Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə123/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   119   120   121   122   123   124   125   126   ...   137

 
315
Saraylardakı mühasib və uçotçu kahinlər yazıdan istifadə etməklə 
həm də sabit mənalı ilk sözləri danışıqda, nitqdə işlədən və yayan, sayını 
artıran maarifçilər olmuşlar. Güman ki, riyazi biliklər yazıda söz yadda-
şından xeyli əvvəl yaradılıb istifadə edilmiş və dünyanı sözlə təsvir edən 
yazının bünövrəsi olmuşdur. Yəqin buna görə tapılan  ən qədim yazlar 
mühasibat məzmunludur. Kitab dilini bilən və  işlədən ilk insanlar saray 
maarifçiləri olmuşlar. Onlar sözlərdən istifadə qaydalarını bildikləri üçün 
şübhəsiz ki, hərbi başçılarla qoşun arasında əlaqəçi olmuş və əmrləri, hər-
bi komandaları ilk yazıya alanlar idilər. Məhz uçotçu kahinlər qədim döv-
lətçilik mədəniyyətini və ənənələrini yaradan ilk zadəgan sinfi olmuşlar. 
Yazı dilindən istifadə  əmrləri daha konkret çatdırmağa, qulları 
məqsədli səkildə idarə etməyə kömək edirdi. Sonralar böyük dövlətlərdə 
uçotçu, zabit, bələdçi, gəmi kapitanı, xəritəçi və  qərargah zabiti kimi 
peşələr həmin savadlı, yazı bilən maarifçi zadəgan sinfinin ümumi funksi-
yalarına çevrilmişdir. Bir sözlə, bunlar peşəkar idarəçilər idilər və öz ara-
larında yazı dili elementlərindən istifadə etməklə, sonralar isə kitab dilin-
dən istifadə etməklə müasir nitqin ibtidai modelini yaradıblar. Yazı  və 
kitab dili xalq dili kimi yox, elitar hadisə kimi, dövlət, peşə və saray dili 
kimi yaranmışdır, savadlı zadəgan sinfinin məxsusi ünsiyyət aləti və üsulu 
kimi yaranmışdır. Vəzifələri irsi olaraq tutmaq prinsipi də ilk olaraq yəqin 
ki, saray zadəgan sinfindən qalmışdır: onlar öz övladlarına əlifba və yazı 
öyrətməklə saraylarda və cəmiyyətlərdə tutduqları böyük, mülkiyyətçi və 
maddi cəhətdən təminatlı mövqeləri öz övladlarına vermişlər. 
Beləliklə insanların müasir nitq qabiliyyətinə yiyələnməsinin birinci 
mərhələsi hakimiyyətin yaranması, xüsusi mülkiyyət və hökmdar qulluq-
çuluğu ilə, qulları mütəşəkkil etməyə çalışmaqla bağlı olmuşdur. 
Danışıq qabiliyyətinin tərəqqisinin ikinci mərhələsi savadlı saray 
xidmətçiləri sinfinin parçalanması ilə bağlıdır. Bur hissə saray xidmətçisi 
və savadlı zabitlər olaraq qalır, ikinci qismi isə müxtəlif səbəblərdən 
hökmdarlardan uzaqlaşıb məktəbdarlıq və kitabçılıqla məşğul olmuşlar. 
Onlar mərasimlərin idarəçisi və bilicisi olur, mərasim qaydalarını və tayfa 
bütlərinin, pəhləvan  əcdadların tarixçələrini qələmə almağa başlayırlar. 
Yazının ikinci tipi: mərasim və əcdadların kultu ilə bağlı yazılar yaranma-
ğa başlayır. 
Kahinlər bunları yazan kimi böyük hakimiyyət qazanırlar: ilk maa-
rifçilər kitabın yaranan kimi kəsb etdiyi mistik hakimiyyətin və kul-
tun şəriki oldular. Bütpərəst kitab yazısı sosial qorxu yaradırdı, bu qorxu 
isə bütün hakimiyyət formalarının bünövrəsi idi. Çünki insanların vəhşi-
dən sosial adama çevrilməsi bu qorxudan keçirdi. Allahdan və padşahdan 


 
316
qoxu eyni hissin mistik və fiziki forması idi. Sosial qorxu və hakimiyyət 
eyni hadisənin iki qütbü idi.  
Təsadüfi deyil ki, Bibliyada maarifçi peyğəmbərlərin əsas macəra-
ları onların çarlarla münasibətləri və intriqalarıdır. Kitabın kahinlər, ilk 
tayfa maarifçiləri üçün yaratdığı hakimiyyət yəqin ki, bu istiqamətdə 
rəqabət yaradıb və kitabçılığa, təhsilə meyli artırıb: axı adi yazıb oxumaq 
vərdişi ilə insanlar yeni bir sinfin, kahin idarəçilər sinfinin tərkibinə daxil 
olurdular. Savadlı olmaq, yazı bacarmaq ən gəlirli peşə idi: gələcəyi xəbər 
vermək, hərb allahlarını tərənnüm etmək, həkimlik, allahlaşdırılmış pəhlə-
van  əcdadların ruhu ilə ünsiyyət, hüquqi suallara cavab onların peşəsinə 
aid idi. Məhz onlar bu prosesdə yazının şifahi danışıq variantını yaratdılar: 
ayinli bütpərəstliyin təbliği və  tətbiqi  şifahi danışığım yaranmasının, 
yayılmasının mühüm stimulu oldu. (Monoteizm yaranandan sonra tək 
Allahın təbliği və ona sitayiş ayinlərinin tətbiqi yazılı dilin geniş yayıl-
ması və milli dillərin formalaşması ilə nəticələndi). 
Qəhrəman əcdadlar haqqında rəvayətlərin şifahi əzbər variantları da 
nitqin inkişafına böyük təsir göstərib. Vəhşi insanları  və qulları idarə 
etmək üçün kitabların, mərasim mətnlərinin  şifahi təbliği--sosial qorxu 
tərbiyəsinin bir şəkli kimi yayılmağa başladı. Səbəb-nəticə əlaqələri barə-
də düşünməyə başlayan insanlar təbii səbəbiyyəti bilmədikləri üçün söz-
miflərə mifik mənalar verməyə və onlara sitayiş etməyə başlayırlar: miflə-
rə inam, onlardan asılılıq və qorxu, uğurlu məhsul və müharibənin onların 
iradəsi ilə bağlanması kütləvi mifyaratma və mifyayma meylləri yaratdı. 
İnsanların başında yaranan mistik təsəvvürlər insan cəmiyyətində 
fövqəladə qüvvə kəsb etdi: mifik süjetlər müqəddəs və uğur verən sayıldı 
və onların yazıya alınması və təbliği sosial zərurət kimi dərk edildi. Bizim 
bildiyimiz bütüm yunan-Roma ədəbiyyatı müqəddəs  əcdadlar haqda bu 
mifyaratmanın bir şəkli idi. 
Yaddaşı yaxşı olan Sokrat kimi savadsız kahinlər də meydana 
çıxmağa başladı.  İnsanlar unikal bir silah tapdılar: sözlər digər adamlara 
müraciət edib informasiya vermək, onlara keçmişdən danışmaq, dini-
sosial qorxu və dünyəvi hakimiyyət yaratmağın əsas şəkli oldu. Beləliklə
kitabda yaranan mətnlərin ikinci forması -- şifahi  əzbərlənən forması 
meydana çıxdı. Eyni süjetin müxtəlif fərdi yaddaşlardakı  əzbər forması 
identik deyildi, onlar variant idi. Bu isə artıq dini folklor idi. Şəcərə bu 
süjetlərin əsas təşkiledici xətti idi və onları yadda saxlamağı da asanlaşdı-
rırdı. Sami dillərə aid mifologiyada insan tarixi Adəmlə başlayır. Yunan-
larda  şəcərə mifik baba Ellindən və onun üç oğlundan başlayır.  Süjet -- 
kitab mətninin  şifahi variantının  əsas daşıyıcısı oldu. Təsadüfi deyil ki, 
İran, yunan və sami xalqlardakı mifologiyaların əsasında şəcərə durur. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə