276
türk dillərindəki heca vəzninin ritmikliyi misraların
təqtilərə bölünmə-
sindən yaranır.
Heca təqtiləri. Təqtilər şeir misrasında daxili
ritmin tərkib ünsürlə-
ridir. Heca vəznində təqti müəyyən sayda hecalardan sonra verilən durğu-
lara (ritmik fasiləyə) əsaslanır. Məsələn 11 hecalıq qoşmada təqtilər 6+5 ,
4+4+3 və s. ola bilir.
Çərşənbə günündə, (6) çeşmə başında (5)
Gözüm bir alagöz (6) xanıma düşdü. (5)
Dindirirəm (4) danışmırsan, (4) gülmürsən, (3)
Xəbər alıb (4) əhvalımı (4) bilmirsən. (3)
(Aşıq Ələsgər)
Yeddi hecalıdan 16 hecalıya qədər bütün şeir formalarımda misra-
ları təqtilərə bölmək mümkündür və bununla
şeirşünaslıq elmi məşğul
olur. Folklorda misraların təqtilərə sabit bölünməsi mütləq bir tələbdir.
Yazılı poeziyada bu forma tələbi müəyyən hallarda pozula da bilir. Şeir
misralarının təqtilərə bölünməsi bütün dillərdə poeziyanın və onun əsas
ünsürü olan poetik misraların başlıca əlamətidir. Əruzda təqtilərə
təfilə
deyilir. Hər dildə təqtini bildirən müvafiq termin vardır
və bu müvafiq
dillərin poetikasına aiddir.
Məsələn,
sillabik vəzn adlandırılan şeir ölçülərində çox zaman
misranın ritmi ancaq sintaktik təqtilər üzərində qurulur və saitlərin üzərinə
düşən vurğu burada əsas rol oynayır. Məsələn, rus şeirində işlənən sillabik
vəzn belədir. Səməd Vurğun A.S.Puşkinin “Yevgeni Onegin” romanını
tərcümə edəndə pus sillabik təqtilərini Azərbaycan dilində də ustalıqla
saxlamış və şeirimizdə orijinal bir hadisə yaratmışdır. Bu ona görə müm-
kün olmuşdur ki, əslində Azərbaycan dilində də uzun saitlər
yoxdur
(alınma sözlər istisna olmaqla).
Unudulmaz şair Mikayıl Müşfiqin, Süleyman Rüstəmin də bir sıra
şeirləri sillabik vəzndən istifadə edilərək yazılmışdır. “Yenə o bağ olaydı”,
“Küləklər”, “Çapayev” və s. nümunələr bu qəbildəndir.
5.5.3. Heca vəzni və onun əsas lirik şəkilləri
Poeziyanın əsas əlaməti olan sətirlərin ritmikliyi hər dildə spesifik
şəkildə özünü göstərir. Belə spesifiklik isə ən çox müvafiq dilin fonetik
quruluşu və bu quruluşdan doğan tələffüz qanunları üzərində qurulur.
277
Eyni sait və samitlər müxtəlif dillərdə müxtəlif məxrəclərdə tələffüz olu-
nur, bu da dillər arasında mühüm fonetik fərqləri yaradır.
Poetik ritmiklik
yaranarkən hər dilin sait və samitləri, onların tələffüz xüsusiyyətləri əsas
rol oynayır və müvafiq vəznlərin, ritmika üsullarının sabitləşməsi ilə bitir.
Vəzn ərəbcə ölçü deməkdir və mənşəcə ərəb şeirşünaslığından dili-
mizə keçmiş termindir. Əslində bu termin əruz sözü ilə birgə işlənmişdir.
Lakin sovet dövründə əruz vəzni termininə uyğun və paralel heca vəzni
ifadəsi də işlənməyə başlamışdır. Lakin aydın məsələdir ki, əruz vəzni
tarixi baxımdan hecadan əvvəl işlənmişdir. Əvvəlki fəsillərdən biz artıq
bilirik ki, əruz vəzni Azərbaycan poeziyasına
islam dininin ilk təbliği
dövründə Allah haqqında nəzmlə yazılmış duaların, qəzəllərin dili kimi
keçmişdir və islam dini mədəniyyətinin əsas ünsürlərindən birini təşkil
etmişdir.
Buna baxmayaraq biz heca vəznini birinci şərh edirik. Bunun əsas
səbəbi bu vəznin birbaşa Azərbaycan dilinin qanunları əsasında və
Azərbaycan dili zəminində yaranmış vəzn olmasıdır. Biz artıq bilirik ki,
əruz vəzni ərəb dilinin fonetik qanunları əsasında ərəb şeirində yaranmış
və oradan da islam dini ilə birgə fars dilli poeziyaya keçmişdir. Ona görə
əruz vəzninin şeir mədəniyyətimizə yad olduğunu düşünmək
dərin bir
səhv olardı. İslam dini ilə birgə qəbul olunmuş bir çox fundamental
dəyərlər kimi, əruz vəzni və klassik poeziya da bizim milli
mənəviyyatımızın əsasını təşkil edən dəyərlərdir.
Lakin heca vəzni də bizim üçün qiymətsiz bir dəyərdir. Hecanın
milli və mənəvi əhəmiyyəti onun ana dilimiz, müasir ədəbi dilimizlə
ayrılmaz bağlılığıdır. Ədəbi dillər xalqların tarixi yaddaşını və təcrübəsini
ifadə edən və xalqın identifikasiyasında əsas əlamət sayılan milli dəyərlər-
dən biridir. Heca mənşəcə əruz şeir
mədəniyyətindən törəsə də, o xalqımı-
zın öz dilində və özü tərəfindən yaradılmış spesifik ədəbi mədəniyyət kimi
qiymətsizdir.
Bu vəznin əsası Azərbaycan dilində olan ahəng qanunu ilə ayrıl-
maz surətdə bağlıdır. Azərbaycan dilində və digər türk dillərində eyni tipli
saitlərin sözlərdə bir-birini izləməsi qanunu vardır. Bunun nəticəsində
hecaların adi tələffüzü türk dillərində müəyyən ahəng yaradır. Misralarda
belə sözlər sıralananda hər heca qabarıq tələffüz məxrəcini saxlayır və
poetik ritmikliyi yaradan əsas vasitəyə çevrilir. Ona görə bu vəznin “heca”
adı daşıması tamamilə düzgündür. Misraların təqtilərə bölünməsində əsas
rol oynayan hecalar təqtilərin də sabitləşməsində əsas rol oynamışdır. Bu
rol
o qədər böyük olmuşdur ki, Azərbaycan şeirində təqtilərdəki hecaların
sayı sabitləşmişdir. Bu sabitliyin pozulması ritmikliyi də pozduğu üçün
təqtinin heca tərkibinin sabitliyi heca vəzninin əsas əlamətinə çevrilmişdir.
278
Sabit heca saylı təqtilərin sıralanması qanunu misralara da keçmişdir.
Ritmikliyin tələbi ilə misralarda sabit saylı təqtilərin sıralanması qanununa
çevrilmişdir. Belə sıralanma qanunu misralarda hecaların sayının da
sabitləşməsi ilə nəticələnmişdir.
Hecaların sayının təqti strukturundan ayrılmazlığı səkkiz heca
üzərində qurulan
bayatı və
gəraylı formasında daha aşkar görünür:
Köhnə yaram (+) təzələndi, (5+3)
Alagöz yarı (+) görəndə. (5+3)
Canım odlara (+) qalandı, (5+3)
Nazlı nigarı (+) görəndə (5+3)
Qurbanıyam bu (+) dilbərin (5+3)
İncə bel, gümüş (+) kəmərin (5+3)
Könlü güldü Ə (+) ləsgərin, (5+3)
Dürüst ilqarı (+) görəndə. (5+3)
(Aşıq Ələsgər)
Heca vəznində misralarda hecaların sayını sabitliyi poetik ritmikli-
yin mühüm əlamətlərindən birinə çevrilmişdir. Keçmişlərdə belə şeirə
barmaqhesabı şeiri də deyilmişdir. Görünür, el şairlərinin ustalığını yox-
lamaq üçün onların yaratdıqları misralarda hecaların sayı barmaqla
sayılmış və bu yolla şairlərin qüsuru axtarılmışdır. Barmaqhesabı ifadəsi
də buradan qalmışdır. Lakin qafiyəyə ritmikliyin əsası kimi daha artıq
əhəmiyyət verilməsi aşıq ədəbiyyatında da təqtilərdə heca
sabitliyinin tez-
tez pozulmasına səbəb olur. Lakin bu pozulma heç zaman heca vəzninin
əsas prinsipini – heca sayının sabitliyi tələbini poza bilməmişdir.
Azərbaycan hecasının maraqlı tarixi vardır. Bizdə heca vəznində
şeir yazmaq ənənəsi Avropa intibahı ilə eyni vaxtda – XV-XVI əsrlərdə
başlanmışdır. Bu islamı və onun bəzi təriqətlərini tərəkəmə türk tayfaları
içərisində sazla oxuma formasında təbliğ etmək təşəbbüsündən yaranmış-
dır. Sazla oxunan qəzəllər şifahi tələffüz qanunlarının təsiri ilə gəraylılara
çevrilmişdir. Əruzun müvafiq bəhrləri buna tam imkan yaratmışdır. Qazi
Divanında, Xətaidə və s. klassiklərdə belə nümunələr az deyil. Bunun
klassik formasını Yunis İmrənin yaradıcılığında görmək olar. Məsələn,
şairin “Məhəmmədin minacatı” şeirini əruzda verirlər. Bu şeirin bir neçə
bəndinin gəraylı şəklində yazılmış formasına baxsaq, burada pozuntu belə
görmək çətindir: