Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə28/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   24   25   26   27   28   29   30   31   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
79 
 
Ekspert bu baxımdan da Avropada internetin məzmunu ilə bağlı tənzimləmələrə isti yanalışmadığını bildirir. 
Onun sözlərinə görə, xüsusilə Avropa Birliyinin bu məsələyə münasibəti daha qətidir – internet məzmununun 
əngələnməsi yolverilməzdir, tətbiq olunan cəzalar isə demokratik cəmiyyət dəyərləri ilə ziddiyyət təşkil 
etməməlidir.  
   
 
 
Avropa Birliyinin mövqeyi 
 
Avropa Birliyinin qəbul etdiyi sənədlər göstərir ki, bu qurum da internet mediasının və ümumiyyətlə internetin 
tənzimlənməsi ilə bağlı vahid standart müəyyənləşdirməkdə çətinlik çəkir. Bu çətinlik Avropa Komissiyasının 
1996-cı ildə qəbul etdiyi ―İnternetdə hüquqa zidd və zərərli məzmun‖ aktında belə ifadə olunur: ―Ayrı-ayrı 
məzmun kateqoriyalarının səbəb olduğu mental problemlər bir-birilərindən köklü şəkildə fərqlənir. Bunlara çox 
fərqli hüquqi və texnoloji cavablar tapılması lazımdır. Məsələn, uşaqların böyüklər üçün olan pornoqrafik 
məzmuna çıxışı ilə böyüklərin uşaqlar haqqındakı pornoqrafiyaya çıxışı kimi ayrı-ayrı mövzuları bir-birinə 
qarışdırmaq təhlükəli olar‖. 
1997-ci ildə Avropa Komissiyası internetin tənzimlənməsi məqsədilə plan hazırlayıb və bu planda da ―zərərli və 
hüquqa zidd məzmunlara müdaxilə fərqli olmalıdır‖ yanaşması şərti əksini tapıb. Düzdür, nə həmin planda, nə 
də digər qurumların qərarlarında zərərli məzmunla hüquqa zidd məzmunun bir-birindən necə ayrılacağı 
göstərilib.  Amma istər həmin planda, istərsə də digər normativ aktlarda AB-nin yanaşması açıq şəkildə əksini 
tapıb. Məsələn, haqqında danışdığımız zərərli internet məzmunu ilə bağlı plan saytların qapadılmasını deyil, 
internet istifadəçiləri üçün özütənzimləyici, məzmun izləyici, beynəlxalq standartlara uyğun dərəcələndirmə və 
filtrləmə proqramlarının inkişaf etidirilməsini nəzərdə tutur.   
AB-nin internet cinayətlərinə qarşı həyata keçirdiyi tədbirlərdən biri də xəbərdarlığa əsaslanan məsuliyyət 
sistemidir. Bu sistem elektron ticarət aktında əksini tapıb.  Akta görə, AB üzvü olan dövlətlərdə serverlər sayt 
sahibinin qanunsuz fəaliyyətlə məşğul olduğuna dair məlumata malik deyillərsə, məsuliyyət daşımamalıdırlar. 
Bununla yanaşı, sənəddə qeyd edilir ki, dövlətlər serverlər üzərinə qanunsuz fəaliyyətlər və məlumatlarla bağlı 
dərhal xəbərdarlıq etmək məsuliyyətini qoya bilərlər.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
80 
 
AB-nin 2006-cı ildə  qəbul etdiyi Terrorizmə Qarşı Tədbirlər Planında isə internetdən terrorçuların istifadəsinin 
qarşısını almaq məqsədilə dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, radikal qrupların internetdən pis 
məqsədlərlə istifadəsinin təsbit edilməsi, bu yöndə tədbirlər görülməsi kimi maddələr yer alıb. Bundan əlavə
AB-yə üzv dövlətlərdə iqrçilik və əcnəbi düşmənçiliyi ilə mübarizə məqsədilə  çərçivə qərarının hazırlanmasına 
başlayıb.  Qərar layihəsi nifrətə və şiddətə təşviq, soyqırım, müharibə və bəşəriyyətə qarşı cinayətləri 
dəstəkləmə, inkar etmə və ya ciddi şəkildə aşağılama kimi halları əhatə edir. Bu layihə qəbul edildikdən sonra 
internetə də tətbiq olunacaq.  
Amma nə qəbul edilən qərarlarda, nə də layihələrdə internetin məzmununa yönəlik məhdudlaşdırıcı, əngəlləyici 
inzibati tədbirlər nəzərdə tutulur.  Avropa Komissiyasının interneti əngəlləmə siyasətini tövsiyə etməməsinin 
arqumenti budur ki, bağlanan saytlar sürətlə yenidən ortaya çıxır. Digər tərəfdən, mövcud filtrləmə sistemlərini 
yox etmək mümkündür və bir çox saytlar bunu edirlər, yəni süzgəc sistemi yetərli deyil.  
Ona görə də komissiya hesab edir ki, istintaq aparıb bu saytlara məsul olanları müəyyənləşdirmədən və 
mühakimə etmədən məzmunu serverlər vasitəsilə yox etmək və ya ona çıxışı əngəlləmək çözüm deyil. AB-nin 
rəyinə görə, əngəlləmələr mümkündür, amma bunlar ifadə azadlığı başda olmaqla insan haqlarını 
məhdudlaşdırmamalıdır. Məhdudlaşdırma demokratik cəmiyyət üçün lazımlılıq və qanuni məqsədlərə uyğunluq 
prinsipləri ilə ziddiyyət təşkil etməməlidir.    
 
Avropa Şurası nə deyir? 
 
Avropa Şurası təşkilat səviyyəsində internetlə 1997-ci ildən ilgilənməyə başlayıb. Xüsusilə internet 
cinayətlərinin artması müzakirələrin başlamasına səbəb olub və 1997-ci ildə Avropa Şurasının nəzdində 
kibercinayətkarlığa qarşı mübarizə məqsədilə ekspertlərdən ibarət komissiya yaradılıb. Komissiyanın ekspertləri 
2001-ci ilin iyul ayında Kibercinayətkarlığa Qarşı Avropa Konvensiyansının son variantını hazırlayıblar. 
Konvensiyanı ilk olaraq Xorvatiya, Estoniya, Macarıstan, Litva və Albaniya rafitikasiya ediblər. Sənəd bu 
ölkələrdə 2004-cü ildən qüvvədədir. Hazırda Kibercinayətkarlığa Qarşı Avropa Konvensiyası Avropa Şurasına 
üzv olan 25 ölkədə ratifikasiya olunub və qüvvəyə minib. AŞ-yə üzv olmayan ölkələrdən yalnız ABŞ 
konvensiyanı ratifikasiya edib, Kanada, Yaponiya və Cənubi Afrika da konvensiyaya qoşulublar, amma hələlik 
onu ratifikasiya etməyiblər.  
Azərbaycan Kibercinayətkarlığa Qarşı Avropa Konvensiyasını 2008-ci il iyunun 30-da imzalayıb, lakin hələ bu 
sənəd Milli Məclisdə ratifikasiya olunmadığından qüvvədə deyil. Azərbaycanla yanaşı Avstriya, Belçika, 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
81 
 
Çexiya, Gürcüstan, Yunanıstan, İrlandiya, Lixtenşteyn, Lüksemburq, Malta, Çernoqoriya, Polşa, Portuqaliya, 
İspaniya, İsveç, İsveçrə və Böyük Britaniya da Kibercinayətkarlığa Qarşı Avropa Konvensiyasını ratifikasiya 
etməyiblər.  
Türkiyə, Rusiya, Monako, San-Marino və Andorra isə konvensiyaya qoşulmayıblar.  
 
Kibercinayətkarlığa Qarşı Avropa Konvensiyası internetdə bilgisayar sistemləri, şəbəkələr və ya məlumatlar 
əleyhinə həyata keçirilən əməllərə, eləcə də məzmunla bağlı problemlərə cinayət və üsul hüququ baxımından 
yanaşan ilk beynəlxalq müqavilədir. Konvensiyanın məqsədi bu sahədəki milli qanunvericiliklərin 
uyğunlaşdırılması və onu imzalayan dövlətlərin müvafiq qurumları arasında əməkdaşlıq imkanının 
yaradılmasıdır.   
2005-ci ildə Avropa Şurası bu konvensiyaya əlavə olaraq ―Bilgisayar sistemləri vasitəsilə həyata keçirilən 
irqçilik və əcnəbi düşmənçiliyi xarakteri daşıyan əməllərin cəzalandırılmasına dair‖ protokolu müzakirəyə 
çıxarıb. Quruma üzv olan ölkələrdən yalnız 13-ü - Albaniya, Bosniya və Hersoqovina, Xorvatiya, Cənubi Kipr
Danimarka, Estoniya, Finlandiya, Fransa, Latviya, Litva, Norveç, Sloveniya, Ukrayna, Makedoniya əlavə 
protokolu imzalayıb. 2006-cı ildən protokol qüvvəyə minib. Protokola görə, onu imzalayan dövlətlər internetdə 
irqçiliyə və əcnəbi düşmənçiliyinə yönəlmiş məlumatları cinayət saymalıdırlar. 1940-45-ci illər arasında həyata 
keçirilən soyqırım və bəşəriyyət əleyhinə cinayətlərin inkarı, aşağılanması, onların legitim sayılması da bu 
cinayətlər sırasına daxildir.  
2007-ci ilin iyun ayında qüvvəyə minən  Terrorizmin Qarşısının Alınmasına dair Avropa Konvensiyası isə 
internetdən xalqı terrora təşviq, terror məqsədilə iştirakçı toplama, terror təlimi üçün vasitə kimi istifadə 
olunmasına qarşı mübarizənin hüquqi çərçivəsini təmin edir. Bu konvensiyanı imzalayıb, ratifikasiya edərək 
milli qanunvericiliyinə salan hər bir dövlətdə belə məzmunlu internet məlumatları cinayət hesab olunur. 
Kibercinayətkarlığa Qarşı Avropa Konvensiyası və əlavə protokol məzmun cinayətləri ilə bağlı hər hansı sayt 
qapatma və ya girişi yasaqlama tədbiri nəzərdə tutmur. Terrorizmin Qarşısının Alınmasına dair Konvensiyada 
da saytların bağlanması tədbiri əksini tapmayıb. Avropa Şurasının bütün sənədlərində bağlantı və host təmin 
edənlərin hüquqları qorunur. Avropa qanunvericiliyinə görə, bağlantını təmin edən tərəf cinayət xarakterli 
məlumatlara yer verən internet səhifəsinə yer ayırdığına və ya onu bağlantı ilə təmin etdiyinə görə yalnız bir 
halda suçlu sayıla bilər - əgər bunda bir qəsdi, məqsədi olarsa.  
Avropa Şurasının Kibercinayətkarlığa Qarşı Konvensiya Komitəsi hüquqazidd məzmun daşıyan saytları 
əngəlləmə təşəbbüslərinin hüquqi məsuliyyət yaratdığını düşünür. AŞ Nazirlər Komitəsinin 16 noyabr 2007-ci 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə