Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə45/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   41   42   43   44   45   46   47   48   ...   137

 
111
ailə, əmək, tayfa hakimiyyəti, alətlərdən istifadə, müharibələr. miqrasiya-
lar, ovçuluq mədəniyyəti olub. Amma sosial tərəqqi olmayıb və ola da 
bilməzdi. Sosial tərəqqi üçün təfəkkürün inkişafı lazım idi. Bu isə ancaq 
fonetik yazının, onun törəməsi olan fonetik sözlərlə nitq qabiliyyətinin, 
kitab informasiyasından istifadə mədəniyyətinin nəticəsində ola bilərdi. 
Bunlar isə ancaq və ancaq fonetik yazıdan və onun inqilabi nəticəsi 
olan yazılı  və sonra isə  şifahi mətnyaratmanın fərdin adi qabiliyyətinə 
çevrilməsindən sonra ola bilərdi. Deməli, qədin yunan cəmiyyətindəki 
mədəni tərəqqi quldarlığın nəticəsi deyildi, çünki həmin ərazilərdə quldar-
lıq təxminən 90 min il əvvəl də var idi. Ona görə Yunanıstanda mədəni çi-
çəklənmənin əsas şərti yazılı fonetik dildən doğan şifahi danışıq vərdişlə-
rinin iri quldarlıq mərkəzləri olan polislərdə, adalarda işlənməyə başlama-
sı idi. Bu qulları idarə etməyin iqtisadi effektivliyini artırdı. Çünki əmri ic-
ra edən və nitqi anlayan qul məhsuldar qüvvə kimi azad adamla eyni po-
tensiala malik oldu. Əslində qul cəmiyyət üzvü oldu və  əhali artımının 
əsas mənbəyinə çevrildi, qulun vətəndaşa çevrilmə mexanizmi yarandı. Nitqi 
anlamayan və az-çox danışa bilməyən qullarda bu potensial ola bilməzdi. 
Digər tərəfdən nitq qabiliyyətinin özü şifahi mətnbilmə idi, ona 
görə nitq qabiliyyətinin yayılması  şifahi mətnbilmə forması kimi danışa 
bilən və bilməyən tayfalar arasında mədəni mübadilə, informasiyanın ya-
yılması üçün yol açdı. Fonetik söz dili ilə nitqin bar-bar tayfalar arasında 
yayılması əslində insanlarda təfəkkür qabiliyyətinin formalaşma mərhələsi 
idi. Təfəkkür anadangəlmə olan instinktiv yaddaşın əsasında, amma vərdiş 
kimi yaranırdı. Yəni danışıq dilini bilmək qabiliyyəti anadangəlmə deyil-
di, insanlar onu doğulandan sonra qazanırdılar. Bu mənada dildən istifadə, 
təfəkkür də insanın qazanılma vərdişlərindən biridir. 
Nİtq qabiliyyətinin yayılması tarixi bir prosesdir və dillərin bir kök-
dən olması barədə məlum nəzəriyyəni təsdiqləyir. Çox güman ki, ağ irqə 
məxsus hind-avropalıların dilləri bir kökdən, sarı irqə  məxsus uzaq şərq 
dilləri isə ikinci bir mərkəzdən yayılmışdır. Bütün hallarda şifahi dillərin 
öz əsasını götürdüyü mərkəzlər fonetik söz dilinə əsaslanan yazının mey-
dana gəldiyi yerlər olmuşdur. İslan dininə qədər Şərq-qərb kimi süni qütb-
ləşmə  nəinki yox idi, Misir, yunan və Mesopotamiya mədəniyyətləri va-
rislik əlaqəsi olan vahid bir hadisə idi. 
Yazıl dillərin təşəkkülündə bütlərə və allahlara mistik münasibətin 
əsas rolu danılmazdır. Mifik bütlərin məhsuldarlıq və qoruyucu müharibə 
Allahı kimi qavranması bu prosesdə  əsas rol oynamışdır. Bunu yunan 
mifologiyası ilə yunan yazılı mədəniyyətinin timsalında da görmək olar. 
Ədəbiyyat elmində belə bir təsəvvür var: qədim yunan ədəbiyyatı o 
zaman hazır şəkildə mövcud olan yunan mifologiyasının bazası əsasında 


 
112
yaranmışdır. Buz sayırıq ki, bu təsəvvür tamamilə yanlışdır. Yunan ədə-
biyyatı mifyaratma prosesinin qızıl dövrü, bütpərəstliyin dini biliklər siste-
mi kimi təşəkkül vaxtı idi və yunan yazıçıları hamısı kahinlər – bütlərlə 
ünsiyyətə qabil olan adamlar sayılırdı. 
Birinci, qədim yunanların özləri bizim yunan ədəbiyyatı kimi qəbul 
etdiyimiz  əsərləri və süjetləri  ədəbiyyat kimi qəbul etmirdilər. Klassika 
dövründə yunan ədəbiyyatı mifoloji inamlara əsaslanan mərasim mətnləri 
idi. Bu yunan ədəbiyyatının klassik əsərləri sayılan “İlliada” və “Odisse-
ya” barədə də doğrudur. Bunların antik cəmiyyətdə bütpərəst dini bayram-
larında ildə bir dəfə yarış kimi oxunduğu məlumdur. Həm də bu əsərlərin 
mətni nəğmə kimi ritmlə oxunmuşdur və bu poeziyanın deyil, dini mətn 
oxumanın əlamətidir. Bu əsərlərdə qafiyə də yoxdur, onların vəzni sayılan 
qeksametr isə əslində mətnin dini nəğmə kimi ritmik oxunmasının əlaməti 
idi. Antik mənbələrdə bu mətnlərin Pan Afina bayramlarında rapsodiya-
çılar tərəfindən hissə-hissə oxunması barədə dəqiq məlumatlar vardır. Bu 
məlumatlardan birində isə belə bayramları təşkil edən tayfa başçısı Psist-
rarın ilk dəfə olaraq Homerə aid edilən bu iki mifoloji əsərin sabit teks-
tinin yaradılmasına göstəriş verdiyi bildirilir. Belə göstəriş  “İlliada” və 
“Odisseya” mətnlərinin dini-mərasimi mənası ilə bağlı ola bilərdi. Hətta 
homerşünaslıqda poemaların bu göstərişdən sonra müasir şəkildə  tərtib 
edildiyini əsaslandıran nəzəriyyə antik dövrdə artıq var idi. 
Bu barədə danışanda bizim üçün də sona qədər aydın olmayan bir 
məsələ var: bu Yunanıstanda kitab dilinin yayılması və təşəkkülü prosesi-
dir. Yunan dilini mili bir dil saymaq da səhvdir: bu dil yaxın şərq regio-
nunda Misir, Babil, Finikiya dövlətləri fonunda yaranmış regional bir 
hadisədir. Yunanların  ən çox bağlı olduqları  mədəni  ərazilər Misir və 
Assuriya mədəniyyətləri idi. Dənizçi bir xalq olan və ada mədəniyyətinin 
təmsilçisi olan yunan şəhərləri o dövrün hərbi sabitlik cəhətdən qoruq 
əraziləri idi. Ona görə də yazı-pozu bilən kahin və maarifçilər sinfi yunan 
adalarına üstünlük vermiş, ora köçmüş  və burada müəyyən tarixi dövr 
ərzində stabil fəaliyyət göstərərək yazı  mədəniyyətini və onunla kitab 
dilinin inkişafına yol açmışlar. Yəqin ki, ilk maarifçilər yazıda özlərindən 
əvvəl işlənmiş sözlərdən sərbəst istifadə edir, bu sözlərin Misirdə, 
Babilistanda, İranda və s. mədəni ərazidə yarandığına əhəmiyyət vermirdi-
lər. Tədqiqatlar göstərir ki, yeni yazı yaradan xalqlar yazı ilə birgə bir 
qayda olaraq bu yazıda yaranmış terminologiyanı də yenidən yaratmır və 
mütləq hazır şəkildə götürüb işlədirdilər. İndiki ən mədəni dillərin: ingilis, 
ispan, fransız, rus, Azərbaycan dillərinin termin lüğətinin 90 faizinin 
alınma sözlər olması də bunu təsdiqləyən bir hadisədir. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə