Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə42/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   38   39   40   41   42   43   44   45   ...   137

 
103
Avropa dillərində söz bazası ümumidir, morfoloji fərqlər isə dialekt 
fərqlərini əks edir). Bu yayılmanın birbaşa kontakt və miqrasiya ilə bağlı 
getdiyini güman etmək olar. Aleksandr Makedonskinin istilaları bu əlifba-
nın və yazının yunan variantını daha geniş yaymışdır. Gil kitabələrdən də 
informasiya toplayıcısı kimi ilk istifadə edən Finikiya mədəniyyətinin nü-
mayəndələri olmuşdur. Qədim yunan kitab mədəniyyətinin bu mədəniy-
yətlə qohumluğu şübhəsizdir. 
İnformasiyanı özündə toplayan və mühafizə edən mətn sırası kimi 
kitablar bəşəriyyətin mədəni tərəqqisində inqilab yaratdı. Kitablar 
sözlərin itməsinin qarşısını aldı və yazı dilini ictimai müqaviləyə çevirdi. 
Çoxlu adamın eyni kitabı oxuyub eyni cür anlaması artıq müqavilə idi. Bu 
müqavilənin məğzi sadə idi: fonetik sözlər ibtidai insanların yaddaşında 
mövcud olan saysız hesabsız yaddaş obrazlarının kollektivin bütün üzvləri 
üçün vahid işarəsinə çevrildi. Əvvəlcə onlarla, sonralar yüzlərlə, sonralar 
isə milyonlarla insan bir təbiət hadisəsinin, məsələn itin, minlərlə canlı 
variantını bir sözlə tanımağı öyrəndi. 
Yuxarıda  şərh olunan üç mərhələdən birinci ikisində  hələ  mətnya-
ratma yoxdur. Çünki hələ fonetik sözün özü və onu tanıma qabiliyyətinin 
inkişafını göstərən sözəzbərləmə (bu sonra təfəkkür səviyyəsinə qalxdı) 
yoxdur. Söz hələ özündəki instinktiv nidalıq xassəsindən tam ayrılmayıb. 
Əsasən ikinci mərhələdə ilk sözlərdən istifadə ilə sintaksisin ibtidai ünsürləri 
yaranır: intonasiya eyni sözdən müxtəlif mənalar yaradır. Bunlardan təh-
lükədən xəbərdarlıq, müəyyən işlər görməyə və hərəkətlər etməyə çağırış və 
s. üçün operativ istifadə edilir. Müasir insanların istifadə etdiyi işarə xarakterli 
hərəkət, jest və əşya işarələr də ilk sözlərə paralel işlənmişdir.  
Ümumən işarədən istifadə insanların təfəkkürün formalaşması-
na aparan kəşfi idi, insan fəaliyyətinin inkişafında mərhələ idi, çünki 
məhz işarələrdən istifadə insan kollektivlərinin, qulların məqsədli istifadə-
sinin təkmilləşməsi və deməli sosial tərəqqi üçün yol açdı. Bu yolun 
töhfələrindən biri ad-nidaların ad-sözlərə, onlardan isə müasir dilin yaran-
masına istiqamət götürülməsidir. Dilin yaranmasının əsil tarixi insan yad-
daşının işarə sözləri və ifadələri əzbərləmə və onlardan praktik məqsədlər-
lə istifadə qabiliyyətinin inkişafıdır. 
Haqqında bəhs etdiyimiz birinci iki mərhələdə mövcud olmuş yazı 
materialları xeyli dərəcədə tapılmış  və böyük çətinliklərlə oxunmuşdur. 
Bu oxunuşları də dəqiq saymaq olmaz, çünki sözlərin indi istifadə olunan 
mənaları o zamanlar yox idi. Ona görə fonetik yazıya qədərki yazıları 
mətn hesab etmək olmaz, çünki onlar qəbilə mədəniyyəti hadisəsi idi. On-
ları yaradan qəbilə tarix səhnəsindən getdikdə onların yazısı aktiv mədəni 
alət kimi fəaliyyətini dayandırırdı, növbəti mədəni dövriyyə fazasında 


 
104
davamını tapmırdı. Başqa sözlə,  yazının informasiya qoruyuculuğu 
funksiyası  hələ yox idi. Qəbilə yazısı informasiyanı daşıyır və ötürürdü. 
Müəyyən mənada yazı hələ ünsiyyət üsullarından biri idi. 
Lakin kitab yazısı (gil, dəri, papirus, perqament formasından asılı 
olmayaraq) onu yaradanlardan asılı olmayan bir inqilab yaratdı. Bu inqi-
lab yazı dilinin insanların hələ anlamadığı yeni bir funksiyasının ortaya 
çıxması idi: informasiyanı toplamaq və qorumaq funksiyası!  İnsanlar in-
formasiyanın iki baxımdan inqilabi əhəmiyyətini anladılar: ondan istifadə 
bir tərəfdən döyüşlərdə qələbə çalmağa və hakimiyyət yaratmağa kömək 
edirdi. O biri tərəfdən isə kitab informasiyasına, yazıya yiyələnmək dolayı 
yolla da hakimiyyət yaradırdı. Bu səbəblərdən qədim ibtidai dövlət – cə-
miyyətlərdə informasiya qoruyucusu olan kitablardan sosial alət kimi isti-
fadə olunmağa başladı. Kitabdan çoxlu adamların rahat istifadəsi üçün yazı-
nın normativliyinin və identikliyinin inkişafına  əhəmiyyət verilməyə baş-
ladı. Artıq Finikiyada iyirmi dörd hərfdən ibarət fonetik əlifbanı bir gil löv-
hədə yerləşdirirdilər və arxeoloqlar belə lövhələrdən birini aşkar etmişlər. 
Fonetik yazı bu identikləşdirmə, müasir terminlə orfoqrafiya 
yaratma prosesini tamamladı  və bu, inqilabi nəticələr verdi. Əgər ibtidai 
insanlar fonetik yazıya qədərki mərhələni 90 min ilə keçdilərsə, fonetik 
yazıdan (kitab dövründən) müasir sivilizasiyaya qədərki dövrün tarixi 
cəmi 3 min ildir. Deməli, son 3 min ildə yazının, dillərin, təfəkkürün, 
sivilizasiyanın inkişafı  əvvəlki dövrə görə 30 dəfə cürətlə gedib. Sənaye 
inqilabları və maşınla kitab çapından sonrakı 5 əsrdə tərəqqi yenə fonetik 
yazıya qədər olduğundan 180 dəfə sürətlənib (90000 : 500 = 180). 
Sözlər insanın yaddaşındakı yüz minlərlə adsız obrazları idarə 
etmək, onları cins və növlər kimi sistemləşdirmək imkanı yaratdı. 
Məsələn, əvvəlcə balaca və böyük su anlayışı olmuşdur. Su ilə bağlı bütün 
sonrakı anlayışlar ancaq fonetik sözdən sonra yarana bilərdi. Məhz söz 
yaradıcılığı sayəsində insanlar okean, dəniz, göl, nohur, çay, şəlalə, hovuz, 
qab, stəkan, nəlbəki və  nəhayət litr kimi su həcmi ilə bağlı anlayışları 
fərqləndirdilər, yəni sözlə işarə edib sistemləşdirdilər.  
Dilin başlıca funksiyalarından biri fərdlərin yaddaşını  və  nəticə 
kimi iradəsini idarə edən alət olması idi. Hakimiyyət və müharibələr min-
lərlə insanı bir-iki rəhbərin əlində alətə çevirirdi: ovçuluq, əkinçilik, mü-
haribə texnologiyalarının inkişafı bu qullardan əvvəlcə  alət, sonra isə 
istehsalçı, sonra isə idarə olunan çoxiradəli kollektiv kimi istifadə im-
kanlarını ortaya qoydu. Bundan sonra əsir qulları yemək praktikası azaldı. 
Digər işarə növləri ilə yanaşı söz işarəsindən istifadə meydana çıxdı. 
Başçılar sözlə öz qullarını uzaq məsafədən də idarə etməyi öyrəndilər: 
bunlar qulların əmrləri icra etməyə öyrədilməsinin nəticəsi idi. Dilin ilkin 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə