Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə23/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   44

 
82
Burada re segaha məxsus üst tetraxordun səsləri və 
əksildilmiş üst kvintası daxil olur. Tetraxordun dördüncü pərdəsi 
yenə əksildilmiş alterasiyalı şəkildə özünü biruzə verir. 
Folklor qrupundan topladığımız digər bir mahnı  «Toyuna 
gəlləm, toyuna ay oğlan »  halay rəqs mahnısıdır. (Bax əlavə 25). 
Nümunə 25. I və II sətr. 
 
 
 
           
Trixord 
 
 
 
 
 
 
Bu mahnıda iki dəstənin unisonla başlanan melodiyası 
sonradan birinci və ikinci dəstə tərəfindən növbələşmiş şəkildə əks 
olunur. Bu dəstələr tərəfindən həm birlikdə  həm də ayrı-ayrı ifa 
olunan melodiya əvvəl unison sonra isə birinci dəstənin melodiyanı 
uzatması ilə nəzərə çarpır. Buraya əlavə ikinci dəstənin daxil olması 
K
3
 intervalları  əmələ  gətirir. «Halay» rəqs mahnısının səssırası 
1t+1\2 t quruluşlu trixord səssırasına uyğundur. Bu trixord şur 
məqamının ikinci tetraxordunun səssırasına aid olur. Mahnının 
sonunda iki dəstə birləşərək eyni melodiyanı ifa etməyə başlayır. 
Folklor qrupundan əldə etdiyimiz «Səfalı dağlar» halay rəqs 
mahnısı 
8
6
 ölçüdədir (Bax əlavə 26). Burada birinci dəstə öz melo-
diyasını oxuyarkən üçüncü xanədə onun melodik motivinə ikinci 
dəstə eyni təkrar melodiya ilə daxil olur. Bu səslər arasında kanonik 
sekvensiyaya bənzər ardıcıllaşan oxunuş prinsipi hetrofonik səslə-
nəmlərə uyğun olaraq xüsusi əhəmiyyət kəsb edir. Hər dəfə təkrar-
lanan melodiyada birinci dəstəyə əlavə olan ikinci dəstənin melodi-


 
83
yası arasındakı məsafə B
2
 intervalı verir. Mahnının sonunda hər iki 
dəstə unison olaraq eyni melodiyanı ifa edirlər. fa # mayəli məqam 
düzülüşünü nəzərə aldıqda biz asanlıqla bu «Halay» rəqs mahnı-
sının şur məqamının ikinci tetraxorduna aid olduğunu görürük. 
Nümunə 26. I və II sətr.    
 Tetraxord. 
 
 
 
 
 
 
 
 
Lakin bu tetraxordda həm də mayə pilləsinin alt aparıcı tonu 
da  əlavə olunaraq iştirak edir. Burada biz şur məqamının  əks 
olunduğu ikinci tetraxordda  mayənin üst aparıcı tonunun xromatik 
səslərini də görürük. 
Separadi kəndində folklor qrupunun repertuarından  əldə 
etdiyimiz «Mən deyim sən yaz oğlan»  halay rəqs mahnısı 
8
6
 
ölçüdədir (bax əlavə 27). Bu mahnının melodiyası dörd xanəli 
cümlədən ibarətdir. Birinci və ikinci dəstə bu cümləni melodik 
şəkildə bir neçə dəfə təkrar edir. Son olaraq isə unison şəklində hər 
iki dəstə melodiyanı oxuyaraq tamamlayır. Birinci dəstə melodiyanı 
oxumağa başladıqdan sonra isə ikinci dəstənin buraya daxil olması 
zamanı hər iki səs arasında K

intervalı əmələ gəlir. Mayə pilləsinin 
ətrafında dolanan bu melodiya yuxarıya və  aşağıya enən melodik 
xətt üzrə səslənir. Melodiyanın səs ardıcıllaşmasında şur intonasiya-
ları re şur məqamının səssırasına uyğun olaraq bu məqama məxsus 


 
84
orta tetraxordu özündə əks etdirir. Burada mayənin üst aparıcı tonu  
alterasiyalı şəkildə özünü göstərir. 
Nümunə 27. I və II sətr.                                        Tetraxord. 
 
 
 
 
 
 
 
 
 
Astara rayonunun Kakalos kənd sakini Fərbiyə  Şabanovanın 
yaratdığı  «Əvəsor» folklor qrupunun repertuarına daxil olan 
mahnılardan biri «İstiotum, ispanağım, gəl mənim  əziz qonağım» 
halay rəqs mahnısıdır. Bu mahnı 
8
6
 ölçüdədir (Bax əlavə 28). 
Mahnının  əsasında dörd xanəli cümlə dayanır. Bu melodik cümlə 
özlüyündə  həm də period şəklini ifadə edir. Buradakı period hər 
dəfə təkrarlanan zaman variant şəklində əks olunur. Birinci və ikinci 
halay dəstəsi unison şəklində halaybaşlığna daxil olan melodiyanı 
ifa edir. Sonradan bu dəstələr ayrı-ayrılıqda melodiyanı təkrar edir. 
Birinci dəstə təkrar melodiyanı oxuyarkən sonuncu uzanan burdon 
səsə ikinci dəstə  həmin melodiyanı yenidən təkrar edir. Bu zaman 
X
4
 intervalı
 
həcmində səsaltı polifonik səslənmələr meydana gəlir. 
Nümunə 28. I və II sətr. 
     
 
 
 Tetraxord. 
 
 
 
 


 
85
Ümumiyyətlə bütün mahnı boyu şur intonasiyaları  eşidilir. 
Mahnının səssırasının ardıcıllaşmasında biz re şur məqamına 
məxsus orta tetraxordu çox aydın görə bilərik. Bu tetraxorda aid 
olan re mayə  səsinin üst aparıcı tonu əksildilmiş alterasiyalı 
vəziyyətdə özünü göstərir. 
Xanələrdə alterasiyalı  səsin tez-tez dəyişməsi, dalğavari 
melodik hərəkət, ritmik şəkil dəyişkənliyi, oynaq xarakterli olması 
yenə də diqqəti cəlb edən cəhətləri kimi xarakterizə olunur. 
Fərbiyə xanımın ifasından  əldə olunan mahnılardan biri də 
lay-lay xarakterli “Çəltik” mahnısıdır (Bax əlavə 29). Bu mahnı
4
3
 
ölçüdə olub, sadə üç hissəli kuplet formasındadır. Buradakı 
periodlar a+b+a
1
 şəklində əks olunur. Bu mahnıya biz yenə «Halay» 
rəqs mahnısı kimi baxsaq, o zaman iki «Halay» dəstəsinin deyişmə 
şəklini görərik. «Çəltik» halay rəqs mahnısında birinci dəstənin ifa 
etdiyi melodiyanın sonuna ikinci dəstə öz melodiyası ilə daxil olur. 
Birinci periodun sonundakı uzanan burdon səs təkrar melodiyanı 
özünə daxil edərkən səsaltı polifonik səslənmə X
4
 çərçivəsində baş 
verir. Bundan əlavə biz burada yuxarıdan başlayaraq enən melodiya 
şəklində  səslənən xüsusiyyətləri bir daha görə bilərik.Bu mahnıda 
şur intonasiyaları özünü biruzə verir. Bu intonasiyalar öz 
növbəsində lya şur məqamının orta tetraxorduna uyğun olur. 
Sadə üç hissəli kuplet formasında olan bu nəğmənin b 
bölümündə segah intonasiyalarına keçid baş verir. Bu intonasiyalar 
isə öz növbəsində si segah məqamının səssırasına uyğunluq təşkil 
edir. 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə