Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə29/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   44

 
107
etdiyi bənd misralarında 7 hecalı misralara rast gəlinir. Burada 
halaybaşlığ birinci,  ikinci və dördüncü misraları 3+3, üçüncü 
misrası 4+3, bənd misraları isə 4+3, 5+2, 3+4 şəklində verilir. 
             Talış dilində                              Azərbaycan dilinə tərcümə 
In vəyə mubarək 
3+3         Bu toy mübarək 
In vəyə mubarək 
3+3         Bu toy mübarək 
İqlə şəvi ğonağe 
4+3          Bir gecənin qonağıdır 
In vəyə mubarək 
3+3         Bu toy mübarək 

Şəvi lampəye  kinə 
5+2         Gecənin lampası qız 
Küli şambəye kinə 
5+2         Zülfündə darağı qız 
Bə kəyro vaşe ğıbon  3+4         Evə qurban gətirdi 
Nənə ğonağe kinə 
5+2         Nənənin qonağı qız 
 
Iştı nənə bəştı ğıbon 
4+4         Anan sənə qurban 
I şəvi ğonağe kinə 
4+4         Bir gecənin qonağı qız 
II 
Iştə pıə səy barz bıkə  3+4         Ucalt atanın başın 
Iştə moə səy barz bıkə  3+4         Ucalt ananın başın 
Iştə eli dılədə   
4+3         Öz elinin içində 
Iştə kəy səy barz bıkə  3+4         Ucalt evinin başın 
Iştı nənə bəştı ğıbon 
4+4         Anan sənə qurban 
I şəvi ğonağe kinə 
4+4         Bir gecənin qonağı qız 
In vəyə mubarək 
3+3         Bu toy mübarək 
In vəyə mubarək 
3+3         Bu toy mübarək 
İqlə şəvi ğonağe 
4+3         Bir gecənin qonağıdır 
In vəyə mubarək 
3+3         Bu toy mübarək 
Burada yenə halaybaşlığlarının söylənməsi nəğmənin sonluğu 
kimi verilir. Bu isə mahnını üç hissəli kuplet variant quruluşunda 
əks etdirir (a+b+a
1
).

Burada söz tərkiblərinə rast gəlinmir. 
«Halay»ın məzmununda ananın öz qızını oxşamasından, onun 
gözəlliyindən bəhs olunur. Xor şəklində söylənən bu nəğmədə artıq 
ananın öz  qızının ailə qurması münasibətilə yola salacağı, onun 
iztirab çəkəcəyi, darıxacağı haqqında  əvvəlcədən xəbər verilir. 


 
108
Ümumiyyətlə bu mahnı özündə bir daxili sevinc və qəmli xarakterin 
uzlaşmasını əks etdirir. 
« Qardaş getmə  sənin yolun dumandır » halay rəqs 
mahnısında halaybaşlığ şəklində oxunan misra hər bəndin sonunda 
təkrar olunur. Burada istifadə olunan «Halay»ın mətni 11 hecalı 
qoşma prinsipinə əsaslanır. Bundan sonra biz əsasən birinci bəndin 
birinci və ikinci misrasının təkrar melodiyaya əsaslanmasını  və 
birinci misranın iki dəfə  təkrarını müşahidə edirik. Burada cavab 
cümlə isə qoşmanın birinci bəndinin ikinci misrasına  əsaslanır. 
Daha sonra isə  təkrar səslənən period  nəticəsində digər bənd 
misralarının istifadəsini də görürük. «Halay»  mahnısında altı 
bəndlik qoşma şeir  növünə rast gəlinir 

Gedin deyin mənim ağa dayıma   4+7 
Sehr eyləsin çəmənimə, çayıma   4+7 
Yığsın aşıqları gəlsin 
toyuma 
  6+5 
Qardaş getmə sənin yolun dumandır  
4+7 
Gedən yollarına canım qurbandır.   6+5 
II 
Gedirdim yol ilə o gördü məni 
  6+5 
Aldı velasiped mindirdi məni 
  6+5 
Ağaboylim bilsə öldürər məni 
  6+5 
Qardaş getmə sənin yolun dumandır  
4+7 
Gedən yollarına canım gurbandır.   6+5 
Bu «Halay» mahnısında  Azərbaycan dilində oxunan misraları 
bayatı, talış dilində ifa olunan misraları isə gəraylı şəklində təzahür 
edir. 
Qoşma misralarının həmqafiyə şəklində üç-üç sıralanması bu 
misralarda  əvvəldə  və sonda birinci bəndin birinci və ikinci 
misralarının bənd sonluqları kimi təkrarlanması xüsusilə diqqət 
çəkir. Birinci bənddə birinci misra 4+7, ikinci misra  6+5, üçüncü 
misra isə 5+6 şəklində birləşir.  İkinci bəndin bütün misraları isə 
4+7, üçüncü bəndin ilk iki misrası 4+7, üçüncü misrası isə 6+5, 
dördüncü bəndin birinci və ikinci misrası 6+5, üçüncü misrası isə 


 
109
5+5, beşinci və altıncı bəndin bütün misraları 6+5 yarımmisraların 
birləşməsi  şəklində  əks olunur. Bu «Halay» mahnısında  bacının 
qardaşa oxuduğu ağı xarakterli nəğmə  əks olunur. Burada əsasən 
bacının qardaşa olan sevgisi, həm də bu bacının yaxın gələcəkdə 
toyunun olmasına işarət edilir. 
« Çal belə qurbanın olum, çal belə, gedər bu dövran daha 
gəlməz  ələ » halay rəqs mahnısı 7 hecalı bayatıya və 8 hecalı 
gəraylıya  əsaslanmışdır. Mahnının  Azərbaycan dilində oxunan 
misraları bayatı, talış dilində ifa olunan misraları isə  gəraylı 
şəklində  təzahür edir. Burada « Çal belə qurbanın olum, çal belə, 
gedər bu dövran daha gəlməz  ələ » halaybaşlığının bəndlər 
arasındakı  təkrarı 11 hecalı qoşma  şeir növü istifadə edilmişdir. 
Bənd misralarının sonunda isə « çal belə » söz tərkibi hər dəfə 
təkrar olunur. Bu söz tərkibi «Halay» rəqs mahnısında istifadə 
olunan melodiyanı tonikaya çatdırılmasında mühüm əhəmiyyət kəsb 
edir. Burada istifadə olunan tərkib sözləri həm nöqtəli çərək, həm 
nöqtəli yarım notlarla ifadə oluna bilir. Bu «Halay» rəqs mahnısı 
beş  bənddən ibarət olan bayatı formasında rast gəlinir. Lakin 
üçüncü bəndin sonunda misra yarımmisraları 3+5 şəklində 
birləşərək gəraylı misraları kimi də  təzahür edir. Birinci bəndin 
ardıcıl iki misrası  və sonuncu misrası 5+3, üçüncü misrası 5+2 
yarımmisra birləşmələri  şəklində  əks olunur. İkinci bəndin birinci 
və ikinci misrası 3+4, üçüncü və dördüncü misraları 4+3, üçüncü 
bəndin birinci, ikinci misrası 4+3, üçüncü misrası 3+4, dördüncü 
bəndin birinci, ikinci və dördüncü misraları 4+3, üçüncü misraları 
3+4, beşinci bəndin bütün misraları 4+3 yarımmisra  şəklində 
birləşərək bayatı misralarına uyğunlaşır. 
Talış dilində                                    Azərbaycan dilinə tərcümə 
Bıjən bıqardom bəsə, bıjən joğo  7+4  Çal belə qurbanın olum çal belə  8+3 
Bə dast əvoni həni devran joğo    5+6  Gedər bu dövran daha gəlməz ələ 5+6 
 

   
 
                                I 
Bə həşi çəşi diyəkə (bıjən joğo) 5+3    Günəşin gözünə bax (ay çal belə) 3+4 
Bə şəyi kəşi diyəkə(bıjən joğo)  5+3    Köynəyin qoluna bax (çal belə)    3+4 
Nənə bə balə ğıbon(bıjən joğo) 5+2     Nənə balaya qurban (ay çal belə) 2+5 
Bə vəyə pəsi diyəkə(bıjən joğo)  5+3   Toyun qoyununa bax (çal belə)    2+5 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə