Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə43/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   39   40   41   42   43   44   45   46   ...   137

 
105
yaranışı sözün bu funksiyalarına ehtiyacla bağlı idi. Yazıya qədər ibtidai 
dil nida sözlərlə (fonetik söz çox cavandır) digər insanlara işarə-informasi-
ya vermək, indiki hərbi komandaların sadə formasını vermək vasitəsi idi. 
Əmr formasının ibtidai şəkli idi. Bu, dildə indiyəcən qalır, çünki ünsiyyət 
prosesində, idarəçilik və əməkdə, məişətdə ən çox xəbərin əmr formasın-
dan istifadə olunur.  
 
 
2.5. Yazılı söz şifahi sözün identikliyinin  
əsası və təminatı kimi 
 
Biz yuxarıda dedik ki, fonetik yazının sivilizasiya tarixindəki 
inqilabi rolu onun kitab mədəniyyətini yaratması idi. Kitab mədəniyyəti 
deyəndə biz indiki mənada kitabı yox, yazının müxtəlif materiallardan 
olan kitabələr üzərində yazılma prosesinin başlanğıcını  nəzərdə tuturuq. 
İlk gil, papirus və s. kitabələr dilin mənşəyi baxımından əsas bir məsələni 
həll etdi: işarə sözün identikliyi məsələsini həll etdi. Yalnız kitabdakı 
orfoqrafik identiklik sayəsində  işarə söz sosial alət ola bilərdi. Yazılı ad 
sözün  şifahi sözün də identikliyinə  səbəb olması müəyyən tarixi dövrdə, 
proses kimi baş vermişdir. Yalnız bundan sonra tayfanın içində belə 
insanlar sözləri eyni cür başa düşə bilərdilər. 
Müasir dövrə milyonlarla adam milyonlarla sözü identik şəkildə 
başa düşür. Lakin bu, müasir təhsilin və maarif sisteminin bəhrəsidir. Belə 
sistem hələ mövcud olmadığı vaxtlarda səs dilindən istifadənin  əsas 
problemi həmin bu identiklik idi. Bu identikliyin yoxluğu şəraitində min-
lərlə  şifahi ləhcələr yaranıb və yazılı dillərdən gələn  əzbər kalkaların və 
mətnlərin sayəsində müasir vəziyyətə düşüb. Yalnız insanlar kitabələr 
üzərində yazıdan istifadə edəndən sonra müasir sözün tarixindən danış-
maq olar. Lakin buna qədər bütün yazı formaları diləqədərki yazı sayılma-
lıdır. Yalnız yazılı kitabələrin yaranması və onlardan ilk maarifçilərin isti-
fadəsi sözün sosial, kollektiv işarə aləti olmaq funksiyasının inkişafına sə-
bəb oldu. Bu müasir nitqin başlanğıcı idi, sözün və dilin yeni, ikinci 
funksiyası idi və yazının törəmə funksiyası kimi ortaya gəlirdi. Kitabələ-
rin insanlığın taleyində inqilabi əhəmiyyəti Musa peyğəmbərə Allah tərə-
findən verilən ilk on əmrlik kitabə  şəklində  də mifləşib. Yazı kitabəsi 
maddi bir şey kimi miqrasiya prosesində yayılırdı. Müharibələr isə bu 
miqrasiyanın ayrılmaz bir ünsürü idi, forması idi. 
Kitab mədəniyyəti ictimai müqavilə kimi dilin ən birinci funksiyası-
nı, onun sivilizasiyaya, sosial tərəqqiyə xidmət baxımından  ən inqilabi 


 
106
funksiyasını yaratmışdır. Bu funksiya iri həcmli mətnlərin kitab şəklinə 
salınaraq informasiyanı toplayan və qoruyan akkumulyator kimi istifadə 
edilməsidir. 
Kitabdan istifadənin yayılması  təhsilin ortaya gəlməsinə  və kitab-
lardan istifadənin tədris edilməsinə səbəb oldu. Təhsil prosesində yazı di-
linin identikliyi və normativliyi ictimai müqaviləyə çevrildi, inkişaf etmə-
yə başladı: bu yazını sadələşdirmək və daha çox adamın və daha rahat 
mənimsənilməsi üçün yol açmağı  tələb edirdi. Amma yazı  mədəniyyəti 
intellektual  əməklə  məşğul olmaq üçün peşəkar sinfin gücləndiyi dövrə 
qədər qeyri-bərabər inkişaf etmişdir. Lakin peşəkar təhsil prosesi və onun 
əsası olan dərslik  həm də kitabın, mətnin üç funksiyasının daha da 
inkişafına imkan yaratdı: bunlar əslində müasir dilin əsas funksiyaları idi. 
1. Mətnyaratma (əvvəlcə yazılı, sonra həm də şifahi) 
2. Mətnoxuma (əvvəlcə kitabdan, sonra isə əzbərdən). 
3.  Əzbərlənmiş yazılı söz sıralarından nitq və ünsiyyətdə istifadə 
funksiyası (birinci və ikinci şəxsin müvafiq olaraq mətnyaradan və 
mətnoxuyan kimi çıxış edərək danışıq, nitq prosesinə girə bilməsi. Yəni 
dilin müasir nitq funksiyası kitab mədəniyyəti dövründə yaranıb və ondan 
əvvəl müasir mənada mövcud ola bilməzdi). 
Kitab mədəniyyəti və fonetik yazıya qədər adamlar ünsiyyətdə 
əsasən əmr cümlələrindən istifadə edə bilirdilər. Felin digər formaları və 
indiki, keçmiş  və  gələcək zaman formaları, hətta xəbər  şəkli də kitab 
dilindən törəmədir. Yazı dilinin ilk mərhələsində ismin halları, sifətlər, 
zərflik, bağlayıcı, sözdəyişmənin morfoloji prinsipləri yox idi. Qədim 
dillərdə söz yaradıcılığı, yeni söz birləşmələri ancaq sintaktik yolla, 
sözün-sözə qoşulması ilə yaranırdı. Durğu işarələri, cümlə haqqında təsəv-
vür yox idi. Məsələn, XIV əsrin sonlarında yazılmış Qazi Bürhanəddin 
divanında nəinki zaman şəkilçiləri, heç xəbər  şəkilçisi də sabitləşməyib. 
Sabitləşə bilməzdi də, çünki bu sabitləşmiş kitab dilində və ona əsaslanan 
təhsildə yarana və ərsəyə gələ bilərdi. Bunlar isə həmin əsrdə hələ yox idi. 
Ona görə dillər ancaq kitab dili olandan sonra formalaşır və  mədəni və 
tərəqqi yaradan potensial qazanır, sosial alət olur. 
İnsanın müasir nitq qabiliyyətini kitab dilindən əvvəl olmuş ünsiy-
yət imkanları ilə eyniləşdirmək dərin bir səhvdir. Kitab dilinə  qədərki 
danışığın bazası əsasən instinktiv səs yaddaşı idi. Kitab yazısından törə-
yən çoxüzvlü cümlələrlə, söz birləşmələri ilə danışmaq isə təfəkkür qabi-
liyyətinə  əsaslanır. Təfəkkür qabiliyyəti insanların doğulandan sonra qa-
zandıqları  vərdişdir, yəni söz, söz birləşməsi, cümlə, mətn kimi dilə 
məxsus işarə sıralarını bilməkdir. Belə dil bilgisi qazanmadır, doğulandan 
sonra mənimsənilir. 


 
107
İşarə sırası olan yazı mətnlərinin ilkin və əsas kodu kitab mədəniy-
yətindədir. Məhz kitab yaradılması prosesinin fasiləsizliyi ondakı mətno-
xuma kodunun yaşamasını da şərtləndirir. Bu dil kodunun birinci və əsas 
səviyyəsidir.  Təhsil prosesinin meydana çıxması dil mətnlərini oxuma 
kodunun ikinci bir səviyyəsini də yaradır: bu məktəb keçmiş fərdlərin dil 
bilgisidir, fərdi təfəkkür qabiliyyətidir, dil işarələrindən fərdi yaddaşı idarə 
edən kod kimi istifadə qabiliyyətidir. 
Kitabı da fərdlər yazır, onlar konkret adamların mətnyaratma fəaliy-
yətinin nəticəsidir. Amma o maddi qabıqlı  işarə sisteminə, kitaba dönən 
kimi universal kodluq xassəsi kəsb edir. Kitabdan mətnoxuma aləti və 
informasiya mənbəyi kimi əsrlər boyu saysız insanlar istifadə edə bilirlər. 
Kitab  şəklinə düşən mətn universal kodluq kəsb edir. Kitab və  fərdi 
yaddaş, bunların kodluğu  əks qütblər olsa da, dialektik vəhdət təşkil 
edirlər. Kitaba məxsus universal kodluq dildəki informasiya ifadə etmək 
xassəsinin sabitliyini və identikliyini təmin edir. Tək-tək adamların təfək-
kürü və dildən istifadə qabiliyyəti isə informasiya yaratmağın, dünyanı 
təsvirin intəhasız variantlılıq potensialıdır. Fərdi mətnyaratma dünyanı 
mətndə əks etməyin qeyri-sabitliyini, bəlkə də qeyri-identikliyini fasiləsiz 
prosesə çevirir. Fərdlər, hətta böyük alimlər də diri olduqca bir informasi-
yanın, təlim və nəzəriyyənin yeni-yeni mətn variantlarını yaradırlar. Pro-
fessor hər dəfə öz mühazirəsinin yeni variantını deyir.  
Bu baxımdan kitab mədəniyyətinin universal kodluq funksiyası 
bunun əksinədir. Kitabda informasiyanın, dünyanı göstərmənin maddi şə-
killi sabit mətn sırası kimi həkk olunması dünyanın sabit və tədris olunan 
mənzərəsini yaradır. Bu mənzərə  dərslik  şablonlarına çevrilir, həmin 
şablonlar isə insanların dillə, xüsusilə elmi dildə ünsiyyətinin identikləşdi-
rici əsasını təşkil edir. Dövrdən dövrə dərsliklər dəyişsə də, onların əvvəl-
ki kodluğundan tam imtina edilmir, yeni təhsil ancaq kitabın kodluğunu 
təkmilləşdirməkdən ibarət olur.  
Beləliklə, kitabın universal kodluq funksiyası unikal bir mətnyarat-
ma və  mətnoxuma qabiliyyəti olan fərdi təfəkkür alətinin fundamental 
qüsurlarının – subyektiv variantlılığının aradan qaldırmağa xidmət edir. 
Lakin fərdi mətnyaratmanın çoxvariantlığı da dialektik hadisədir: o, həm 
qüsur, həmdə təfəkkürün ən mühüm məziyyətidir, həqiqətə daimi can at-
masını ifadə edir. Bu mənada fərdi mətnyaratmanın çoxvariantlığı kitab 
mətninin sabitliyindəki mühafizəkarlığı, ehkamçılığa yol açan qüsurunu aradan 
qaldırır. Kitabın informasiya sabitliyi baxımından fərdi mətnyaratmanın 
çoxvariantlığı qüsurdur. Və  əksinə, fərdi mətnyaratmanın dünya mənzərəsini 
zənginləşdirməsi və tamamlaması baxımından kitabın mətn sabitliyi qüsurdur. 
Əslində bunların qüsurluğu digərinin sayəsində aradan qalxır. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə