Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə124/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   120   121   122   123   124   125   126   127   ...   137

 
317
Beləcə süjetli miflər kitabın qarşılığı oldu. Amma danışma və nəql 
etmə qabiliyyəti öz mənbəyini yazı dilindən, sonra isə kitab dilindən 
götürürdü. Şifahi kahinliyin, sokratçılığın ortaya gəlməsi ilə  şifahi mətn-
yaratma qabiliyyəti də insanın dil bilgisinin bir funksiyası olur. Bu 
mərhələdən sonra fonetik kitab dili daha sürətlə inkişaf etməyə başlayır. 
Kitab dili ilə  şifahi mətnyaratmanın qarşılıqlı dialektik təsiri bu inkişafı 
təmin edir. Kitab dili şifahi variantyaratmanın nəticələrindən də 
istifadə edir. Bu fərdi müəllif mif variantlarının  mədəni dövriyyəyə 
girməsi idi. O biri tərəfdən isə kitab dilinin şifahi danışıq dilinə  təsiri 
müasir dövrə qədər davam edir. 
Şifahi mif variantı yaratma dövrü şifahi mif söyləyiciliyi hadisəsi 
idi və ilk kanonik kitabların yaranması ilə əsasən bitir və sonralar ancaq 
təqlidi xarakter alır.  Şifahi mif variantı yaratma dövrü bəşəriyyətin 
intellektual inkişafında xüsusi bir mərhələ təşkil edir: bu mərhələ insanla-
rın maddi dünyanı və öz cəmiyyətlərini izah etməkdə birinci mərhələsi idi. 
Bu mərhələni dünyabilmənin mifoloji məntiq dövrü adlandırmaq olar. 
Mifoloji dünyabilmə anlayışının, mifdə dünyanı izahın iki xüsusiyyəti var-
dır: 1) bir sıra ad-sözün – hərəkət qabiliyyətli canlılardan biri kimi, ger-
çəkliyin davamı kimi (mif kimi) qəbul edilməsi; 2; bütün diri və hərəkət 
qabiliyyətli canlılar kimi mifin (mif sözün) obyektinin də insan kimi 
iradəsi, seçim qabiliyyətli, maddi tələbləri olan, insan dilini bilən bir şey 
kimi təsəvvür edilməsi idi. Miflərin əksəriyyəti ilkin səbəb barədə sualın 
cavabı,  şey və hadisənin ilkin subyektidir. Dəniz allahı  dənizi yaradıb 
idarə edir. Məhsuldarlıq allahı bol ya az məhsulu verəndir. Müharibə 
allahı müharibəni yaradan və onun nəticəsini, qalibini müəyyən edəndir. 
Mif dilin kitabyazmadan çox, nitqlik funksiyası ilə bağlıdır. Şifahi 
nitq – kitab mənşəli mətnlərin fərdi yaddaşda  əzbərlənmiş formasından 
ünsiyyət üçün istifadədir. Şifahi nitqin kodu – fərdi dil bilgisidir, yazının 
kodu isə kitabdır. Fərdlərin danışığında nə qədər səhvlərə yol verilsə, yazı 
dilində bunlar düzəlir: çünki yazı dilində orfoqrafik, məntiqi, üslubi 
qanunlar əsasdır, kitab kodu bu qanunları ciddi şəkildə qoruyur.  
Lakin  şifahi nitq qabiliyyətinin də prinsipial bir özəlliyi var: bu 
özəllik mifik və mistik söz-adlara, onlarla bağlı süjetlərə, təsəvvürlərə 
fərdlərin emosional münasibətidir. Yəni fərdi insan yaddaşları müəyyən 
sözləri, onların mifoloji və şəxsi mənalarını sevir, onlara pərəstiş edir və 
ya nifrət edir, onlardan qorxur. Əzbər mətnlərə, süjetlərə, söz-fantaziya və 
miflərə belə  şəxsi emosional münasibət ancaq fərdi yaddaşa və  fərdi dil 
qabiliyyətinə aiddir. Yazılı  mətnlərdə  işlənən sözün özlüyündə belə 
xassəsi və funksiyası yoxdur. Məsələn, yunanlar öz miflərinə inanır və 
onlardan qorxurdular. Amma bu mifləri kitabdan oxuyan müasir oxucu bu 


 
318
inam və qoxu hissini yaşamır. Çünki sözün emosional məzmunu fakt kimi 
ancaq fərdi yaddaşda olur. Mifdən qorxan qədim yunanların yaddaşı isə 
onlarla birgə ölüb. Hətta kitabdakı mətndə mifi oxusa belə, müasir oxucu 
ondan qorxu keçirmir. Bunu Allah qorxusuna da aid etmək olar. 100 il 
əvvəl azərbaycanlılar Allahdan qorxurdular. İndi isə ateist tərbiyə 
nəticəsində yetişən nəsildə Allah sözündən qorxu yoxdur. Yalnız o oxucu 
kitabdakı söz-mifdən, mif mətnindən qorxur ki, o həmin mifi qorxulu mif 
kimi  əvvəlcədən tanıyırdı, yaddaşında çoxlu emosiyalar ilə bağlı idi. Bu 
mənada mətnlərin mistiklik və miflik xassəsi ancaq dilin şifahi nitq 
formasına bağlıdır, ancaq canlı ünsiyyətdə yaranır. 
 
 
6.2. Mətnyaratma və ədəbi mətnyaratmada  
kod və variant münasibətləri 
 
Deməli, dilin tarixi baxımdan birinci sosial funksiyası kitablıqdır, 
yəni informasiyanı yazıya almaq, yazını yaddaş vasitəsinə çevirməkdir. 
Məhz yaddaş vasitəsinə, çünki insanların ilk yazı  təşəbbüsləri nitq 
forması deyildi. Ancaq informasiya toplama, şaxlama, ondan çox 
adamın istifadəsi üsulu idi. 
Dilin fərdlərarası danışıq funksiyası onun kitab yazısının yaddaş 
funksiyasından törəmədir, yazılı yaddaşdakı  mətn parçalarının  əzbərlən-
miş formasından istifadədir. Bu əzbərləmənin inkişafı təfəkkürü yaradır və 
nitqi mədəni insanın adi qazanma vərdişinə çevirir. Nitq birinci şəxslə 
ikinci və üçüncü şəxslər arasında ünsiyyət üsuludur. Nitq ünsiyyət kimi 
həmişə  şifahidir. Ona görə  yazılı nitq anlayışı yanlış bir termindir
çünki dilin kitablıq funksiyası ilə  şifahi danışıq funksiyalarını qarışdırır. 
Yazının nitqin bir forması kimi başa düşülməsi onların fərqləndirilməsinə 
mane olmuş və dilin mövcudluğunun iki müstəqil şəklinin eyniləşdirilmə-
si ilə  nəticələnmişdir. Bu eyniləşdirmə nitq anlayışının yazıdan  əvvəl 
təsəvvür edilməsinə kimi fantastik nəzəriyyəyə çevrilib və dilin mürəkkəb 
təkamül tarixinin aydınlaşmasına əngəl olubdur. 
Dilin təkamül nəticəsində tarixən yaranan sosial funksiyaları, onun 
təfəkkür alətinə çevrilməsi onun nitqlik funksiyasından, nitqin inkişafın-
dan törəmədir. Dilin yaranma təkamülünün sadə tarixi belədir: insanın 
yazı  vərdişindən istifadə edərək nitq qabiliyyəti kəsb etməsi. Yazı kitabı 
yaradıb: amma kitabın sosial alət kimi gücü ancaq nitq qabiliyyəti mü-
kəmməl səviyyədə formalaşandan sonra meydana çıxır.  Şifahi nitq 


 
319
qabiliyyətini formalaşması ilə dilin təşəkkülü bitir. Dilin sonrakı inkişafı 
dilin funksiyalarının təkmilləşməsidir. 
Yazılı dillə nitqin eyniləşdirilməsi danışma qabiliyyətini hazır bir 
şey kimi, sadədən mürəkkəbə inkişafsız təsəvvür etməklə bağlıdır. İnsanın 
danışma zamanı cümlə qurması onun yazı zamanı cümlə qurması ilə 
eyniləşdirilib. Biz də irəlidə şifahi danışıqda mətnyaratmadan bəhs etmi-
şik, bu termindən istifadə etmişik. Lakin indi biz danışıq zamanı mətnya-
ratmanın əsasən təqlid, əzbər mətn parçalarından istifadə olduğunu dəqiq-
ləşdirməliyik. O biri tərəfdən şifahi nitq nə qədər sistemli olsa da, itir və 
heç vaxt kodluq funksiyası  kəsb edə bilmir. Nitq yaddaş üçün və ya 
yaddaş prosesi deyil. Ancaq sözlər vasitəsi ilə informasiya mübadiləsidir. 
Şifahi danışıqda istifadə edilən söz birləşmələri səs kimi səslənib yox olur. 
Nitq hazır,  əzbər mətnlərdən, fərdi yaddaş  şablonlarından istifadəyə 
əsaslanır. Danışığın kodu yaddaşın sözləri və ifadələri dünyanın obraz və 
işarələri kimi bilməsidir. 
Ümumiyyətlə, nitq qabiliyyəti nəinki dilin, bütün sivilizasiyanın ən 
unikal və mürəkkəb nailiyyətidir. Nitq insanın işarətanıma və işarəyaratma 
qabiliyyətidir. Maraqlıdır ki, insanın bu qabiliyyətindən yeni müstəqil 
işarə sistemləri yaradılıb ki, onları semiotika elmi öyrənir. Kompüterin 
özünü də belə kodlu işarə sistemlərindən biri hesab etmək olar. Lakin 
kompüterin kodu dil sferasına aid deyildir. Onu dilə doğmalaşdıran 
təfəkkürün işarətanıma keyfiyyətinə  əsaslanmasıdır. Bu keyfiyyət dildən 
istifadənin təkamülündən yaranmışdır.  
Dilin özünün əsas üç müstəqil səviyyəli kodluğu vardır. 
1. a/ dil – kitab və yazılı mətn mədəniyyətidir – b/ dil--insanda fərdi 
təfəkkür vərdişlərinin yaranma kodudur 
 2. d/ dil – fərdi sözbilmə, görmə  və  eşitmə ilə söztanıma, yəni 
təfəkkür vərdişlərinin (qabiliyyətinin) inkişaf etmiş  şəklidir – e/ dil –
danışıq qabiliyyətinin təkamül kodudur 
 3. h/ dil – inkişaf etmiş fərdi nitq qabiliyyətidir – k/ dil – kütləvi 
fərdi mətnyaratmanın (yaza bilmək vərdişlərinin) kodudur. 
Dildə müşahidə olunan bu üç səviyyəli kodluq dilin tarixi ardıcıllıq-
la inkişafını və bu yolda yeni-yeni funksiyalar qazanmasını əks edir. 
Bu üç kodluq səviyyəsi dilin inkişafının və sosial funksiyalarının 
yaranmasının tarixi ardıcıllığını əks edir. 
A funksiyası – dilin kollektiv yaddaş, informasiyanı kitablaşdırmaq 
funksiyasıdır. 
B funksiyası – fərdi təfəkkür qabiliyyətidir, sözlərin və ifadələrin 
insan başında dünyanı göstərən və izah edən fərdi yaddaş  işarələrinə 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə