- 99 -
universitetdə keçirdiyimiz yubileyində, habelə
«Azərbaycan Universiteti» nəşriyyatının buraxdığı
«Abdulla Şaiqin romantizmi» (müəllifi professor
Vəli Osmanlıdır) kitabının təqdimat mərasimində
şəxsən iştirak etdi və gənc nəslin Şaiq irsinə bəs-
lədiyi yüksək marağa görə sevindiyini bildirdi.
Şaiqlər unudulmursa, deməli ziyalılıq, maarif-
çilik hələ yaşamaqdadır. Keçən əsrin əvvəllərində
xüsusilə böyük vüsət alan milli dirçəliş hərəkatı da,
deməli davam etməkdidir.
Son dərəcə təvazökar və səmimi olan Kamal
müəllimin bir etirafını da yada salmaq istərdim.
2000-ci ildə AMEA-ya seçkilər zamanı Kamal
Talıbzadə humanitar bölmə üzrə hesablama komis-
siyasının sədri idi. Mən də seçkilərə qatılmışdım.
Fəlsəfəyə ayrılmış yerlərdən ikisi tutuldu, biri isə
boş qaldı. Sonradan məlum oldu ki, mən cəmi 13
səs toplamışam və AMEA-nın müxbir üzvü olmaq
üçün bir səs çatışmamışdır. Kamal müəllim böyük
təəssüflə danışırdı ki, hesablama komissiyasının
üzvləri səsi sayanda səhv ediblərmiş. Ona məlumat
vermişdilər ki, Səlahəddin cəmi 12 səs toplayıb,
amma seçkilərdən sonra bir də sayanda 13 səs
olduğu aşkarlanıb. Mən də dedim ki, Kamal müəl-
lim, axı, nə fərqi var, əgər 14 səs toplanmayıbsa, 13
də elə 12-nin tayıdır. Yox, – dedi, axı, yadımdan
çıxıb, heç mən özüm deyəsən səs verməmişdim,
mənim səsimlə məsələ həll olunardı. Onun bu sə-
mimi etirafı mənə o qədər xoş təsir bağışladı ki,
- 100 -
əslində mənim seçilməməyimdə həlledici rolu ol-
masına baxmayaraq, ondan heç ürəyimdə də inciyə
bilmədim. Çünki bunları o, danışmaya da bilərdi.
Bircə şeyə xüsusilə təəssüflənirəm ki, bu cür təmiz
qəlbli insanların səmimiyyətindən sui-istifadə edən-
lər də var. İşgüzarların belə sui-istifadələrinə bax-
mayaraq, o, özü aydan arı, sudan duru idi.
Akademik Kamal Talıbzadə təkcə səmimiy-
yəti və sadəliyi ilə deyil, həm də ağsaqqallıq, qo-
camanlıq missiyası ilə seçilirdi. Ondan xeyli yaşlı
olan adamların iştirak etdiyi məclislərdə də hamı
məhz Kamal müəllimi böyük, ağsaqqal hesab edir-
di. O, elə bil ki, keçən əsrdən, keçmişdən bizə ya-
digar idi.
Zəmanə adamı deyildi. Əməllərində zamanla
hesablaşmalı olsa da, qəlbən zamandan yüksəkdə
dururdu.
Kübarlıq məktəbi.
“Xəzər Universiteti” Nəşriyyatı, 2007
- 101 -
Yüksək mədəniyyət təcəssümü
(Akademik Fuad Qasımzadə haqqında)
Akademik Fuad Qasım-
zadə – XX əsr Azərbaycan fəl-
səfi fikrini, fəlsəfi maarifçiliyi,
ölkəmizdə fəlsəfəyə münasibəti
səciyyələndirən və simvolizə
edən ən önəmli şəxslərdən bi-
ridir. Ölkəmizdə fəlsəfi biliklə-
rin yayılması sahəsində onun
böyük xidmətləri vardır.
Əlbəttə, sovet dövründə
yaşaması, onun məhz marksist-leninçi dünyagörüşü
ilə bağlılığını zərurətə çevirirdi. Lakin hətta yad bir
fəlsəfənin də doğma dilimizdə ifadə olunması, ölkə-
mizin həyatı ilə əlaqələndirilməsi və bizi əhatə edən
mühitin daha düzgün dərk olunmasına yönəldilməsi
həmin dövrün ziyalı missiyasına daxil olan vacib
şərtlər idi. Fuad Qasımzadə bununla kifayətlənmə-
yərək, marksizmin hüdudlarından kənara çıxa bil-
mək üçün qədim və orta əsrlərə müraciət edir və hə-
min dövrün düşüncə tərzini milli mentalitetimizdən,
ədəbi-bədii fikir ənənələrindən qaynaqlanan hikmət
xəzinəsindən yeni nəsillərə ərməğan gətirirdi. O,
Azərbaycanın fəlsəfi fikir tarixi sahəsində bir sıra
- 102 -
dəyərli əsərlərin müəllifidir. M.Füzuli, A.Bakıxanov
və s. haqqında yazdığı monoqrafiyalar dəyərli təd-
qiqat əsərləridir. «Qəm karvanı» yaxud zülmətdə
nur» kitabı böyük Azərbaycan şairinə həsr olunmuş
ən gözəl əsərlərdən biridir. İndi Füzuli haqqında çox
yazılır. Təsəvvüf fəlsəfəsinə yasaq da aradan götü-
rülmüşdür. Amma o vaxt, 60-70-ci illərdə Füzulinin
fəlsəfi dünyagörüşünü, onun əsas ideyalarını ortaya
çıxarmaq və geniş təhlil etmək böyük cəsarət və
yaradıcılıq əzmi tələb edirdi. Ən əsası odur ki, Fuad
müəllim konyuktura uyğun olaraq Füzulini bir ma-
terialist olaraq təqdim etməyə səy göstərməmiş,
ideologiyanın verdiyi imkan daxilində daha obyek-
tiv araşdırmağa çalışmışdır. Məhz Fuad Qasımza-
dənin tədqiqatları sayəsində Füzulinin adı Azərbay-
canda çıxan fəlsəfə dərsliklərinə daxil edilə bilmiş-
dir. Bu dərsliklərin bir çoxunun müəllifi Fuad müəl-
limin özüdür. Onun dərslikləri uzun müddət ali
məktəb tələbələrinin ana dilində istifadə etdiyi əsas
vəsait olmuşdur. Xüsusilə, həmmüəlliflərlə yazdığı
“Dialektik materializm”, “Tarixi materializm” ki-
tabları ruscadan tərcümə olunmuş dərsliklərlə rə-
qabətdə həmişə üstün idi. Çünki onlar sadəcə tər-
cümə olunmayıb, tələbələrin daha yaxşı bildiyi mi-
sallar və nümunələrlə zəngin idi.
Düzdür, bizim fəlsəfi və ictimai-siyasi fikir
tarixinin sistemli şəkildə öyrənilməsinin əsasını aka-
demik Heydər Hüseynov qoymuşdur, lakin onun
başladığı bu nəcib işi davam etdirənlərin sırasında
- 103 -
Fuad Qasımzadə çox önəmli bir yer tutur. Onun xid-
mətləri ancaq tədqiqatla məhdudlaşmayıb, daha çox
dərəcədə fəlsəfi biliklərin təbliği, ölkəmizdə fəlsəfə
sahəsində tədqiqatçı kadrların yetişdirilməsi, bütün
Sovet İttifaqı miqyasında Azərbaycan fəlsəfi fikri-
nin təmsil olunması sahələrində özünü göstərirdi. O
vaxtlar bütün sahələrdə olduğu kimi, fəlsəfi fikir sa-
həsində də Müttəfiq Respublikalar arasında sanki
bir yarışma var idi. Mərkəzdə çıxan ensiklopediya-
larda, dərsliklərdə, antologiyalarda hansı respubli-
kaya nə qədər yer ayrılması, Ümumittifaq konfrans-
larda neçə nəfərlə və hansı səviyyədə təmsil olun-
maq bir milli qürur məsələsi idi. Ona görə də, fəl-
səfəni yaxşı bilməklə yanaşı, rus dilində natiqlik
məsələsi də önəmli idi. Akademik Fuad Qasımzadə
fəlsəfənin istənilən sahəsində hazırlıqsız çıxış et-
mək, mühazirə oxumaq, fəlsəfə ilə ideologiyanı əla-
qələndirmək, bəhs etdiyi mövzunun aktuallığını
əsaslandırmaq, imkan daxilində, fürsətdən istifadə
edərək azərbaycançılığı da təbliğ etmək iqtidarında
idi. Adı təkcə Azərbaycanda deyil, bütün SSRİ miq-
yasında ən nüfuzlu filosoflar sırasında çəkilirdi. O,
xarici qonaqlarla maraqlı həmsöhbət olmaqla yana-
şı, söhbəti məharətlə idarə edir, fəlsəfədən aktual
həyata, cari siyasətə, yeri gələndə tarixə, yeri gələn-
də müasirliyə yönəldir və yenidən fəlsəfəyə qayıda
bilirdi.
F.Qasımzadənin yaradıcılığı da zəngin və
hərtərəflidir. O, idmanın estetikasından, müharibə-
Dostları ilə paylaş: |