Microsoft Word P. doc titul doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə18/33
tarix25.05.2018
ölçüsü2,49 Kb.
#45873
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

__________________Milli Kitabxana__________________ 
54 
 
vaxt bir-birindən təcrid edilməmişdir. Çünki canlı  və cansız təbiət 
haqqında elm yeganədir. Son zamanlar məktəb kursunu təşkil edən 
təbiət elmlərinin   demək olar ki, hamısının məzmununda biofizika 
elmi xususilə mövqe tutmağau müvəffəq olmuşdur. Bu elmin 
nailiyyətləri təbiət elmlərinin yeni   mərhələdəki   inkişafını 
səciyyələndirir. Bunu nəzərə alaraq təbiət elmlərinin  əlaqəli  şəkildə 
öyrənilməsinin   müvəffəqiyətlə həyata keçirilməsi üçun biofizikanın 
nailiyyətlərindən istifadə etmək vacibdir. 
Biofizika elmindən indi molekulyar səviyyədə tədqiqat aparan bir 
sıra yeni elm sahələri ayrılmışdı 
Əlbəttə, bunların hamısını orta məktəb kursuna   daxil etmək 
mümkün deyil və buna ehtiyac da yoxdur.   Lakin fizika, kimya və 
biologiya  fənlərinin tədrisinə verilən saatları ixtisar etmədən və 
onların proqramında heç bir dəyişiklik aparmadan adekvat   və bir- 
birini tamamlayan mövzuların  tədrisinə   biofizikanın bəzi 
elementlərini daxil etmək   mümkündür.   Bu bir tərəfdən   həmin   
fənlərin   tədrisini müasirləşdirər, elmin son nailiyyətləri ilə 
ayaqlaşmağa məcbur edər, tədrisin keyfiyyətini artırar, onu daha 
maraqlı  şəklə salar, fənlərarası  əlaqəni inkişaf etdirər, digər tərəfdən 
də  şagirdlərin umumi dunyagörüşü   artar, elmlər haqqında onlarda 
tam təsəvvür yaranar   və gələcəkdə düzgün ixtisas seçməkdə onlara 
yaxından kömək göstərər. 
Biofiziki təhsil elementlərinin  kimya-biologiya təmayüllü 
məktəblərdə keçilməsi daha vacibdir. Həmin məktəblərdə fizikanın 
özünün    tədrisini    biofiziki təmayüldə aparmaq uçün imkanlar orta 
təhsil məktəblərinə nisbətən daha çoxdur. Kimya-biologiya təmayüllü 
5  №-li respublika internat məktəbinin fizika müəllimləri bu 
 
 
imkanlardan   müvəffəqiyyətlə   istifadə edirlər. Onlar kimya və 
biologiya müəllimləri ilə  sıx  əlaqə saxlayır və  hər bir mövzunun 
tədrisini canlı orqanizmlərdə baş verən kimyəvi-bioloji proseslərlə 
əlaqələndirirlər. Məktəbdə müasir avadanlıqla        təchiz edilmiş  və 
avtomatlaşdırılmış iki fizika   kabineti vardır. Fizika dərsləri 
müntəzəm   olaraq   nümayiş  təcrübələri ilə  və öz vaxtında 
laboratoriya işlərinin yerinə yetirilməsi ilə aparılır.   Şagirdlərin 
biliklərini yoxlamağa sərf olunan   vaxta   qənaət  
  


__________________Milli Kitabxana__________________ 
55 
 
etmək məqsədilə müəllimlər sorğunu «oqonyok» cihazı ilə  də 
aparırlar. Məktəbdə kimya və biologiya dərsləri daha yüksək 
səviyyədə keçir. Burada olduqca    zəngin kimya və biologiya 
kabinetləri, xüsusi canlı guşə vardır.  Bütün bunlar məktəbin kollektiv 
əməyinin nəticəsindəyaranmışdır. 
Şagirdlərə biofiziki təhsilin verilməsində bu məktəbin işi
həqiqətən, təqdirəlayiqdir. Təsadüfi deyil ki, həmin məktəbi qurtaran 
şagirdlər müvəffəqiyyətlə Azərbaycan Tibb İnstitutuna, universitetin 
biologiya və kimya fakültələrinə daxil ola bilirlər. 
Fizika dərslərində müxtəlif tarixi epizodlardan söhbət açmaqla da 
şagirdlərin diqqətini biofiziki məsələyə yönəltmək olar. Məsələn, 
hazırda dünyanın hər yerində Bernar cərəyanından miqren, nevralgiya 
və bir-sıra başqa xəstəliyə tutulmuş adamların müalicəsində istifadə 
olunur. Fransız alimi Bernarın tibb fizikası laboratoriyasında xidmət 
edən işçilərdən biri öz bədənində sabit cərəyan verən aparatın təsirini 
yoxlayarkən, o, cərəyan keçən yerdə  əvvəllər xoşa gəlməyən 
qıcıqlanma hiss etdiyi halda, indi həmin yerdə müsbət təsir bağışlayan 
titrəyiş hiss edir. Bunun səbəbini öyrənmək üçün cihazın elektrik 
dövrəsini diqqətlə  nəzərdən keçirirlər və  məlum olur ki, pis 
lehimləndiyi üçün elektrik süzgəcinin kondensatoru dövrədən kənarda 
qalmışdır. Ona görə  də generator sabit cərəyan  əvəzinə, qiyməti 
periodik olaraq artıb-azalan dalğaşəkilli cərəyan verirmiş. Belə 
cərəyanın isə ağrını kəsmək və xəstəni sakitləşdirmək xassəsi varmış. 
Həmin vaxtdan başlayaraq alçaq tezlikli düzləndirilmiş sinusoidal 
cərəyandan təbabətdə geniş istifadə olunur. 
Elmə çoxdan məlumdur ki, maqnit və elektrik sahələri insanlara, 
heyvanlara və bitkilərə müəyyən təsir göstərir. 
Bu təsirin fiziki tərəfini təxminən belə izah etmək olar. Hüceyrə 
daxilindəki dipolaoxşar su molekulları xarici maqnit və ya elektrik 
sahəsinin təsiri ilə öz vəziyyətlərini dəyişir ki, bu da oradakı kimyəvi 
reaksiyaların gedişinə, nəhayət, toxumaların bioloji halının 
dəyişməsinə, nəticədə isə sinir sisteminə öz təsirini göstərir. 
 


__________________Milli Kitabxana__________________ 
56 
 
Kimya elminin və kimya sənayesinin fövqəladə böyük 
müvəffəqiyyətlərinə baxmayaraq, hələ indiyə qədər canlı təbiətdə baş 
verən bir sıra kimyəvi prosesləri laboratoriya şəraitində        almaq   
mümkün   olmamışdır. Canlı  təbiətdəki kimyəvi reaksiyalar ətraf 
mühitin temperaturuna yaxın aşağı temperaturlarda, su muhitində 
böyük sürətlə baş verdiyi halda, sənaye miqyasında bunlar yüksək 
temperatur və təzyiqlərdə   həyata   keçirilir. Orqanizmdəki kimyəvi 
reaksiyalar  ətraf mühiti çirkləndirmir. Bir canlının həyat-fəaliyyət 
məhsulu başqası  tərəfindən tamamilə istifadə olunur və  təbiətdəki 
müvazinəti pozmur. Biokimyəvi   reaksiyaların bu xüsusiyyətləri son 
zamanlar alimlərimizin diqqətini daha çox özünə  cəlb edir və onlar 
sənaye   istehsalı proseslərini həmin  əsasda həyata keçirmək   üçün 
səy göstərirlər. 
 
§ 3. TƏBİƏT   ELMLƏRİNİN ƏSASLARININ ƏLAQƏLİ 
ÖYRƏDİLMƏSİ 
 
Alimlərin yazdığına görə  əgər fizikanı molekullar mexanikası, 
kimyanı-atomlar fizikası,   biologiyanı isə albuminlər kimyası 
adlandırsaq, birelmii başqa bir elmə nüfuz etdiyini, yəni bunların 
əlaqəsini, vəhdətini və fərqini qeyd etmək mümkündür. Beləliklə, bu 
ifadədən iki mühüm nəticə, bir tərəfdən fənlərarası  əlaqənin mövcud 
olması, digər tərəfdən,   ali hərəkət formalarının sadə  hərəkət 
formalarına görə öyrənilə bilməməsi meydana çıxır. Ona görə do 
müəyyən mənada bu elmlərin müstəqilliyinə toxunmamaq şərtilə 
onların  əlaqələrini açmaq əsas  şərtdir. Həyat proseslərində  ən sadə 
hərəkət formaları   ən   mürəkkəblərilə birlikdə iştirak edir. Doğrudur, 
canlı orqanizmlərdə baş verən sadə hərəkətlər ali hərəkətlərə tabedir, 
lakin onlar çox cüzi də olsa öz xassələrini saxlayır. Beləliklə, atom, 
molekul, ion və ya elektronun    canlı  və cansız obyektlərdəki 
hərəkətinin səciyyəvi cəhətlərinin muqayisəsi müəyyən nəticələr   
çıxarmağa   imkan verir. Canlı orqanizmlərdə kimyaya və fizikaya 
məlum olan enerji növlərindən    və    kimyəvi    elementlərdən fərqli 
heç nə müşahidə edilməmişdir.   Bu onu göstərir ki, dünyanın maddi 
vəhdət təşkil etdiyini bütün elmlər təsdiq edir. Kimya elmi fizikaya 
məlum   olan  


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə