Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə31/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   27   28   29   30   31   32   33   34   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
88 
 
Beləliklə, məlum olur ki, Azərbaycanda internet mediasının həm də məhkəmə problemi var. Daha doğrusu, 
ölkədə  müstəqil və ədalətli məhkəmənin olmaması faktı informasiya cəmiyyətinin bir parçası olan internet 
subyektləri üçün də təhlükə mənbəyidir. Eyni zamanda siyasi hakimiyyətin xarakteri internet mediasının 
inkişafında özünü ciddi şəkildə göstərir.  
―Day.az‖ saytının təsisçisinin dəyişməsi ilə müşayiət olunan bir neçə günlük dayanma kimi faktlar, 
hakimiyyətin, onun ayrı-ayrı məmurlarının bütövlükdə media üzərindəki avtoritar nəzarətinin həm də internet 
mediasının məzmununa aid olması, hakimiyyət üçün ―arzuolunmaz‖ saytlara texniki xarakterli hücumlar, 
ümumiyyətlə, saytların texniki baxımdan müdafiəsizliyi hər kəs tərəfindən dilə gətirilməsə də, hamıya məlum 
olan gerçəkliklərdir.   
 
Yuxarıda sadaladığımız problemlərin bir çoxu ilə internet mediasının təmsilçiləri də razılaşırlar. Onların 
əlavələri də var.  
―Lent.az‖ saytının baş redaktoru Qabil Abbasoğlunun sözlərinə görə, Azərbaycanda internetin texniki, iqtisadi 
şərtləri, infrastrukturu ilə bağlı çox ciddi problemlər var və bu sahəyə texniki-praktik yardım göstərən qurum 
mövcud deyil: ―Sağlam kabeldən tutmuş tariflərə qədər internet medianın inkişafına mane olan  çox ciddi 
problemlər var və bunlar tənzimlənmir.  Dövlət internet mediasına yardım etmir.  
―APA.az‖ saytının rəhbəri Vüsalə Mahirqızı isə saytların texniki təchizatının zəifliyi ilə yanaşı, internetdə 
müəllif hüquqlarının pozulmasından şikayətçidir: ―Müəllifin internetdə hüququ pozulur, plagiat olur və yaxud 
onun imzasından istifadə olunmur, xəbərləri oğurlanır. Müəllif bunu heç bir formada qanunla tənzimləyə bilmir. 
Çünki ―Müəllif hüquqları haqqında‖ qanunda internetdə gedən yazılarda müəllif hüquqlarının necə qorunması 
ilə bağlı heç bir müddəa yoxdur‖.  
―Anspress.com‖ saytının baş redaktor müavini Kəmalə İsgəndərova və ―Musavat.com‖ portalının redaktoru 
Xalid Kazımlı da texniki problemlərə diqqət çəkirlər.   
―Qaynar.info‖ saytının rəhbəri Zahir Əzəmət isə internetin nəzarət altına alınması prosesinin artıq başladığını 
deyir və bundan narahatlığını ifadə edir: ―Son günlərdə Ədliyyə Nazirliyində internet orqanlarını qeydiyyata 
almırlar. Biz bugünlərdə başqa bir saytımızı qeydiyyatdan keçirmək istədik,  qeydiyyata almadılar. Dedilər, 
internet vasitələri media deyil. Amma əvvəllər belə münasibət yox idi. Bu ona işarədir ki, sistemli şəkildə 
interneti bir əldə cəmləməyə, belə demək mümkünsə, Mətbuat Şurasının başqa formasını yaratmağa çalışırlar‖. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
89 
 
Z.Əzəmət internetin sürəti, qiyməti, internet jurnalistikasının peşəkarlığı kimi problemlərin də mövcudluğunu 
dilə gətirir: ―Azərbaycanda internetin surəti qonşu Gürcüstandan 10 dəfələrlə aşağıdır. Ona görə sürəti zəif 
saxlayırlar ki, internet televiziyalar, radiolar yaranmasın. İndiki mövcud sürət buna imkan vermir. Amma indi 
təzyiqlər var, sistem böyüyür. Məcburdurlar ki, internetin sürətini artırsınlar. Sürət artacaqsa, istər-istəməz 
internet üzərindən azad televiziyalar yaranacaq, canlı yayımlar gedəcək, radiolar fəaliyyətə başlayacaq. Bundan 
qorxurlar və ona görə də hansısa şəkildə tənzimləməyə çalışırlar‖.  
Ekspertlərin və internet mediasının təmsilçilərinin dediklərindən ortaya çıxan mənzərə budur ki, Azərbaycanda 
bu sahənin özünün çox ciddi problemləri var. Bu problemləri necə həll etməli? İnternet mediasını 
tənzimləməlimi? Necə tənzimləməli? MTRŞ-in təklif etdiyi tənzimləmə metodu internet mediasının inkişafına 
nə dərəcədə xidmət edə bilər? Azərbaycanda hakimiyyətinin internet mediasını tənzimləmək istəyi bu sektorun 
təmsilçilərini niyə narahat edir?  
 
 
Dünya təcrübəsinin təhlili, ekspertlərin yerli qanunvericilikdən gətirdikləri misallar, internet mediası 
təmsilçilərinin bitib-tükənməyən şikayətləri göstərir ki, bu sahədə tənzimləməyə ehtiyac var. Söhbət Milli 
Teleradio Şurasının təklif etdiyi, Əli Həsənovun timsalında siyasi hakimiyyətin dolayı yolla dəstəklədiyi 
cilovlamadan yox, internet mediasının inkişafına imkan yaradan nizamlamadan gedir.  
 
Nizamlama necə olmalıdır? 
 
―Lent.az‖ saytının baş redaktoru Qabil Abbasoğlu hesab edir ki, Azərbaycanda internetin özünü tənzimləmək, 
qaydaya salmaq, onun texniki, iqtisadi şərtlərini, infrastrukturunu düzəltmək lazımdır: ―İnternet mediasının 
tənzimlənməsi isə yalnız bu sektora dəstək şəklində ola bilər. Əvvəla, internet mediasının fəaliyyətinin 
yaxşılaşdırılması istiqamətində zəruri olan bütün qanunvericilik aktları, sənədlər, təkliflər, əlavə və düzəlişlər 
qəbul edilməlidir. İkincisi, Azərbaycanda internet mediasının fəaliyyətinə praktik olaraq yardım edə biləcək 
texniki-iqtisadi infrastruktur yaradılmalıdır. Üçüncüsü, dövlət internet mediasına vaxtında yardımlar etməlidir‖. 
―Anspress.com‖ saytının baş redaktor müavini Kəmalə İsgəndərova da bu fikirdədir ki, internet mediasının 
dəstək xarakterli tənzimləməyə ehtiyacı var: ―Amma tənzimləmə senzura xarakterli olacaqsa, informasiyanın 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
90 
 
azadlığının qarşısını alacaqsa, azad mətbuatın əleyhinə yönələcəksə, yeni məhdudiyyətlər qoyulacaqsa, bu, 
qəbuledilməzdir‖.  
―1news.az‖ saytının baş redaktoru Günel Həsənova özünütənzimləmə dedikdə məsələyə daha çox məsuliyyət 
anlayışı ilə yanaşma təklif edir. Amma belə anlaşılır ki, o, məsuliyyət deyəndə tənqidi materiallara senzura 
tətbiqini nəzərdə tutur: ―Biz başa düşməliyik ki, internet geniş məkandır. Ona görə də gərək internet məkanında 
Azərbaycan barədə düzgün xəbərlər yerləşdirilsin, olan problemlərə də tənqidi istiqamətdə yox, onların həlli 
nöqteyi-nəzərindən yanaşılsın. Buna biz redaktorlar nəzarət etsək, yaxşı olar‖. 
―Vesti.az‖ saytının baş redaktor müavini Mətin Yaşaroğlu da daha çox özünütənzimləmədən yanadır. Onun 
fikrincə, internet mediasına hansısa nəzarət mexanizmləri tətbiq etmək, hansısa qaydalar qoymaq effektiv də 
deyil, faydalı da deyil: ―Azərbaycanda internet mediasında çalışan insanlar bilməlidirlər ki, Azərbaycanda 
yaşayırlar və professionallıqla yanaşı, milli həssaslıqları da nəzərə almalıdırlar. Məsələn, Ermənistanla bağlı 
xəbərlərdə obyektivliklə yanaşı, həm də azərbaycanlı olduqlarını unutmamalıdırlar. Qalan məsələlər isə 
qanunvericiliklə həll olunur. Məsələn, kiminsə şəxsi həyatı barədə onun özünün icazəsi olmadan hansısa 
xəbərin yayılmasına görə hüquqi məsuliyyət qəzet üçün necədirsə, internet üçün də elədir. Dəqiqləşdirilməmiş, 
dövlət sirri olan, təhqiramiz yazılarla da bağlı qanunvericilik mövcuddur. Bu baxımdan xüsusi tənzimləyici 
mexanizmlərə ehtiyac görmürəm‖. 
―Qaynar.info‖ saytının baş redaktoru Zahir Əzəmət saytların, portalların qeydiyyata alınmasını təklif edir: 
―Bloqlar onsuz da bütün dünyada KİV subyekti kimi qəbul olunmur. Saytlarda, portallarda çalışan jurnalistlərin 
isə digər KİV-lərdə çalışan jurnalistlərdən heç bir fərqi yoxdur. Ona görə də bu subyektlər KİV orqanı kimi 
qəbul olunmalı, fəaliyyəti də müvafiq qanunla tənzimlənməlidir. Amma xüsusi nəzarət mexanizmi tətbiq 
edilməməlidir‖.  
―Azəri-Press‖ Agentliyinin rəhbəri Vüsalə Mahirqızının fikrincə, mövcud olan qanunvericilikdə internet 
mediasına subyekt olaraq imkan və hüquqlar tanımaqla bu sahəni tənzimləmək lazımdır, başqa şəkildə 
nizamlamaya isə ehtiyac yoxdur: ―KİV, müəllif hüquqları haqqında qanunlarda, Cinayət Məcəlləsində 
internetin ciddi faktor kimi nəzərə alınması kifayət edər, əlavə tənzimləmə mexanizmlərinə ehtiyac yoxdur‖. 
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz internet mediasına dövlət nəzarətindən daha çox, bir 
sıra demokratik dövlətlərdə olduğu kimi, qeyri-hökumət nəzarətinin və özünütənzimləmə mexanizminin 
tərəfdarıdır: ―Məsələn, internet mediası adına iddia edənlərin könüllü qeydiyyatı məsələsini qaldırmaq olar. 
Bunun üçün müəyyən parametrlər də müəyyənləşdirilə bilər – məsələn, saytın təsisçisinin, jurnalist 
komandasının, ünvanının, koordinatının bilinməsi, özünün informasiya istehsalı ilə məşğul olması, interaktiv 
rejimdə fəaliyyət göstərməsi kimi şərtlər qoyulması mümkündür. Amma bu qeydiyyat könüllü olmalıdır. 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə