Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə28/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   44

 
103
zamanı  əllərə  xına yaxmaq, gözlərə sürmə  çəkmək, noğul,  şirni 
paylamaq  və s. haqqında məlumat verilir. 
«Xonçaya  düzdüm noğulu badamı, mübarək olsun gəlinin 
qədəmi» halaybaşlığ ilə başlanan «Halay» rəqs mahnısı 11 hecalı 
qoşmaya  əsaslanaraq misraların 5+6 yarımmisrası  əsasında 
formalaşır. 
 
Xonçaya düzdüm noğulu badamı   5+6 
Mübarək olsun gəlinin qədəmi 
  5+6 
 

Ellər deyər mənəm-mənəm 
  4+4 
Mənəm şirazi geymərəm   2+6 
Mən heç kəsi bəyənmərəm 
  4+4 
Mübarək olsun gəlinin qədəmi 
  5+6 
Burada hər gəraylı söyləməsindən sonra halaybaşlığının 
birinci misrası qoşma nəqarət  şəklində daxil olaraq «Halay»a 
«rondal» xarakteri verir. Bu «Halay» rəqs mahnısının birinci və 
üçüncü misraları 4+4, ikinci misrası isə 2+6  yarımmisraların 
bölümləri  əsasında qurulur. Gəraylının istifadə olduğu misralar 
qoşmada istifadə olunan misralarla müqayisəli şəkildə və dəstələrin 
deyişməsi  şəklində xarakterizə olunur. Bu mahnıda  gəlinin 
təkəbbürlü xarakterindən söhbət açılır. Baxmayaraq ki, gəlin qədəm 
qoyduğu ailənin daxilində hörmətlə qarşılanaraq tərif olunur, 
bununla yanaşı o, özünü öyür və özündən razı xasiyyətini izhar edir. 
« Nananay nay nanay »  halaybaşlığı ilə başlanan «Halay» 
rəqs mahnısı 7 hecalı bayatı formasında  əks olunur. Birinci dəstə  
birinci və ikinci misranın eyni melodiya üzərində variantlı  şəkildə 
ifa edir. Buradakı səslənmələr halaybaşlığının melodiyasına istinad 
olunur. Halaybaşlığ  hər bənd misrasından sonra təkrar olunur. 
Səslənən bu təkrar melodiya bayatının birinci bənd misrasını 
özündə  əks etdirir. Daha sonra isə halaybaşlığ yenidən təkrarlanır. 
Melodiyanın belə strukturda özünü göstərməsi isə silsilə quruluşunu 


 
104
əks etdirir. Bu silsilə quruluşu a+a
1
+a

..... və s. quruluşunda ola 
bilər. 
Na-na-nay nay na-nay   
 
     3+3 
Nay na-na-nay nay na-nay   
 
4+3 
Na-na-nay nay na-nay   
 
 
3+3 
Nay na-na-nay nay na-nay   
 
4+3 
 

Başımda ağ şalım var    
                 
3+4 
Ağ şala oxşarım 
var 
 
   3+4 
Özüm talış balası 
 
   2+5 
Ceyrana oxşarım 
var 
   3+4 
 
II 
Əzizim əsmə külək 
 
   3+4 
Səbrimi kəsmə külək 
   3+4 
Sevgilim yol üstədir 
 
   3+4 
Yolunu kəsmə külək 
   3+4 
 
Gülüm ay nay na-nay    
 
 
3+3 
Na-na-nay 
nay 
na-nay 
   3+3 
Nay na-na-nay nay na-nay 
 
 
4+3 
Na-na-nay 
nay 
na-nay 
   4+3 
Gülüm ay nay na-nay   
 
 
3+3 
Burada aşiqin yarına bəslədiyi məhəbbət öz əksini tapır. 
«Halay»da həm də  qəhrəmanın gözəl olması, özünün tərifi onun 
dilindən söylənilir. Bayatının ikinci bəndində isə sevgili yar küləyə 
müraciət edərək ondan imdad istəyir. Bu bayatıda birinci bəndin 
birinci, ikinci, dördüncü misraları 3+4, üçüncü misrasında isə 2+5 
şəklində söz birləşmələri öz əksini tapır. İkinci bənd isə bütövlükdə 
3+4 şəklində birləşir. Hər iki bənddə misraların sonunda  « na-na- 
nay » sözləri tərkib sözləri kimi istifadə edilir. Belə tərkib sözlərinin 
üzə çıxması aşıq musiqisində ədəbi-poetik prinsiplə bağlıdır.
 


 
105
« Dedim ala gözlü kimin yarısan, ay qara gözlü kimin 
yarısan » halaybaşlığ ilə başlanan «Halay» rəqs mahnısı 11 hecalı 
qoşma üzərindədir. Burada misraların yarımmisraları birinci 
misralarda əsasən 6+5, digər misralarda 5+5 şəklində ifadə olunur. 
Dedim ala gözlü kimin yarısan        
6+5 
Ay gara gözlü kimin yarısan           
5+5 
 

Əmimə demişəm mənə saz alsın 6+5 
Sazımı çalım dərdim, qəmim azalsın 4+7 
Oğluna getmərəm oğlu qız alsın 6+5 
Dedim ala gözlü kimin yarısan           6+5 
Ay qara gözlü kimin yarısan  
5+5 
Burada birinci dəstə melodik periodu oxuyan zaman qoşma-
nın birinci və ikinci misrasından istifadə edir. Daha sonra ikinci 
dəstə yenidən birinci dəstənin melodiyasını təkrar olaraq eyni mis-
ralar üzərində oxuyur. Melodiyanın təkrarı qoşmanın variant şəkilli 
digər misranı da özünə daxil edir. Bu «Halay» rəqs mahnısında 
təkrarlanan halaybaşlığ misraları  hər dəfə eyni melodik struktur 
üzərində öz əksini tapır.Variantlı  və  sıçrayışlı notlar misraların 
birinci hissəsinə düşür. Mahmudavar kəndində  əldə etdiyimiz bu 
qoşma növü bir halaybaşlığ bir bənddən ibarətdir. Bu bənddə  və 
halaybaşlığında istifadə olunan melodik struktur bir növ qoşmada 
əks olunan hiss və düçüncələri dinləyicilərə çatdırmağa xidmət edir. 
Burada  əmioğlunun  əmisi qızını sevməsi, onun gözəlliyini 
oxşaması, lakin sevgisinin cavabsız qalması halaybaşlığında ifadə 
olunur. Digər misralarda isə əmiqızının kimi isə sevməsi, əmioğluna 
qardaş gözü ilə baxması təsvir olunur. 
« Sonalar – sonalar » halaybaşlığı ilə başlanan «Halay» rəqs 
mahnısı iki bəndlik 7 hecalı bayatıya  əsaslanır. Bu mahnıda 
halaybaşlığının birinci misrası bəndin birinci və üçüncü misrasından 
sonra halaybaşlığının  ikinci, üçüncü misrası isə    bəndin ikinci və 
dördüncü misrasından sonra hər dəfə təkrarlanır. Burada «Sonalar – 
sonalar » müraciət tipli halaybaşlığ bayatının söz tərkibi kimi əks 


 
106
olunur. Misra sözlərinin arasında isə «bala-bala », «bir dəstə reyhan 
», « yar-yara heyran» misra sözləri bir növ 5 hecalı bayatı tipli söz 
tərkibləri kimi ifadə olunur. 
Sonalar-sonalar 
  3+3 
Bir dəstə reyhan (bala-bala)  3+2 
Yar yara heyran                        3+2 
 

Əlim əlində deyil  
 
2+5 
Şalın belində deyil 
 
2+5 
Sənin dərdin əlacı   4+3 
Mənim əlimdə deyil   
2+5 
II 
Evləri köndələn yar 
 
3+4 
Bizə gül göndərən yar   
2+5 
Gülün yarpıza dönsün    
2+5 
Bizdən üz döndərən yar 
2+5 
Burada söz tərkibləri özlərinə « bala–bala » sözlərini daxil 
edirlər. Melodiyanın səslənməsi zamanı birinci dəstə öz çıxışını 
sadaladığımız söz tərkibləri əsasında qurur. Daha sonra ikinci dəstə 
isə bu söz tərkibləri  əsasında öz ifasını daxil edir. «Halay» da hər 
misradan sonra qeyd olunan söz tərkibləri təkrar olunmağa başlanır. 
Bayatının bütün misralarının söylənməsi zamanı ikinci dəstənin 
melodiyalarına qayıdılır. « Sonalar-sonalar » halay rəqs mahnısında 
istifadə olunan misralar 4+3, 2+5, 3+4 şəklində birləşir. Bu şeirdə 
yarın yara dönük çıxması, onların vaxtilə bir-birinə olan məhəbbəti, 
daha sonra ayrılıqla nəticələnmiş sonluğun baş verməsi xarakterizə 
olunur. Burada istifadə olunan beyt həm də qarğış xarakteri daşıyır. 
« In vəyə mübarəke » (bu toy mübarək) mahnısında  halay-
başlığ söylənməsi 6 hecalı misra üzərində verilir. Lakin, bu halay-
başlığ misraları  bənd misraların səslənməsi zamanı  həmin misra-
ların sonlarında təkrar olunur. Maraqlı hallardan biri də budur ki, 
mahnının nəqarəti kimi çıxış edən iki misrası 8 hecalı  gəraylı  şeir 
formasına uyğun olur. Əsasən bayatı misralarının üstünlük təşkil 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə