282
olması yaxınlaşdırır. Türk dillərində uzun
saitlər yoxdur, indi işlənən belə
uzun saitli
saat, səadət, viran, Turan və s. kimi sözlər dilimizə ərəb və
fars dillərindən keçmişdir. Muğan və Mil qışlaqlarında, Şirvanda müxtəlif
İran dilli tayfalarla qonşu olan azərbaycanlılar İslam dinini əsasən iranlı
din təbliğatçıları vasitəsi ilə mənimsəmişlər. O
zaman türkcə ibtidai təhsil
olmadığı üçün islamın əsaslarını öyrənən savadlı azərbaycanlılar ibtidai
təhsillərini dövrün əsas qədim dillərindən olan fars dilində alırdılar.
Nəticədə türk əsilli şairlər də öz ana dillərində Allah barədə şeirləri və
duaları tərcümə edəndə əruz vəznini də tərcümədə və şəxsi yaradıcılıqda
saxladılar. Təxminən XIII əsrdən başlanan bu qayda əsrlərlə davam etdi
və nəticədə əruz vəzni klassik ədəbiyyatın əsas vəzni kimi sabitləşdi.
Əruz vəzni ilk dəfə VIII əsrdə ərəb şeirşünası Xəlil
ibn Əhməd elmi
surətdə təsvir etmiş və onun 15 bəhrini fərqləndirmişdi. Sonralar şeirşü-
naslıqda əruza maraq artmış və yeni tədqiqatçılar onun bəhrlərinin sayını
19-a çatdırmışlar. Dillərin fonetik strukturundan asılı olaraq hər dildə
əruzun bəhrlərini təxminən yarısı işlək olur. Bizim əruzşünaslar
Azərbaycan dilində əruzun ancaq 11 növünün işləndiyini təsdiqləyirlər.
Bunlardan da ancaq bir qismi geniş işlənib, qalanlarına az təsadüf edilir.
Əruz vəzni şeir sətirlərində sabit təqtilərin dəyişmədən təkrarına
əsaslanır. Əruzda misranın təqtilərə bölünən
hissələrinə təfilə deyilir.
Məsələn:
Məni candan +usandırdı,+ cəfadan ya+ r usanmazmı,
Fələklər yan+dı ahimdən,+ muradım şəm”+i yanmazmı?
Təfilələr digər saitlərdən uzun tələffüz olunan saitlərə görə sərhəd-
lənir. Sətirdə hər bir-iki uzun sait təfilə yaratmış olur. Şərq şeirşünas-
lığında qədimdən bəri hecaların sayından asılı olaraq qısa
fəilun sözünün
variantından istifadə olunur
. Fəilun feli ərəb sözüdür, iş hərəkət,
fəaliyyət
bildirir. Azərbaycan dilində işlənən fel, fəal, failiyyət sözləri də həmin
kökdəndir. Təfilələri sxematik olaraq işarə etmək üçün aşağıdakı
təfilə
qalıbları ilə bildiriblər.
1. Hecalarının sayı ən qısa olan təfilələri 2 saitli qalıb-variantlar bil-
dirir.
a. Bir uzun saitli variant:
f
əUl
f
Aul/ fa
Ul
b. Uzun saitsiz bir ya iki hecalı:
fə”il
fə”
2. Üç saitli qalıb-variantları:
a. Bir uzun saitli qalıb variantları
283
f
Ailin/ fail
Un
fə”
Ulun/ fə”
Ülin/
məf”
Ulu
b. Uzun saitsiz qalıb variantları:
fə”ilün/fə”ili
3. Dörd saitli qalıb variantları daha zəngindir
:
a. Bir saitin uzun olduğu variant:
məf
Ailun /məfAilü
fəil
Atün/ fəil
Atü
mütəfA”ilün
b. İki uzun saitli təfilələr:
f
Ail
Atün/ f
Ail
Atü
/ məf
Aİlün/ məf
Aİlü
d. Uzun saitsiz variantlar:
müftə”ilün
müstəf”ilün
Azərbaycan əruzunun
bəhrləri və əsas növləri təfilə sxemləri üzrə
aşağıdakı kimi təsvir edilir.
Həcəz bəhri və onun 9 növü
məfAİlün təfiləsi üzərində yaranır.
Apardı könlümü bir çeşmi-məşmur,
Kim ola, istəməz şol hüsnə məğrur.
(Nəsimi, Həcəzin 3-cü növü)
Rəməlin 7 növü oxşar
fAilAmun/ fə”ilAmun təfiləsi üzərində
yaranır.
MəfA”İlün MəfA”İlün MəfA”İlün MəfA”İlün
MəfA”İlün MəfA”İlün,
MəfA”İlün, MəfA”İlün, fə”Ulun
MəfUlu MəfA”İlün, MəfA”İlün, fə”ulun
MəfUlu MəfA”İlün, məfUlu MəfA”İlün,
MəfUlu MəfA”İlün,
MəfA”İlün, fə”Ulun MəfA”İlün, fə”Ulun
Məf”ulu məfA”ilün fə”Ulun
Məf”Ulu məfA”İlün fəUlun
284
Ey xətin cəb”ülməsani, ey ləbin ma”i-təbur,
Vey cəmalın pərtıvindən səbəsər aləmdə nur!
(Nəsimi, Rəməlin 2-ci növü)
Rəcəzin növləri
uzun saitsiz müstəf”ilün təfiləsi üzərində qurulur
Yandırdı şövqün canımı, ey dərdə dərman , qandasan?
Canımda can sənsən, vəli istər səni can, qandasan?
(Nəsimi, Rəcəzin 1-ci növü)
Münsərih bəhrinin
növləri uzun saitsiz məftə”ilün təfiləsi üzərində
qurulur
Hüsnünə gör mən necə aşiqi-divanəyəm,
Eşqinə baş oynaram, gör necə mərdanəyəm.
(Nəsimi, Münsərihin 1-ci növü)
fA”ilAmun fA”ilAmun fA”ilAmun fA”ilAmun
fA”ilAmun fA”ilAmun fA”ilAmun fA”ilün
fə”ilAmun fə”ilAmun fə”ilAmun fə”ilAmun
fə”ilAmun fə”ilAmun fə”ilAmun fə”ilün
fA”ilAmun fA”ilAmun fA”ilün
fə”ilAmun fA”ilAmun fə”ilAmun
fə”ilA”mun fə”ilA”mun fə”ilün
müstəf”ilün müstəf”ilün müstəf”ilün müstəf”ilün
müstəf”ilün müstəf”ilün
müstəf”ilün məfA”ilün müstəf”ilün məfA”ilün
müstəf”ilün məfA”ilün
məftə”ilün fA”ilün məftə”ilün fA”ilün
məftə”ilün fA”ilün
məftə”ilün fA”ilAtü məftə”ilün fə”