Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə31/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   44

 
114
II 
Getdim gördüm bulaqdadır  
4+4 
Əl-üzünü yumaqdadır 
  4+4 
Qızıl üzük barmaqdadır                        4+4 
Anam ağla qəm saxlama 
 
4+4 
 
III 
Elə deyir mənəm-mənəm   4+4 
Mənəm şirazi geymərəm   2+6 
Mən heç kəsi bəyənmərəm  
4+4 
Anam ağla qəm saxlama 
 
4+4 
 
IV 
Lənkaranda  xan qalmadı   4+4 
Səfərdə soltan qalmadı 
  3+5 
İkimizdə can qalmadı 
  4+4 
Anam ağla qəm saxlama 
 
4+4 
 

Lənkəranın xanı 
üçün 
  4+4 
Şərəfdə soltanı  üçün   
 
3+5 
İkimizin canı 
üçün 
  4+4 
Anam ağla qəm saxlama 
 
4+4 
Burada birinci və ikinci bənddə qoşulub qaçan qızın xəbəri 
anasına gəraylı söyləməsi vasitəsilə çatdırılır. Üçüncü bənddəki 
gəraylıda isə özünü öyən gəlindən söhbət açılır. Bu bənd 
misralarına həm də « Bacım səni yola salım, mən bacısız necə qalım 
» halay rəqs mahnısında rast gəlinir. Dördüncü və beşinci bənddə 
iki sevgilinin həsrəti haqqında məcazi fikirlər öz əksini tapır. 
« Xanım-xanım, xanım bəylər qızı » halay rəqs mahnısında  
halaybaşlığ genişlənmiş şəkildə özünü göstərir. Burada 
Xanım-xanım, xanım bəylər qızı 
Xanım geyib təzədən qırmızı 


 
115
Durun gedək xanımın toyuna 
Çadranı örtək  xanımın boynuna 
şeir bəndi halaybaşlığ kimi icra olunur.  Bu səbəbdəndir ki, həmin 
halaybaşlığ  əslində özü gəraylı misralarına aid olmasına 
baxmayaraq, halaybaşlığ kimi oxunması onun şəkil dəyişməsinə 
səbəb olmuşdur. Əslində buradakı gəraylı 
Xanım-xanım  bəylər qızı   4+4 
Geyib təzədən qırmızı 
  5+3 
Gedək xanımın 
toyuna 
  5+3 
Çadranı örtək  boynuna                        5+3 
kimi formasındadır. Birinci bəndin birinci misrası 4+4, digər 
misraları isə 5+3 yarımmisralarının heca birləşmələri ilə əks olunur. 
Bu bəndin birinci və ikinci misrasında « xanım » sözü misraya 
əlavə edilir. Üçüncü misranın  əvvəlinə « durun » sözü, dördüncü 
misrada isə « xanımın » sözü misraya əlavə olunur. Halaybaşlığında 
istifadə olunan həmqafiyəli misralar isə 4+4 şəklində özünü 
gtöstərir. Bu misraların hər birinin oxunuşundan sonra halaybaşlığ 
bir bənd şəklində ifa olunur. 
Xanım-xanım , (xanım) bəylər qızı 
(Xanım) geyib təzədən qırmızı 
(Durun)  gedək xanımın toyuna 
Çadranı örtək (xanımın) boynuna 
 
Evlərinə  getdim  gecə              4+4 
Bişirdilər bir cüt cücə    
4+4 
Oğlan sənin halın necə   
4+4 
Burada xanımın toyunun getməsindən, ona hədiyyə edilmə-
sindən söhbət açılır. «Halay» rəqs mahnısındakı  bənd misraları « 
Bacım səni yola salım, mən bacısız necə qalım » halay rəqs 
mahnısında istifadə olunmuşdur. 
« Aman ay bala ceyran » halay rəqs mahnısı iki bənddən 
ibarət bayatı üzərindədir. Birinci bəndin birinci və dördüncü 
misraları  4+3, ikinci misrası 2+5, üçüncü misrası isə 3+4, ikinci 
bəndin birinci, ikinci misraları 4+3, üçüncü və dördüncü misraları 


 
116
isə 3+4 yarımmisra heca birləşmələri şəklində formalaşır. Birinci və 
ikinci bəndin üçüncü misrası sərbəst, digər misraları isə həmqafiyəli 
şəkildə qurulur. « Aman ay bala ceyran » halaybaşlığ misrası ikinci 
bəndin ikinci misrasına «yar bala, tərlan bala » tərkib sözlərinin 
əlavə edilməsi ilə    hər iki misradan bir halaybaşlığ kimi təkrar 
olunur. Mahnının sonunda halaybaşlığının bütövlükdə  səslənməsi 
ona çərçivəli quruluş verir. 
Aman ay bala ceyran   
5+2 
Sənə qurban ollam yar        
5+2 
Ceyran bala tərlan bala  
4+4 
Yar bala tərlan bala 
 
3+4 
 

Dağ başında işıqdır  
4+3 
Dağa tər şehli- şıqdır     
2+5 
Qaynanam məni sevmir 
3+4 
Oğlu mənə aşiqdir (ay)  
4+3 
II 
Oxu-oxu ollam yar 
 
4+3 
Sənə qurban ollam yar   
4+3 
Sən orda quran oxu  
 
3+4 
Mən burda şad ollam yar 
3+4 
 
Aman ay bala ceyran 
Sənə qurban ollam yar 
Ceyran bala, tərlan bala 
Yar bala tərlan bala 
Burada sevən qızın öz yarına inanması, onu əzizləməsi, 
bununla yanaşı onun qaynanasının sərt xarakterə malik olması 
halayın poetik məzmununda öz əksini tapır. 
« Kinəlim-kinəlim,çiki pəvəndi » halaybaşlığ ilə başlanan bu 
«Halay» rəqs mahnısında 11 hecalı qoşma istifadə olunmuşdur. 


 
117
   Talış dilində                                    Azərbaycan dilinə tərcümə 
 
Kinəlim-kinəlim, çiki pəvəndi    6+5  Gözəlim-gözəlim kimin yarısan 

Əvəsore, hani-hitdə əştəmon     4+7     Bahar gəlib, oyanmışıq uyğudan, 
Qədə-qədə tilisimədə beştəmon, 4+7    Qurtuluruq tilsimdən, qayğıdan, 
Əmə ısə bənə həşi vəşdəmon,     4+7    Günəş kimi biz yanırıq duyğudan 
Kinəlim-kinəlim çiki pəvəndi                Gözəlim-gözəlim kimin yarısan 
 
II 
Ba Lankon bebəşem dılım dı naxşe,6+5Lənkarana çıxdım qəlbimcüt naxış 
Cifədəm dastəmol miyonəş naxşe,  6+5      Cibimdə dəsmalın ortası naxış 
Bə cifim dast məjən çi balə baxşe. 6+5      Cibimə əl vurma balama paydır 
Kinəlim-kinəlim çiki pəvəndi?                  Gözəlim- gözəlim kimin yarısan 
 
III 
İki gəmi gəlir sürdüm Salyana 
6+5 
Açdım pəncərəni baxdım hər yana 
6+5 
Lənkəran qızları dönüb ceyrana  
6+5 
Kinəlim-kinəlim çiki pəvənde? 
 
IV 
Bə boə boğ dəşim mı vıl çınime,   6+5     Qardaşın bağına girib gül dərdim 
Jıqo sərxoş bimə coni qınime,   6+5     Elə sərxoş oldum, canımdan oldum 
Boə xıça eğete az vıl  çınıme. 6+5  Qardaş budağı əydi mən də gül dərdim 
Kinəlim-kinəlim, çiki pəvəndi        Gözəlim-gözəlim kimin yarısan? 
 
«Halay» rəqs mahnısında  hər dəfə  bəndlərin birinci üç 
misrası təkrar melodiyaya əsaslanaraq ifa olunur. Cavab cümləsi isə 
dördüncü misra kimi verilən halaybaşlığ sözlərinə əsaslanır. Burada 
bənd misraları 6+5 misra-söz uzlaşmaları  əsasında özünü göstərir. 
«Halay» rəqs mahnısı bir periodluq cümlə  şəklində  əks olunur. 
Dörd bənd  şəklində rast gəldiyimiz bu mahnının birinci bəndində 
təbiətin  oyanması, yazın gəlişi, arzuların doğması, yar sevgisi ilə 
bu  əlamətlərin müqayisə olunması öz əksini tapır. Digər bəndlər 
Lənkaran qızlarının gözəlliyinə və sevgi- məhəbbət mövzusuna həsr 
olunur. 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə