328
madan kənar adamlardır. Əslində onlar və şairlər ən normal adamlardır: onlar
öz yaddaş pəncərəsindən gördükləri dünya mənzərəsini ən dolğun və ya unikal
sayır və ətraf adamlara bu barədə deməyə daxili ehtiyac hiss edirlər.
Mətnoxumada elə nəticələr də olur ki, onlar oxuyanın iradəsindən
yox, onun mənsub olduğu mədəniyyət və təhsil ehkamlarından gəlir.
Müxtəlif mədəniyyətlərə məxsus adamlar bir birilərinin kitablarını oxu-
yanda mütləq yeni mətn variantları yaranır. Bunlardan ən tipiki tərcümə-
lərdir. İdentik tərcümə haqda danışmaq xəyalatdır. Eyni dilin özündə belə
eyni fikir müxtəlif sözlərlə ifadə ediləndə yeni mətn variantı yaranır, yeni
informasiya və yeni mənzərə yaranır. Lakin tərcümə zamanı isə əslində
yeni əsərlər yaranır. Bir qayda olaraq şərhsiz ikinci dildə orijinal mətni
adamlar başa düşmür. Nəticədə insanların – yəni tərcümə oxuyanların
yaddaşında dünyanı mətndə təsvirin yeni variantı, yeni mətn ortaya çıxır.
Bu mənada ilkin yazı əsasında sonradan yazı mədəniyyəti yaratmış
xalqların mədəniyyətləri törəmədir, mətnləri isə tərcümədir. Bütün ikinci
və üçüncü sıra ədəbi dillər kalkadan ibarətdir.
Eyni dildə olanda belə mətnyaratma və mətnoxuma identik ola
bilmir. Lakin mətnlər mədəni dildən mətn bazası zəif dilə çevirəndə onun
orijinal informasiya yükünün 10-15 faizi qalır. Əksinə olanda isə 15-25
faiz arta bilir. Bu o deməkdir ki, variantyaratmanın dəqiqliyi təkcə
fərdlərdən deyil, həm də dilin mətn yaddaşının zənginliyindən asılıdır.
Lakin tərcümə zamanı yeni variant yaranması labüddür. Çünki dildəki
epitet çoxluğu dünya obrazının mənzərəsini dəyişirsə, mətnin informa-
siyasını digər dildə ifadə edəndə tamam yeni mənzərə alınır. İkinci dilin
oxucularının qavrayışında bu mənzərə tamam təzələşir, gözlənilməz
görünə bilir. Bu həm dilin dünyanı təsvir aləti kimi qüsuru, həm də gücü-
dür. Bu ziddiyyət dil aləti ilə yeni mətnyaratmanın əsasıdır, təfəkkürü
zənginləşdirmək üçün yol açan əsas xüsusiyyətdir. Burada dialektika var:
dilin işarəvi alət kimi konkreti göstərməkdəki qüsurlarını aradan qaldır-
maq təşəbbüslərinin nəticəsi təfəkkür kimi unikal bir alət olmuşdur. Dildə
yaranan hər yeni mətn variantı dilin təxminiliyi və işarəviliyi ilə
mübarizədir, bu işarəvilik çərçivəsindən çıxmaq təşəbbüsüdür.
Bu gün Platonu, Aristoteli öz dillərinə çevirən mədəniyyətlər
(tərcümələr) əslində yeni mətnlər yaradır. Platonun müasir tərcümələri ilə
onun öz mətnlərini yazarkən ora qoymaq istədiyi informasiya arasında
köklü fərqlər olur. Bu fərqlər 90 faizə çata bilər. Çünki müasir tərcüməçi-
lər qədim yunan sözlərini müasir lüğətlərdə onların qarşılığı kimi yazılan
müasir anlayışlarla çevirirlər. Əslində qədim yunan dilində bu anlayışların
çoxu yox idi.
329
Kitabın variantlığı. Biz kitabın kodluğundan danışanda gördük ki,
informasiyanı kitablaşdırmaq mədəniyyəti yaranan ilk vaxtlardan hər təzə
kitab köhnə kod əsasında yaranırdı və müəyyən mənada onun davamı
olurdu, ondan törəmə olurdu. Ona görə hər bir kitab təcrid edilərək ayrıca
müəllifin əsəri, müəyyən ədəbi prosesin məhsulu kimi konkretlikdə götü-
rüləndə o variant olur. Bu mənada kitabın kodluğu və variantlığı arasın-
dakı münasibətlər ümumi ilə ayrıcanın münasibətləri kimidir. Konkretlik-
də hər bir kitab əvvəlkilərin variantıdır: ədəbi kitab süjet, qəhrəman,
konflikt, üslub baxımından da variant kimi götürülə bilir. Füzulinin Divanı
ayrıca kitab kimi nəzərdən keçiriləndə o özündən əvvəl türkcə yazılmış
divanlar sırasında, onların bazasında yaranmış bir variantdır. Lakin bu
divanı Füzulidən sonrakı poeziyaya təsir baxımından nəzər saldıqda bu
divan koddur, yüzlərlə təqlidçi və nəzirəçilər, davamçılar üçün kod—
təqlid nümunəsi rolu oynamışdır.
Müəyyən tirajla çap olunan kitab kod statusuna keçir, çünki onun
yaranma prosesi, mətnində dəyişiklik prosesi praktik olaraq bitir. Kitabın
yazılmağa başladığı birinci gündən onun çap prosesinin bitməsinə qədərki
yolu müddətində o hələ variant statusunda olur. Yaradıcılıq prosesi mətni
son sabit varianta qədər yazıb təkmilləşdirməkdir. Şeir bir saata, roman isə
on ilə də yazıla bilər. Süleyman Rəhimov “Şamo” epopeyasını 47 il ərzin-
də yazıb.
Lev Tolstoy məşhur “Hərb və sülh” romanını 7 dəfə əllə köçürmüş-
dü. Ümumən böyük yazıçıların əsərlərinin əlyazma variantları bəzən
kitabxanalar təşkil edir. Mütəxəssislər yaradıcılıq prosesini öyrənmək
üçün bu əlyazma variantlarını tədqiq edirlər. Bəzi yazıçılar əsərlərinin
plan variantını yaratmağı xoşlamışlar. Əsərin planı əvvəlcə diqqətlə
hazırlananda onun kompozisiya və süjeti daha yığcam və səliqəli olur.
M.F.Dostoyevski öz romanlarının əvvəlcə müfəssəl planını hazırlayırdı.
Bir çox ədəbi abidələrin çap variantları arasında da ciddi fərqlər
olur. Müəllif özü və ya naşirlər iri ədəbi əsərlərin yığcam variantlarını
yaradıb çap edirlər və bu, onların tədrisini asanlaşdırır. Servantesin
“Donkixot” romanı adətən ixtisarla çap olunur. Məktəblilər üçün nəzərdə
tutulan müntəxəbatlarda ədəbi əsərlərin qıca variantları və ya parçaları çap
olunur.
Mətnin variantlığı həm də dünyanı sözlə təsvirin və işarə etməyin
nisbiliyini ifadə edir. Belə nisbilik həm sözlərin sayına, həm də dəqiqli-
yinə aiddir. Yağışın yağmasını beş səhifə də, beş sözlə də yazmaq olar.
Beş səhifəni bir abzasa qədər ixtisar da etmək olar. Bu variantların hamısı
yağışın yağmasını bildirəcəkdir.
330
Bu mənada dildən istifadədə – istər şifahi, istər yazılı olsun, oriji-
nallıq və yaradıcılıq da nisbidir. Günün çıxmasından gözəlin təbəssümünə
qədər, sevgi hisslərindən nifrətə qədər, dənizdən damlaya qədər hər şey
yazılı dildə dəfələrlə təsvir edilib və bədii ədəbiyyat oxumaqda təcrübəli
adamlar bunlara bələd olurlar. Ona görə bədii dildə yazılan hər hansı
təsvir və epizod da kitab mədəniyyətinə və əzbər dilbilməyə məlum
olanlardan birinin variantı olur. Məktəbdə müəllim “Payızda nələr olur”
mövzusunda inşa yazdıranda eyni məzmunun, informasiya həcminin
şagirdlərin sayı qədər variantı yaranır.
Hər bir əlyazma kitabına mətn variantlığı xasdır. Mətn variantlığı
kod kimi götürülən kitabların müqayisəsindən yaranır. Bunu konkret kita-
bın universal mətnyaratma prosesi baxımından variantlığı ilə qarışdırmaq
olmaz. Mətn variantlılığı ilə mətnşünaslıq məşğul olur.
Nitqin variantlığı. İrəlidə fərdi təfəkkürün, insanların dildən isti-
fadə qabiliyyətinin qazanma olduğunu gördük, təcrübə yolu ilə mənim-
sənildiyini gördük. Buradan prinsipial bir nəticə doğur: insanın yazmaq və
danışmaq qabiliyyəti sosial bir alətdir, dil daşıyıcılarının kollektiv istifadə
etdiyi vərdişlər məcmusudur. Ona görə insan nə danışsa və nə yazsa
mütləq orijinal olan bir şey ortaya gətirə bilməz. Çünki onun istifadə
etdiyi dil aləti və onun söz, cümlə, süjet, əzbər və yazılı mətnlər ona qədər
var idi. Həm də dilin göstərdiyimiz formalarından hamı şərti işarə kimi
istifadə edir. Hətta oğlunu Oqtay adı ilə çağıran valideyn belə Oqtay
sözündən variant kimi istifadə edir. Bu variantlıq Bakıda yüzlərlə adamın
öz tanışlarını Oqtay adı ilə çağırmasıdır. Əslində söz kimi Oqtay kəlməsi
bir dənədir. Minlərlə adam bu adı daşıdığına görə və on minlərlə adam bu
sözdən istifadə edəndə əslində əvvəlcədən mövcud olan sözün şifahi
variantını yaradırlar. Deməli, şifahi mətnyaratma yaddaşdakı hazır mətn
parçalarından variant kimi istifadədir, onları nitq prosesində, konkret
problem situasiyada şəxsi intonasiya ilə tələffüz etmədir.
Bütün dediklərimizə şifahi nitqdə istifadə edilən “salam”, “sağ ol”,
“alo”, “zəng edin”, “işığı söndür”, “Xoş gəldiz”, ”Mən sizi sevirəm”, “Ot
kökü üstə bitər” və s. danışıq şablonları haqqında da demək olar. Onlardan
dil daşıyıcılarının hamısı istifadə edir və hər yeni istifadə məlum mətnin
fərdi variantının yaradılmasıdır. Bu variantlıq danışanın istifadə etdiyi söz
və ifadələri “n” sayda eşitdiyini də ifadə edir.
Fərdi nitqdə adamların özəlliyi qabarıq əks olunur. Ona görə ədəbi
əsərin bir janrı – dram janrı insanları onların ancaq nitqi ilə göstərilməsi
üsuluna əsaslanır. İnsan obrazlarının nitqini yazmaq onları təsvir etmək-
dən çətin hesab olunur. Bunun səbəbi insanların nitq formalarından istifa-
Dostları ilə paylaş: |