Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə117/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   113   114   115   116   117   118   119   120   ...   137

 
300
Lakin y.e. əvvəl II əsrdə yaşamış Apuleyin “Qızıl eşşək” romanı 
belə mistik səhnələrlə doludur. Antik romanın nümunəsi sayılan “Qızıl 
eşşəyin” müəllifi həm Karfagendə kahin idi və hətta magiya ilə, sehrbaz-
lıqla məşğul olmaq ittihamı ilə mühakimə olunmuşdu. Bu bir daha təsdiq-
ləyir ki, yunan-Roma cəmiyyətlərində  ədəbi fəaliyyət nəinki dini fəaliy-
yətdən tam ayrılmamışdı, bəlkə dini fəaliyyətin bir şəkli olaraq qalırdı. 
Eyni vəziyyəti xristian və müsəlman ədəbiyyatlarının tarixində də görmək 
olar: Qərbdə  ədəbi işlə  məşğul olanların hamısı din xadimləri, allaha 
xidmət edən rahiblər idi və onların  ədəbi fəaliyyəti dini etiqadlarından 
ayrılmazdır. Eyni hadisə müsəlman təriqət  ədəbiyyatına, sufiliyə  və hü-
rufiliyə  də aiddir. Ədəbi və dini fəaliyyətin və yaradıcılığın ayrılması 
ancaq intibah dövründə baş verməyə üz qoyur. 
Xristianlıq və islam kimi monoteist dinlərin yaranması bütpərəstlik 
zəminində ərsəyə gəlmiş epik təhkiyə formalarından imtina etmədi. Çünki 
Bibliya və Quranın mətnləri qəhrəmanlar və peyğəmbərlər haqqında epik 
təhkiyə kimi yaranmışdı. Monoteist ehkamlar tam formalaşandan sonra 
həm xristianlıqda, həm də islamda bütpərəst mətnlərə qısqanc və düşmən 
bir münasibət yarandı, onların bir hissəsi itib-batdı. Lakin monoteist ənənə 
müqəddəs kitablardakı peyğəmbərlərin tarixçələrinə  bənzər yeni müqəd-
dəs bioqrafiyalar yaratmağa başladılar və bu da epik ənənənin monoteiz-
mə uyğunlaşması demək idi. İsa məsihin həyatı, təbliğatı və qeybi barədə 
epik mətnlər İncilin əsasını təşkil etdi. İslamda isə Məhəmməd peyğəmbə-
rin bioqrafiyaları, islam müharibələrinin tarixləri epik ənənənin yaşaması-
nı  təmin etdi. Sufilər öz müqəddəs  şeyxlərinin və mürşidlərinin həyatını 
qələmə almaqla müsəlman aləmində nəsr təhkiyəsi formalarını yaşatdılar. 
Ərəb tarixçiləri və coğrafiyaşünasları islam ordusunun tərkibində hərəkət 
edir və onun qələbələrinin tarixini, istila etdikləri xalqların həyat və 
təsərrüfat tərzini qələmə alırdılar. Belə əsərlər dini ehtiyaclar üçün yazılsa 
da dünyəvi problemləri də işıqlandırırdı. 
Monoteizm dövründə epik janrı yaşadan başlıca amillərdən biri real 
hökmdarların bioqrafik tarixlərinin yaradılması idi. Belə  əsərlər qədim 
ənənəyə uyqun olaraq hökmdarları mifik-insan allahlara bənzətməkdə da-
vam edirdi. Bu isə erkən orta əsrlərdə siyasi bioqrafiyaların mifikləşdiril-
məsi və mistikləşdirilməsi ilə nəticələnirdi. Firdovsinin “Şahnamə”si buna 
canlı misal idi. Burada tarixi mifdən ayırmaq böyük bir problemdir. 
Antik dövrdə yaranan bioqrafiya və roman janrları monoteizm 
dövründə inkişaf etdi. Qərbi Avropada milli monarxiyaların inkişafı ədə-
biyyatın dünyəvi mövzularının da artıb genişlənməsinə  səbəb olurdu. 
Səlib yürüşləri, kralların milli ordularının hərbi  əməliyyatları  təsvir edil-
məyə başladı  və Avropada ayrıca  cəngavərlik romanı janrının sabitləş-


 
301
məsinə  səbəb oldu. Belə romanlar milli monarxlara, krallara sədaqətlə 
xidmət edən hərbçi-cəngavərlərin bioqrafiyasından ibarət olurdu. Servan-
tesin məşhur “Donkixot” romanı  həmin romanlara ədəbi parodiya kimi 
yazılmışdı. Cəngavərlərin məhəbbət macəralarının təsviri məhəbbət 
romanı janrının yaranmasına səbəb oldu. 
İntibah dövrü romançılıq tarixində xüsusi mərhələ hesab olunur. 
Servantes, Fransua Rable kimi intibah romançıları müasir romanın yaradı-
cıları sayılırlar. Qərbi Avropada hakim olan klassik latın dilinin canlı milli 
dillərlə  əvəz edilməsi  ən çox roman janrında beş vermişdir.  İntibah 
romanı  ədəbi düşüncənin tarixi zəminə keçməsində  əsas rol oynamış, 
realizm epoxasını yaxınlaşdırmışdır. 
Maarifçilik və romantizm dövründə roman janrı  cəmiyyətin tarixi 
və realist səpgidə inkişafına doğru mühüm mərhələ olmuşdur. Bu dövrdə 
romanın  maarifçi, sentimental, avantüra və  səyahətnamə formaları 
qüvvətli  şəkildə inkişaf etmişdir. Romantizm hərəkatının tükənməsi  rea-
list romanın qələbəsi ilə nəticələnir. Bu romanın Stendal, Balzak, Flober, 
M.F.Dostoyevski, L.N.Tolstoy kimi nümayəndələri dünya romanınin qızıl 
fondunu yaratmışlar. 
Azərbaycan romanı XX əsrdə formalaşmışdır. 30-cu illərdə yaradı-
lan ilk romanlar Azərbaycanda bolşevik istilasının və sovetləşmənin təsvi-
ri kimi yaranmışdır. Bəzi mütəxəssislər iri həcmli məsnəviləri, məsələn, Ni-
zami poemalarını da roman hesab edirlər. Lakin bu fikrin tərəfdarı azdır. 
Povest termini daha çox rus ədəbiyyatşünaslığında işlənir və həcm-
cə romanla hekayə arasında olan nəsr  əsərlərinə deyilir. Onun roman və 
hekayədən fərqi əsasən həcmlə bağlıdır. Bədii quruluş baxımından roman, 
povest və hekayə eyni bədii və quruluş tələbləri əsasında yaradılır. 
 Hekayə  nəsr janrları içərisində daha qədimdir. Bu janra məxsus 
süjetlərdən tədris, tərbiyə və təhsil məqsədləri üçün istifadə edildiyindən 
onlar ən qədim dövrdən toplular şəklinə salınmış və dərslik kimi istifadə 
olunmuşdur. “Kəlilə və Dimnə” kimi hekayə topluları çox qədim dövrlər-
dən məlumdur. Dini ədəbiyyatda hekayələr adətən peyğəmbərlərim, müd-
riklərin, siyasətçilərin, dövlət adamlarının həyatına aid edilən ibrətamiz
tərbiyəvi və idraki mənalı yığcam süjetlərdir. Bu süjetlər bir qayda olaraq 
müxtəlif dillərdə olan folklorda təkrarlanır. Belə təkrara süjetlərin qədim-
lərdən bəri toplular şəklində yayılması ilə də bağlı ola bilər. 
 


 
302
5.5.9. Mərasim və dram, onun janrları 
 
Biz artıq lirik və epik növ və onların mərasim mənşəyi haqqında 
danışdıq. Ədəbi söyləmənin bu iki növü mənşəcə mərasim ayinlərinə bağlı 
idi və  mərasimlərdə ifa olunaraq yaranmışdır. Lakin yazı dili və  ənənəsi 
inkişaf etdikcə lirika və  nəsr mərasimdən ayrılaraq mətn mədəniyyətinin 
müstəqil bir sahəsinə çevrilmişdir. 
Lakin epik söyləmənin mərasimdən heç zaman ayrılmayan xüsusi 
bir janrı vardır: bu mərasimlə bağlılığını saxlayan dram janrıdır. Bu janr 
sintetik sənət növü olan teatr sənəti ilə bağlıdır. Teatr hələ keçən eradan 
əvvəl VI-VII əsrlərdə Yunanıstanda dini məzmunlu Böyük Dionis bay-
ramlarının rituallaşması kimi yaranmışdır. 
Qədim yunan teatrı dini bütpərəst ayini kimi meydana gəlmişdir. 
Belə bütpərəst ayinlərin yunanlarda qədim  ənənəsi var idi. Hələ teatr ta-
maşaları ənənəsindən əvvəl yunan şəhərlərində lirikanın mərasimdən hələ 
ayrılmamış bir növü meydan tamaşası kimi ifa edilirdi. Bunlara adətən 
xor lirikası deyilir. Lakin buradakı xor sözü müasir xor anlayışından çox, 
bütpərəst mərasimi mənasını daşıyır. Xor lirikası müxtəlif yunan allahla-
rının tərənnümündən ibarət idi və əslində dini bir ayin idi. 
Yunan ədəbiyyatının tarixçiləri teatrın dini mərasim prototipi kimi 
konkret bir mərasimlə – məhsuldarlıq və nəsil artımı allahı olan Dionisin 
şərəfinə keçirilən mərasimlərlə bağlayırlar. Bu mərasimlərdə Dionisin 
rəmzi fallas (kişinin cinsi orqanı) və şərab (üzüm suyu) idi. Fallas şərəfi-
nə oxunan fallas söyləmələri yunan mərasim poeziyasında geniş ya-
yılmışdı, bayramlar vaxtı həm qadınlar, həm də kişilər şərab içəndən sonra 
bunları kollektiv mərasim zamanı oxuyurdular. Dionis mərasimlərinin 
teatrın ibtidai formasına çevrilməsi onların  şəhərlərdə hakimiyyət orqan-
ları tərəfindən rəsmi şəkildə qeyd edilməsi ilə bağlı idi. Hakimiyyətin ma-
raqları Dionis mərasimlərinin təntənəli keçirilməsinə, əvvəlcədən diqqətlə 
hazırlanmasına, ciddi surətdə rituallaşmasına səbəb oldu. Bu mərasimlərin 
aparıcısı kimi çıxış edən və keçi maskası geyən satirlər aktyorluq sənəti-
nin ilk nümayəndələri kimi yunan cəmiyyətində  məşhur və hörmətli 
adamlara çevrildilər. Hegemon isə xora başçılıq edən ifaçıya deyilirdi. Sa-
tirlər mərasim vaxtı  dəridən tikilən paltarda olur, keçi maskası geyir, at 
quyruğu bağlayırdılar. 
Yunan  şəhərlərinin tiran-hakimləri hərbi qələbələrdən sonra allah 
titulu alırdılar və onların şərəfinə də Dionis mərasimlərinə oxşar mərasim-
lər keçirilirdi. Ənənəvi mifik allahlara aid olmayam bu mərasimlər dini 
mədhiyyə məzmununu saxlasa da, sabit şəkildə mərasimləşib teatrı şəhər 
hakimlərinin, hərbi sərkərdələrin və  qəhrəmanların  şərəfinə keçirilən  əv-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə