Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə115/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   111   112   113   114   115   116   117   118   ...   137

 
295
ye inqilablarından sonra mərkəzləşmiş dövlətlərin yaranması yenidən milli 
hökmdarların hərb allahı mifini aradan götürməsi ilə  nəticələndi. 
Napoleon, Hitler, Stalin kimi hökmdarlar özlərinə allah səviyyəsində 
pərəstiş yaratdılar. Sənaye inqilablarına qədər miflər kortəbii yarandı, 
ondan sonra isə sosial miflər kimi yaranmağa başladı. 
 Lakin  məhz hökmdar-qəhrəmanlar haqqında kitablar monoteizm 
erasına məxsus müqəddəs kitabların əsası oldu. Tək Allah mifinin yaran-
ması üçün əsas tayfa hərb allahlarından birinin əvvəlcə bir necə tayfa 
üçün, sonra bir çox tayfa üçün, sonda isə bütün xalqlar üçün mistik 
avtoritetə çevrilməsi baş verdi. Məsələn, bütpərəst yunanlarda epik kitab-
lardan birincisi Yeni eradan əvvəlin VI əsrinin  əvvəllərində yaşamış 
Sirosle Ferekidə aid edilən “Allahlar haqqında” kitabdır. Adından görün-
düyü kimi, bu kitab qədim yunanların mifik allahlarının təsvirindən və 
tərənnümündən ibarət olmuşdur. Həmin dövrdə  Fələstində  də tayfa hərb 
allahları, bütləri barədə kitablar mövcud idi. 
Bu universal mistik avtoritet yəhudi allahı Yaxvenin bütün mono-
teist dinlər üçün vahid allah təliminə çevrildi və  müqəddəs kitabların 
kanonikləşməsi ilə nəticələndi. Mətn mədəniyyətinə aid ilk kanonik kitab 
Musa peyğəmbərin beş  fəsildən ibarət Tövrat kitabı oldu. Talmudistlər 
Tövrata  şərh yazıb ona digər yəhudi peyğəmbərlərinə aid kitabları 
(fəsilləri) də əlavə etdilər və öz bütöv müqəddəs kitablarının müəllifliyini 
Allaha aid etdilər. Bununla monoteizmin yaranması tamamlandı. Müsəl-
man aləmində bu kitaba “Əhdi-ətiq”, yəhudilər özləri isə Tora deyirlər. 
Yeni eradan əvvəl ikinci əsrdə Əhdi-ətiq yunan dilinə tərcümə edildi və bu 
tərcümə  də dövrümüzə  qədər gəlib çatmışdır.  Əhdi-ətiqin yunan variantı 
Septuaqinta adlanır.  
Bizim eranın dördüncü əsrində xristianlığın müqəddəs kitabı olan 
Əhdi-cədidin (Evanqeliye – İncil – xoş xəbər deməkdir) kanonik variantı 
Birinci Xristian Soboru (325-ci il) tərəfindən qəbul edildi və Əhdi-ətiqin 
kitabına əlavə edildi. Xristianlar bunu Bibliya (kitab) adlandırdılar və mü-
qəddəs saydılar.  Əhdi-ətiqdə  İsanın peyğəmbər kimi gəlişi barədə çoxlu 
işarələr olduğu bildirilir. Amma yəhudilər Bibliyanı qəbul etmədilər. Bunun bir 
səbəbi də Xristianlığın yəhudi dinində bir sekta kimi fəaliyyətə başlamağı və 
sonralar Avropaya yayılıb yəhudi dini ənənəsindən ayrılmağıdır. 
VII əsrdə İslam dini meydana gəldi və üçüncü müqəddəs kitab olan 
Quran  yarandı. Ehkama görə, Quranın ayələri Allah tərəfindən mələk 
Cəbrail vasitəsi ilə yazı bilməyən Məhəmməd peyğəmbərə nazil olmuş-
dur. Quranı  əvvəlcə ravvinlər yadda saxlayır və  əzbərdən oxuyurdular. 
Lakin Məhəmməd peyğəmbərin vəfatından sonra Quranın variantları top-
landı və indiki mətni tərtib edildi. Quranda yəhudilər və xristianlar kitab 


 
296
əhli adlandırılır: bunun mənası isə onların müqəddəs kitablarının mətninin 
(Əhdi-ətiq və  İncil) də vahid Allah tərəfindən göndərilməsidir. Hesab 
edilir ki, hər üç tək allahlıq din eyni bir Allah tərəfindən nazil edilmiş 
kitablara sitayiş edir. 
Müasir mənada ilk ədəbi abidələr bu üç müqəddəs kitab sayılır. Bu 
kitabların mifoloji, mətn və tarixi bünövrəsi eynidir, onlar bir-birindən 
ayrılmaz və tarixilik cəhətdən fasiləsiz vahid mətn mədəniyyətini təmsil 
edirlər. Bu kitablar dini, ədəbi, əxlaqi və fəlsəfi cəhətdən hələ vəhdətdədir. 
Lakin müqəddəs mətnlərin  əsasını  təşkil etmiş yarı dini və yarı  ədəbi 
əhvalatlar bir çox hallarda itib batmadı. Qəhrəman-hökmdarlar haqqın-
da kitablar müstəqim mənada nəsr təhkiyəsinin ilk nümunələri oldu. Hələ 
bütpərəst yunanlarda yaranmış “İlliada” və “Odisseya” monoteizmə qədər 
ortaya çıxan dastan yaradıcılığının bizə tam gəlib çatan nümunələridir. 
Marksist  ədəbiyyatşünaslıq bunları  ədəbi abidə hesab eləsə  də, burada 
yunanların öz mifik allahları ilə münasibətləri, onların yunan cəmiyyətinin 
taleyindəki rolu əsas yer tutur. Bu dastanlarda tarix yox, keçmiş haqqında 
mifoloji məzmunlu təsəvvürlərin ifadəsi və yunan allahlarının tərənnümü 
əsas yer tutur. 
Beləliklə, hələ bütpərəstlik dövründə qəhrəman-hökmdarlar haqqın-
da mifik tarixnamələrin iki variantı yaranır: şifahi və yazılı. Yazılı variant-
ların bir qismi artıq yeni eradan əvvəl ikinci əsrdə yazılı müqəddəs mətn-
lər statusu aldı. Qədim Allahların tərənnümünə uyğun müasir hökmdar 
qəhrəmanlar haqqında da kitablar yazılmağa başladı. Bu, müasir tarixçi-
lərin hökmdarlar barədə bioqrafiyalar kimi qəbul etdikləri  əsərlər idi. 
Amma onlar qələmə alınan zamanda bunlar qədim mifik Allahlar barədə 
yazılara təqlid idi, müasir hökmdarlara onların statusunu vermək təşəbbü-
sü idi. Bu mənada bütpərəstlik dövründə yaranan bioqrafiyalar qismən 
müəllif mifyaratmasının məhsulu idi. Bir qədər də  təbii mif idi, çünki 
bütpərəstlik dövründə qalib sərkərdələr mifləşdirilirdi. Lakin belə mifya-
ratmanın predmeti də hökmdar qəhrəmanlar idi, onlara allahlıq statusu 
vermək təşəbbüsləri idi. Beləliklə bütün qədim bioqrafik mətnlər müəyyən 
mənada mistik allahquruculuq fəaliyyətinin nəticəsi idi. 
Lakin müqəddəs mətnlərə daxil olmayan yazılı qəhrəmanlıq bioqra-
fiyaları da tamam itib-batmadı: onları mərasim ayinlərinin əsas fiquru olan 
söyləyicilər,  şamanlar, kahinlər öz yaddaşlarında saxlayıb yeni nəsillərə 
ötürdülər. Qədim dillərdə yaranan şifahi dastan yaradıcılığı həmişə yazılı 
mətnin  şifahi davamı idi, onun variantı idi. Bir-iki nəsildən sonra ilkin 
qədim mətn unudulur və dastanın (mifin, nağılın, təmsilin, məsəlin və s.) 
şifahi həyatı da davam edir. Bu şifahi ənənə söyləyicilərin sayı qədər yeni 
variantların yaranması kimi davam edir. Bu şifahi dastançılıq da dünyanın 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə