Microsoft Word P. doc titul doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə23/33
tarix25.05.2018
ölçüsü2,49 Kb.
#45873
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

__________________Milli Kitabxana__________________ 
69 
 
qismini həmin duman səpələyir və bu hesaba da temperatur azalır. 
Bu cür izahatlar fiziki biliklər hesabına coğrafi biliklərin 
dərinləşməsinə və möhkəmlənməsinə kömək edir. 
Şagirdlərin fizikadan bildikləri istilik miqdarı, istilik tutumu və s. 
anlayışlardan istifadə edərək coğrafiyada nəzərdən keçirilən bəzi 
məsələlərin izahında «az» və ya «çox» sözləri işlətmək  əvəzinə 
müəyyən ölçüsü olan konkret ədəd göstərmək olar. Məsələn, 
hesablamalar göstərir ki, coğrafi enlik 1 dəyşidikdə ildə  hər kvadrat 
metr səthə orta hesabla düşən Günəş enerjisi 1.25.105 kc artır və ya 
azalır. 
Quruda və  dəniz səthində eyni coğrafi enlikdəki hava kütlələri 
nəinki və  nəmliyinə görə, həm də temperaturlarına görə  fərqlənir. 
Bunun səbəbi də fizikanın köməyilə izah olunur. Torpağın xüsusi 
istilik tutumu suyun xüsusi istilik tutumuna nisbətən təxminən 
üç dəfə azdır. Torpağın istilikkeçirməsi isə suya nisbətən çoxdur. 
Həmin səbəbə görə torpaq tez   qızır    və tez də soyuyur. Ona yaxın 
olan hava kütləsi də tez qızır və tez soyuyur. Dəniz-və- okean suları 
olduqca keç qızır və quruya nisbətən çox gec də soyuyur. 
Dənizhavasının temperatur dəyişməsi də buna uyğunlaşır. Bununla 
əlaqədar olaraq mülayim dəniz havasının temperaturu, mülayim qitə 
havasının temperaturundan qışda xeyli yüksək, yayda isa aşağı olur. 
Ona görədə  hər bir qurşağın hava kütləsi iki qrupa balünür qitə  və 
dəniz hava kütlələrinə. Beləliklə, şagirdlər hava kütləsinin xassələrinin 
təkcə verilmiş yerin coğrafi enliyindən və bu yerin formasından yox, 
həm də hava kütləsinə yaxın yerdəki mühitin xüsusi istilik 
tutumundan və istilikkeçirməsindən asılı olduğunu yaxşı dərk edirlər. 
Coğrafiyada tez-tez münbit torpaqdan söhbət gedir, lakin bu 
anlayış altında konkret nə nəzərdə tutulduğu kölgədə qalır.  Şagirdlər 
bilmir ki, belə torpağın tərkibində mineral və üzvi maddələr, bol su və 
hava olur. Belə torpağın sıxlığı az və kapillyarlığı çox olduğundan 
atmosferdəki rütubəti  özünə yaxşı  çəkir və uzun müddət özündə 
saxlaya bilir, bolə torpağa hava asanlıqla nüfuz edə bilir. Torpağın 
münbitliyini fiziki anlayışlarla əlaqələndirməklə biz onları əlavə tədris 
materialı ilə yükləmirik,  əksinə  fənlərarası  əlaqəni burada həyata 
keçirməklə şagirdlərin coğrafi və fiziki biliklərinin sintezini yaradırıq, 
bu iki tədris fənni arasındakı psixoloji səddi tədricən dağıdır, 


__________________Milli Kitabxana__________________ 
70 
 
şagirdlərdə  təbiət hadisələrinə vahid bir mövqedən yanaşmaq hissi 
güclənir. 
Yağışqabağı  bəzi həşəratyeyən quşlar alçaqdan uçur. Bu faktı 
təxminən belə asaslandırmaq olar: nəm havada bəzi həşəratların 
qanadlarında mövcud olan kapillyarlar rütubəti özünə çəkir və onların 
xususi, həm də ümumi çəkisi artır. Ona görə  də alçaqdan uçur. 
Bununla əlaqədar olaraq həmin həşəratlarla qidalanan quşlar da aşağı 
enməyə  məcbur olur. Təbiət hadisələrinin bu cür səbəb-nəticə 
baxımından öyrənilməsp tədris prosesində inteqrasiyanın inkişaf 
etdirilməsi üçün də əlverişli şərait yaradır. 
Dərketmə prosesinin təbiətilə  əlaqədar olaraq məktəb kursunun 
fənlər üzrə  tədrisi inteqrasiya ilə yanaşı aparıldıqda fənlərin bir-
birindən təcrid edilməsi təhlükəsi aradan qalxır, şagirdlər öyrəndikləri 
hadisələr haqqında tam təsəvvür alırlar. 
Fənlərarası  əlaqəni təkcə  dərsdə yox, sinifdənkənar və 
məktəbdənkənar məşğələlərdə də həyata    keçirmək olar. Ekskursiya 
və        çöl        praktikasında,    dərnək məşğələlərində, müxtəlif fənn 
müəllimlərinin birgə keçirdiyi tədbirlər zamanı da müvəfiq məsələlər 
ətrafında maraqlı söhbətlər təşkil etmək olar.  Fizikanın bir çox 
anlayışları,   məsələn,   cazibə qüvvəsi, təzyiq, sürtünmə, kinetik 
enerji, ətalət, sıxlıq, birləşmiş qablar qanunu, Arximed qanunu,   istilik 
tutumu, istilikkeçirmə, istidən genişlənmə, buxarlanma, kondensasiya
konveksiya, ərimə, bərkimə, kapillyarlıq, radioaktivlik və sair coğrafi 
hadisələri izah etmək üçün vacib məsələlərdir. 
Elmə çoxdan məlumdur ki, dəniz və okean sularının səth qatı 
oksigenlə daha çox zəngin olur. Bunun əsas səbəbi periodik olaraq 
əsən küləklərin təsirilə suy və havanın bir-birinə qarışmasıdır. 
Bəs Barents dənizinin dərin sularında oksigenin bol olmasına 
səbəb nədir? Nə üçün burada balıq başqa yerlərdəkindən daha çox 
olur? Fiziki biliklərdən istifadə etməklə bu suallara düzgün cavab 
tapmaq olar. 
 
  
 
 


__________________Milli Kitabxana__________________ 
71 
 
Atlantik okeanından Barents dənizinə tökülən su konveksiya yolu 
ilə Barents sularını qızdırır və enerjinin saxlanması qanununa görə özü 
soyuyur. Soyuma prosesi sıxlığın ən böyük qiymətə çatmasına qədər 
davam etdiyindən Arximed qanununa görə Barents dənizinin dibinə 
enən atlantik sular özlərində  həll olan zəngin oksigen ehtiyatını da 
oraya aparır. Beləliklə buradakı planktonların inkişafı üçün əlverişln 
şərait yaranır və həmin planktonlarla qidalanan balıqların sayı sürətlə 
artır, buna görə də Barents dənizində balıq həmişə bol olur. 
 
§ 4. TƏBİƏT ELMLƏRİNDƏ BİOFİZİKİ MATERIALIN 
MƏZMUNU VƏ ONA VERİLƏN TƏLƏBLƏR 
 
Fənn müəllimi biofiziki materialı seçərkən gələcək perspektivləri 
nəzərə almalıdır.   Ola bilər   ki,  şagird məktəbi bitirdikdən sonra 
müxtəlif elm sahələrinin sintezindən alınan sintetik elmlərlə sıx bağlı 
olan istiqamətdə  təhsilini davam etdirsin və ya belə biliklərin lap 
zəruri olduğu istehsalat sahəsində  işləsin.  Şagirdlərin  əksəriyyəti bu 
istiqamətə meyl köstərsələr belə, yenə müəllIm biologiya ilə fizika 
arasındakı  əlaqəni kifayət qədər tam şəkildə verə bilməz, onların 
marağını tamamilə  təmin edə biləcək səviyyədə  iş aparmağa imkan 
tapa bilməz. Belə hallarda sinifdənkənar məşğələləri gücləndirmək və 
xüsusən biofizikaya həsr edilmiş fakultətiv kursdan istifadə etmək 
olar. 
Fizika ilə biologiyanın  əlaqəsi həm elmi və  həm də metodiki 
cəhətdən optimal şəkildə  həll edilsə  şagirdlərin həmin fənlərə olan 
marağı daha da artar, bu fənlərin tədrisi keyfiyyəti xeyli yüksələr, 
onlar özü yaxşı öyrədilər, təbiətşünaslıq haqqında  şagirdlərin 
təsəvvürü tam və geniş olar, şagirdlərin politexnik hazırlığı artar. 
Burada hansı biofiziki materialdan və fizikanın hansı mövzularını 
keçərkən istifadə olunacağını müəyyən etmək də çox vacibdir. Fizika 
və biologiya elmləri indi elə sürətlə inkişaf edir ki, fənlərarası əlaqəyə 
aid material   tükənməz həcmdədir. Bunu nəzərə alaraq ancaq fizika 
proqramına uyğun və bilavasitə dərsin keyfiyyətini artırmaq üçün çox 
faydalı olan biofiziki materialdan istifadə edilməlidir. 
 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə