121
Maraqlı cəhətlərdən biri də odur ki, geniş şəkildə verilmiş
halaybaşlığının üçüncü misrası 4+4 şəklində birləşərək 8 hecalı gəraylı
misrası kimi ifadələnir.
« Toy eylə, gəlləm toyuna ay oğlan » halay rəqs mahnısında
halaybaşlığ gəraylı şeir formasında təzahür edir.
Toy eylə, gəlləm toyuna (ay oğlan)
3+5
Qaynanan qurban boyuna (ay oğlan) 3+5
I
Çayın qırağındayam
2+5
Çeşmə çırağındayam
2+5
Balam toyun başladı
2+5
Aşıq sorağındayam
2+5
II
Lənkəran şəhər
oldu
3+4
Yatmadım səhər
oldu
3+4
Bivəfa yar əlindən 3+4
Yediyim zəhər
oldu
3+4
Halaybaşlığ misralarının yarımmisra heca birləşmələri 3+5
şəklində özünün göstərir. Bu halaybaşlığ hər bənd misrasından
sonra hər dəfə təkrarlanır. Halaybaşlığ misralarının sonuna «ay
oğlan» tərkib sözləri əlavə edilir. Burada qaynananın öz yeznəsini
əzizləməsi xarakterizə olunur. Bundan fərqli olaraq bənd misraları
isə bayatı şəklində öz əksini tapır. «Halay» rəqs mahnısında bayatı
iki bənddən ibarətdir. Birinci bənd misraları bütövlükdə 2+5, ikinci
bəndin misraları isə 3+4 yarımmisra heca birləşmələri kimi öz
əksini tapır.
Bayatının birinci bəndinin məzmununda ananın öz oğluna toy
tədarükü görməsi, ikinci bəndin məzmununda isə yarın vəfasızlığı
əsas xarakter daşıyır.
Rast gəldiyimiz « Səfalı dağlar » halay rəqs mahnısında 7
hecalı bayatıdan istifadə edilmişdir. Bu bayatı iki bənddən ibarətdir.
Mahnının halaybaşlığının birinci misrası hər bənd misrasından
sonra təkrar olunur. Bənd misralarının sonunda isə halaybaşlıq
misraları bütövlükdə səslənir. Bir perioddan ibarət olan mahnıda
122
qeyri assimmetrik cümlələr verilir. Bayatının sonuncu bəndi cavab
cümləsinə əsaslanır. Burada kvarta sıçrayışı birinci cümlədə
xüsusilə nəzər diqqəti cəlb edir. Halaybaşlıq öz melodiya strukturu
baxımından birinci sual cümləsinin təkrarlanması ilə əks olunur.
Bayatının birinci və ikinci misralarının həmqafiyəsi ilə bitən
melodiyalar eyni səslənməyə tabe olur. Bayatının üçüncü sərbəst
misrası və dördüncü həmqafiyə misrası cavab cümləsinə aid olaraq
«Halay» mahnısının ümumi bir period şəklində sona çatmasına
xidmət edir. Birinci bənd bütövlükdə, ikinci bəndin üçüncü
misrasında 4+3, digər misralarında isə 3+4 şəklində birləşir.
Talış dilində Azərbaycan dilinə tərcümə
Ha bebəfoynə
bandon,
Ay
bivəfalı dağlar
Əcəb səfoynə bandon
Əcəb bivəfalı dağlar
I I
Bə boğ dəşim bo əno,
4+3 Bağa girdim nar üçün,
Ənom çıne bo həmro,
4+3 Nardan
dərdim yar üçün,
Həmrom bebəfo beşe,
4+3
Yarım bivəfa çıxdı,
Həyfim ome bo əno.
4+3
Heyfim gəldi nar üçün.
II
Boğədə əno şine, 3+4
Bu
bağda nar şirindir,
Bibisən əno şine, 3+4
Heyvadan
nar
şirindir,
Vey səğ bıbu odəmon,
4+3 Çox sağ olsun adamlar,
Həməysə həmro şine
3+4 Hamıdan yar şirindir.
Bu «Halay» mahnının halaybaşlığının poetik məzmununda
daşlara şikayət əsas məzmun kimi üzə çıxır. Bayatı bəndlərində isə
yarın vəfasızlığı, qardaşa məhəbbət, bu prinsiplərin təbiətlə
müqayisələnməsi, toya hazırlıq, sevgi həsrəti və s. öz əksini tapır.
« Ey gülü manqal oğlan , mən deyim sən yaz oğlan »
halaybaşlığının variantına biz Astara rayonunun Kakalos kəndində
« Kəkilli manqal oğlan, mən ölüm sən qal oğlan » şəklində rast
gəlmişik. « Ey gülü manqal oğlan, mən deyim sən yaz oğlan »
halaybaşlıq mahnıda hər iki bənd misralarından sonra təkrar olunur.
«Halay» rəqs mahnısında istifadə olunan bayatı misraları dörd
bənddən ibarət olaraq birinci bəndin birinci, ikinci bəndin ikinci,
dördüncü bəndin birinci, ikinci və dördüncü misralarında 3+4,
123
ikinci bəndin birinci, üçüncü və dördüncü, dördüncü bəndin üçüncü
misralarında 4+3, digər bənd misralarında isə 2+5 yarımmisra heca
birləşmələrinə rast gəlinir.
Ey gülü manqal oğlan 3+4
Mən deyim sən yaz oğlan 3+4
I
Mən ağır çay bazarı
3+4
Çağır mətləb yazanı
2+5
Necə qəbrə qoyarlar
2+5
Yarı yardan edəni 2+5
II
Aşiq oldum üzüvə 4+3
Heyranam gaş gözüvə
3+4
Səndən başqa yarım yox
4+3
Baxma yadlar sözünə
4+3
III
Aşıq ellərdə qaldı 2+5
Gözüm yollarda galdı
2+5
Düşmən aman vermədi
2+5
Arzum ürəydə galdı
2+5
IV
Qara at nalı neynir
3+4
Göyçək qız xalı neynir
3+4
Gözəl yarı olanın 4+3
Dünyanın malı neynir
3+4
Bu mahnının məzmununda sevgili yarın gözəlliyindən bəhs
olunur. Burada aşiqin arzusunun ürəyində qalması, yarın
gözəlliyinin dünya malı ilə müqayisə edilməsi əsas prinsip kimi
qarşıya qoyulur. Dördüncü bəndin variant şəklinə həm də Astara
124
rayonunun Kakalos kəndində əldə etdiyimiz « Boyu bəstə gəlinin »
halay rəqs mahnısında rast gəlmişdik.
« İstiotum, ispanağım, gəl mənim əziz qonağım » halaybaşlıq
ilə başlanan bu «Halay» rəqs mahnısı gəraylı bənd misralarına
əsaslanır. Bu gəraylının misralarının yarımmisraları 4+4, 3+5
şəklində birləşir. Burada gəraylı bəndinin bənd misraları üç
misradan ibarət olur. « İstiotum, ispanağım, gəl mənim əziz
qonağım » halaybaşlıq üç misradan bir təkrar olunaraq mahnıya
rondal xarakter verir. Halaybaşlığının birinci misrası 4+4, ikinci
misrası isə 3+5 şəklində birləşir. Əslində burada iki gəraylı bəndi
formalaşır. Gəraylının hər iki bəndində birinci və üçüncü misralar
4+4, ikinci misra isə 3+5, şəklində birləşir.
İstiotum, ispanağım
4+4
Gəl mənim əziz qonağım
3+5
I
Gəlib burdan keçməyəsən 4+4
Çadranı yellətməyəsən 3+5
Sən çobana getməyəsən 4+4
II
Gəlib burdan keçəcəyəm 4+4
Çadramı yellədəcəyəm
3+5
Mən çobana gedəcəyəm 4+4
«İstiotum, ispanağım, gəl mənim əziz qonağım» halaybaşlığı
əzizlənmə xarakteri daşıyır. Burada xor tərəfindən ifa olunan
halaybaşlıq gənc qızın şıltaq olmasından, istiot, ispanaq kimi acı
olmasından söhbət açılır. Həmin bu dəcəl qızın çobana ərə
getməməsi təsvir olunur. Bunun muqabilində dəcəl qız əksinə
çobana ərə getməyini iddia edir.
« Çəltik» halay mahnısı sadə iki hissəli kuplet formasındadır.
Burada halaybaşlıq misraları 5+2 şəklində təzahür edir. Halaybaşlıq
misraları hər bəndin sonunda təkrar olunur. Birinci bənddə
həmqafiyələnmiş misraları 5+2, üçüncü misrada isə 4+3, ikinci
Dostları ilə paylaş: |