədbirlər planına uyğun olaraq hazırda rayonda beynəlxalq
standartlara cavab verən turizm və istirahət mərkəzləri,
pansionatlar və digər müvafiq obyektlər yaradılması üçün
təşkilati tədbirlər həyata keçirilir.
İsmayıllı camaatı bir məlum həqiqəti də gözəl bilir ki, həmin
perspektivin təminatı üçün güclü dövlətin dayağı, köməyi,
qayğısı vacib şərtdir. Azərbaycanda isə güclü dövlət var və o,
gündən-günə qüdrətlənir. Çünki o dövlətin sükanı arxasında
Heydər Əliyev kimi böyük, qadir bir rəhbər durur, təkanverici
qüvvəsi isə xalqın dəstəyi, səfərbərliyi, mütəşəkkilliyidir.
İsmayıllı rayonu həmin sırada daim birincilər cərgəsindədir...
"Azərbaycan"qəzeti.
10 noyabr 2002.
80
104
MİLLİ İFTİXARIMIZ
Xalq tarixin yaradıcısıdır, onun bünövrə daşlarını qoyan, ucalara
aparıcı qüvvədir. Lakin xalqı bu yaradıcılığa yönəldən,
istiqamətləndirən, səfərbər edən, dövlətin adını ucaldan, nüfuzunu
yüksəldən müdrik şəxsiyyətlərdir. Məhz belə bacarıqlı şəxsiyyətlər
dövrün, zamanın nəbzini tutaraq xalqa düzgün yol göstərirlər.
Yalnız o dövlət başçıları və tarixi şəxsiyyətlər qəlblərdə əbədi yer
tuturlar ki, onlar öz nəcib əməlləri, yüksək humanizmi, siyasi
istedadı, dövlət müdrikliyi ilə seçilirlər və adlarını tarixə həkk
edirlər. Xüsusilə, nisbətən kiçik dövlətləri, ölkələri, millət və
xalqları tarixin ağır sınaqlarından çıxarmaq, onları hifz edib
saxlamaq, şərəf və şöhrətini qorumaq daha böyük məharət, sözün
əsl mənasında, qəhrəmanlıq tələb edir.
Son statistik məlumatlara görə biz azərbaycanlılar əlli milyonuq.
Lakin dünyanın müxtəlif yerlərinə səpələndiyimizdən Azərbaycan
dövləti müasir coğrafi baxımdan səkkiz milyon insanı təmsil edən
kiçik bir respublikadır. Xalqımızın şanlı tarixi var. Bəşər
sivllizasiyasına layiqli töhfələr vermişik. Bununla birlikdə
dövlətçilik tariximiz qanlı-qadalı sınaqlardan keçmiş, heç də
həmişə vahid dövlət qurumunda, milli vəhdət halında yaşamamışıq.
Üzərimizə saysız-hesabsız hücumlar olmuş, işğallara məruz
qalmışıq.
Parçalanmışıq, ona görə ki, ümumxalq, ümummilli birliyimizi
təmin edə bilən dövlət xadimlərimiz, siyasətçilərimiz az olmuşdur.
Yalnız son 100 ildə şüurumuzda və fəaliyyətimizdə milli
80
105
özünüdərk, milli birlik ideyası bərqərar olmuşdur. Bunun sayəsində
1918-ci ildə Şərqdə ilk demokratik cümhuriyyət Azərbaycanda
yaradılmışdır. Onun da ömrü az olmuşdur.
70 il SSRİ adlanan bir dövlətin tərkibində yaşamışıq.
Nailiyyətlərimizlə bərabər, itkilərimiz, qurbanlarımız da çox
olub. Totalitar rejim bizi hədsiz sıxıb. Özümüzü tam sərbəst hiss
etməmişik. Buna baxmayaraq, qurub-yaratmışıq, bir millət, bir xalq
kimi özümüzü göstərmişik. Xüsusilə, ötən əsrin 70-ci illərindən -
yəni Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etməyə
başladığı vaxtdan bu proses daha böyük vüsət alıb.
Tariximizin son yüz ilindən danışarkən iki dövlət xadiminin və
siyasətçinin adı türklərdə daha möhkəm yer tutub, ümumxalq
məhəbbəti və ehtiramı qazanıb: Nəriman Nərimanov və Heydər
Əliyev. Heydər Əliyev bizə, Azərbaycan xalqına daha böyük şöhrət
gətirib, millətimizin, respublikamızın nüfuzunu dünyaya yayıb.
Mübaliğəsiz deyə bilərik: Mustafa Kamal Atatürk Türkiyənin,
M.Qandi və C.Nehri Hindistanın, C.Ə.Nasir Misirin, C.Vaşinqton
və F.Ruzvelt ABŞ-ın, U.Çörçel Böyük Britaniyanın, Şarl de Qoll
Fransanın tarixində hansı mövqeyə malikdirsə, Heydər Əliyev də
Azərbaycanın tarixində belə böyük nüfuz sahibidir. Bu, mənim
şəxsi fikrim deyil, dünyanın hər yerində etiraf və təsdiq edilən bir
həqiqətdir. ABŞ-ın, Böyük Britaniyanın, Çinin, Rusiyanın,
Türkiyənin və neçə-neçə digər ölkələrin ən görkəmli adamlarının,
dövlət və siyasət xadimlərinin Heydər Əliyev haqqında dedikləri
yüksək fikirlərdən sitatlar gətirmək olardı. Yaxud dünyanın ən
böyük ensiklopediyalarında onun haqqında yazılanları, müxtəlif
ölkələrdə fəxri adlara, mükafatlara layiq görüldüyünü sadalaya
bilərdim. Heydər Əliyev
80
106
böyük xidmətlərinə görə dəfələrlə "İlin adamı" və çoxsaylı ali
təhsil ocaqlarının fəxri adlarına layiq görülüb. Bunlar hamısı
məlumdur və bizim milli şöhrətimiz, iftixarımızdır. Heydər
Əliyevin şəxsiyyəti isə Azərbaycanın dünyada tanınması deməkdir.
Fransanın görkəmli yazıçı və publisisti Jan Lakutyur Şarl de
Qolla həsr etdiyi üç cildlik əsərində yazılmışdır: "Fransanın bəşər
sivilizasiyasına bəxş etdiyi şəxsiyyətlərlə fəxr etməyə haqqı var.
Lakin Şarl de Qoll fransız patriotizminin və qəhrəmanlığının
zirvəsində dayanan, ən çətin dövrdə Fransanın ləyaqətini və
şərəfini qoruyan, onu faşizm təhlükəsindən qurtaran bir prezident,
siyasi və hərbi xadim kimi Fransanın tarixində xüsusi hörmətə
malikdir".
Bu fikri tamamilə Heydər Əliyev haqqında da demək olar. Məhz
ona görə ki, Heydər Əliyev Azərbaycan xalqının daha çətin
vaxtlarında ona dayaq olmuş, onun mənliyi, varlığı keşiyində
durmuşdur. Görkəmli tarixçi alim Yaqub Mahmudovun
"Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti" adlı kitabında
bütün bunlar haqqında çox ətraflı məlumat verilmişdir. Lakin elə
nadir hadisələr, faktlar var ki, onlara neçə-neçə kitab həsr etmək
olar. Bunlar xalqımızın ad-sanı, bütünlükdə müqəddəratı,
respublikada iqtisadiyyatın, elmin, təhsilin, ədəbiyyat və
incəsənətin inkişafı, kadrların hazırlanması, idarəetmə işinin
təkmilləşdirilməsi, insanlara qayğı, ümumiyyətlə, dövlət həyatının
bütün sahələri ilə bağlıdır. Yaşlı nəsildən olan bizlər bu hadisələri,
faktları daha yaxşı bilirik, onların bilavasitə şahidi və iştirakçısı
olmuşuq.
Heydər Əliyev müstəqil Azərbaycanın ideya həyatından, əxlaqi-
mənəvi dəyərlərimizdən, şanlı ənənələrimizdən hər dəfə
Dostları ilə paylaş: |