Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə122/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   118   119   120   121   122   123   124   125   ...   137

 
313
Yəqin ki, heca yazısına alınan nida-sözlər müasir sözün tam başlan-
ğıcı olmamışdır. Yazı nida-sözlərin tələffüzünə köklü təsir etmiş  və 
onların daha aydın tələffüzünü tələb etmiş və tələffüz orqanları və vərdiş-
ləri təkamül keçirmişdir. Bu mənada, müasir sözü instinktiv heca sözün-
dən fərqləndirmək lazımdır. Müasir söz, müəyyən mənada, süni sözdür, 
insanın yazıyaratma prosesində yaratdığı bir hadisədir. Yəni sözün müəl-
lifi təbiət yox, yazını yaradan ilk maarifçilərlə yazıdan istifadə edənlər 
olmuşdur.  
Ən ibtidai yazı dövründə  də, hələ nitq müasir şəklində mövcud 
olmadığı vaxtlarda belə sözlərin tələffüzü və onların yazılışı arasındakı 
fərqlər yazıyaratmanın  əsas problemi olmuşdur. Qrafik işarəni hamı bir 
cür görürdü, amma onun tələffüzündə fərqlər istənilən qədər, yəni tələffüz 
edənlərin sayı  qədər idi. Bu fərqlər dilin yayılmasına və ondan çoxlu 
adamın və daha asan istifadə etməsinə əsas əngəl idi. Sözün tələffüzündə-
ki fərqləri aradan götürmək üçün bir yol var idi: sözün qrafik təsvirini 
konkretləşdirmək və identikləşdirmək. Bu tarixi vəzifəni heca yazısı 
yerinə yetirmişdir. Həriflərin indiki qrafik işarələri də ilk əvvəl hecaların, 
qovuşuq səslərin işarələri kimi meydana çıxmışdır. Lakin bir qrafik işarə 
ilə göstərilən hecaların fonemləşməsinə  təkan verən  əsas səbəb yazı 
sözlərindən kütləvi istifadə olmuşdur, onun şifahi variantından praktik 
istifadə olmuşdur. Yazı sözünün üstünlüyü onun səs tərkibicə sabitliyi, 
mənaca konkretliyi və terminoloji dəqiqliyi olmuşdur. Belə sözlər 
ünsiyyəti,  əmrləri, fərdlər arası informasiya mübadiləsini daha birmənalı 
edirdi. Yəni daha effektiv idarəçiliyə yol açırdı. 
Yazı dilindən istifadə deyilənlərin nəticəsində  qədin sinifli cə-
miyyətlərdə bir peşəyə çevrildi. Əvvəl bundan hakimlərin, tayfa başçıla-
rının yaxın adamları, mühasib, yavər və zabitləri, peşəsinə görə qulları 
idarə edənlər istifadə etmişlər. Yəni yazı dili və onun şifahi variantı elitar 
bir sosial alət kimi, ilk növbədə, idarəçilik, mühasibat, hərbi və dənizçilik 
məqsədləri üçün yaradılmışdır (Yazılı dili bilmək ümumi icbari təhsil 
tətbiq olunana qədər belə elitarlığını saxlayırdı). Hələ indiyə  qədər nitq 
qabiliyyəti yazı  və kitab savadı ilə bağlıdır, belə savadı olmayanlar 
nitqdən pis istifadə edir və ancaq həyat təcrübəsi zənginləşdikdə kifayət 
qədər danışıq ifadələri və süjetlər  əzbərləyirlər. Hətta dillərin  şifahi 
variantının zənginliyi də  həmin dildəki yazı  mədəniyyətinə bağlıdır. Elə 
buna görə yazısız dillər primitiv və bəsitdir. Yazılı dillərin şifahi variantı 
birincilərə görə qat-qat zəngin olur. Çünki dil yazıda inkişaf edir. 
 Sözlərin identik tələffüzü yazıya təsir göstərmiş  və ondan özünə 
uyğunlaşmağı tələb etmişdir. Bunun üçün yazının xeyli müddət işlənməsi, 
başlıcası isə, sabit şəkildə  işlənməsi lazım idi. Bu proses ibtidai 


 
314
müharibələrdən təbii  şəkildə qorunan ada-tayfa cəmiyyətlərində mövcud 
ola bilərdi. Yunan cəmiyyətinin özü də belə ada-tayfa cəmiyyətlərindən 
ibarət idi. Finikiya əlifbasında bütün qədim kitab yazılar və əlifba kitabı-
nın – lövhəsinin özü belə adalardan birində tapılmışdır. Ona görə də müa-
sir fonetik yazının Aralıq dənizinin  şərqindəki ada-dövlətlərin  ərazisində 
yarandığını qəbul etmək olar. Yunanlar özləri yeni eradan əvvəlki 3-2-cü 
minillikdə, Maken dövründə hələ heca yazısından istifadə edirdilər. Həm 
də ilk mərhələdə sağdan sola yazırdılar, bu da yazının Babil əraziləri ilə 
varislik əlaqəsini təsdiqləyirdi. 
 Görünür, sözlərin sayının artması eşitmə orqanlarının onları identi-
fikasiyası üçün çətinliklər yaradırdı: ona görə sözlərin tələffüzünü dəqiq-
ləşdirmək üçün onların yazıda fonetik cəhətdən daha dəqiq yazılışına çalı-
şılmalı idi. Bu fonetik yazının tətbiqinə gətirib çıxarır. O biri tərəfdən isə 
məhz fonetik yazı sözləri rahat yadda saxlamağa və nitq zamanı asan 
tanımağa xidmət edir və  şifahi nitqin yayılmasına və daha çox adamlar 
tərəfindən ondan istifadə edilməsinə, yəni müasir söz ünsiyyətinin sürətlə 
formalaşmasına səbəb olur. 
Yazının tarixini öyrənən alimlər dünyanın çox yerlərində fonetik 
yazının ibtidai formalarını  aşkar etmişlər. Lakin onların heç biri müasir 
dövrə  qədər mədəni kitabyazma prosesi kimi davam etməmişdir. Bunun 
əsas səbəbi də həmin cəmiyyətlərin müharibələr nəticəsində məhv edilmə-
si olmuşdur. Lakin Aralıq dənizindəki Finikiya əlifbası itməmiş və həmin 
ərazidə yaşayan bir sıra qədim dövlətlərdə  tətbiq olunan yazı qaydaları 
üçün əsas təşkil etmişdir. Bu cəmiyyətlər çox güman ki, Misir və Mesopo-
tamiya mədəniyyəti ilə varislik əlaqələrinə malik olmuşdur. Qədim cəmiy-
yətlərdə mədəni əlaqələr yazı bacaran maarifçi zabitlərin, qul idarəçiləri-
nin miqrasiyası kimi baş verirdi. Yəhudilərin Fələstinə gəlməsi barədə süjet də 
yəqin ki, Misirdə hansısa böhran zamanı bir maarifçi tayfanın Fələstinə köçünü 
əks etdirir. Bu köçün yəhudilərə aid edilməsi isə sonralara aiddir. 
Biz artıq qeyd etmişik ki, yazı  və kitab mədəniyyətindən istifadə 
edə bilmə peşəsi yarıvəhşi insan cəmiyyətlərində böyük hakimiyyət və 
mülkiyyət sahibliyi yaradırdı  və yazının monoteizmə  qədər az-çox 
davamlı olmasının qədim səbəbləri bu ola bilərdi. Digər mühüm səbəb isə 
qədim cəmiyyətlərdə yazının özünün mistik səkildə  qəbul edilməsi, 
pərəstiş predmetinə çevrilməsi idi. Artıq qədim Misirdə iki hakimiyyət 
forması  məlum idi: bunların birincisi hərbi-dövləti hakimiyyət idi. Onun 
başında bir qayda olaraq – pəhləvan-sərkərdələr dururdular. İkinci 
hakimiyyət yazı bilən ambardarların, mühasiblərin, yazı oxuyan kahinlərin 
hakimiyyəti idi. Misirdə artıq kahinliyin və yazının mifik və mistik bir 
hakimiyyət yaratdığı məlumdur. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə