Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə27/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   23   24   25   26   27   28   29   30   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
76 
 
Bir sıra ekspertlər bu qadağaya hökumətin də əl altından dəstək verdiyini və ya göz yumduğunu iddia edərək 
―youtube.com‖ saytına girişin yasaqlanmasını tənqid edirlər. Y.Akdənizin fikrincə, dövlət saytda yer alan 
qanunazidd məzmunun yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görə bilər, bütövlükdə sayta 
girişin yasaqlanması isə demokratik prinsiplərə uyğun deyil: ―Çünki ―youtube.com‖ eyni zamanda bir çox 
insanın informasiya əldə etdiyi şəbəkədir. Ona girişi yasaqlamaqla dövlət insanların informasiya əldə etmək 
hüququnu pozur‖.  
 
Bu baxımdan Y.Akdəniz hesab edir ki, internetdə yol verilən cinayətlərlə bağlı dövlətin inzibati metodları işə 
yaramır və Türkiyədəki 5651 saylı qanun da effektiv deyil: ―Əgər internetdə cinayət baş veribsə, bunun üçün 
əlavə qanun qəbul etməyə ehtiyac yoxdur, mövcud qanunvericilik də həmin cinayətlə bağlı cəza tədbirlərinin 
görülməsinə imkan verir.  
Nə fərqi var ki, siz məni qəzetdə təhqir etmisiniz, yaxud internetdə? Sadəcə, internetdə problem odur ki, bəzən 
cinayəti törədən şəxs ölkə daxilində olmur, yaxud həmin sayt xaricdən idarə olunur. Amma bu halda da xüsusi 
qanun işə yaramır. Mən ona görə deyirəm ki, qanun qəbul etməklə internet mediasındakı məzmun problemlərini 
həll etmək mümkün deyil. Təcrübə də göstərir ki, heç bir dövlət bunu həll edə bilmir. Çünki əngəlləmələr yeni 
problemlər yaradır‖.  
 
Tənzimləmək üçün nə etməli? 
 
―Media forum‖a açıqlama verən Türkiyənin ―gerçekgundem.com‖ saytının sahibi və redaktoru Barış Yarkadaş 
da eyni düşüncədədir.  O da hesab edir ki, saytların qapadılması,  məhdudiyyətlərin gətirilməsi problemləri həll 
etmədiyi kimi, internet mediasının inkişafına da zərbə vurur.  
B.Yarkadaş Türkiyədə internetdəki məzmun problemləri ilə bağlə mübarizə metodunun düz olmadığını 
düşünür: ―Məsələn, Türkiyə Atatürkü təhqir edən videolar yayılmladığı üçün ―youtube.com‖ saytına girişi 
qadağan edib. Halbuki inkişaf etmiş ölkələrdə belə məsələlər olduğu zaman məhkəmə o videonun 
qaldırılmasına qərar verir və yazılar, videogörüntülər, şərhlər silinir. Kimsənin də o bilgilərə çıxışına icazə 
verilmir. Amma Türkiyə problemi kökündən həll etdi – saytı qapatdı. Bu, fikir, düşüncəni ifadə etmə azadlığı və 
informasiya əldə etmək hüququ baxımından yanlışdır‖.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
77 
 
Bununla belə, B.Yarkadaş hesab edir ki, dövlət internet mediasını qaydaya salmalıdır, sadəcə, bu tənzimləmə 
məhdudiyyət və nəzarət şəklində olmalı deyil, əksinə, internet mediasını təmsil edənlərin hüquqlarının 
qorunması istiqamətinə yönəlməlidir: ―Türkiyədə internet hüququna dair qanun yoxdur. İnternetdə bir problem 
olduğu zaman o, mətbuat haqqında qanuna istinad edilməklə həll olunur. Bu isə çox zaman yanlış qərarlara, 
yanlış nəticələrə gətirib çıxarır. Ona görə də biz hesab edirik ki, internet  mediası digər media növlərindən 
ayrılmalıdır.  
 
Toplumun önəmli kəsimləri, eləcə də internet mediasının təmsilçiləri ilə müzakirələrdən sonra internet qəzet, 
televiziya, radioları əhatə edən qanun qəbul olunmalıdır. Mən çox qanun tərəfdarı olan birisi deyiləm və hesab 
edirəm ki, internet mediasında çalışanlar normal jurnalist etikasına, qəzetçilik fəlsəfəsinə əməl etsələr, ciddi 
problemlər də olmaz. Amma təəssüf ki, bütün dünyada olduğu kimi Türkiyədə də internet mediasında 
məzmunla bağlı problemlər var. Bu problemlərin həll olunması üçün internet mediası subyekt olaraq qəbul 
olunmalıdır. Qarşı tərəfin haqlarını qoruması üçün qarşısında subyekt olmalıdır. Qanunlar düzənlənərsə, 
insanlar haqlarını və məsuliyyətlərini bilərsə, problemlər daha asan şəkildə həll olunar. Əlbəttə, istərdik 
məhkəmələr olmasın, amma bu, mümkün deyil. Ona görə də məhdudiyyət gətirməyən, hər kəsin haqlarını 
təminat altına qalan qanunlar qəbul olunmalıdır‖.  
B.Yarkadaş 5651 saylı qanunun internet hüququnu tənzimləmədiyini deyir: ―Bu yalnız internet cinayətlərinə 
qarşı mübarizə məqsədilə qəbul edilən qanundur, bizim hüquqlarımızı isə təmin etmir. Məsələn, biz keçən ay 
Türkiyənin ən böyük qəzeti ―Hürriyet‖lə məhkəməlik olduq.  Səbəb bu idi ki, biz ―Hürriyet‖in məlumatlarını 
səhifəmizdə yerləşdiririk. Baxmayaraq ki, xəbərlərin ―Hürriyet‖ə aid olduğunu qeyd edirik, amma qəzet iddia 
edir ki, siz hətta istinadla da bizim xəbərlərimizi yaya bilməzsiniz. Buna görə bizi məhkəməyə verdilər. 
Doğrudur, sonra biz anlaşdıq və iddia geri çəkildi, amma məsələ burasındadır ki, məhkəməyə getsək, qanun 
baxımından problemlə üzləşəcəkdik. Halbuki normal internet qanunu olsaydı, məhkəmə qərar verəcəkdi ki, siz 
―Hürriyet‖ qəzetinin məzmununu tamamilə köçürə bilməzsinisz, amma onun xəbərini alıb, altına link verərək 
istifadə edə bilərsiniz.  
Biz bu səbəbdən internet mediasının etik anlayışını da ehtiva edən qanun qəbul olunmasını istəyirik. Yaxud 
reklam vergilərimizin böyük qəzetlərin reklam vergilərindən fərqlənməməsi məsələsini götürək. Düşünün, 
milyonlarla dollar gəliri olan media holdinqləri də 18 faiz ƏDV ödəyir, onun mində biri qədər oxucusu olan 
internet saytı da. Halbuki normalda internet saytının vergisi daha az olmalıdır, çünki gəliri daha azdır. Bu 
istiqamətdə də tənzimləməyə ehtiyac var‖.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
78 
 
―Gerçekgundem.com‖un redaktoru deyir ki, 2007-ci ildə ölkədə internet hüququna dair qanun layihəsi 
hazırlansa da, komissiyalarda qalıb. Bunun səbəbi həmin qanunda mürtəce maddələrin yer almasıdır: ―Həmin 
qanun internet mediasının inkişafına xidmət etmirdi. Orada saytın yayımına son verilməsindən, hostinqinin 
qapadılmasından tutmuş hostinq şirkətinin məzmuna görə məsuliyyət daşımasına qədər bir çox bəndlər vardı. 
Bu təxminən ona bənzəyir ki, qəzetdə gedən yazıya görə mətbəə məsuliyyət daşısın. Digər tərəfdən, həmin 
layihədə şərt qoyulurdu ki, bir saytın açıla bilməsi üçün orada jurnalist vəsiqəsi olan ən azı 3 nəfər işlə təmin 
olunmalı, ofisi, ünvanı olamlıdır.  
 
Bunlara görə biz həmin layihəyə qarşı çıxdıq. Çünki internetin məntiqi az insanla çox iş görə bilməkdir. Mən 
evimdə də internet saytı yarada, idarə edə bilərəm. Burada yalnız reklam məsələsi var ki, Maliyyə Nazirliyində 
qeydiyyata alındıqdan, vergi ödəyicisi olduqdan sonra bu problem də aradan qalxır. Ona görə də biz təqdim 
olunan bu layihəyə qarşı çıxdıq. İnternet mediasının təmsilçiləri millət vəkilləri ilə görüşdülər, müzakirələr 
apardılar və layihə komissiyadan keçmədi. Hazırda da bu barədə danışan yoxdur, çünki bir layihənin qəbul 
olunması üçün onun ictimai dəstəyi olmalıdır‖. 
 B.Yarkadaşın dediklərindən belə məlum olur ki, Türkiyədə internet mediasının təmsilçiləri bu sektorun ənənəvi 
mediadan ayrılmasını və xüsusi qanuna tabe olmasını istəyirlər. Y.Akdəniz isə bunun çox çətin oldğunu 
düşünür: ―Bilirsiniz ki, Türkiyədə jurnalistlərin sarı vəsiqələri var və bu vəsiqəyə sahib olan jurnalsitlərə bir sıra 
əlavə hüquqlar, güzəştlər verilir. İnternet mediasında çalışanlar da belə vəsiqələrinin olmasını və onlara da əlavə 
hüquqlar tanınmasını istəyirlər. Amma bu, çox çətindir. Çünki bu gün bloqları olan şəxslər də jurnalist olmaq 
istəyirlər. Dünyada və Türkiyədə elə bloqçular var ki, köşə yazarlarından çox oxunur. Ona görə də bu tarazlığı 
qorumaq çox çətindir. İnternet radio, televiziya və qəzet kimi birmənalı deyil‖.  
Türkiyə təcrübəsindən, eləcə də ötən yazımızda qeyd etdiyimiz misallardan da göründüyü kimi, interneti və 
bunun da içərisində internet mediasını tənzimləmək o qədər də asan deyil. Amma ortaya çıxan bir nəticə var ki, 
bütün ölkələrdə internet mediasına münasibət demokratiyaya, söz və fikir azadlığına, informasiya əldə etmək 
hüququna münasibətə paraleldir.  
Müsahibimiz Yaman Akdəniz deyir ki, hökumətlər özlərinin tarixi, mədəni, siyasi, dini, əxlaqi və inzibati 
dəyərləri ilə bağlı ənənəvi məhdudlaşdırmalarını internetə də tətbiq etməyə çalışırlar: ―İnternet hər ölkədə ayrı 
təsirə malik olduğu kimi, onun inkişafına və tənzimlənməsinə yanaşmalar da dövlətlərə görə dəyişir. 
Dövlətlərin internet mediasına yanaşmasında demokratik dəyərlərə, hüquqa sayğısı, nə dərəcədə informasiya 
cəmiyyəti olmaq istəyi, digər dövlətlərlə münasibəti və texnologiyanı mənimsəmə səviyyəsi mütləq rol 
oynayır‖.  


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə