Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə27/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   44

 
99
oxşama, ikinci bənddə bu körpəyə  dərin məhəbbət hissi, üçüncü 
bənddə körpənin yuxuya dalması, bəylik yorğanının salınması, 
toyda bişiriləcək düyünün təsvir olunması, nehrə çalan zaman 
əzizlənmə xarakterinin olması meydana çıxır. Bu beşik mahnısında   
oxunan bayatıların misra söz birləşmələri 2+2, 1+3 şəklində olub, 4 
hecalı bayatıya  əsaslanır. Söylənilən bayatıların birinci, ikinci və 
sonuncu bəndlərində, üçüncü bəndinin birinci və üçüncü 
misralarında 2+2, üçüncü bəndin ikinci və dördüncü, dördüncü 
bəndin bütün misralarında 1+3 heca söz birləşməsi  şəklində misra 
quruluşları öz əksini tapır. Burada beşinci bənd gəraylı  şəklində 
təqdim olunaraq iki misradan ibarət olur. Bu gəraylının bütün 
misraları 4+4, ikinci misrası isə 2+6 şəklində xarakterizə olunur. 
Balam lay-lay, balam lay-lay   
4+4 
Körpəm lay-lay, quzum lay-lay 
4+4 
 

Ömrüm, günüm, həyat eşqim        
4+4 
Canım lay-lay, quzum lay-lay       
4+4 
 
II 
Lay-lay dedim  sən yatasan          
4+3 
Şirin yuxu (sən) tapasan 
 
4+3 
 
III 
Yun didərəm, naz edərəm   4+4 
Bəy yorğanın mən tutaram 
 
4+4 
 
IV 
Süfrəmizin şahı düyü    
     
 6+2 
Toylar yaraşığı 
düyü 
  6+2 
V 
Sən nemətsən, yaraşıqsan   4+4 
Süfrəmizə sən zinətsən  
 
4+4 
 


 
100
VI 
Nehrəm gəlsin, nehrəm gəlsin   
4+4 
İçi dolu yağlar gəlsin 
  4+4 
 
«Ağlama ceyran balası  ağlama, gedər gözlərin qarası 
ağlama» halaybaşlığının təkrarı zamanı 11 hecalı qoşma növü 
istifadə olunmuşdur. Bu halaybaşlığ mahnının hər bənd misrasından 
sonra təkrar olunur. 
 
Ağlama ceyran balası ağlama  
8+3 
Gedər gözlərin qarası ağlama  
8+3 

(Ay) Masallı yeddi gecə  
 
3+4 
(Ay) yeddi yol, yeddi gecə  
3+4 
(Ay) qardaşa toy eylərəm   3+4 
(Ay) yeddi gün, yeddi gecə  
3+4 
Bu «Halay» rəqs mahnısının halaybaşlığının birinci və ikinci 
misrası 8+3 şəklində əks olunur. Burada bənd misraları 3+4 bayatı 
şəklində verilərək hər misranın  əvvəlində «ay» tərkib sözündən 
istifadə olunur. «Ay» tərkib sözü səkkizlik not üzərində verilən 
8
6
 
ölçünün birinci zərbəsində əks olunur. Bayatı misraları 3+4 şəklində 
birləşir. Halaybaşlığının səslənməsindən sonra bayatı  səslənməsi 
baş verir. Bir növ burada halaybaşlığının ifası rondal xarakter 
daşıyır. Burada hər bayatı misrasının deyilişindən sonra «ağlama 
ceyran balası, ağlama» halaybaşlığının birinci misrası təkrar olunur. 
Bayatının misraları bir bənd təşkil edir. Burada əsasən kuplet – 
variant formasına rast gəlinir. Birinci və ikinci dəstənin bir-birinə 
söylədiyi «Halay» rəqs mahnısının sözləri bədahətən söylənsə  də
bu söyləmənin daxilində aşıq musiqisində olduğu kimi şeir forması 
və onun melodik ünvanlanması xüsusi sistemə tabe olur. 
Halaybaşlığının söyləməsinin  əvvəlində  və sonunda bütöv şəkildə 
deyilməsi bu «Halay» mahnısına  çərçivə quruluşu gətirir. Bir növ 
ekspozisiyanın sonunda yenidən təkrar olunma baş verir. 


 
101
Halaybaşlığında gəlin köçən qıza yaxınlarının ona təsəlli verməsi 
xüsusilə qeyd olunur. Bacının dilindən qardaşa ediləcək toyun tərifi 
xarakterizə olunur. 
«Ay nənəm o» halay rəqs mahnısında beş hecalı bayatıdan 
istifadə edilmişdir. 

Girərəm meşəyə  
 
(ay nənəm o)   
3+3 
Dərərəm bənövşə 
  
(ay nənəm o)   
3+3 
Bacı həmişə 
 
  (ay 
nənəm o)   
2+3 
Qardaşa qurban  
 
(ay nənəm o)   
3+2 
Maraqlı hallardan biri odur ki, burada «Ay nənəm o» 
halaybaşlığ misra söz tərkibi kimi istifadə olunmuşdur. Birinci iki 
misrada heca bölümləri 3+3, üçüncü misra 2+3, sonuncu misra isə 
3+2 yarımmisra şəklində birləşir. «Halay» rəqs mahnısı «Ay nənəm 
o» söz tərkibi birinci iki misrada eyni metroritmik və melodik 
quruluşla, üçüncü isə variantlı motiv birləşmələri  əsasında öz əksini 
tapır. 
Bu «Halay» rəqs mahnısında bacının qardaşa hörmət 
bəsləməsindən bəhs olunur. Bu bir bəndli şeiri də bu cür xarakterizə 
etmək olar: yazqabağı  səfərdən qayıdan qardaşın həsrətini çəkən 
bacı anasına qardaşını necə qarşılayacağı haqqında söyləməsi öz 
əksini tapır. 
«Bu toy mübarək olsun» halay rəqs mahnısı özündə bayatı 
misralarına uyğun beyt şəkilli halaybaşlığının və iki bənd dörd 
misradan ibarət gəraylını biləşdirir. 
Bu toy mübarək 
olsun 
  2+5 
Toyun mübarək 
olsun 
  2+5 
 

Əllərə xına 
yaxarlar 
  3+5 
Gözlərə sürmə çəkərlər 
  3+5 
Elimizin adəti 
var 
  4+4 
Toyda noğul paylayarlar 
 
4+4 
Toyun mübarək 
olsun 
 
  2+5 


 
102
 
II 
(Ay) bu elin gözəl qızı 
  4+4 
Həm sonası, həm pərisi 
  4+4 
(Ay) xına yaxın telinə 
  3+5 
(Ay) nişan taxın əlinə 
  3+5 
 
Nişan mübarək olsun   
   
     2+5 
Nişan mübarək 
olsun 
  2+5 
Xınan mübarək olsun   
            2+5 
«Halay»da iştirak edən insanlar (Halayçılar) unison şəkildə 
halaybaşlığını ifa edirlər. Bu «Halay» rəqs mahnısında periodun 
əsaslandığı birinci fraza birinci misra üzərində üç dəfə  təkrar 
olunur.  İkinci misra isə bir dəfə oxunaraq sual cümləsini 
tamamlayır. Cavab cümlə  gəraylı misralarının halaybaşlığ ilə 
qarşılaşması  şəklində  əks olunur. Birinci dəstənin ifa etdiyi ibarə 
gəraylının birinci bəndinin misrasına  əsaslanır. Bu beyt yenidən 
yeddi hecalı halaybaşlığ ilə başlayan bayatıyla qarşılaşır. Gəraylının 
üçüncü misrası cavab cümləsi şəklində olan halaybaşlığ ilə birləşir. 
Gəraylının dördüncü misrası ilə birinci misranın melodiyası eyni 
melodik motivə  əsaslanır. Yenidən təkrarlanan halaybaşlığ  əvvəlki 
melodiya  əsasında beyt şəklində  təkrarlanır. Burada halaybaşlığ 
söyləməsi unison şəkildə ifadə olunur. Bu «Halay»ın ikinci dəfə 
təkrarı zamanı bayatı misraları halaybaşlığının sözləri variant 
şəklində üzə  çıxır. «Halay» rəqs mahnısında «Bu toy mübarək 
olsun»  halaybaşlığ «Toyun mübarək olsun», «Nişan mübarək olsun 
», «Xınan mübarək olsun» bənd misraları ilə  əvəz olunur. 
Halaybaşlığının birinci yarımmisralarında «bu toy» və «toyun» 
sözlərinin «nişan» və «xınan» sözlərinin əvəzlənməsi şəklində ifadə 
olunur. Gəraylının birinci bəndinin ilk iki misrası 3+5, üçüncü və 
dördüncü misrası 4+4, ikinci bəndinin birinci iki misrası ardıcıl 
olaraq 4+4, üçüncü və sonuncu misrası isə 3+5 şəklində ifadələnir. 
Şeirin bədii cəhəti xınayaxtı  mərasimi zamanı  tərif və  təbrik 
şəklində  əks olunur. Bu xınayaxtı gecəsində keçirilən mərasim 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə