Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə51/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   47   48   49   50   51   52   53   54   ...   137

 
126
bər verənlər kimi qəbul olunurdu. Onlara kahinlər deyirdilər və ibtidai cə-
miyyətlərdə onların yazdıqlarını, sonra isə dediklərinin də real həyat pro-
sesinin ssenarisi kimi qəbul edirdilər. Aclıq, quraqlıq, yanğınlar və s. bəd-
bəxt hadisələr olanda onlar günahkar sayılır və məhv edilirdilər. Bu sivi-
lizasiyanın tərəqqisini yubadırdı. Çünki insanlar hələ obrazla şeyi, sözlə 
onun obyektini, yazı  və  təqlidlə real hadisəni fərqləndirə bilmirdilər. Bu 
ilk mərhələdə güman ki, ad sözlərin mifləşdirilməsi hələ qorxu və sitayişlə 
müşayiət olunmayıb. Bu ancaq sözü maddi obyekt və subyekt kimi 
təsəvvür etmək idi və dünyanın izah edilməsi ilə prinsipial bağlılığı yox 
idi, çünki hərəkət və canlılıq haqda hələ insanda təsəvvürün özü yox idi.  
Lakin söz adların artması  və  şeyləri yazıda görsətmək bacarığı 
yaranmaqla vəziyyət dəyişdi. Bəşəriyyət dilin timsalında müasir təfəkkürü 
yaradırdı, amma onu anlamır və ondan, onun söz və obraz sırasından qor-
xurdu. Bu qorxu sözün və  yazının mistikləşdirilməsi sayıla bilər və bu 
hadisə mifləşdirmədən çox-çox sonralara, monoteizm uğrunda mübarizə 
dövrünə, yazının daha geniş yayıldığı dövrlərə aiddir. Bu mərhələdə söz 
maddi yox, insan kimi hərəkət və iradə qabiliyyətli subyektlərə və obraz-
lara çevrilir. Belə obrazlar artıq dünyanı izah etməyin bir şəkli olur. Bütün 
bütlər, allahlar və dinlər insanların öz yaddaşlarında yaratdıqları söz-mif-
lərdən və söz obrazlardan qorxmasından yaranıb. Bu qorxunun əsası isə 
mifik obrazı insanın ətini yeyən özünəbənzər insan və heyvanlar kimi 
təsəvvür edilməsi və onlarla eyniləşdirilməsi idi. Real təbii qüvvədən 
qorxunun insanın başında yaranmış obrazdan qorxu variantı da yarandı. 
Beləliklə söz obrazın iki səviyyəsini fərqləndirməklə biz mif 
anlayışının iki mənasını fərqləndirə bilərik. 
1.a. Mif-sözün və söz sıralarının maddi dünyanın, obyekt və subyekti, bir 
şəkli və davamı kimi təsəvvür olunması (qorxusuz və pərəstişsiz). 
b. Mif-sözün və yazının doğurduğu obrazların insana və heyvana 
oxşadılması, hərəkət və iradə qabiliyyətli subyekt kimi təsəvvür edilməsi 
və bunun qorxu və pərəstişlə müşayiət olunması. 
Sivilizasiyanın indiki mərhələsində  də  hələ adamlar dil sferasında 
yaranan obrazların böyük bir qismini reallıq kimi qəbul edir, bu barədə 
müzakirələr aparır və bu söz obrazlardan qorxurlar. Təsadüfi deyil ki. di-
lin və təfəkkürün mexanizmini açan ikinci siqnal sistemi haqqında nəzə-
riyyə və dilin işarəviliyi anlayışı ancaq XIX əsrin sonlarında meydana çıx-
mışdır. 
2. İnsan iradəsinin və düşüncəsinin söz və obraz qıcıqlandırıcıları-
nın təsiri ilə yaddaş da əvvəllər daxil olmuş obrazların emosional variant-
larını düzəltməyə  təbii meylliliyi. İnsanın yaradıcılığa meylini, xəyalpə-
rəstliyini, yuxunu, narkotik və spirtli içkilərdən istifadəsini də bu xüsusiy-


 
127
yətlə əlaqələndirmək olar. Bu halların hamısında insanın real dünyanı qav-
rayışı adi halda olduğundan fərqlənir, lakin insanlar bu sərti təzəliyə 
meyillidirlər, onun içində yaşamaq illüziyasına məmnuniyyətlə daxil olur-
lar. Fərdi müfyaradıcılığın söz və digər obrazlarla bağlı halları isə  ədəbi 
mifyaratmaya aiddir və bu barədə yaradıcılıq prosesi fəslində  də  bəhs 
ediləcəkdir. 
Burada isə insana xas mətnyaratmanın və mifyaratmanın ikili təbiə-
tini qeyd etmək vacibdir. Dünyanı göstərən, işarə edən mif həm də daim 
onun ikinci ideal variantını yaradırdı. İzah etmə ilə obrazyaratma vəhdətdə 
idi, pulun iki üzü idi. Mifin dünyanı izahetməsi baxımından dinlər 
yarandı, başqa sözlə, çoxsaylı bütlər və miflər  əvvəlcə yaxşı  və pislərə, 
sonra isə güclü və zəiflərə, axırda isə mütləq və qeyri-mütləqlərə bölündü. 
Çoxsaylı mif-subyektlərin güclü və zəif nüsxələri həqiqi və yalan nüsxələr 
probleminə çevrildi. Zəif bütlərə əvvəllər şübhə, sonra isə inkar peyğəm-
bərlər hərəkatını yaratdı. Sonra isə dinin əsas problemi ortaya gəldi: həqiqi 
və saxta miflər və onların hansına iman gətirmək, hansına etiqad etmək 
məsələsi.  İnsanlar və peyğəmbərlər  əvvəlcə miflərin bir hissəsinin real 
subyektliyinə  və gücünə  şübhə etdilər, sonra isə bir bütdən (hərb allahı) 
başqa hamısının.  İslamın qələbəsi bədəvi  ərəblər arasında yayılmış büt-
lərin məhv edilməsi ilə müşayiət olundu. Bütlərə qarşı bu mübarizə 
əslində mifik bütlərin subyektliyinin inkarı idi, onların mistikadan təmiz 
adi adlar kimi təsəvvür olunması dövrü idi. Bu bəşəriyyətin dilyaratma 
tarixində yeni mərhələ idi, islamda buna cahiliyyə dövrünün bitməsi 
deyirlər. Bu, mifin dünyanı izahetmə tərəfinin nəticəsi idi. 
Lakin cahiliyyə dövrünün bitməsi ilə insanın sözə, sözlə yaradılan 
dünyanın müxtəlif obrazlarına və obraz sıralarına inamı qaldı. Çünki bu 
inam mətnoxumanın və söz-obrazları qavramanın təbii əsası idi. Bu əsas 
insanların dünyanın mətnlərdəki obrazına münasibətdə  həmişəlik qaldı. 
Müasir incəsənət üçün dünyanın ideal obraz mənzərəsinin, obraz sıraları-
nın yaradılması həm idraki və həm də estetik və bədii-ədəbi fəaliyyətdir.  
Mifin dünyanı izahetməyə paralel onun ideal obrazını yaratma tərəfi 
isə yazı  və  mətn mədəniyyətini yaratdı. Dilin müasir səviyyəyə  qədər 
təkmilləşməsinə gətirib çıxardı. Kitab mədəniyyətinin içində ədəbi mətn-
yaratma və ya ədəbi yaradıcılıq bir kitab sənəti kimi yaşayıb indiki 
vəziyyətə  gəldi. Elm və ədəbiyyat dünyanın insan başında ideal obrazını 
yaratmağın iki ayrılmaz üsulu oldu. 
Sözlər ibtidai abstraksiyalar idi. Amma söz dili yaranan kimi insan-
lar dünya barədə biliklərini birinci siqnal sisteminə məxsus konkret obraz-
lar əsasında izah etməyə başladılar. Mifdə dünyanın bildirilməsi (təsviri) 
işarə baxımından ikinci siqnal sistemi əsasında, yəni sözlər vasitəsi ilə 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə