Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə35/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   31   32   33   34   35   36   37   38   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
100 
 
 
―Çat‖ nədir? 
 
―Çat‖ ingilis sözü olub, tərcümədə ―boş söhbət‖ deməkdir. Yəni ―boş söhbət‖ etmək istəyənlər çata daxil 
olurlar. Bu cür istifadəçilərin kimliyinin, yaşının, yaşayış yerinin və bəzən hətta cinsinin 100% düzgün qeyd 
edilməsinə heç kim zəmanət verə bilməz. Odur ki, bu cür ―internetbaz‖larla münasibətdə ehtiyatlı olmaq 
məsləhət görülür. İnternetə hədsiz aludəçiliyi xəstəlik adlandıran bir çox mütəxəssislər onları alkoqolik və 
narkomanlarla müqayisə edirlər. Son 5 ildə dünyada virtual dünyaya hədsiz bağlanan 10 mindən çox insan iş 
yerini və ailəsini itirib, hətta intihara meyl edib. Belə insanlar arasında azərbaycanlıların da olduğu inkar 
edilmir.  
Bakıdakı internet klublarında vəziyyət necədir? 
Bakının Binəqədi rayonunda yerləşən internet klublardan birinin sahibi Nicat Məmmədov deyir ki, hər gün 
təxminin 50-70 müştərisi olur. Onun sözlərinə görə, internet kluba gələnlər müxtəlif yaşda olanlardır: ―Beş 
yaşından 45 yaşına kimi müştərilərimiz olur. Bizdə pornosaytlar bağlıdır. Ancaq bəzən xəlvət girənlər də olur. 
Bir qədər böyük yaşda olanlar əsasən qızlarla tanış olmağa can atırlar. Bizim bir müştərimiz var, 45 yaşındadır. 
O, hər gün gəlib qızlarla danışır‖.  
Klub sahibi azyaşlı uşaqların əsasən oyun oynadıqlarını bildirir: ―Bizim klub səhər saat 9-dan axşam saat 23-ə 
kimi açıq olur. Lakin elə insanlar var ki, gecəni də klubda qalırlar. Bizim internet klubun yaxınlığında yaşayan 
bir oğlan var, Murad Ələkbərov. 29 yaşı var, hər axşam gəlir oturur burda, səhər biz klubu açanda görürük hələ 
kompüterin qarşısındadır. O, da əsasən qızlarla tanış olmaq üçün gəlir. Onun dediyinə görə, bəzən qızlar, 
qadınlar ona pul, maşın təklif edirlər ki, onlarla cinsi münasibətdə olsun‖.  
Metronun Elmlər Akademiyasının yaxınlığında olan internet klubun adını bildirməyən sahibi isə müştərilərinin 
əsasən tələbələr olduğunu söyləyir: ―Diplom işi, kurs işi yazmaq, internetdən hər hansı məlumatı tapmaq üçün 
bizim internet kluba gələn çox olur. Bəzən ziyalı insanlar da gəlir. Onlar internetdəki axtarış sistemlərində lazım 
olan materialları axtarıb tapırlar‖.  
Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Xumar Həsənova internetdən əsasən, seminarlara hazırlaşmaq 
üçün istifadə etdiyini deyir: ―İstəyirəm öz sahəmin mütəxəsisi olum. Ona görə də müəllimlərimin 
öyrətdiklərindən əlavə şeyləri də bilmək istəyirəm. İndiyə kimi heç vaxt çat saytlarına girməmişəm. Məncə ağlı 
başında olan oğlan və ya qız ondan istifadə etməz. Çat boş yerə vaxt keçirməkdən savayı şey deyil‖.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
101 
 
Sonda gəlin etiraf edək ki, artıq həyatımıza daxil olan və xüsusən, gənclərin həmdəminə çevrilən internet 
intellektual inkişafa təsiri əvəzsizdir. Hətta bir çox ailələrin təməli də internetdə tanışlıqdan sonra qoyulur.  
Apardığımız sorğu zamanı internet vasitəsilə tanış olub ailə quran gənclər seçimlərində heç də peşman 
olmadıqlarını və ilk görüş məkanlarının kompüter olmasına baxmayaraq, real həyatda ailələrinin məhəbbət və 
sadiqlik üzərində qurulduğunu deyirlər.  
 
Nigar Məmmədli, Şəhriyar Əlizadə. Lent.az saytı  
 
http://www.xariciedebiyyat.azeriblog.com/2008/11/11/internet-xeyri-zereri-arashdirma 
 
 
Ġsmayıl ĠSMAYILOV 
 
ĠġÇĠ TƏLƏB OLUNUR: KONTENT-REDAKTOR 
  
İnternet ənənəvi jurnalistikanı və çap mediasındakı təsəvvürləri mətbuatın özündən də xəbərsiz dəyişdi. 
Qəzetçilikdəki bir çox atributlar – mürəkkəblə yazılmış əlyazmalar, soyuq redaksiyalarda boynuna şərf, çiyninə 
palto, başına papaq keçirib yazını qələmlə qaralayan redaktorlar, jurnalistlərin məlumat almaqçün qapı-qapı 
gəzmələri, hətta çayxanalarda isti söhbətlər də yoxa çıxmaqdadı.  
 
Yeni anlayış - internet jurnalistikası anlayışı yarandı. Xəbər saytlarının istifadəçiləri, qəzetləri internetdən 
oxuyan, informasiya agentliklərini internetlə izləyən oxucuların sayı artır, internet televiziya, radio və çap 
mediasının vahid meydanına çevrilir.  
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
102 
 
İnternet jurnalistikası ənənəvi jurnalistikadan seçilir, onun öz tələbləri, fəlsəfəsi var. İnternet jurnalisti 
kompüter, mobil əlaqə, fotoaparat, videokamera, rəqəmsal diktofon, müasir skaner, printerlə «silahlanıb». Ən 
əhəmiyyətlisi isə o, daim beynəlxalq şəbəkədədi, bir anın içində istənilən yerdən məlumatı çəkib gətirə bilər. 
İnternet jurnalisti ana dilindən savayı ən azı bir xarici dili bilməli, bir neçəsini isə heç olmasa təxmini başa 
düşməlidi. İnternet jurnalisti elektron poçtla gələn məlumatdan baş çıxarmalı, onu informasiyaya çevirməyi 
bacarmalıdı. 
 
İnternet jurnalistikasında tək müxbirlər yox, redaktorlar da ənənəvi jurnalistikada olduğundan fərqlənir. Yeni 
media yeni redaktor tipini - kontent-redaktorluğu yaradıb.  
 
Müxbir, redaktor, həm də texniki işçi 
 
İngilis dilindən tərcümədə «kontent» mahiyyət, məzmun deməkdi. Bu bir az informasiya ötürmək mənasını da 
verir. Kontent-redaktor anlayışı məlumatla işləyən insanı ehtiva edir. 
 
Saytların heç də hamısı operativ fəaliyyət göstərmir. Çoxlu korparativ, şəxsi saytlar, QHT-lərin, dövlət 
təşkilatlarının internet səhifələri var. Ancaq hər bir internet səhifəsi nə vaxtsa təzələnməlidi və bu vaxt işin 
yaxşı alınması üçün kontent-redaktora ehtiyac yaranır.  
 
Məqalə yazmağı, xəbər, press-reliz hazırlamağı və aydın məsələdi ki, redaktə etməyi bacarmayan adamın 
kontent-redaktor işinin öhdəsindən gələ biləcəyinə inanmaq çətindi. Daha bir tələb texniki savadla bağlıdı. 
Kontent-redaktor kompüterdə ən azı ofis proqramlarından, qrafik proqramdan baş çıxarmalı, saytda materialları 
təzələmək qaydalarını bilməlidi. Kontent-redaktor özündə texniki və yaradıcı qabiliyyətləri birləşdirən şəxsdi.  
 
Varlı şirkətlərdə saytı işlədən adamın, kontent-redaktorun qarşısında qoyulan əsas tələb - bir neçə xarici dili 
bilməkdi. 
 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə