320
çevrilməsidir. Fərdi yaddaşın sözləri dünyanın obrazı kimi, aydınlaşdırıcı-
sı kimi tanıma qabiliyyətidir.
D funksiyası – dilə məxsus söz və ifadələrin
vasitəsi ilə fərdi
yaddaşın idarə edilməsi vərdişlərinin təşəkkülüdür. Bu, mətnoxuma və
mətnyaratmadan kütləvi istifadə, yəni yetkin təfəkkür qabiliyyətidir
E funksiyası – nitq hissələrindən ibarət danışıq qabiliyyətinin
təşəkküldür. Nitqin hamıya məxsus, sosial vərdiş və alət olmasıdır.
H funksiyası – fərdi şifahi nitq vərdişlərinin dünyanı izah etmək
dərəcəsinə çatmasıdır. Burada şifahi danışığın əzbər forması dilin kitablıq
funksiyasının dolayı analoqu və əvəzləyicisi dərəcəsinə qalxır. Bu, əzbər
mətnbilmənin yeni keyfiyyət səviyyəsidir.
K – funksiyası fərdi yazılı mətnyaratmanın kütləvi vərdişə, dilin
yeni bir sosial funksiyasına çevrilməsidir.
Söylədiklərimizə görə
yazılı nitq terminindən imtina edilməlidir,
çünki bu termin dilin müasir nitq qabiliyyətindən
ibarət və çox-çox
sonralar əmələ gəlmiş funksiyasını dilin ilkin kollektiv informasiya
toplayıcılığı funksiyası ilə eyniləşdirilməsi və qarışdırılmasıdır. Lakin bu
imtina da azdır: dilin mənşəyini düzgün anlamaq üçün onun
mətnyarat-
ma və
ünsiyyət vasitəsi olma funksiyaları və onların tarixi təkamülü
ayrılıqda nəzərdən keçirilməlidir.
Belə yanaşdıqda aydınlaşır:
yazının ikin təkamül etdiyi 80-85 min
il ərzində heç bir müasir mənada nitq qabiliyyəti ümumiyyətlə olma-
yıb. Ona görə yazının dilçilikdə şifahi nitqin bir şəkli sayılması və nitqin
yazıdan qədim kimi təsəvvür edilməsi açıq – aşkar yanlışdır. Bu səhv dilin
tarixini və yaranma mexanizmini düzgün təsəvvür etməyə mane olur. Əslin-
də dilin tarixinin ilk mərhələsi yazıdır, qrafik işarələrlə dünyanı göstərmək və
təsvir etməkdir. Dünyanı yazıda sözlə ilkin təsvir mətnyaratma idi.
Mürəkkəb söz və mətn. Yazıya qədər insanlar ola bilsin ki, iki
hədli nida-sözlərdən, indiki mürəkkəb sözlərin ibtidai formasından istifadə
ediblər. Lakin şifahi işlədilən iki hədli nida-sözlər,
xüsusilə saylar hələ
mətn deyildi
. Söz və söz birləşməsi dünyanı təsvir üçün yazılanda
mətn oldu. Yazıya alınana qədər söz və birləşmə ancaq fərdi yaddaşa
məxsus işarə idi, onun sosial alətlik potensialı yox idi. Lakin yazıya alınan
kimi söz və söz birləşməsi bir çox adam üçün kollektiv işarə aləti oldu,
sosial hadisə oldu. Ona görə şifahi söz və hətta birləşmə yazılandan sonra
mətn oldu, sosial müqavilə oldu. Deməli,
mətnin birinci əlaməti yazılı
söz sırası, maddi şəklə salınmış söz sırası olmasıdır. Bunu sayəsində
mətnin subyekti öləndə mətn qalırdı, dilyaratmanın fasiləsizliyini təmin
edirdi.
321
İlk yazıda qoşa yazılan
iki söz mətn oldu, yəni biri digərini aydın-
laşdırmaqla müstəqil söz birləşmə oldu.
Söz birləşməsi isə dünyanın
yeni obraz-işarəsi olur. Məsələn, ibtidai insan
böyük sözünü çox şeyə
aid edirdi. Adi bir
böyük təyini su, daş, ağac və s. sözlərə qoşularaq yeni
obrazlar yaratdı: böyük su,
böyük daş, böyük ağac və s. Bütün yazılı
mətnyaratma sözün bu adı xassəsinin – digər sözü aydınlaşdırmaq xassəsi-
nin inkişafı idi. İnsanlar hələ üç, dörd tərkibli söz birləşmələrini yarada
bilməyəndə məhz yazı onları yaratdı. İnsanlar təyini söz birləşmələri
düzəltməyi yazıda öyrəndilər.
Mətnin ikinci əlaməti, sözlərin məntiq və
dil qaydalarına əsasən bir-birinə bağlanmasıdır.
Hər bir yazı, mətn informasiyanı sonradan
istifadə üçün maddiləş-
dirmə idi. Maddi forma alan yazı sonrakılar, təzə yaradılanlar üçün mətn
kodu olur.
Çoxlu istifadəçi üçün nəzərdə tutulma mətni onların hər
biri üçün identik bir koda çevirir. Mətni identik anlama vərdişi onun
yenisini yaradanda da onun anlama identikliyi normalarına əsaslanması ilə
nəticələnir.
Nəticədə hər yeni mətn əvvəlkindən ayrılmaz olur, onun
davamı, variantı və oxşarı olur.
Mətnin üçüncü əlaməti sonrakı mətnlə-
rin kodu, əsası və bazası olmasıdır. Kodluq mətnin həm yazılma
məqsədinə, həm də yeni söz birləşmələri yaratma qaydalarına aid olur.
Mətndə söz birləşmələri müxtəlif ölçüdə – balaca və çox uzun ola
bilir. Mətn sözlərin artması ilə öz informasiyalıq və obrazlıq potensialını
artırmaq xassəsinə malikdir. Həm də əksinə istənilən həcmli mətn özü də
müstəqil obraz olmaq,
yaddaşda müstəqil, yeni obrazın işarəsi olmaq
xassəsinə malikdir. Mətndə yaradılan obraz: 1) söz, 2) birləşmə, 3) cümlə,
4) abzas, 5) məqalə, 6) hekayə, 7) monoqrafiya, 8) süjet və s. həcmində
ola bilir.
Bu, mətndə söz sayı ilə obrazlılıq və informativliyin
mütənasibliyi xassəsidir. Ona görə mətnin həcmi anlayışı nisbidir və bu
həcm nisbiliyi mətnin dördüncü xassəsidir.
Yazılı mətn mədəniyyəti sözlərin müstəqim, məcazi, təxmini,
işarəvi, antonim, sinonim və s. mənalarında anlama və istifadə vərdişlərini
və mədəniyyətini yaratmışdır. Dilin təkamül
tarixi həm də sözlərdən,
onların mənalarından, mənayaratma potensialından istifadə qanunlarının
təkmilləşməsi və genişlənməsi idi. Sözdən istifadə indi bizə asan görsənə
bilər, amma kitab mədəniyyətinin tarixinə, yazı dilinin təkamülünə diqqət
edəndə insanların sözdən istifadəni, xüsusilə dəqiq istifadəni də yazılı
dildə öyrəndiklərini təsdiq edir. Qədimlərə getdikcə mətnlərin lüğət fondu
kasıblaşır
və əksinə, kitab mədəniyyəti inkişaf etdikcə dillərin söz ehtiyatı
sayca və dəqiqlikcə inkişaf edir.