29
tanınır və V.Bastamyants (Qoşu nəşr edən) əsərin adındakı “er-
məni” (hayos) sözünü “mətnə düzgün olmayaraq sonradan əlavə
etmişdir”.
Məlumat üçün bildirək ki, çox sayda didaktik hekayə, təmsil,
eləcə də “Alban salnaməsi” və “Gəncəli Xosrovun şəhid olması”
əsərlərinin müəllifi olan, böyük yazıçı, maarifçi, pedaqoq, filosof
və hüquqşünas kimi şöhrət tapan Mxitar Qoş 1130–cu ildə “şəhər-
lərin anası”, “şəhərlərin ən üstünü” adlandrdığı Gəncə şəhərində
anadan olmuşdur. İlk təhsilini Tovuzlu keşiş Yəhyadan (Tavuşlu
Yohanna) alan Qoş daha sonra Qaradağa gedərək,
təhsilini orada
davam etdirmiş və vardapet rütbəsində vətəninə dönmüşdür.
Dövrünün böyük xristian ilahiyyatçılarından biri səviyyəsinə
çatan və əsas rəy sahiblərindən birinə çevrilən Qoş Xaçındakı
Qoşavəng kilsəsini və xristian ilahiyyat məktəbini yaratmış, ölənə-
dək, yəni 1213–cü ilə qədər orada yaşamış və orada da dərs verə-
rək, çox sayda tələbə yetişdirmişdir. Belə hesab edilir ki, özünün
dövrümüzədək alban, yəni qıpçaq dilində çatmış ən böyük əsərini –
“Törə bitiki”ni (“Qanunnamə”sini) də həmin sırada (1184–cü ildə)
qələmə almışdır. Qoş onun əsl adı deyil, kosa olduğu üçün müa-
sirlərinin verdikləri ləqəbdir. Mənbələrdə adı bəzən “vardapet
Mxitar”, bəzən də müsəlmanlar arasında “Mikayıl” adı ilə məşhur
olması səbəbiylə “vardapet Mikayıl” kimi çəkilir. XVI əsrdə “Törə
bitiki”nə giriş və şərhlər yazmış, ona bəzi əlavələr və redaktələr
etmiş Oksent oğlu Xaçeres onu sadəcə “vardapet”,
bir yerdəsə
“vardapet Mikayıl” adlandırır. M.E.Şedrin adına Sankt – Peterburq
Dövlət Kütləvi Kitabxanasının əlyazmalar şöbəsində qorunan və
üzərində alban dilində qeydlər də olan bir ermənidilli əlyazmadakı
(Dorn 636) alban (qarqar – qıpçaq) dilində edilmiş bir qeyddə isə
onun adı “vardapet Mxitar” kimi keçir. Bu ada digər albandilli
əlyazmalarda da rast gəlinir.
Fəridə Məmmədova haqlı olaraq Mxitar Qoşun kitabının er-
mənilərə deyil, albanlara aid olduğunu vurğulayaraq yazmşdır:
30
“Mxitar Qoşun “Qanunnamə”si yalnız albanlar üçün yara-
dılmışdı və bu, heç bir şübhə doğurmamalıdır. Məlum olduğu kimi,
ermənilərin özlərinin hüquqşünaslıqla bağlı qədim kitabları var:
VIII əsrdə Odzinetsinin yazdığı “Erməni qanunları” kitabı (Kono-
nagirk), XIII əsrdə...Smbat Sparapeti tərəfindən yaradılmış “Qa-
nunnamə”. Smbat Sparapetinin istifadə etdiyi əsas mənbələrdən
biri Mxitar Qoşun “Qanunnamə” əsəridir. Məlum olduğu kimi,
erməni tarixçilərinin hamısı Mxitar Qoşun “Qanunnamə”sini özlə-
rininki sayırlar. Onda sual oluna bilər ki, XX əsrə qədər erməni
xalqının ehtiyaclarına cavab verib onu mənəvi cəhətdən tam təmin
edən Odzinetsinin “Kanongirk”i mövcud olduğu halda, XII əsrdə
yeni bir “Qanunnamə”(Qoş) yaradılmasına nə ehtiyac vardı? Onu
da deyək ki, Qoş öz əsərini yazanda başqa mənbələrlə yanaşı, “Ka-
nongirk”dən də istifadə etmişdir. Qoşun “Qanunnaməsinin” XII
əsrdə ermənilər üçün yaranması ilə razılaşsaq, belə bir sual ortaya
çıxır ki, cəmi yüz il keçdikdən sonra Smbat Sparapetinin Kilikiya
erməniləri üçün daha bir “Qanunnamə”ni Qoşun “Qanunna-
mə”sindən istfadə ilə yaratmasına nə ehtiyac vardı?
Bizim fikrimizcə, bunu alban və erməni gerçəkliyinə istinad
edərək çox sadə və məntiqi şəkildə belə izah etmək olar ki,
Odzinetsinin erməni”Kanongirk”i alban xristian əhalisinin ictimai
quruluşuna, hüquq normalarına, məhkəmə quruluşuna və icrasına
uyğun gəlmədiyi kimi, Qoşun “Qanunnamə” əsəri də Kilikiya...
məhkəmə quruluşuna yaramırdı”.
Şübhəsiz ki,
məntiqli görünsə də, bu cür fikirlərlə ermənilərə
nəyisə sübut etmək mümkün deyildir. Ən əsas sübut alban dilində,
yəni qarqar - qıpçaq türkcəsində qələmə alınmış “Törə bitiki”nin
özü ola bilər.
Mxitar Qoşun dövrümüzədək alban dilində (qıpçaq türkcə-
sində) çatan “Törə bitiki” kitabı sübut edir ki, albanlar ən azı XII
əsrə qədər öz ana dillərində yazıb – oxumuşlar. Bunun XIII əsrdə
də belə olduğunu həmin əsrdə yaşamış erməni tarixçisi Hetum da
özünün “Qayton” adlı əsərində təsdiq etməkdədir.
31
Məlumat üçün bildirək ki, “Törə bitiki”nin hansısa
nüsxəsini
XIII əsrdə Azərbaycandan Ukraynaya köç edən albanlar özləri ilə
aparmış və sonrakı əsrlərdə ona ön söz, bir neçə maddə, şərhlər və
“Erməni qanunnamə”sini əlavə edərək aralarındakı məhkəmə - hü-
quq məsələlərini onunla tənzimləmişlər. Sonra isə əlavələr edilmiş
variantın üzünü köçürərək çoxaltmışlar.
XVI əsrdə Ukraynada yaşayan erməni icması öz qanunları ilə
yaşamlarını davam etdirmək məqsədilə tərtib etdikləri 124 mad-
dəlik qanunnaməni öncə latın, daha sonra polyak dilinə tərcümə
edərək, tərcüməsi ilə birlikdə Polşa kralı Sziqmunda təsdiq etdir-
mişdilərlər. Sonradan bu qanunlar alban (qarqar – qıpçaq) dilinə
tərcümə edilərək, “Törə bitiki” nə daxil edilmişdir.
Kitab da döv-
rümüzə bu halda, yəni müxtəlif əlavələrlə gəlib çıxmışdr. Fəqət
onun Mxitar Qoş tərəfindən yazılmış hissəsini əlavələrdən ayırmaq
heç bir çətinlik törətmir.
Dövrümüzədək ulaşan alban yazılı ədəbiyyatının nümunə-
lərindən biri də “Atamız bizim” (Matta “İncil”indən bir parça)
müraciəti ilə başlayan məşhur xristian duasının alban variantıdır.
Duanın alban dilindəki səslənişi:
“Atamız bizim ki köktəsən, ari bolsunq atınq səninq, kəlsin
xanlıxın səninq, bolsun erkinq səninq neçik köktə alay yertə, ötmə-
kimizni bizim kündəlik ber bizgə, bu gün boşat bizgə borçumuznu
bizim, neçik ki biz boşatırbiz bizim borçlularimizgə, bermagin bizni
sınamaxlıxka, yoxsa xutxar bizni yamandan, zera seninqdir xanlıx
da, xuvat da, sənqə haybat menqlik. Amen.”
Çağdaş Azərbaycan türkcəsindəki səslənişi:
“Göydə olan atamız, təmiz olsun adın sənin, gəlsin xanlığın
(hakimiyyətin) sənin, göydə olan ərkin yerə ələnsin. Ruzimizi gün-
dəlik ver bizə, .......... Bizi sınaqlara soxma, pisliklərdən qurtar,
çünki sənindir xanlq da (hökm də), qüdrət də, əbədi olmaq sənə
yaraşır. Amin.”