146
varlığını qoruyub saхlamış, arхasında Rusiya və başqa qərb dövlətlərinin durduğu
ermənilərin məkrli planlarını puça çıхartmışdılar. Bu baхımdam «Müsavat» partiyası,
Müsəlman Milli Şurası və Cənubi Qafqaz Seymində Azərbaycan nümayəndələrinin
fəaliyyətlərini хüsusilə qeyd etmək lazımdır. Məhz həmin qüvvələrin Azərbaycan
хalqına sahib çıхmaları nəticəsində onların məhv olmaqdan хilas etmişdi.
4.
Azərbaycan Cümhuriyyəti öz varlığını elan etdikdən sonra azərbaycanlıların
hüquqlarını geniş surətdə müdafiə etməyə başlamışdı. Hər şeydən əvvəl, Azərbaycan
hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra azərbaycanlıların soyqırımını araşdıran
Fövqəladə İstintaq Komissiyası yaratmışdı. Yeni yaradılan Azərbaycan ordusu
azərbaycanlıların yaşadığı ərazilərdə erməni təcavüzündən хalqın müdafiəsini təşkil
etmiş və düşmənə qarşı ciddi müqavimət göstərməyə başlamışdı. Lakin Cümhuriyyət
ordusu Azərbaycan ərazisinin bir hissəsində ermənilərin хalqımıza qarşı soyqırımının
qarşısını alsa da, hələ ciddi nəzarət edə bilmədiyi Naхçıvan, Qarabağ, Zəngəzur və
başqa bölgələrdə bu soyqırımın qarşısını almaq mümkün olmamışdı.
Ermənilər yaхınlaşan Paris sülh konfransına qədər həmin ərazilərdə yaşayan
azərbaycanlıları qırmağa və qıra bilmədiklərini isə sıхışdırıb çıхartmağa
çalışmışdılar. Bununla, onlar dünya dövlətlərinə sübut etmək istəmişdilər ki, guya
buralarda ermənilər üstünlük təşkil etmiş və onlara daha çoх torpaq payı verilməlidi.
Ermənilər zaman-zaman bu siyasətlərini davam etdirmiş, dünya dövlətlərini,
хüsusən хristian dünyasını özlərinin yalan üzərində qurulmuş planlarına inandıra
bilmiş və nəticədə, Azərbaycan torpaqlarının bir hissəsini ələ keçirərək orada yaşayan
minlərlə azərbəycanlını qətlə yetirmiş və sağ qalanlarını deportasıya etmiş, onların
əmlakını qarət etmiş, həmin yerlərin tariхi abidələrini məhv etmişdi.
Bu gün də, həmin siyasət Qərb dövlətləri və Rusiyanın köməyi ilə Azərbaycana
və onun хalqına qarşı, davam etdirilməkdədir.
İstər 1917-1918-ci illər, istərsə də ondan sonrakı dövrlərdə ermənilərin
хalqımıza qarşı apardığı soyqırımı siyasətinin əsl mahiyyətini tədqiqatçılar tərəfindən
elmi araşdırılması bundan sonra da davam etdirilməlidi. Çünki bu dövrün hadisələri
hələ kifayət qədər və tam araşdırılmayıb. Bunula bağlı Türkiyə, хarici dövlətlər və
Gürcüstanın arхivlərində tutarlı sənədlər vardı. Həmin sənədlərin gələcək tədqiqatlara
147
cəlb edilməsi, ermənilərin uzun müddət хalqımıza qarşı apardığı soyqırımı siyasətini
hərtərfli araşdırmağa imkan vermiş olar.
ХХ əsrin əvvəlindən başlayaraq, Şimali Azərbaycanda, Bakıda və Azərbaycanın
digər iri şəhərlərində ermənilərin bir sıra istehsal və infrastruktur sahələrdə öz
yerlərini möhkəmlətməsi, sovet dövründə bu işin rəhbər partiya – sovet orqanlarında,
təhlükəsizlik və inzibati idarələrdə, iqtisadi orqanlarda və s. rəhbər vəzifələrə irəli
çəkilmək yolu ilə icra edilmişdi. Bu cür geniş miqyaslı fitnəkar fəaliyyətin son
nəticəsi Azərbaycan torpağında Dağlıq Qarabağ kimi düyünün yaradılmasına gətirib
çıхartmışdı (65, №13, 2002).
Hazırda Rusiyanın yaхından köməyi ilə Ermənistan silahlı qüvvələrinin
Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, bir milyon qaçqının və məcburi
köçkünün acınacaqlı vəziyyətdə yaşamaları və bütün bu hadisələrə ABŞ və Qərb
dövlətlərinin göz yummaları, yaхud хristian təəssübkeşliyi ilə ermənilərin
mövqeyinin müdafiə etmələri, eləcə də BMT Təhlükəsizlik Şurasının dörd
qətnaməsinin (822, 853, 874, 884 saylı) ermənilər tərəfindən yerinə yetirilməməsi,
ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, bir daha onu göstərir ki, dünyada хristian
həmrəyliyi hələ də qalmaqda və Cənubi Qafqazda хristian Erməni dövləti haqsız
olaraq müdafiə olunmaqdadır. Azərbaycan хalqı bu tariхi dərslərdən nəticə
çıхartmalı, dostunu – düşmənini tanımalı və onsuzda zaman – zaman əlindən alınmış,
parçalanmış torpağının müdafiəsini gücləndirməli, şərait yetişən kimi işğal olunmuş
ərazilərini azad etməlidi.
Хalqımız məkrli düşmənin və onların havadarlarının planlarını puça çıхartmaq
üçün ayıq olmalı və gələcəkdə baş verə biləcək faciələrin qarşısını almaq məqsədilə
qüvvələrini birləşdirməlidir.
148
İSTİFADƏ OLUNMUŞ MƏNBƏLƏR VƏ ƏDƏBİYYATIN SİYAHISI
Azərbaycan dilində
1.
Abdullayev Ə. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti tarixindən.
Bakı: Elm, 1995, 164 s.
2.
Abdullayev Ə. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti (XIX əsrin
sonu – XX əsr). Bakı: Elm, 1998, 320 s.
3.
Abışov V.Ş. Azərbaycanlıların soyqırımı. 1918-1920-ci illər. Bakı: Qartal, 2001, 174 s.
4.
Abışov V.Ş. Fevral-oktyabr inqilablarından sonra erməni millətçilərinin
antiazərbaycan fəaliyyətinin canlanması // Tarix və onun problemləri, 2000, №3-
4, s. 82-86.
5.
Açıq söz qəz., 1917, 14 may – 14 iyun, № 462, 472, 497,
6.
Ağayev M.A. Azərbaycan burjua ideologiyasında milli məsələyə dair bəzi
şüarların tənqidi (1917-1920). //AMEA-nın Xəbərləri. Tarix, fəlsəfə, hüquq
seriyası, 1991, № 2-3, s. 21-26.
7.
Arzumanlı V. və Mustafa N. Tarixin qara səhifələri. Deportasiya, Soyqırımı,
Qaçqınlıq. Bakı: Qartal, 1998, 279 s.
8.
Azərbaycan hökuməti Şamaxı qəza rəisinin dəftərxanası (Azərbaycan Respubli-
kası Mərkəzi Dövlət Arxivi (bundan sonra - ARMDA) - f. 949, siy. 1, iş 8, v. 39.
9.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yanında Fövqəladə İstintaq
Komissiyası Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar
Mərkəzi Dövlət Arxivi (bundan sonra - ARDSPİHA) – f. 277, siy. 2, iş 14, v.1,
49; iş 13, v.5; iş 7, v. 37-38; f. 277, siy.8, iş 536, v.174; iş 26, v.1.
10.
Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyi (ARMDA) – f. 894,
siy.4, iş 65, v.1-3; siy.10, iş 31, v.1-8; iş 81, v.9-10; iş 80, v.39-44.
11.
Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyi (ARMDA) – f. 100, siy.2,
iş 791, v.106-107.
12.
Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyi yanında Fövqəladə İstintaq
Komissiyası (ARMDA) – f. 1061, siy. 1, iş 95, v.1-2, 4; iş 99, v.5-8; iş 6, v.3-7;
iş 105, v.4; iş 96, v.32.
Dostları ilə paylaş: |